|
1 “Zəfər Yolu” Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
2 Toğanalı-Kəlbəcər-İstisu Yolun Murovdağdan keçən hissəsində gecə saatlarında zəif qar yağıb, hazırda yağıntı yoxdur. Qarın hündürlüyü yoldan kənarlarda 35-40 sm təşkil edir, 17-22 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlib. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri görülüb, qum-duz səpilib. Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
3 Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində yağıntı yoxdur, 2-4 dərəcə şaxta var, yollaraq qum-duz səpilib. Xınalıq yolunda 10-12 sm qar yağıb, yol qardan təmizlənib, qum-duz səpilib.Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
4 Giləzi - Xızı 3-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
5 Bakı - Qobustan Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
6 Qobustan - Şamaxı - Muğanlı Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
7 Muğanlı - Ağsu - Yevlax Yağıntı yoxdur, Muğanlı ərazisində 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
8 Muğanlı - İsmayıllı Yağıntı yoxdur, 4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
9 İsmayıllı - Qəbələ - Oğuz- Şəki Yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
10 Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi Marşrut boyu yağıntı yoxdur, 3-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
11 Yevlax - Şəki (Göybulaq) Yağıntı yoxdur, Şəki rayonu ərazisində 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
12 Şəmkir - Gədəbəy Yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, qum-duz səpilib. Şəmkir rayonu ərazisində 5-6 dərəcə, Gədəbəy rayonu ərazisində 10-12 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
13 Gəncə - Daşkəsən - Xoşbulaq Marşrut boyu 3-5 sm qalınlığında qar yağır, yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, qum-duz səpilib. Şaxta 10 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
14 Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi Marşrut boyu sulu qar yağır, şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
15 Masallı – Yardımlı Yardımlı rayonu ərazisində qar yağır, 5-6sm, 2-3 dərəcə şaxta var. Yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Masallı rayonu qar yağır, şaxta yoxdur.
16 Lənkəran – Lerik Lerik rayonu ərazisində qar yağır, 6-7sm, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Lənkəran rayonu qar yağır, şaxta yoxdur.
17 Bakı - Ələt - Hacıqabul Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
18 Hacıqabul - Ucar - Yevlax Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
19 Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
20 Hacıqabul – Bəhramtəpə – Horadiz Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. Bakıda gecə 1° şaxtadan 1°-dək isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-7° şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
“Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri işğaldan azad olunan torpaqlarımızda minatəmizləmə əməliyyatlarında fəal iştirak edirlər”.
Yol-xeber.az-ın xəbərinə görə, bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.
O deyib ki, şanlı zəfərdən sonra Prezidentin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunan ərazilərdə təhlükəsizliyin aidiyyəti üzrə təmin edilməsi, mümkün fövqəladə halların vaxtında xəbərdar edilməsi və nəticələrinin çevik aradan qaldırılması işinin təmin edilməsi məqsədilə nazirliyin müvafiq strukturlarının həmin ərazilərdə fəaliyyətinin təşkilinə başlanılıb: “Qeyd edilməlidir ki, işğaldan azad edilən ərazilərimizdə FHN-in müvafiq qurumlarının qısa müddətdə fəaliyyətə başlaması fövqəladə halların effektli idarə edilməsi istiqamətində əhəmiyyətli rol oynayıb. Bu çərçivədə işğaldan azad olunan ərazilərdə böyük sürətlə icra olunan layihələr üzrə işlərdə aidiyyəti üzrə təhlükəsizliyin, o cümlədən yanğın təhlükəsizliyinin, tikintidə, sənaye və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində müvafiq qurumlarımız tərəfindən intensiv iş aparılır”.
K.Heydərov deyib ki, yerli strukturların fəaliyyətə başlaması həm də baş verən fövqəladə halların, o cümlədən açıq sahələrdə baş verən yanğınların qısa müddətdə qarşısının alınmasına imkan yaradıb: “Məhz işin vaxtında və düzgün planlaşdırılması, qüvvə və vasitələrin effektli və çevik tətbiq edilməsi sayəsində baş verən yanğınların geniş əraziyə yayılmasına imkan verilməyib, qısa müddətdə söndürülməsi təmin olunub. Nəzərə alsaq ki, həmin ərazilərdə Ermənistan tərəfindən külli miqdarda minalar basdırılıb, bu işin nə qədər mürəkkəb və riskli olduğu tam aydın olar. Məhz mina təhlükəsi nəzərə alınaraq, yay aylarında açıq ərazilərdə baş vermiş yanğınlarla mübarizə tədbirlərinə helikopterlər fəal şəkildə cəlb edildi”.
