Yaxın günlərdə azad edilmiş ərazilərdə daimi məskunlaşacaq insanların ilk köçürülməsi olacaq.

Bu barədə Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Amerikanın Səsinə müsahibəsində bildirib.

“Artıq ilk köçürülmə ilə bağlı püşkatma tədbiri də olub. Bu yaxın günlərdə ilk məcburi köçkün ailələri daimi məskunlamaq üçün Zəngilan rayonunda yeni salınmış Ağalı kəndinə köçürüləcək. İlkin olaraq 41 ailə Ağalı kəndinə köçəcək,“- o, qeyd edib.

Hüseynovun sözlərinə görə, məcburi köçkünlər arasında geri, əvvəlki yaşayış yerlərinə qayıdıb-qayıtmayacaqları ilə bağlı sorğu keçirilib. “Məcburi köçkün ailələrinin böyük əksəriyyəti, yəni 90 faizi geri qayıdacaqlarını bildirib. İndi hər bir yaşayış yerinin sakinləri arasında sorğu keçirilir,” -o, qeyd edib.

Məcburi köçkünlərin qayıdışı üçün ilk olaraq Zəngilan rayonunun Ağalı kəndi yenidən qurulur. Burada ölkədə ilk dəfə müasir texnologiyaların tətbiqi ilə “ağıllı kənd” layihəsi icra olunur. Rəsmi məlumatlara görə, hazırda 200 evin inşası başa çatdırılıb, daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi davam etdirilir.

Fərmail İsmayılov Zəngilan rayonundan olan məcburi köçkündür. O, bu günlərdə Ağalı kəndinə qayıtmağa hazırlaşır. Artıq yaşayacağı ev də məlumdur. Evlərdə günəş panelləri quraşdırlıb. Eleketrik, isti-soyuq su, telefon rabitəsi, internet təmin olunub. Məktəb, uşaq bağçası, xəstəxana yüksək səviyyədədir. Yollar tam qaydasındadır.

“Ailəmiz qayıdışı çox səmimi qarşılayır. Çünki, ora bizim ata-baba yurdumuzdur. Orada anadan olmuşuq, böyümüşük. Neçə illərdir həsrətini çəkdiyimiz ata-babalarımızın qəbirlərini ziyarət etmək bizə nəsib olub,” o, Amerikanın Səsisə bildirib.

İsmayılov daimi məskunlaşacağı Ağalı qəsəbəsində insanın yaşaması üçün lazım olan bütün təminatların yaradıldığını deyib.

“Burada ağıllı kənd qurulub. Evlərdə günəş panelləri quraşdırlıb. Elektrik, isti-soyuq su, telefon rabitəsi, internet təmin olunub. Məktəb, uşaq bağçası, xəstəxana yüksək səviyyədədir. Yollar tam qaydasındadır. Yəqin ki, iş yerləri də əhali qayıtdıqca açılacaq. Çünki şirkətlər işləyir,” o bildirib.

Möhübbət Səmədovun ailəsi də Ağalı kəndinə qayıdanlar arasındasdır. Onun ailəsi 8 nəfərdir, beş otaqlı, iki mərtəbəli evlə təmin olunub. Ailə artıq məskunlaşıb. Səmədov dogma yurduna qayıdışını belə təsvir edib.

“O hissləri ifadə etmək çətindir. Nə deyim? Uşaqlar məcburu köçkün düşəndə iki-üç yaşında idilər, indi 30-32 yaşındadırlar. Vallah, elə bil yenidən doğulmuşuq. İnanmadığımız bir gündür. Mən bir az kövrəyəm, Düşündüklərimi ifadə edə bilmirəm. Sevincimizin həddi-hüdudu yoxdur,” o deyib.

Rəsmi ststistikaya görə, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində hazırda Azərbaycanda 1,138,450 nəfər qaçqın və məcburi köçkün var.

Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, onlardan 350,000 nəfəri Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlardır.

Münaqişə zamanı 1988-1993-cü illərdə Dağlıq Qarabağdan, eləcə də ona bitişik yeddi rayondan olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlərin sayı 788 950 nəfər təşkil edir.

2020-ci il sentyabr-noyabr aylarındakı 44 günlük müharibə nəticəsində bir çox yaşayış məntəqəsində Azərbaycan hökumətinin nəzarəti bərpa edilib. Hazırda keçmiş silahlı münaqişə ərazisinin minalardan təmizlənməsi işləri ilə yanaşı əhalinin yenidən dogma yurdlarına qaytarlması üçün işlər aparılır.

Azərbaycan hökuməti azad edilmiş ərazilərdə kommunikasiya qurğularının bərpası, sosial obyektlərin, avtomobil və dəmir yollarının tikintisi, həmçinin hava limanlarının salınması işlərini davam etdirir. Eyni zamanda elektrik xətləri çəkilir, su, külək elektrik stansiyaları qurulur.

Hazırda ərazilərdə insanların daimi məskunlaşması üçün yeni şəhər və qəsəbələr salınır.

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da yaxın vaxtlarda quru sərhədlərinin açılması məsləsinə baxılacaq.

Bunu açıqlamasında Milli Məclisin əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, artıq dünya ölkələri pandemiya ilə bağlı bütün məhdudiyyətləri götürmək üzərədir və artıq bir çoxu bu məhdudiyyətləri aradan qaldırıb.

“Azərbaycanda da pandemiya ilə bağlı məhdudiyyətlərin böyük əksəriyyəti aradan qaldırılıb. İndi hamının gözlədiyi məsələ isə quru sərhədlərinin açılmasıdır. Əminəm ki, bu məsələyə ən yaxın vaxtlarda baxılıb müvafiq qərar qəbul ediləcək”, - deputat qeyd edib.

Quru sərhədlərinin açılmaması və hələ də bəzi məhdudiyyətlərin qalmasına gəldikdə isə deputat bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın bitmədiyini elan etmədiyi üçün bir çox ölkələr kimi, Azərbaycan da bu məsələyə ehtiyatla yanaşır: “Azərbaycan da dünyanın bir parçası olduğundan ÜST-ün tələblərinə uyğun şəkildə hərəkət edir. Hesab edirəm ki, quru sərhədlərinin açılması ilə bağlı müəyyən araşdırmalar aparılmalıdır. Əminəm ki, bu məsələ də tezliklə öz müsbət həllini tapacaq və quru sərhədləri açılacaq”.

İyunun 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-31° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Bu günə qədər Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu günə qədər dünyanın bir çox ölkəsində meymunçiçəyi virusuna yoluxma halı aşkarlanıb. Həmçinin ötən gün qonşu Gürcüstanda da virusa ilk yoluxma faktı təsdiqlənib.

Xatırladaq ki, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağzın selikli qişasından daxil ola bilər. İnsandan insana bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər. Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda konfrans keçirilir.

"Toplantıda Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələri, o cümlədən hər iki ölkədən olan siyasi partiyaların nümayəndələri iştirak edirlər.

Konfransda əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunacaq.

Tədbir Şuşa Bəyannaməsindən irəli gələn məsələlərlə bağlı panel müzakirələrlə davam etdiriləcək.

Qeyd edək ki, toplantıya Türkiyə tərəfindən sabiq Baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım, kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibi İsmail Büyükataman qatılacaq.

Milli Qurtuluş Günü Azərbaycanın möhtəşəm  zəfərlərinin bünövrəsidir

Azərbaycan xalqı və dövlətinin müstəqilliyinin qorunub saxlanılmasını təmin edən müdrik şəxsiyyətin Ulu Öndər Heydər Əliyev olması danılmaz həqiqətdir. İctimai-siyasi sabitliyin bərqərar olmasının, mövcud iqtisadi tərəqqinin təməlində məhz onun müəyyənləşdirdiyi inkişaf strategiyası, daxili və xarici siyasət xətti dayanır. Heydər Əliyevin istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür. Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini anlamaq üçün onun siyasi fəaliyyətinin müxtəlif dövrlərinə qısa nəzər salmaq kifayətdir.

