![]() |
|
2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən Vətən müharibəsi əsarət altındakı torpaqlarımızın azad olunması ilə nəticələnərək tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi.
Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, Güclü Ordumuzun şücaəti sayəsində əzəli və əbədi torpaqlarımız işğaldan azad olundu, sübuta yetirdik ki, Qarabağ Azərbaycandır! Zəfər bizimdir!
Tarixi yenidən yazan Vətən Müharibəsi iştirakçıları arasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları da var. Bu qələbəni, zəfəri bizlərə yaşadan Ordumuzla qürur duyuruq!
Vətən uğrunda canını qurban verən şəhidlərin xatirəsi ehtiramla yad edirik.
Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub.
2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib.
Ərazi bütövlüyümüzün, birliyimizin, bölünməzliyin rəmzi olan bayrağımız bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən işğalından azad edilən qədim yurd yerlərimizdə vüqarla dalğalanır.
Bayrağımız zirvələrdən enməsin!
Zəfər Gününün ikinci ildönümü ərəfəsində səhiyyə naziri Teymur Musayev və nazirliyin kollegiya üzvləri İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həkimlərin əziz xatirəsi anılaraq, məzarları üzərinə tər güllər düzülüb və ruhlarına dualar oxunub.
44 Günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 44 tibb işçisi – 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı qəhrəmancasına şəhid olub.
"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bu istiqamətdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21.5-ci km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisinə start verilib.
Layihə üzrə keçidin ümumi uzunluğu 42.5 metr, hərəkət hissəsi 2.25 metr, aşırım hissəsinin uzunluğu 37.5 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid üstüaçıq metal konstruksiyadan ibarət olacaq. Hazırda keçiddə özül svaylarının vurulması, özül və dayaqların tikintisi aparılır.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Qeyd edək ki, piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
Tədbirlər planına uyğun olaraq cari ildə Agentlik tərəfindən artıq M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14.9 və 18.5-ci km-lik hissələrində 2 yeni yerüstü piyada keçidi tikilərək vətəndaşların istifadəsinə verilib.
Hazırda sözügedən magistral yolun 20.2 və 25-ci km-lik hissələrində də yüngül konstruksiyalı keçidlərin inşası aparılır.
YOLUNUZ AÇIQ OLSUN...
Sabahdan Azərbaycanda dörd günlük tətil başlayır.
Qeyri-iş günləri noyabrın 6-sı, 7-si, 8-i və 9-u tarixlərini əhatə edəcək.
Belə ki, Baş nazir Əli Əsədovun oktyabrın 18-də imzaladığı qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.
Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.
Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.
Qeyd edək ki, növbəti iş günü noyabrın 10-da olacaq.
İrəvanda keçirilən sorğuda iştirak edən ermənilər bildiriblər ki, Ermənistanın baş naziri Azərbaycanın prezidentinin yanında zəif bənddir və onun heç bir siyasi iradəsi yoxdur.
Sorğuda iştirak edən Ermənistan vətəndaşları bildiriblər ki, Qarabağ məsələsini öz xeyirlərinə həll etmək üçün artıq gecikiblər.
Daha ətraflı Baku TV-nin süjetində: