Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək.

Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

Əmrə əsasən, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.

“Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilərlər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.

Çimərlik mövsümünün başlamasına az müddət qalsa da əhali hər yay olduğu kimi yenidən hasarlarla üzləşib.

Dəniz sahilinin hasara alınması faktiki olaraq vətəndaşların çimərlik hüququnun əlindən almasını ortaya qoyub.

"ARB24"ün çəkiliş qrupu hasarlanan ərazidən reportaj hazırlayıb. Buzovna çimərliyindəki mövcud vəziyyət onu ortaya qoyub ki, vətəndaşlar çimərliyə daxil olmaq üçün 1-2 kilometr yol qət etməlidir. Bunun əsas səbəbi isə çimərliyin naməlum şəxslər tərəfindən hasarlanmasıdır.

Xəzər rayon İcra Hakimiyyətinə məsələ ilə bağlı müraciət edildikdə qurumdan bildirilib ki, hasarlanmadan xəbərdar olasalar da, icazəni onlar verməyiblər.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmənin verilməsi üçün hazırlıq işləri artıq yekunlaşır.

Bu barədə müvafiq Komissiyanın iclasında bildirilib.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən icra olunacaq bu yeni sosial dəstək proqramı müharibə əlillərinin sosial müdafiəsinə daha bir qayğını ifadə edir. Komissiyanın təklifləri təqdim edilib və bu təkliflər əsasında müvafiq qayda təsdiq edildikdən sonra ödənişlərə başlanacaq.

Bildirilib ki, qeyd olunan birdəfəlik ödəmələr də elektron sistem üzərindən, proaktiv təyin olunaraq, nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürüləcək.

Aidiyyəti qurumlar tərəfindən 1997-ci il avqustun 2-dək xəsarət alan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, onlardan sığorta ödənişi verilməsinə dair məhkəmə qərarı olan şəxslərin və artıq sığorta ödənişi verilmiş şəxslərin siyahıları əsasında hazırda dəqiqləşdirmələr aparılmaqla ödəniş ediləcək şəxslərin siyahısı müəyyənləşdirilir.

İclasda birdəfəlik ödəmənin verilməsi üçün aparılan hazırlıq işləri müzakirə olunub.

Xatırladaq ki, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə veriləcək birdəfəlik ödəmə I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat təşkil edəcək.

Onlardan vəfat edən şəxslərin vərəsələrinə də bu ödənişlər veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Xəzər TV-nin müxbirinin sualını cavablandırmaqdan imtina edib.

Nazir jurnalistin qazilərlə bağlı sualına "Yox, ehtiyac yoxdur. İcazə verin, tədbiri yekunlaşdıraq" cavabını verib.

Həmin görüntüləri təqdim edirik:

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədovun daxili işlər orqanlarında xidmət müddətinin başa çatdığı bildirilir.

Məlumata görə, bu gün onun xidmət müddətinin sonuncu günüdür.

Məsələ ilə bağlı açıqlama verən qurum rəsmisi hazırda işinin başında olduğunu bildirib.

"Hazırda işimin başındayam. Hələ ki bununla bağlı heç bir əmr verilməyib. Bir gün gələn, bir gün də gedər. Onsuz da mənim getməyim barədə hər gün yazırsınız. Amma hələ ki işimdəyəm. Təki hamıya belə bir xidmət nəsib olsun".

Qeyd edək ki, polis polkovniki Vaqif Əsədovun işdən azad olunacağı ilə bağlı xəbəri demokrat.az saytı verib.

Bakıda və Abşeron yarımadasında iyunun 9-da hava şəraiti əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

Bakının mərkəzində yaradılan qanunsuz parklanma yerində sökülmə işləri başa çatıb.

Paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında səki tam bərpa edilib.

Həmin ərazidə yenidən ağac əkiləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Buna görə Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5 000 manat məbləğində cərimələnib. Daha sonra parklanma yerinin sökülməsinə başlanılıb.

 

 

 

Məsələ ilə bağlı Ölkə.Az-a danışan ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova elan  tamamilə cəmiyyətin etik qaydalarına dəvətdir:

“Çünki kitabxana daha özəl bir yerdir. Orada tələblərimiz daha çoxdur. Dərsə davamiyyəti, fikrin pozulması  ilə bağlı qız tələbələrimizin bəzi şikayətlərinə əsasən belə bir elan yerləşdirilib. Açığı, burada qeyri-adi bir şey yoxdur.Çünki bu, tamamilə cəmiyyətin etik qaydalarına bir dəvətdir.

Bildiyiniz kimi daxili nizam-intizam qaydaları hər müəssisədə var. Bu, istər iş yeri olsun, istərsə də təhsil müəssisələri. Hətta  bir çox inkişaf etmiş dövlətlərdə belə ictimai yerlərdə dress-kodlar olur. Biz də həmçinin tələbələrimizə belə bir dəvət olaraq yazmışıq ki, müəyyən etik qayadalara riayət edək. Bizim universitet olaraq məqsədimiz tələbəyə təhsil verməkdir. Kitabxana  çox özəl olan hissələrimizdəndir. Buna əsasən, belə bir elan hazırlayıb yerləşdirmişik. 

Əslində, indiyə qədər universitetə tələbələrin şortik-maykada gəlməsi ilə bağlı hər hansı bir problem yaşamamışıq. Tələbələrimiz də geyim qayadalarını bilirlər. Nəyisə geyinib-geyinməməklə bağlı qəti qadağa yoxdur. Etik qaydalara uyğun olaraq hər kəs istədiyini geyinə bilər”.

