![]() |
|
Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu barədə sorğusuna cavab olaraq FHN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, relyefin mürəkkəbliyi və havanın küləkli olması əməliyyat şəraitini çətinləşdirsə də, hazırda yanğınsöndürmə işləri aparılır.
Xatırladaq ki, avqustun 28-də Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bağlı instaqram səhifəsində paylaşım edib.
"Yol-xeber.az" xəbər verir ki, paylaşımda deyilir:
"Qarabağ Azərbaycandır!"
Laçın şəhərinin yeni videogörüntüləri yayılıb.
Sosial şəbəkədə paylaşılan görüntüləri maşınla şəhərdə hərəkətdə olan bir qrup azərbaycanlı lentə alıb. Kadrlarda ermənilərin tərk etdikləri evlər əks olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi sosial media hesabında Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.
O bu barədə öz “Instagram” profilində paylaşım edib.
“Dünən bulvarda rəfiqələrimlə şeytanın qıçını sındırıb çay içirdik, çox səliqəli sarışın bir oğlan uşağı yaxınlaşdı ki, pul istəyirəm, evə yemək alacağam. Sorğu-suala tutmuşuq, deyir atam yoxdur, anam gözləyir pul yığıram. Elə də işıqlı görkəmi vardı ki, amma pul vermədim, qorxdum ki, başqa şeyə xərcləyər. Bu bəlanı necə dəf edək?”
Bəli, yuxarıda qeyd olunan kimi gündəlik işə, dərsə və digər məkanlara gedərkən yolüstü əksəriyyətimizin bu tip pul dilənən şəxslər çıxır.
Artıq mağazada, bazarda və ya hər hansı istirahət mərkəzində hər an başımızın üzərində dayanıb pul, yardım istəyən dilənçiləri görə bilirik. Bu vəziyyət o həddə qədər yuvarlanıb ki, çörək aldığın yerdə “mənə də bir çörək ala bilərsənmi?”, - deyə yaxınlaşanlar var. Əksəriyyəti də kir-pas içərisində olan uşaqlardır. Ürək dağlayan mənzərədir. Doğurdanmı bunun bir çıxış yolu yoxdur?
Heç şübhəsiz onların içində bu dilənməyə vərdiş edən şəxslərlə bərabər, tufeyli həyat sürən əyyaş və narkomanlar da var. Amma hamısı cəmiyyətimizin üzvləri, qardaş və bacılarımızdır. Dünyanın əksər ölkələrində demək olar ki, kilsələr, icmalar səfalət içində olanları, əlil-xəstə kimsəsizləri, hətta dilənçiləri qida ilə təmin edir, onların rahatlığı üçün şərait yaradır.
Bəs ölkəmizdəki məscidlərin, onların rəhbərlərinin bu işləri görmələrinə maneə yaradan səbəblər nədir? “Əl tutmaq, Əlidən qalıb” kəlamına niyə soyuq yanaşırlar?
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli mövzu ilə bağlı Bizim.Media-ya fikirlərini bölüşüb. İlahiyyatçının sözlərinə görə, bu kimi yardımın göstərilməsi üçün məscidlərin özünün də maddi bazası olmalıdır:
“Bizim məscidlərdə yığılan ianələrin vəziyyəti ilə bağlı məlumatlı deyiləm. Bizim Məşədi Dadaş məscidində nəzir qutusu ümumiyyətlə yoxdur. Amma məscidə könüllü yardım göstərmək istəyənlər olur ki, bunu bank hesabı vasitəsilə də edirlər. Biz vaxtaşırı yardım kampaniyası da keçiririk və bununla da ehtiyaclı insanlara yardım göstərilir. Lakin məsciddə gündəlik imkansız şəxslərin gəlib qidalanması və bu kimi şeylər üçün şəraitimiz, müvafiq otaqlarımız yoxdur. Məndə olan məlumatlara görə bəzi ziyarətgahlar da ehtiyaclı insanlara qurban əti paylanılır və yaxud da ailə qurmaq istəyib lakin imkanı olmayan gənclərə yardım edirlər. Ev, qızıl-zinət əşyaları hədiyyə edir və ya toylarını təşkil edirlər”.
Hacı Şahin təsdiq edir ki, məscidlər, dini icmalar dinin prisinplərinə uyğun olaraq imkansız, səfil həyat sürən şəxslərə yardım etməli, bunun təşkilinə maraqlı olmalıdırlar:
“Bəli, hesab edirəm ki, məscidlərdə toplanılan ianələr ehtiyaclı insanların qidalanması və digər bu kimi məsələlər üçün xərclənilməlidir. Bunu da qeyd edim ki, bəzi məscidlərdə ianələr də toplanılmır, yəni yığılsa belə icmanın ehtiyaclarını qarşılayacaq dərəcədə olmur. Amma yardım etmək imkanı olan məscidlər, icmalar bu işləri hesab edirəm ki, mütləq görməlidirlər. Bu həm də dinimizin prinsiplərinə uyğundur. Çünki dinimizdə paylaşmaq, insanlara yardım etmək, ac olanları doyurmaq tövsiyə olunmuş əməllərdən biridir. Bu işlərin də məscidlərdə təşkil olunması çox təqdirəlayiq addım hesab olunar”, - deyə ilahiyyatçı bildirib.
Bu işin bir fəndi hökmən düşünülməlidir. Azərbaycan sekulyar dövlət olsa da inancımız imkan verir ki, bütün dünyada olduğu kimi məscidlərimiz də bu humanist aksiyada iştirak etsin.
Çünki imkansızların, həyatı müxtəlif səbəblərdən sındırılmış insanların bir qisminə dini ocaqlar da məlhəm ola bilər. Onlardan hansı faizinisə doğru yola dəvət edib beyinlərinə işıq salmaq mümkündür. Yaşamaq və həyatını qazanmağın şərtləri əslində o qədər də çətin deyil.
“WhatsApp” tərtibatçıları test rejimində “İcmalar”ı işə salıblar.
Oxu.az xəbər verir ki, bu funksiya Androiddə messencerin ictimai və beta versiyalarının bəzi istifadəçiləri üçün əlçatandır.
Qeyd olunur ki, “İcmalar” düyməsi “Kamera” bölməsini əvəz edəcək. Yeni menyuda istifadəçilər 10-a qədər qrupdan ibarət icma yarada biləcəklər ki, onların hər birində 512-yə qədər üzv ola bilər.
İcma adminləri icmanın özünü silmədən şəxsi seçimlərinə əsasən hansı qrupları əlavə etmək və ya blokdan çıxarmaq istədiklərini seçə biləcəklər. Öz növbəsində, icmalar messencerdən istifadə şərtlərini pozarsa, iştirakçılar “WhatsApp” administrasiyasına şikayət göndərə biləcəklər.
Həmçinin bildirilir ki, “WhatsApp” tərtibatçıları digər üzvlərin istifadəçilərin nömrələrini görməməsi üçün icmalarda telefon nömrələrini gizlətmək funksiyası hazırlayır.
Hazırda “İcmalar” bölməsi əksər istifadəçilər üçün əlçatmaz olaraq qalır. Bütün istifadəçilər üçün funksiyanın görünmə vaxtı məlum deyil.