Bakıda uşaqlara aylarla əzab verilən sığınacağın rəhbəri ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Qafqazinfo xəbər verir ki, “Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımova Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımovun qızıdır.

Zülfü Qasımov hazırda Ağdam YAP təşkilatında Aparat rəhbəri kimi fəaliyyət göstərir. Sığınacağın rəhbəri Könül Qasımova eyni zamanda, sosial şəbəkələrdə bloqer kimi tanınan, daha çox bloqer Aysel Şükürova ilə birgə videolar çəkən Raul İsgəndərlinin anasıdır.

Qeyd edək ki, sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılmış C.M-nın (şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. O cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkar edilib.

Fakta görə cinayət işi başlanıb.

Bir neçə qazi əlilliyin təyinatı ilə bağlı narazılıq edir.

Oxu.az məlumatına görə, onlar bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında etiraz edirlər.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov qazilərə açıqlamasında bildirib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, kimlərə əlillik düşürsə, onlar da bu hüququ qazanırlar:

“Qarabağ qazilərinin əlillik məsələsi xüsusi diqqətdə saxlanılır. İndiyə kimi 3000-ə yaxın Vətən müharibəsi qazisi əlilliklə təmin olunub”.

Sədərək Ticarət Mərkəzinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər həqiqəti əks etdirmir.

"Bunu Trend-ə açıqlamasında Sədərk Ticarət Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib.

O bildirib ki, yayılan məlumatlar yalandır:

"Ticarət Mərkəzinin sökülməsindən söhbət gedə bilməz. Yayılan videoda ticarət mərkəzinin cərgələrində aparılan təmir işləri əks olunub. Ticarət mərkəzindəki cərgələrdə olan dükanların qarşısı təmizlənir, mağazaların giriş hissəsinə şüşə vitrinlər quraşdırılır. Bu o məqsədi daşıyır ki, mağazaların içərisindəki mallar kənardan görünsün və müştəriləri daha tez cəlb etsin. Həmçinin havaların isti keçməsi ilə bağlı yanğın təhlükəsizliyi məqsədilə ərazi təmizlənir".

Xatırladaq ki, sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzindən paylaşılan videoda adıçəkilən mərkəzin sökülərək köçürülməsi ilə bağlı fikirlər səsləndirilib.

Bakıda uşaqlara aylarla əzab verilən sığınacağın adı məlum olub.

"Bu, "Sevgi Evi" qadın və uşaq sığınacağıdır.

Sığınacağın təşkilatçısı isə Könül Qasımovadır.

Məsələ ilə bağlı "Report" "Sevgi Evi" qadın və uşaq sığınacağı ilə əlaqə saxlayıb. Özünü sığınacağın rəhbəri kimi təqdim edən qadın bu barədə danışmaq istəmədiyini, hər şeyin qaydasında olduğunu söyləyib.

Qeyd edək ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan C.M.-nın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib, o cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi kraliça II Yelizavetanın hakimiyyətinin platin ildönümünü qeyd edir - o, 70 il hakimiyyətdə olmuş ilk Britaniya monarxı olub.

 “Report” xəbər verir ki, tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp çıxış edib.

 “Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün platin yubileyi ilə üst-üstə düşməsi xüsusilə simvolik xarakter daşıyır”, - səfir bu hadisənin ölkələr arasında münasibətlərdə əhəmiyyətini qeyd edib.

O, yubiley münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin Kraliça II Yelizavetaya hədiyyə etdiyi Qarabağ atını da xatırladıb.

Onun sözlərinə görə, bayramda Britaniyanın müxtəlif ənənəvi mahnıları, simvolları və yeməkləri nümayiş etdiriləcək.

Kamaləddin Qafarov: “TEKNOFEST” Azərbaycan-Türkiyə birliyinin daha bir təntənəsi idi”
“İki dost və qardaş ölkə, strateji müttəfiqlər olan Azərbaycan və Türkiyə öz birliklərinin sarsılmazlığını növbəti dəfə bütün dünyaya nümayiş etdirdilər. Mayın 26-29-da Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı bu birliyin daha bir bariz təzahürü oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu festivalda, həmçinin paytaxtda 7 saylı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışında birgə iştirakı əsl qardaşlıq nümunəsi kimi dünyaya təqdim edildi.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, bu möhtəşəm tədbir eyni zamanda ölkələrimizin və xalqlarımızın gələcək inkişafını təmin edəcək etibarlı bazanın formalaşdırılması baxımından da böyük əhəmiyyət kəsb etdi: ““TEKNOFEST Azərbaycan” festivalının daha bir özəlliyi də ondadır ki, bu tədbirdə gənc nəslin ölkələrimiz arasında olan qardaşlığa hansı töhfələr verə biləcəyi də aydın şəkildə öz təzahürünü tapdı. Mahiyyət etibarı ilə “TEKNOFEST”-in əsasında duran əsas ideya özündə müstəqillik, qardaşlıq, elm və müasirlik kimi vacib amilləri ehtiva edir. Bu gün həm Azərbaycanın, həm də Türkiyənin bu qabaqcıl yenilikləri uğurla tətbiq etməkdə qərarlı və bacarıqlı olmaları artıq heç kəsdə şübhə doğura bilməz. Azərbaycanın apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi də müasir texnologiyaların ağıl və cəsarətlə bir araya gəldiyi zaman əldə edilə bilməyəcək heç bir nəticənin olmadığını bütün dünyaya göstərdi. Məhz bu səbəbdən də ölkələrimizin texnologiyalar sahəsində dayanıqlı inkişafı hazırda bütün dünyanın diqqətini cəlb edir. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Həqiqətən də Azərbaycan xalqı üçün son dərəcə önəmli olan bir gündə, 28 May-Müstəqillik Günündə Azərbaycan və Türkiyə Prezidentlərinin birlikdə olmaları hər iki ölkənin parlaq gələcəyinin ən böyük təminatıdır.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda çıxışı zamanı ötən illərin sınaqlarında inkişaf edərək zirvəyə ucalmış qardaşlıq salnaməsinin önəmli səhifələrini xatırladaraq demişdir:” 1915-ci ildə Çanaqqalada,1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur.”

