Bakıda növbəti səs-küylü toy gerçəkləşib.

Milli.az xəbər verir ki, tanınmış rejissor Cəlal Kəngərlinin çəkilişini etdiyi toy sahibinin bağ evinin həyətindəki ümumi dəyəri milyonlarla dollar dəyərində olan avtomobil kolleksiyası görənləri heyrətləndirib. Dövlət qeydiyyat nişanlarından ehtimal olunur ki, bu avtomobillərin əksəriyyəti bir ailəyə məxsusdur.

Bu da toyda iştirak edən qonaqların ümumi dəyəri milyonlarla dollara bərabər olan sözügedən avtomobil "parkı":

İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək.

Çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara Bakı Şəhəri İcra Hakimiyyətinin tapşırıqları verilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birgə mayın 16-dan etibarən Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə başlayıblar. Monitorinq nəticələrinin yaxın günlərdə ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.

Bakıda Xətai rayonu ərazisində yanğın baş verib.

Bu barədə baku.ws-in "qaynar xətti"nə məlumat daxil olub.

 Məlumata görə, yanğın Neapol dairəsindəki hasara alınmış ərazidə qeydə alınıb.

Azərbaycanda gələn ayın qeyri-iş günləri açıqlandı

9, 10 iyul tarixlərində Qurban bayramı qeyd olunacaq.

Gələn ayın 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 11 və 12 iyul tarixləri qeyri-iş günü olacaq.

Beləliklə, 9, 10, 11, 12 iyul 2022-ci il tarixləri qeyri-iş günü olacaq.

b

"Yol-xeber.az" xəbər verir ki, Bu gün Lerik.r.Əvilə kəndində yeni tikilən,, ATA YOLU,, adlanan körpünün açılışı oldu,açlışda Azərbaycan Respublikasının MM Deputatı İqbal Məmmədov və Lerik RİH Başçısının səlahiyətlırini icra edən Cəlil Baxşıyev cənabları iştirak etdilər.
Allah mübarək eləsin.





.


"Yol-xeber.az" xəbər verir ki, Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Biləsuvar rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarından ibarət "Şəhriyar" folklor rəqs qrupu yaradılmışdır.Uğurlarınız bol olsun!

.

u
u
u
u
u
u
u

.


 



"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Ekspo Mərkəzində təşkil olunan 10-cu Yubiley Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat sərgisində iştirak edir.

Dövlət Agentliyi sözügedən sərgidə quraşdırılmış xüsusi pavilyonunda son illər Bakı şəhərində və bölgələrdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsiistiqamətində görülən işlərgələcək layihələr və yeniliklər barədə ətraflı məlumat əldə etmək mümkündür.

01-03 iyun tarixləri arasında davam edəcək “Road and Traffic” sərgisi Xəzər regionunda yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları kimi sektorların peşəkarlarını öz meydançasında bir araya toplayan ixtisaslaşdırılmış tədbiridir

Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək və bu sahə üzrə tenderlərdə iştirak etmək, o cümlədən yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssislər ilə görüşmək üçün nadir imkandır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələrinin də qatıldığı ikitərəfli B2B görüşlər yol-inşaat və yol təhlükəsizliyi sahələrinin yenilikləri ilə tanış olmağa, mövcud və potensial müştərilərlə işgüzar əlaqələrin qurulmasına öz töhfəsini verəcək.

“Road & Traffic” sərgisində Azərbaycanla yanaşı, TürkiyəAlmaniya, İtaliyaRusiya, BelarusYunanıstan və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən şirkətlər yol və tunellərin layihələndirilməsi və tikintisi, yol təhlükəsizliyi vasitələri, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yol maneələri, nəqliyyatı intellektual idarəetmə sistemləri, elektron yol monitorları, avtobuslar və bir sıra digər məhsulları təqdim edirlər.  

Qeyd edək ki, 10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisinin rəsmi dəstəkçilərindən biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi seçilib.

YOLUNUZ AÇIQ OLSUN...

ADY Bakıda keçirilən Nəqliyyat, Tranzit və Logistika sərgisində xüsusi stendlə təmsil olunur

"Yol-xeber.az" xəbər verir ki, 1-3 iyun 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi keçirilir. Sərgidə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) xüsusi stendlə iştirak edir. 

Bu beynəlxalq sərgidə Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin kommersiya şirkətləri ilə yanaşı, nəqliyyat-logistika, ekspedisiya, o cümlədən dəmir yolu sahəsində çalışan strukturlar, beynəlxalq korporasiyalar öz xidmətlərini, yeni texnologiya və avadanlıqlarını təqdim edirlər.

