ramazan-bayraminda-ardicil-5-gun-evde-olacagiq

Bu gündən müsəlman aləminin müqəddəs ayı sayılan Ramazan daxil olub.

Ramazan bayramının 10-11 aprel tarixlərinə təsadüf edəcəyi gözlənilir.

Bu məqsədlə də Baş nazir Əli Əsədovun Qərarına əsasən, Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq.

Belə ki, Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib.

Bu da o deməkdir ki, ardıcıl 5 gün - aprelin 10,11,12,13 və 14-ü iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.

"Xəzər dənizinin səviyyəsi onun su balansından asılıdır”.

Bu sözləri "AzTV Xəbər”ə müsahibəsində Coğrafiya elmləri doktoru Səid Səfərov deyib.

O bildirib ki, son 10 il ərzində bir metrdən çox su itkisi qeydə alınıb ki, buna da səbəb səthə düşən yağıntının miqdarının azalması, buxarlanma prosesinin isə artmasıdır.

Ətraflı süjetdə:

“Yaxşı olar ki, yazın gəlişi ilə avtomobilinizin mühərrikindəki yağı dəyişdirəsiniz”.

Bu barədə “Za Rulem” jurnalının avtomobil eksperti Aleksey Revin məlumat verib.
“Əgər avtomobil ildə 10 min kilometrdən az yol qət edirsə, o zaman məhz yazda yağı dəyişdirməyin mənası var. Fakt budur ki, qışda yağ temperatur fərqləri 120 dərəcə Selsiyə çata bilər. Avtomobil soyuq mühərriklə hərəkət edərkən yağ yanacaqla doyur. Nəticədə yağ öz xüsusiyyətini yayda olduğundan daha tez itirir”, - deyə Revin izah edib.

Avtomobil ekspertinin sözlərinə görə, qışda mühərrik daha çox çirklənir. Bundan əlavə, yağ filtri aşınma məhsulları səbəbindən tıxanır:

“Bu baxımdan, yağ yazda dəyişdirilə bilər və yayda dinamik istifadədən qorxmadan avtomobili daha tez-tez idarə edə bilərsiniz”.

Mütəxəssis qeyd edib ki, avtomobil ildə 10 min kilometrdən çox yol qət edirsə, mühərrik yağını yaz və payızda dəyişmək daha yaxşıdır.

© Oxu.az

Müsəlmanların diskriminasiyaya məruz qalması Avropanın reallığıdır.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Tolerantlığı təşviq etmək üçün qlobal dialoqa çağırış, Sülh və İnsan Hüquqlarına və Dini Müxtəlifliyə Hörmət” adlı plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın islamofobiya ilə bağlı mübarizədə mühüm addımlar atması ölkənin nüfuzunu bütün dünyada artırır: "Dinlərarası harmoniya mühitində multikultural yaşayışımız bütün dünyada model kimi təqdim edilir. Azərbaycan dünyaya islam həmrəyliyini təbliğ edir və bu sahədə əməli addımlar atır. Bütün bunlar islam əməkdaşlığına mühüm töhfələr verib. Bu gün işğaldan azad edilmiş ərazilərdə ibadət yerlərinin bərpası, yenidən qurulması multikultural əməllərin bariz nümunəsidir".

A.Paşazadə dini dəyərləri öz məqsədləri üçün təhrif edənlərə qarşı da mübarizəni artırdıqlarını bildirib: "İslamobiyaya qarşı dövlətlər səviyyəsində mübarizələr aparılsa da, ksenofobiyanın qarşısını almaq mümkün olmayıb. Bu gün İsveç, Danimarka, Fransa və bir sıra Qərb ölkələrində islamofobiyanın dərin təzahürləri müşahidə olunur. Müsəlmanlar bu kimi ölkələrdə diskriminasiyaya məruz qalırlar. Bütün bunlar Avropanın reallığıdır. İslam dünyasının ayrılmaz parçası, Qərb və Şərq arasında körpü rolunu oynayan Azərbaycan milli, dini və irqi zəmində ayrıseçkilik hallarını daim pisləyib".