Millət vəkili vurğulayıb ki, tarixi Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə və Azərbaycan münasibətləri artıq rəsmi olaraq müttəfiqlik zirvəsinə ucaldı: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də öz çıxışında dediyi kimi, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir. O cümlədən, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi xüsusi olaraq qeyd olunub. Müttəfiqlik Bəyannaməsi ölkələrimizin imkanlarını birləşdirdi”.

Kamaləddin Qafarov sonda festivalın siyasi əhəmiyyətini qeyd edərək deyib: “Teknofest Azərbaycan” festivalının daha önəmli bir cəhəti də Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğunun və getdikcə daha da şaxələndiyinin və möhkəmləndiyinin bütün dünyaya nümayişi oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev festivalda etdiyi çıxışında məhz bu məqamı xüsusi olaraq vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ötən illər ərzində qardaş Türkiyə daim ölkəmizin, xalqımızın yanında olub. Biz hər zaman bu qardaşlıq dəstəyini hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün inkişaf yolunun əsas istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanında yer alırlar. Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Türkiyə və Azərbaycan yanaşı inamla addımladıqca, bölgəmizdə sülh və əmin-amanlıq da möhkəm və sarsılmaz olacaq”.

İyunun 1-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Sıra baxışında kütləvi informasiya vasitələrində, o cümlədən Daxili İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində verilmiş elana uyğun olaraq Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 193 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 53 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.

Gənclər qarşısında çıxış edən nazir Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafında, həmçinin Vətən müharibəsində gənclərimizin böyük rolu olduğunu, ölkəmizin ümumi inkişafına töhfə verdiklərini vurğulayıb. O, daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə fəaliyyətlərində uğurlar arzulayıb və tövsiyələrini verib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən “WhatsApp” yazışmalarının ələ keçirilməsi xidmətini təklif edən şəxsin ifşa olunması bu tətbiq üzərindən başqasının yazışmalarını ələ keçirməyin mümkün olub-olmamasını aktuallaşdırır.

İnformasiya texnologiyaları üzrə ekspert Elçin Məmmədov “Xəzər Xəbər”ə deyib ki, “WhatsApp Plus” proqramı işlədən şəxslərin yazışmalarını əldə etmək mümkündür.

Bəs adi “WhatsApp” tətbiqindən istifadə edənlərin SMS-lərini izləmək olarmı?

Mütəxəssis hesab edir ki, məsafədən kiminsə telefonuna müdaxilə edib, onun yazışmalarını əldə etmək mümkün deyil. Proqramın yaradıcıları “WhatsApp” yeni xidmətlər əlavə edərkən bəzi funksiyaların istifadəsini nəzərə almayıb. Belə ki, proqramın veb versiyasının imkanları ilə başqa bir telefonun kodunu sistemə tanıdaraq həmin hesaba giriş etmək mümkündür. Veb versiyadan yalnız kompüterlər üçün istifadə edilsə də, mobil qurğular üçün də bunu tətbiq etmək olar. Xüsusi olaraq məhz bunun üçün hazırlanan bir proqram vasitəsi ilə başqasının “WhatsApp” hesabına bir neçə saniyədə daxil olmaq mümkündür.

“WhatsApp”da izlənən şəxslər bunu necə müəyyən edə bilərlər?

Vəkil Anar Ramazanov bildirir ki, əməliyyat-axtarış fəaliyyətini həyata keçirməyən şəxsin gizli qaydada başqasının telefonuna müdaxilə edərək yazışmalarını əldə etməsi cinayət əməlidir. Onun sözlərinə görə, bu hal qanunla tənzimlənir və bunu edənlər istintaqa cəlb olunurlar.

Qeyd edək ki, ötən gün DTX “WhatsApp” yazışmalarını ələ keçirmək istəyənləri aldadan saxta hakeri ifşa edib.

Daha ətraflı süjetdə:

İyun ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.

ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, iyunun 15-i Azərbaycan xalqının Milli Qurtuluş Günü, iyun ayının 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür.

İyunun 26-sı bazar gününə təsadüf etdiyi üçün 27 iyun qeyri-iş günü olacaq.

Qeyd edək ki, iyunda həftəsonları ilə birgə 10 gün iş olmayacaq.

h

"Yol-xeber.az" xəbər verir ki, Biləsuvar rayon Heydər Əliyev adına parkda Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə asudə vaxtın səmərəli təşkili məqsədi ilə 28-29 may tarixlərində Biləsuvar rayon Mədəniyyət Mərkəzinin əməkdaşları konsert proqramı təşkil etmişdir. Konsertdə Xırmandalı kənd uşaq incəsənət məktəbinin şagirdləri də iştirak edirdi.


h
h
h
h
h
h
h
h
h
h
h
h
h
h
h
h
h
h
h
h
h

Xəbər lenti