Bakı şəhərində taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ-hüquqi aktların layihələri üç ay müddətində hazırlanacaq.

"Yol-xeber.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanında öz əksini tapıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqlarının Respublika Hərbi Prokurorluğunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə birlikdə hərbi hissələrdə tədbirlər keçirilib.

Bu barədə Yol-xeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana əsasən, bölmələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin öyrənilməsinə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandir-rəis heyətinə köməklik göstərilməsinə dair tövsiyə xarakterli metodiki məşğələ keçirilib.

Tədbirlər çərçivəsində hərbi xidmətə yeni çağırılan gənc əsgərlərlə onların xidmət şəraitinə uyğunlaşması və psixoloji sağlamlığının qorunması məqsədilə kollektiv, qrup və fərdi qaydada psixoloji yardım və dəstək fəaliyyəti həyata keçirilib, söhbətlər aparılıb.

Sonda gənc əsgərləri maraqlandıran suallar cavablandırılıb və onlara hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib.

 
  •  

 

 
 

İmişli rayonunun həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyev həbsdə ibadətə başlayıb.

Yol-xeber.az xəbər verir ki, bu barədə məlumatı “yeni sabah" yayıb. Bildirilib ki, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində olan keçmiş icra başçısı namaz qılır.

O, müəssisədə olanlara hər zaman islam dininə bağlı olduğunu, sadəcə işləri çox olduğundan ibadət üçün vaxt ayıra bilmədiyini deyib. Hətta dinə bağlı olduğunu sübut etmək üçün vaxtilə Göygöl rayonunda məscid tikdirdiyini də bildirib.

Qeyd edək ki, V. Hacıyev ötən ilin sentyabrından Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürülüb. Buna səbəb kimi, onun ağciyərlərində pnevmoniya aşkarlandığı göstərilir.

Mart ayının qeyri-iş günləri açıqlandı.

Bu ilin mart ayındakı bayramlarla əlaqədar qeyri-iş günü olacaq.

Martın 8-i Beynəlxalq qadınlar günü qeyri-iş günü hesab ediləcək.

2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Bu il martın 20-i bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

Beləliklə, mart ayında ümumilikdə 14 gün qeyri-iş günü olacaq.

Azərbaycanda maraqlı hadisə baş verib.

“BakuBus” MMC-yə məxsus avtobusların birində sürücü körpə uşağı sakitləşdirib.

Sözügedən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Bakının Binəqədi rayonu, 28 may qəsəbəsində yerləşən 306 nömrəli tam orta məktədəbdə təhsil alan şagirdlər sinif otağındakı stuldan əyləncə vasitəsi kimi istifadə ediblər.

Yol-xeber.az xəbər verir ki, bununla bağlı qeydə alınmış görtülərdəndə aydın olur ki, aşırılmış stulun üstündə oturan məktəblilərdən biri digərini dartır. Şagirdlər xoşagəlməz davranışla yanaşı, dövlət əmlakına da ziyan vururlar.

Təhsil ocağı ilə əyləncə mərkəzini səhv salanlar məktəbin 10 C sinif şagirdləri olub.

"Xəzər Xəbər"in vatsap nömrəsinə göndərilən digər videonun isə Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki 188 nömrəli tam orta məktəbdə çəkildiyi iddia olunur. Burada şagirdlərdən biri stulun üstünə spirt tökərək dövlət əmlakını yandırır. Ətrafdakılar isə həmin anları telefonunun yaddaşına həkk edir.

Qeyd edək ki, son zamanlar bəzi şagirdlərin nümunəvi hərəkətləri əvəzinə qeyri-etik davranışlarını əks etdirən görüntülər müxtəlif sosial şəbəkələrdə yayılır. Belə görünütlərin sürətlə yayılması orta məktəblərdə smartfonların qadağan olunub-olunmamasını gündəmə gətirir. Ümumiyyətlə, qadağanın tətbiq edilməsi məktəblərdə belə hadisələrin qarşısını ala bilərmi?

Təhsil eksperti Kamran Əsədov deyir ki, dünya təcrübəsində bir çox ölkələrdə nəinki şagirdlərin, hətta müəllimlərin də tədris prosesində telefonlardan istifadə etməsi qadağan edilib. Onun sözlərinə görə, tədrisin pozulmaması üçün Fransada məktəblərə əlavə vasitələrin gətirilməsinə icazə verilmir.