Keçmiş SSRİ-nin tərkibində olan Azərbaycan 1969-cu ilədək ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya idi. Bu tənəzzülün əsasında ayrı-ayrı sahələrdə idarəetmənin düzgün təşkil edilməməsi, mövcud potensialdan səmərəli istifadə olunmaması kimi səbəblər dururdu. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji yol xəritəsi oldu.

Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündən Azərbaycanın həqiqi dinamik tərəqqisi başladı. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı, maşınqayırma, metallurgiya və digər sahələrdə də əhəmiyyətli irəliləyişlər əldə etdi. Həyata keçirilən institusional islahatlar sayəsində kənd təsərrüfatı, təhsil və səhiyyə sektorlarında, eləcə də neft sənayesində inkişaf tempi sürətləndi. Milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. 1978-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə İttifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bundan başqa, “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Siyasi-ideoloji müstəvidə görülən bütün işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar idi.

1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması isə peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruculuğunda həmin lisey mühüm amil oldu. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan Azərbaycan zabitlərinin bir qismi də məhz həmin liseyin yetirmələri idi.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi, SSRİ-nin rəhbərlərindən biri oldu. O, bu dövrdə də Azərbaycan xalqının mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atdı, respublikamız üçün misilsiz xidmətlər göstərdi.

Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən bəhs edərkən onun fəaliyyətinin Naxçıvan dövrünə xüsusi nəzər salmaq lazımdır. Çünki həmin dövrün prosesləri və reallıqları Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən biridir. Məlumdur ki, 1990-cı ildə Azərbaycan mürəkkəb situasiya qarşısında olduğu zaman Muxtar Respublikanın blokada şəraitinə düşməsi, sosial-iqtisadi durumunun acınacaqlı hal alması, mərkəzi hakimiyyətin muxtar qurum üzərində qurduğu oyunlar Naxçıvanı çətin vəziyyətə salmışdı. 17 noyabr 1990-cı ildə Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı, Muxtar Respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və sovet ordusu Naxçıvan MR ərazisindən çıxarıldı. Elə həmin ərəfədə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi barədə qərarlar qəbul edildi. 1991-ci ilin sentyabr ayında Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri seçilməsindən sonra muxtar respublikada sabitlik təmin edildi, sosial və iqtisadi durum yaxşılaşdı, xarici müdaxilə təhlükəsi aradan qaldırıldı. Muxtar Respublikada milli dövlətçilik ənənələrinin bərpası istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldü, dövlət rəmzləri bərpa olundu, milliləşdirmə siyasəti davam etdirildi.

Müstəqilliyin ilk illərində ölkəmiz ciddi iqtisadi problemlərlə üz-üzə qalmışdı. Sosializm sistemindən bazar iqtisadiyyatına keçid qeyri-peşəkar aparılır, ciddi sosial-iqtisadi və maliyyə nöqsanlarına yol verilirdi. Ölkədə yaranmış bu vəziyyətdən müəyyən qruplar öz məqsədləri üçün istifadə edirdilər. Bank sektorunda fəaliyyət göstərmiş onlarla bankın qısa zamanda müflisləşməsi vətəndaşları çıxılmaz vəziyyətə saldı.

Ölkəni bu fəlakətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev qurtardı. Ölkənin 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etdi. Xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai- siyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Buna görə də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Ulu Öndər illər sonra həmin günləri belə xatırlayırdı: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”.

Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Ən əsası, Azərbaycanda uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Səlis və işlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusi əhəmiyyətə malik idi.

Bu gün Ulu Öndərin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan yüksəlişə və dinamik inkişafa nail olub. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi yazılır. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.

Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təminatlı və davamlı olması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir Azərbaycanın gerçəklikləridir.

Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara uyğun şəkildə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ən mühüm məqam isə budur ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdıgı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev irsi əsasında inkişaf yolunda əmin addımlarla, inamla, əzmlə və qətiyyətlə sürətli irəliləyişini davam etdirir.

Kamaləddin Qafarov,
Milli Məclisin deputatı

"Meymunçiçəyi virusunun koronavirus kimi pandemiya yaratmaq reallığını görmürəm. Çünki bu virus hava damcı yolu ilə sürətlə yayılmır. Meymunçiçəyi əsasən yaxın təmaslar zamanı yayılır. Lakin buna baxmayaraq müəyyən arialları əhatə edərək epidemiya törədə bilər".

Bu sözləri baku.ws-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə, Azərbaycanda meymunçiçəyi virusu yayıldığı təqdirdə mütləq şöbələr ayrılmalı, insanlar arasında təbliğat işi genişləndirilməlidir: "Xəstələrin vaxtında aşkar olunması olduqca vacib məsələdir. İnsanlar bilməlidirlər ki, hansı hallarda həkimə müraciət etməlidirlər.

Eyni zamanda biz düşünməliyik ki, insanları qorumaq üçün nə qədər vaksin gərəkdir. Burada vaksinasiya məsələsi də aktuallaşa bilər. Çünki suçiçəyi vaksini 1980-ci illərdən dayandırılıb. Təcrübə göstərir ki, vaksinasiya olunmuş şəxslər ya xəstələnmir, ya da xəstələndiyi halda bunu yüngül keçirirlər.

Bu dəqiq məsələdir ki, 42 yaşdan aşağı şəxslər vasinasiyasızdır. Əgər meymunçiçəyi geniş yayılsa, vaksinasiya aktuallaşa bilər. Bu məsələdə kompels tədbirlər var ki, onlar görülməlidir".

"Yol-xeber.az" xəbər verir ki, Daşkəsən rayonu ərazisində güclü leysan yağışları və sel suları nəticəsində Çanaxçı-Zivlən avtomobil yolunun bəzi hissələrinə tökülən qaya parçaları və palçıq kütləsinin təmizlənməsi işləri yekunlaşıb

Hazırda sözügedən avtomobil yolunun təqribən 5-ci km-də yerləşən metal konstruksiyalı körpünün sel suları nəticəsində yuyulmuş yanaşma yolunun bərpası istiqamətində işlərə başlanılıb. 

Xatırladaq ki, Daşkəsən rayonunda təbii fəlakət nəticəsində Çanaxçı-Alaxançallı və Çanaxçı-Zivlən yollarına ziyan dəymiş, bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yoluna töküldüyündən həmin ərazilərdə nəqliyyatın hərəkəti tam dayanmışdı.

Dərhal təbii fəlakətin yaşandığı əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olundu.  

Aparılan təzirəsalınmaz tədbirlər nəticəsində Çanaxçı-Alaxançallı avtomobil yolunda dağlardan gələrək yolun hərəkət hissəsinə tökülən iri qaya parçaları və palçıq kütləsinin təmizlənərək rayon mərkəzindən Alaxançallı kəndi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olundu

YOLUNUZ AÇIQ OLSUN…

 

 

"Yol-xeber.az" xəbər verir ki, Daşkəsən rayonu ərazisində dolu, qasırğalı küləklə müşahidə olunan güclü leysan yağışları və çaylarda artan sel suları nəticəsində Çanaxçı-Alaxançallı və Çanaxçı-Zivlən avtomobil yollarına ziyan dəyib, bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yoluna töküldüyündən həmin ərazilərdə nəqliyyatın hərəkəti tam dayanıb. Bundan başqa sel suları nəticəsində çayın məcrası dəyişdiyi üçün Çanaxçı-Zivlən avtomobil yolunun təqribən 5-ci km-də yerləşən metal konstruksiyalı körpünün yanaşma yolunu yuyulub.

Dərhal təbii fəlakətin yaşandığı əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. 

