![]() |
|
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə az çiskin olacağı ehtimalı var.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
Mən hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar.
Bu sözləri DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan və sonradan sərbəst buraxılan nazir müavini Elnur Əliyev Gununsesi.info-ya açıqlamasında deyib.
Qeyd edək ki, Elnur Əliyev sərbəst buraxılsa da nazir müavini vəzifəsindən azad olunub.
Bakıda Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən avtoyürüşdə nazir müavini Vüsal Nəsirli, nazirlik tərəfindən avtomobillərlə təmin edilən 44 Vətən müharibəsi qazisi iştirak edir.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.
Daha sonra Şəhidlər xiyabanında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların məzarları ziyarət olunub.
Avtoyürüş Hərbi Qənimətlər Parkının qarşısında başa çatacaq.
Xəbər verdiyimiz kimi, Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov ötən gecə dünyasını dəyişib.
O, 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib.
1987-1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb. 1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit Texnikumunda müəllim, kafedra müdiri işləyib.
1993-cü ildə "Ünsal" Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib. 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.
1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının vergilər naziri təyin edilib. 5 dekabr 2017-ci ildə vəzifəsindən azad edilib.
2007-2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub.
Fazil Məmmədov nazir postundan getdiyindən sonra səhhəti ilə bağlı ciddi problemlər yaşayıb. Onun əvvəlcə qaraciyər serrozundan əziyyət çəkdiyi haqda məlumatlar yayılsa da, sonradan həkimlər onun pankreatit (mədəaltı vəzin iltihabı) xəstəliyindən əziyyət çəkdiyi açıqlamışdılar.
58 yaşlı sabiq nazir ötən gecə dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Noyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-18° isti, Bakıda gecə 9-11° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacaq.
Azad edilən ərazilərdə işləyən mütəxəssislər yüksək maaş alacaqlar.
Report xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliklə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən ediləcək. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunacaq.
Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Prezident İlham Əliyev Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, 2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.
Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırıb.
Səhiyyə Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bakıda təmir olunan yoldan maksimum dərəcədə az istifadə edilsin.
Yol-xeber.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
“Bildiyiniz kimi, bu gündən başlayaraq sabah saat 22:00-a qədər Bakının Binəqədi rayonunun “Baksol” yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Buna səbəb aparılacaq təmir işləridir.
Qeyd etmək istəyirəm ki, Binəqədi-“Baksol” yolundan Ziya Bünyadov prospektinə çıxış hissəsi avtomobillərin sıx hərəkət olduğu ərazidir. Sürücülər bunlar nəzərə alınaraq, həmin ərazidən nəqliyyat vasitələrindən maksimum dərəcədə az istifadə etsinlər”, - DYP rəsmisi vurğulayıb.
"WhatsApp” messencerin yeni funksiya peyda olub.
Artıq istifadəçi özü ilə yazışa bilər.
Məlumata görə, hazırda yenilik sınaq mərhələsindədir.
Açıqlamaya görə, yeni funksiya yaxın günlərdə həm Android, həm də iOS üçün tətbiqin istifadəçilərinə təqdim olunacaq.
Yeniliyin tətbiqindən sonra istifadəçilər əlaqə siyahısında mövcud özlərinə məxsus olan telefon nömrəsi ilə söhbət edə biləcəklər və həmin söhbət çat şəklində siyahıda saxlanılacaq.
Qeyd edək ki, əvvəllər istifadəçi özünə mesaj göndərmək üçün axtarışda telefon nömrəsini yığmalı idi.//oxu.az