Kamran Əsədov qeyd edib ki, bəzi ölkələrdə isə şagirdlər telefonlarını qoruyucu şkaflara qoyaraq məktəbə daxil olurlar. Ekpsert hesab edir ki, Azərbaycan məktəblərində də dünya təcrübəsində tətbiq edilən qaydalardan istifadə etmək olar.

O əlavə edib ki, məktəblərdə telefon, planşet kimi vasitələrdən istifadə digər şagirdlərin təhsildən yayınmasına səbəb olur.

Kamaləddin Qafarov: “Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri yeni formata keçir”

“Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Dəyəri 33 milyard ABŞ dolları olan və XXI əsrin ən böyük layihələrindən biri hesab edilən Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin xüsusi rolu var. Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın formalaşması Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın istismara verilməsilə daha yüksək səviyyəyə keçmiş oldu və bu nailiyyət, ilk növbədə, Prezident İlham Əliyevin uzun illər ərzində nümayiş etdirdiyi prinsipial mövqeyi, qətiyyəti və strateji idarəçiliyi sayəsində əldə olunub. Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir və bu da ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, Cənub Qaz Dəhlizi qlobal beynəlxalq əhəmiyyət kəsb etməklə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu müstəsna edib və ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərini tamamilə yeni formata keçirib. K.Qafarovun sözlərinə görə, bu formatın Azərbaycanın milli maraqlarına tam uyğun olması birmənalıdır: “Prezident İlham Əliyevin toplantıda etdiyi çıxışında bildirdiyi kimi, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artırıb. Azərbaycan keçən il bu istiqamətdə 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var və ona tələbat getdikcə artır. Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb. Bütün bu illər ərzində Azərbaycan özünü etibarlı tərədaş kimi göstərərək, təchizatda hər hansı bir fasiləyə və ya müqavilə şərtlərinin pozulmasına yol verməyib.

Azərbaycanın enerji siyasəti həmişə açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alır və bu göstəricilər də getdikcə artır. Ölkəmizin Avropanın enerji təhlükəsizliyi baxımından önəmini artıran əsas məqamlardan biri də budur ki, Avropa ölkələrinin enerji resurslarına getdikcə artan tələbatı fonunda Azərbaycanın isbat edilmiş qaz ehtiyatları kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Bu barədə Məşvərət Şurasının toplantısında açıqlama verən dövlət başçımız bildirdi ki, bu göstərici 2,6 trilyon kubmetrdir. O cümlədən, ən böyük yataq bir trilyon kubmetr ehtiyatı təsdiqlənmiş “Şahdəniz” yatağıdır. Lakin mövcud perspektivlər Azərbaycanın isbat edilmiş qaz ehtiyatları göstəricilərinin yaxın gələcəkdə dəyişərək daha yüksək olacağını deməyə əsas verir. Beləliklə, Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, tərəfdaş ölkələrin işi isə davam edir və tərədaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, mövqeylərinin möhkəmlənməsinə əhəmiyyətli töhfələr verməklə ölkəmizin milli mənafeylərinə tamamilə uyğundur.”

Millət vəkili bildirib: “Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, bu gün Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb. Ölkəmiz dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir və bu, əlbəttə ki, çox böyük nailiyyətdir. Hazırda qoyulan vəsaitlərin səmərəli xərclənməsi hesabına ölkəmizin elektrik enerji xətləri tamamilə müasirləşdirilib, habelə yeni elektrik stansiyaları tikilib. Məsələn, yaxın vaxtlarda Bakının Qobu rayonunda demək olar ki, 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışı olacaq. Ötən ay enerji bazarında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Bundan başqa hazırda ölkənin işğaldan azad edilmiş əraziləri üçün xüsusi proqram hazırlanıb. Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur”.


K.Qafarov açıqlamasının sonunda xüsusi vurğulayıb ki, Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Digər tərəfdən də bu gün Azərbaycan dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. Həm də ixracın həcmi getdikcə artır. Şübhəsiz, Azərbaycanda bərpaolunan enerji mənbəyi nə qədər çox olsa, ölkə ixrac üçün daha çox qaza qənaət edə bilər. Bu məqsədlə Xəzər dənizinin təsdiq olunmuş enerji yataqlarının qiymətləndirilməsinə dair xüsusi proqram böyük əhəmiyyət kəsb edir. Artıq təsdiq olunub ki, Xəzər dənizinin texniki potensialı ilkin göstəricilərə əsasən 150 min meqavatdan çoxdur. Artıq bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər alınıb. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan potensial enerji resurslarına malik bir ölkə və etibarlı tərəfdaşdır.