ADY-nin stendində onun törəmə şirkətləri olan “ADY Konteyner” və “ADY Ekspres” də təmsil olunurlar. Adıçəkilən tədbirdə dəmiryolçular iştirakçılara Azərbaycanın logistik imkanları barədə geniş məlumatlar təqdim edir, eləcə də bu istiqamətdə çap və audiovizual materiallar nümayiş etdirirlər. 

Həmçinin tədbirdə iştirakçılara ölkəmizin tranzit imkanları barədə ətraflı məlumat veriləcək, eləcə də keçiriləcək çoxsaylı görüşlərdə, aparılan danışıqlarda Azərbaycanın dəmir yolları vasitəsi ilə tranzit yüklərin daşınması və yük həcmlərinin artırılması, yeni yüklərin cəlb olunması məsələləri diqqət mərkəzində olacaqdır. 

“TransLogistica” sərgisi dəmir yolları, dənizçilik sənayesi və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarını birləşdirən səmərəli platformadır. Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, məhsullar üçün yeni satış kanalları tapmaq, habelə dəmir yolları, dəniz limanları və logistika mərkəzlərinin tikintisi, eləcə də hərəkət heyətinin istehsalı və gəmiqayırma sahələrində təcrübə mübadiləsi üçün unikal imkan yaradır. 
 




"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nizami rayonunda Məmmədəli Şərifli küçəsinin Şirin Mirzəyev küçəsindən Rizvan Teymurov küçəsinədək olan hissəsi əsaslı təmir edilir. Təmir olunan hissəsinin uzunluğu 880, eni ortalama 10 metr təşkil edir.  

Aparılan təmir işləri çərçivəsində küçəboyu deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatının frezlənməsi, frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi, zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi icra olunur.

Artıq küçənin 280 metrlik hissəsində sadalanan işlər yekunlaşıb, piyada səkiləri bərpa olunaraq 350 kv.m sahəsi asfaltlanıb, 420 p/m yeni səki daşları düzülüb. 

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması nəzərdə tutulub. 

Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin parking yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Anoloji təmir işləri hazırda Nizami rayonunda Şirin Mirzəyev küçəsində də aparılır. 

Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6.25 km təşkil edən 9 küçə təmir edilir.

Agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5.5 km təşkil edən 7 küçə təmir edilib.

YOLUNUZ AÇIQ OLSUN...




"Yol-xeber.az" xəbər verir ki, Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların yenidən qurulması və tikintisi layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən  yol infrastrukturu layihələrinin  icrası davam edir.   

İmişli rayonunda da bu layihələr çərçivəsində cari ildə Ağsu-Kürdəmir-Bəhrəmtə avtomobil yolunun 71-ci km-dən ayrılan  Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli avtomobil yolu yenidən qurulur. 

Ümumilikdə yaşayış məntəqəsinin mindən çox əhalisinin istifadə etdiyi bu yollar ümumi uzunluğu 43.5 km olmaqla IV teniki dərəcəyə uyğun inşa edilir. Yolların hərəkət hissəsinin eni müvafiq olaraq 6, ümumi eni ortalama 10 metr təşkil edəcək.

Torpaq əsaslı sözügedən yollar uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu isə xüsusən payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. 

Yenidənqurma işlərinə  ilk olaraq layihənin uzunluğu 24 km təşkil edən Ağamalılar hissəsindən başlanılıb. Hazırda bu hissədə torpaq işləri, yararsız qruntun qazılması, bitki qatının çıxarılması, çay daşlarından istifadə edərək yol yatağının layihə səviyyəsinə qaldırılması və genişləndirilməsi işləri aparılır. Ardıcıllığa uyğun olaraq daha sonra yol yatağınınyol əsasının alt və üst layının tikintisi, yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq. 

Görüləcək işlər çərçivəsində suların ötürülməsi üçün mövcud suötürücü boruların təmiri, yeni boruların quraşdırılması, yolun Ağamalı və Əliyetməzli kəndləri ərazisində mövcud avtomobil körpülərinin təmiri də nəzərdə tutulub. 

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının  quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq. 

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır, əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 

Avtomobil yolunun yenidən qurulması yaşayış məntəqələrinə rahat gediş-gəlişi təmin edəcək, kənd təsərrüfatının inkişafına şərait yaradacaq.

YOLUNUZ AÇIQ OLSUN...

Xəbər lenti