 

***

10:12

Azərbaycan Tibb Universitetinin kitabxanasından istifadə edəcək tələbələrə geyimlə bağlı qadağa qoyulub.

Demokrat.az xəbər verir ki, bu barədə kitabxananın girişində elan yerləşdirilib.

Bildirilib ki, ictimai qaydalara uyğun olaraq, Əsaslı Kitabxanaya qısa şalvarda (şortik), maykada gəlmək qəti qadağandır.

Bu qadağa sosial şəbəkələrdə müzakirələrə səbəb olub, universitet rəhbərliyi tənqid edilib. 

314947

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) “Formula 1" ilə bağlı sürücülərə müraciət edib.

NİİM-dən daxil olan müraciətdə deyilir:

"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yollarda müşahidə olunan son vəziyyətlə bağlı məlumatları təqdim edir və eyni zamanda sürücülərə müraciət edərək paytaxtımızda qonaqpərvərlik mühitinin qorunması üçün “Formula 1 Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar yollardakı müvəqqəti xarakter daşıyan dəyişiklik və məhdudiyyətləri anlayışla qarşılamağı, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi, daha çox ictimai nəqliyyata üstünlük verməyi, həmçinin dayanma-durma qaydalarına ciddi riayət olunmasını xahiş edir. Qeyd olunanlar sıxlıqların yaranmaması baxımından mühüm əhəmiyyət kəsb edir".




Ötən həftə Azərbaycanda "RİA Novosti" agentliyinin internet informasiya resursuna giriş məhdudlaşdırıldı. Əslində bu çoxdan gözlənilən bir addım idi. Çünki, Rusiyanın bu informasiya Agentliyi bütün zamanlarda Azərbaycana qarşı qərəzli olub, ölkəmizlə bağlı məsələlərdə birtərəfli mövqe tutub.

Baxmayaraq ki, “RİA Novosti” Rusiyanın dövlət büdcəsindən maliyyələşən bir orqandır. Belə bir orqanın başlığa və yaxud müzakirəyə çıxardığı məsələ təbii ki, çox zaman dövlətin mövqeyi kimi başa düşülür. Ona görə də Agentliyin anti-Azərbaycan mövqeyi anlayışla qarşılanmayıb, heç bir qonşuluq və dostluq – sığmayıb.

Yada salaq ki, bu Agentlik son Ermənistan-Azərbaycan münaqişəsi ilə həmyaşıddır. 1987-ci ilin noyabrından 1988-ci ilin yanvarına qədər Qafan, Mehri və Masisdə azərbaycanlılara qarşı ilk talanlar və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixində ilk qaçqınların oradan deportasiya edilməsindən tutumuş Qarabağı və ətraf ərazilərin ermənilər tərəfindən işğal edilməsinə, Xocalıda Meşəlidə, Qaradağlıda ermənilərin törətdiyi soyqrımına qədər bütün məsələlərdə RİA Novosti bir qayda olaraq ermənipərəst mövqedən çıxış edib.

Müharibədən sonrakı illərdə də bu agentlik ancaq dezinformasiya ilə məşğul olub. 44 günlük müharibədə və ondan ötən 1.7 ay müddətində də agentlik qərəzli mövqedən əl çəkməyib, hər vəchlə Azərbaycan həqiqətlərinə kölgə salıb. Ona görə də Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin son qərarı cəmiyyətdə məmnunluqla qarşılanıb. Dia.az-ın məlumatına görə, məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili Razi Nurullayev dedi ki, çox düzgün qərardır. Bu Agentlik neçə illərdir ki, Azərbaycanın ərazi bütövlüyünə zidd xətt yürüdür:

“Separatçı erməniləri hər zaman rəsmi tərəf kimi təqdim edir. Üstəlik, separatçıların bədnam niyyətlərini açıq şəkildə təbliğ edirlər. Bu isə iki srtateji tərfdaş olan Rusiya-Azərbaycan əlqələrinə ciddi zərbə vurur, mehriban qonşuluğa xələl gətirir”.

Millət vəkili qürurlu Azərbaycanın bundan sonra da bütün məsələlərdə prinsipial mövqe tutacağına inandığını bildirdi:

“İnanıram ki, bu cəza tədbirlrinin davamı gələcək. Azərbaycanın yüksək hörmətə layiq olduğunu hər bir təşkilat nəhayət ki, başa düşəcək. Mən bu qərarı sadəcə alqışlayıram”.

Tanınmış jurnalist, millət vəkili Aqil Abbas isə məsələ ilə bağlı Bizim.Media-ya bunları dedi:

“Qərarı müsbət qarşılayıram. Amma bu məsələnin hələlik yarısıdır. Bu gün istər “RİA Novosti”, istərsə də digər nəşrə Azərbaycanda blok qoyula bilər. Bu isə o deməkdir ki, o nəşrlər bizdə oxunmayacaq. Amma başqa ölkələrdə oxunur ki,..

Bu məsələni kompleks şəkildə etməliyik ki, Azərbaycana qarşı qərəzli mövqe tutan mətbu orqanları bütün dünyada bloklansın. Bunun da çox sadə yolu var. Kollektiv şikayət və yaxud müraciət. Bax, bunu da etsək, nə əla”.

Təbii ki, bütün məsələlərdə dövlət qurumlarından nəsə ummaq düzgün deyil. Bu kimi məsələlərdə ictimai fəallığımızı artırmalıyıq.

Xəbər lenti