Çanaxçı-Alaxançallı avtomobil yolunun təqribən 4 km-lik məsafədə dağlardan gələrək yolun hərəkət hissəsinə tökülən iri qaya parçaları və palçıq kütləsinin təmizlənməsi istiqamətində işlər aparılıb. Agentlik tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yolun hərəkət hissəsi təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkəti rayon mərkəzindən Alaxançallı kəndi istiqamətində tam bərpa olunub. Hazırda Alaxançallı kəndi daxilində bələdiyyə yollarının təmizlənməsi istiqamətində işlər aparılır və yaxın saatlarında bu işlər də tam yekunlaşacaq.

Bundan başqa Daşkəsən rayonunun Çanaxçı-Zivlən avtomobil yolunun bəzi hissələrinin iri qaya parçaları və palçıq kütləsinin təmizlənməsi istiqamətində də işlərə başlanılıb. Həmçinin sözügedən yol üzərində yerləşən və 12 metr uzunluğa malik metal körpünün sel suları nəticəsində yuyulmuş yanaşma yolunun bərpasının da qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

YOLUNUZ AÇIQ OLSUN…

Təhsil naziri Emin Əmrullayev "Son zəng" tədbiri ilə bağlı qatıldığı 234 nömrəli məktəbdə məzunları təbrik edib.

Təbrikdə deyilir:

"Məktəbi bitirməyiniz münasibəti ilə bütün məzunları "Son zəng"lə bağlı təbrik edirəm. Bu gün elə günlərdən biridir ki, hər zaman yadda qalacaq. Bu gün həm də məsuliyyətli gündür. Artıq 11 illik böyük məktəb ili geridə qalıb. Bu müddət ərzində öyrəndikləri sinif yoldaşlarından, dostlarından, müəllimlərdən, məktəbdən ayrılıb yeni dünyaya atılırsınız. Yəqin ki, əksəriyyət yay aylarında qəbul imtahanları gözləyir. Bir qismi başqa təhsil, yaxud hərbi xidmət gözləyir. Həyatın sizə hazırladığı hansı hekayədən asılı olmayaraq hər birinizə uğurlar arzulayıram.

Builki "Son zəng" gözəl ilə təsadüf edir. Belə ki, bu il ölkədə başçısının sərəncamı ilə Azərbaycanda 2022-ci il "Şuşa ili" elan olunub. Şuşa ilinin məzunları olmaq hər kəs üçün qürurvericidir. Hər birimiz Azərbaycanın şanlı Qələbə tarixinin şahidi olmaqdan qürur duyuruq.

Eyni zamanda məzun olduğunuz dövrdən sonra Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi yəqin ki, hər birinizin həyatında əsaslı rol oynayacağını vurğulaya bilərəm. Bu il məktəbi bitirib müxtəlif ixtisaslara yiyələnəcəksiniz. Bir ixtisas mütləq olacaq. İnanıram ki, bir qisminizin işi, peşəsi məhz işğaldan azad olunmuş torpaqların bərpasına sərf ediləcək. Öz əmək fəaliyyətinizi şanlı və şərəfli işə yönəldəcəksiniz.

Müəllimləri də xüsusi təbrik edirəm, çünki bu gün siz öz əməyinizin bəhrəsini görürsünüz. Valideynlərə də təbrik düşür. Övladlarını 11 il hazırlayıb məktəbə göndərmək çətin dövrləri arxada qoyurlar.

Bu gün ölkədə 91 mindən artıq məzun məktəbi bitirir. Azərbaycan gənc ölkədir, əhalinin təxminən 2/3-sinin yaşı 40-dan aşağıdır. Gənc xalq olmağımızın üstünlüyü odur ki, ölkənin inkişafında, rifahında rolu böyükdür. Bu gün ən vacib arzum ondan ibarət olacaq ki, harada hansı peşədə olmalarından asılı olmayaraq daim Azərbaycanın inkişafına töhfə verən vətəndaşlar olasınız".

Xəbər lenti