“Bu ilin yanvar ayından başlayaraq, FHN-in müvafiq qüvvələri işğaldan azad olunan torpaqlarımızda minatəmizləmə əməliyyatlarında fəal iştirak edirlər. Bu işin sürətləndirilməsi məqsədilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dislokasiya məntəqəsi Bərdə şəhərində olmaqla xüsusi təyinatlı mexanikləşdirilmiş alayı yaradılıb. Hazırda alayın ən müasir texnika və avandanlıqlarla komplektləşdirilməsi işləri sürətlə davam etdirilir”, - nazir vurğulayıb.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarına xəbərdarlıq edib.
BDYPİ-dən Yol-xeber.az-a daxil olan məlumatda deyilir:
"Hazırda müşahidə olunan yağıntılı hava şəraiti, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 23-24-də Bakıda və Abşeron yarımadasında sulu qar, eləcə də respublikanın şimal və qərb bölgələrinin dağlıq və dağətəyi rayonlarında bəzi yerlərdə qar yağacağı və yolların buz bağlayacağı barədə məlumatını nəzərə alaraq, yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə şinlərinin mövsümə uyğunluğunu təmin etməyi, hərəkət zamanı meteoroloji şəraiti düzgün qiymətləndirməyi və yol hərəkəti qaydalarına dəqiqliklə riayət etməyi xahiş edir.
Digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumununa görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar".
Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.
Yol-xeber.az-ın APA-ya istinadla məlumatına görə, Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.
Qubanın Qrız kəndində 25, Xınalıqda 17, Xaltanda isə 13 santimetr hündürlüyündə qar yağıb. Qusarın Yasab kəndinə 15, Xızının Altıağac qəsəbəsinə isə 6 santimetr hündürlüyündə qar qeydə alınıb. Quba rayon mərkəzində 5 santimetr qar var.
Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 8 dərəcəyədək enib.
Uzun illər müharibə şəraitində yaşayan bir xalq kimi hər zaman Azərbaycanda qazilərə, şəhidlərə və onların aillələrinə yanaşma həssas olub.
Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə qazi adı bizim üçün xüsusi dəyər qazanıb. Torpaqlarımızın azadlığı uğrunda gedən haqq savaşında iştirak edən şəxslərə müharibə dövründə göndərilən yardımlar, xüsusi həssas münasibət onlara olan böyük sevginin bariz nümunələrindən idi.
Lakin müharibə bitdikdən sonra biz zaman-zaman “qazi” adından sui-istifadə hallarının şahidi olduq. Son vaxtlar yol hərəkəti qaydalarının pozuntusuna yol verdikdən sonra qazi olduğunu deyən, bəzən maşnının üstündə “qazi” yazan şəxslər də tez-tez gündəmə gəlir.
Baş Dövlət Yol Polis İdarəsindən Ölkə.Az-ın sorğöusuna cavab olaraq bildirilib ki, bəziləri qazi statusundan sui-istifadə etməyə çalışaraq, öz statuslarına kölgə salmış olurlar:
“Bəzən idarə etdikləri avtomobillərin nömrə nişanlarını çıxararaq yola çıxırlar. Burada tək məqsəd yol hərəkəti qaydalarını pozduqları zaman avtomobil yollarında olan videomüşahidə kameralarından, radarlardan yayınmaqdır.
Digər tərəfdən bəzi qazilərimiz sükan arxasında olarkən “Yol Hərəkəti Haqqında” Qanunun tələblərini kobud şəkildə pozurlar. Yol polisi əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq onları saxladıqları zaman “mən qaziyəm” deyə cavab verir və özlərinə haqlı qazandırmağa çalışırlar. Qazilərimizlə fəxr edirik, onlarla qürur duyuruq, lakin qanun hər kəs üçün qanundur.
Nəinki qazilərimiz, hər bir kəs başa düşməlidir ki, bir nəfərin yol hərəkəti qaydalarını pozması yalnız onun deyil, digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yarada bilər, ağır nəticəli qəza baş verər. Ona görə də xahiş edirik ki, bəzi qazilərimiz qayda pozuntularının mahiyyətini düzgün başa düşsünlər və bu kimi davranışlara yol verərək şərəfli qazi adına kölgə salmasınlar”.