Goranboyda deputat Anar Məmmədovun təşəbbüsü ilə Novruz tədbiri keçirilibSon bir neçə ildə Azərbaycanda həyata keçirilən siyasi reformaların əhmiyyətinin düzgün qiymətləndirilməsi baxımından ölkəmizdə 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərinin vaxtında atılmış və son dərəcə doğru bir qərar olduğu qeyd olunmalıdır. Məhz həmin seçkilərdə xalqın etimadını qazanaraq onu Milli Məclisdə təmsil etmək hüququ əldə etmiş bir çox gənc deputatlarımızın fəaliyyəti bu gün xalqın həqiqi elçilərinin etalon simasını bütün ictimaiyyətə bariz şəkildə təqdim edir. Birmənalı olaraq deyə bilərik ki, hazırda öz fəaliyyəti ilə, xalqın sevincli-kədərli hər günündə onun yanında olmaqla qazandığı etimadı bütünlüklə doğruldan deputatlarımızdan biri də Yeni Azərbaycan Partiyasının namizədi olaraq 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat seçilmiş Anar Məmmədovdur.

Goranboyda deputat Anar Məmmədovun təşəbbüsü ilə Novruz tədbiri keçirilib -Fotolar


Əminliklə demək olar ki, Anar Məmmədovun fəaliyyəti dövlət strukturlarında kadrların gəncləşdirilməsini nəzərdə tutan dövlət siyasətinin effektivliyini təsdiq edən bariz nümunələrdən biridir. Hər zaman xalqın yanında olmağa çalışan, seçicilərinin arzu və istəkləri barədə məlumatları yazılı müraciətlərdən deyil, bilavasitə vətəndaşların özlərindən almağa üstünlük verən Anar müəllimin gördüyü işlər həqiqətən də hər mənada təqdirə layiqdir. O cümlədən deputat Anar Məmmədovun mütəmadi olaraq iştirak etdiyi, təşəbbüskarı olduğu və bilavasitə təşkil etdiyi tədbirlər xalq-iqtidar birliyinin bariz təcəssümü olur və bu birliyin daha da möhkəmlənməsinə xidmət edir.

Goranboyda deputat Anar Məmmədovun təşəbbüsü ilə Novruz tədbiri keçirilib -Fotolar


Məhz növbəti belə bir tədbir də bu gün Goranboy rayonunun Qaradağlı kəndində keçirilib. Anar Məmmədovun təşkil etdiyi bu tədbir Novruz bayramına həsr olunub. Bayram münasibətilə keçirilən şənlikdə 500 nəfərlik bayram süfrəsi açılıb. Bundan başqa, Novruz hədiyyəsi olaraq Anar müəllimin təşəbbüsü və bilavasitə maliyyə dəstəyi ilə 100 ailənin evlərinə texniki su çəkilib.

Goranboyda deputat Anar Məmmədovun təşəbbüsü ilə Novruz tədbiri keçirilib -Fotolar


Tədbir iştirakçılarının çıxışlarında bu il müstəqilliyimizin tarixində ilk dəfə olaraq prezident seçkilərinin və Novruz bayramının ölkəmizin istisnasız bütün suveren ərazilərində keçirilməsinə dair fikirlər səsləndi, bununla bağlı Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, eləcə də Birinci vitse-prezident Mehriban xanın Əliyevaya səmimi minnətdarlıqlar bildirildi. Həmçinin çıxış edənlər bu gün bütün ölkə ərazisində gedən irimiqyaslı quruculuq işlərini qeyd etdilər və həyata keçirilən dövlət siyasətinin birmənalı olaraq xalqın rifahına xidmət etdiyini vurğuladılar.


Goranboyda deputat Anar Məmmədovun təşəbbüsü ilə Novruz tədbiri keçirilib -FotolarGoranboyda deputat Anar Məmmədovun təşəbbüsü ilə Novruz tədbiri keçirilib -FotolarGoranboyda deputat Anar Məmmədovun təşəbbüsü ilə Novruz tədbiri keçirilib -FotolarGoranboyda deputat Anar Məmmədovun təşəbbüsü ilə Novruz tədbiri keçirilib -FotolarGoranboyda deputat Anar Məmmədovun təşəbbüsü ilə Novruz tədbiri keçirilib -FotolarGoranboyda deputat Anar Məmmədovun təşəbbüsü ilə Novruz tədbiri keçirilib -Fotolar
 
11 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində tədbir keçirilib. 