Bakıda pensiya yaşı tamam olan qadın qəribə hadisə ilə qarşılaşıb.

“Yol-xeber.az” İTV-yə istinadən xəbər verir ki, qadın yaşa görə təqaüd təyin olunması üçün aidiyyəti quruma müraciət edib.

Lakin eşitdiyi və gördüyünə inanmayıb. Aydın olub ki, vətəndaşa 17 il əvvəl görmə məhdudiyyəti olduğuna görə təqaüd təyin edilib.

“Mənə dedilər ki, sizə təqaüd düşmür. Dedim, yaşım tamam olub, səbəbi nədir? Dedi ki, siz pensiya alırsınız. Dedim, axı, mən almamışam pensiya, necə ola bilər? Dedi ki, siz 2005-ci ildən əlilliyə görə pensiya alırsınız”, - Firuzə Əliyeva DOST mərkəzinə müraciət edəndə bu cavabı alıb.

Halbuki əlil deyil və gözləri də tam normal görür. Bundan sonra ona 180 manat pensiya alacağını deyiblər. Şikayətçi deyir ki, 17 ildir pensiyanı alan onunla ad, soyad və ata adı eyni olan Lerik rayonunda yaşayan qadındır. Amma sistemdə sənədlər Firuzə xanımın adına çıxır.

Məsələ ilə bağlı DOST mərkəzindən bildirilib ki, vətəndaşın pensiya müraciəti qeydə alınıb. Qanunvericilikdə nəzərdə tutulan müddət ərzində ona əmək pensiyası təyin ediləcək. Vətəndaşa yaşa görə pensiya isə artıq təyin olunub.

17 ildir pensiya alması ilə bağlı iddialara isə qurumun rəsmisi bildirib ki, problem ciddidir və xüsusi nəzarətə götürülüb. Araşdırmaların nəticəsi barədə açıqlama veriləcək.

2021-ci ilin yanvar-noyabr aylarında Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 938,4 manat təşkil edib.

Bu barədə Bakı şəhər Statistika İdarəsi xəbər verir.

Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.

Azərbaycanda COVID-19 (Omicron) virusuna yoluxma sayı 6 minlik psixoloji həddi keçdi. Əslində, “Omicron” virusunun yoluxma tezliyini nəzərə alsaq, bu, gözlənilən idi. 

“Bunu Milli Məclisin deputatı Vüqar Bayramov iqtisadi sektorda yenidən qapanmalara gedilib-gedilməyəcəyi ilə bağlı danışarkən deyib. O bildirib ki, son günlər qonşu ölkələrdə də yoluxma sayında ciddi artımlar müşahidə olunur:

“Dünən Rusiyada 141,883 min, Türkiyədə 110,682 min, Gürcüstanda 26,320 min virusa yoluxma olub. ABŞ və Fransada isə gündəlik yoluxma sayı 300 mindən çoxdur. Bütövlükdə, dünən dünyada 3 milyondan çox insanda virus aşkar olunub. Göründüyü kimi, əksər ölkələrdə yoluxma sayları rekord səviyyədədir. Buna rəğmən, artıq bir sıra ölkələr karantin rejiminin ləğv edilməsi və ya tamamən yumşaldılması kimi qərarlar qəbul edirlər. Bu isə ondan xəbər verir ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də, ölkələr “lock down” qərarlarının qəbulunda ehtiyatlıdırlar”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir: “Omicron” virusunun yayılma dairəsinin geniş olmasına baxmayaraq, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Xidmət, ictimai iaşə və turizm kimi sektorlarda aktivlik artıq bərpa olunur və 2022-ci ildə daha geniş dövriyyə hədəflənir”. 

“Bu baxımdan, sərt karantin tədbirlərinin tətbiqi deyil, hər birimizin virusdan qorunmaqla bağlı qaydalara tam əməl etməyimiz daha azruolunandır. Sərt karantin iqtisadi aktivliyi məhdudlaşdırdığı üçün məqsədəuyğun hesab olunmur”, - deyə V. Bayramov əlavə edib.

Xəbər lenti