Vətən müharibəsi iştirakçısı qazi gizir Rüfət Hacızadə hərbçilərin bu cür hallara yol vermədiyini deyib:
“44 günlük Vətən müharibəsində gizir rütbəsi ilə döyüşmüşəm. 2017-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edirəm. Hərbçi olan insanlar nə müharibə vaxtı video çəkib bir şey istədilər, nə müharibədən sonra haradasa səs-küy salıb “biz beləyik” dedilər”.
Gizirimizin sözlərinə görə, qazi olmaq qanunu pozmaq demək və yaxud da qanunu öz sui-istifadəsi üçün yönəltmək deyil:
“Mən özüm də müxtəlif hallarla qarşılaşıram. Telefonuma zəng gəlir ki, bəs xahiş edirəm mənə kontur göndərin, mən qaziyəm. And olsun Allaha həqiqətən utanc hissi keçirirəm”.
R.Hacızadə deyib ki, vəziyyətdən sui-istifadə edənlər digərlərinin də xalqın gözündən düşməsinə səbəb olur:
“Sui-istifadə halları sabah birisigün həqiqətən xalqın gözündən qazi olan insanların dəyərini salır. Bu, bizə çox pis təsir edir. Çünki hər hansı 2-3 nəfər şərəfini itirmiş insana görə bütün şərəfli insanlar xalqın gözündə fırıldaqçı kimi görünür. Belələri xalqın sevgisindən sui-istifadə edirlər”.
Ölkə.az-a danışan Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu isə bu məsələnin birmənalı olmadığını söyləyib:
“Bu məsələ incə məsələdir. Bunun içərisində obyektiv olan məsələlər də var, müharibəyə aidiyyəti olmayan şəxslər də var. Həmişə qazi, döyüşçü adından istifadə edənlər olub. Baxırsan ki, qazi kənarda qalır, başqaları bundan istifadə edir.
Birinin ürəyi atılır obyektinin adını qazi qoyur, bir başqası vergidən yayınmaq üçün edir, digəri hansısa məqsəd üçün edir. Yəni əslində bu, birmənalı deyil. Ona görə də birmənalı cavab vermək olmur. Qazi adı çox böyük müqəddəs bir addır. Qazi şəhidin bir parçasıdır, onun qanı vətən torpağına bulaşıb. Bu, Allah yanında bir məqamdır. Qanunvericilikdə də qazi və şəhid adları var. Bunlar dövlətin atributudur. Burada o qədər incə qatlar var ki, danışmaqda çətinlik çəkirəm. Vəziyyətdən sui-istifadə edənlərin qarşısını almaq lazımdır”.
Azərbaycanda hərbi qulluqçuların vəzifə maaşları, müavinətləri ardıcıl şəkildə artırılır.
"Yol-xeber.az"ın xəbərinə görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində deyib.
"Möhtərəm Prezident hərbi qulluqçuların sosial təminatının və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi prosesini sürətləndirdi. Bununla yanaşı, hərbi qulluqçuların vəzifə maaşlarının, müavinətlərinin artırılması da ardıcıl davam etdirilir", - o vurğulayıb.
Bakıda və Abşeron yarımadasında dekabrın 22-də arabir yağış yağacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
“Problem həll olunan problem deyilsə, onun həlli nə yerdə, nə də nazirlikdə mümkün deyil. Bəzi problemlər var ki, onların qaydalara uyğun həlli yoxdur”.
Bunu təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə çıxışı zamanı deyib.
“Məsələn, insan şərti olaraq tədris aldığı dili bilmirsə və dövlətdən diplom tələb edirsə, bunu kimdən istəyirsə istəsin, mümkün deyil. Çünki insan tədris aldığı dili bilməlidir. Burada narazılığın xüsusi bir əhəmiyyətini və faydasını görmürəm. Bizə inanın ki, bəzi hallarda insanları inandırmağa çalışırıq ki, siz bu dildə təhsil almısınızsa, heç olmasa bu dildəki intervyuda danışa bilməlisiniz. Mən hələ ixtisasın məzmununu kənara qoyuram”.