Tədbirdə çıxış edən İdarə Heyəti sədrinin müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev bütün qadınları İdarə Heyətinin sədri Saleh Məmmədov başda olmaqla agentliyin kişi kollektivi adından 8 - Mart Beynəlxalq qadınlar günü münasibətilə təbrik ediblər. 

Bildirilib ki, bu gün Azərbaycan qadını həm gözəl Ana, həm də fəal ictimai xadimdir. Azərbaycan Qadını bütün dövrlərdə ən ağır sınaqlardan üzü ağ çıxaraq, taleyüklü məsələlərin həllinə layiqli töhvə verib. 

Qadınların fədakar əməyinə, cəmiyyətdəki roluna hər zaman çox böyük qiymət verildiyi, onlara daim qayğı ilə yanaşıldığı vurğulanıb. 

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Həmkarlar İttifaqı tərəfindən agentliyin qadın əməkdaşlarına hədiyyələr təqdim olunub. 

Əziz xanımlar, bayramınız mübarək olsun! 

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

"Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur.

Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

Dövlət başçısının təbrikində Azərbaycan xalqının hər zaman qadına dərin ehtiram bəslədiyi, ana haqqını uca tutduğu vurğulanıb. Qeyd olunub ki, ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır.

Həmçinin təbrikdə bildirilib ki, zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.

Ötən il doğulmuş 112,6 min körpədən 46,9 faizi qız uşaqları olub. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizi, orta ixtisas təhsil müəssisələrində 79,4 faizi, ali təhsil müəssisələrində 58,7 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 62,5 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.

Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 1,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 1,5 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 47,9 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında isə 22,7 faizdir.

Milli Məclisdə qadın deputatların sayı da artıb. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 17,9 faizə çatıb.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2023-cü ildə 12,0 faizədək artıb.

Beləliklə, Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Qeyd edək ki, qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu tarixi Beynəlxalq Qadınlar Günü kimi rəsmiləşdirib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı fətva verib.

Fətvada mübarək Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanları təbrik edilib.

Bildirilib ki, Azərbaycanda Ramazan ayı martın 11-də başlanır, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir.

Fətvada vurğulanıb ki, on bir ayın sultanı olan Ramazanın gəlişi Azərbaycan xalqı üçün bu il də çox əlamətdardır: "Çünki bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu - müqəddəs bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayırıq. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq - qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad ediləcək".

 

“Sosial müavinətlər haqqında” Qanuna son dövrlər edilən dəyişikliklərdən biri də müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların uşaqlarına müavinətin verilməsidir. Belə ki, həmin qanunun 4-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq müavinətin verilməsi həyata keçirilir. Hazırda aylıq müavinətin məbləği 120 manatdır.
Bu müavinət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətdə ödənilir.

"Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu müavinət hərbi qulluqçuların ailə üzvlərinin sosial dəstəklənməsi baxımından vacib olsa da, aparılan monitorinqlər göstərir ki, həmin ödənişlər barədə ictimai məlumatlandırma yüksək deyil:

"Müraciət etmə qaydalarına gəldikdə isə bu müavinəti almaq üçün yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edilməlidir. Müavinət yalnız Azərbaycan vətəndaşlarına şamil edilmir. Eyni zamanda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkəmizdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər də müraciət etmək hüququna malikdirlər".

Millət vəkili deyir ki, müraciət üçün tələb edilən sənədlərin sayı da çox deyil: "Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşağın şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi, həmin vətəndaşımızın müddətli həqiqi hərbi xidmətdə olmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı ilə müraciət etməsi mümkündür. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan məhkəməyə şikayət etmək hüququ var".

"Bir mühüm məqam da ondan ibarətdir ki, əgər hərbçimiz bu müavinət barədə gec məlumat əldə edibsə, o zaman ona müraciət edildiyi tarixdən əvvəlki üç il üçün də vəsait ödənilir. Yəni, bu müavinətin verilməsindən gec xəbər tutan və vəsaiti almaq hüququ olan vətəndaşlarımız əvvəlki 3 il üçün hesablanmış pulu da almaq hüququna malikdirlər", - deyə V. Bayramov əlavə edib.

Abadlaşan Xankəndidən yeni görüntülər yayılıb.

Bu barədə kadrlar "İTV Xəbər”in efirində yayımlanıb.

Quruculuq işlərinin sürətlə davam etdiyi şəhərdən xüsusi görüntüləri təqdim edirik:

Xəbər lenti