Yol Polisi İdarəsi paytaxt ərazisində tez-tez zolağını dəyişərək manevr qaydalarını kobud şəkildə pozan sürücülərə xəbərdarlıq edib. Bildirilir ki, bu cür qaydaları pozanlara kameralar vasitəsi ilə ciddi nəzarət edilir və aşkar edilən sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.

Hərəkətin sıx olduğu küçədə gah sağa, gah da sola hərəkət edir.

Sürücü yol boyu bu cür hərəkətlər etməklə həm öz, həm də digər hərəkət iştrakçıları üçün təhlükəli vəziyyət yaradır. Kadrları paytaxt ərazisində sürücülərdən biri çəkərək Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə göndərib. Sözügedən qurumun inspektoru Araz Əsgərli deyir ki, yol polis idarəsinin ''Hərəkətə Nəzarət'' mərkəzində xüsusi texniki vasitələrlə aşkarlanan qayda pozuntularının içərisində tez-tez zolağını dəyişməklə manevr qaydalarını kobud şəkildə pozaraq, digər sürücülərə təhlükəli vəziyyət yaradanlara çox rast gəlinir. Bu səbəbdən də yol polisi belə intizamsız sürücülərə ciddi xəbərdarlıq edib.

Yol-xeber.az bildirir ki, elə ''Hərəkətə Nəzarət'' mərkəzinin kameralarına düşən görüntülərdən də bu aydın şəkildə görünür. Yolda tez-tez zolaqları dəyişən sürücülər hətta ağır qəzalara belə səbəb olurlar. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, zolağını dəyişməklə manevr qaydalarını kobud şəkildə pozan sürücülər zənn etməsinlər ki, onların bu əməlinə qiymət verilməyəcək. 24 saat şəhər küçələrinə nəzarət edilən mərkəzdən həmin sürücülər aşkar edilir və qanuna uyğun şəkildə cərimə olunurlar.

Yol polisi sürücülərə bir daha xəbərdarlıq edirik ki, belə qayda pozuntularına yol verməsinlər. Bu, yolun ümumi nizamına təsir edən əsas amillərdən biridir. Həmçinin belə hallar zamanı yollarda süni sıxlıqların yaranmasına da səbəb olur.

Bakıda və Abşeron yarımadasında oktyabrın 7-də hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 14-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti, yüksək dağlıq ərazilərdə gecə 2-5° şaxta, gündüz 0-2° şaxta olacaq.

Sabah, okyabrın 7-də Səfər ayı başa çatır.
Hicri təqvimi ilə avqustun 10-u Məhərrəm ayının ilk günü olub.

Sentyabrın 7-də isə Məhərrəm ayı başa çatıb.

Qeyd edək ki, Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

Xatırladaq ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətində dəyişiklik yoxdur.

"Yol-xeber.az" Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, avtobuslar pandemiyadan əvvəl hansı qaydada fəaliyyət göstərirdisə, indi də İran ərazisindən hərəkətini davam etdirir:

"Gün ərzində Bakıdan-Naxçıvan istiqamətində 2 avtobus yola çıxır. Biləsuvar sərhəd keçid məntəqəsində sərnişinlərdən PCR test götürülür. Bu test Azərbaycan vətəndaşları üçün ödənişsizdir".

Qeyd edək ki, hərbi mənbələrin məlumatına görə, ötən gün İran hava məkanını Naxçıvana hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələr üçün bağlayıb. Bu istiqamətdə sərnişin təyyarələrinin hərəkətində isə məhdudiyyət yoxdur.

Xatırladaq ki, bu gün Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb. 

Yol-xeber.az-ın məlumatına görə, İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası işlərinə cəlb edilən işçi heyət tərəfindən təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, onların mina hadisəsindən qorunması, partlayıcı sursatlarla bağlı risqlərin azaldılması məqsədi ilə zəruri tədbirlərin görülməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları üçün Minatəmizləmə Agentliyi  Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimləri keçirib.

 

Azad edilmiş ərazilərdə xidmət göstərən agentliyin təhlükəsizliyə cavabdeh 64 vəzifəli şəxsi təlimdə iştirak edib və onlara “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə Şəhadətnaməsi” təqdim edilib.

 

Təlimdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə təqdimat olub, həmçinin müxtəlif növ mina və sursatın vizual tanınması üçün maketlər nümayiş etdirilib.

 

Təlimdə iştirak edənlər partlayıcı sursatlarla çirkləndirilmiş ərazilərdə işə cəlb edilən bütün işçiləri əsaslandırılmış qaydada təlimatlandırmaq məqsədi ilə əyani vəsaitlərlə təmin edilib.

 

Bundan başqa iştirakçılara təhlükəsizlik nişanları, işarələri, mina və sursatların növlərini, ümumi əlamətlərini əks etdirən maarifləndirici və xəbərdaredici broşürlər və posterlər, eləcə də əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçası təqdim olunub.

 
 

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) bir sıra vəzifələrə yeni təyinatlar həyata keçirilib.

İdarədən  verilən xəbərə görə, təhsil nazirinin əmrinə əsasən, Kamran Əliyev BŞTİ-nin Hüquq sektorunun müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər K.Əliyev Peşə Təhsili üzrə Dövlət Agentliyində və Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Təhsil nazirinin digər əmrinə əsasən, Tural Mahmudov BŞTİ-nin İnfomasiya təminatı sektorunun müdiri vəzifəsinə təyin olunub.

Bu təyinata qədər T.Mahmudov Gədəbəy Rayon İcra Hakimiyyətində baş məsləhətçi, “VF Azərkredit” MMC-nin Gədəbəy filialında kredit mütəxəssisi, Təhsil İnstitutunun strateji təhlil şöbəsində aparıcı mütəxəssis və S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini vəzifələrində çalışıb.

Həmçinin təhsil nazirinin əmrinə əsasən, Fuad Əsgərov İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin edilib. Bu təyinata qədər F.Əsgərov Daxili işlər və Fövqəladə hallar orqanlarında, BŞTİ-də müxtəlif vəzifələrdə çalışıb.

Oktyabrın 6-a gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dağlıq ərzilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti, yüksək dağlıq ərazilərdə gecə 2-5° şaxta, gündüz 0-2° şaxta olacaq.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Yol-xeber.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçiləri təltif edilirlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Abbasov Ənvər Məhəmməd oğlu

Ələkbərova Faina Emmanuilovna

Xanlarova Sara Cəbrayıl qızı

Xəlilov Vidadi Cəmil oğlu

“Tərəqqi” medalı ilə

Abduləzimova İradə Baxış qızı

Abdullayeva Yeganə Akif qızı

Ağakişiyev Aslan Gənci oğlu

Ağamalıyeva Sədiqə Qəfər qızı

Ağayeva Əminə Bəxtiyar qızı

Allahverdiyev Yaşar İsmayıl oğlu

Apayeva Hüsnəxanım Şixəmməd qızı

Babayev Habil Heydər oğlu

Babayev Həbibulla Canisab oğlu

Babayev Şöyüb Əkbər oğlu

Bağırlı Nigar Əhməd Soltan qızı

Bağırov Fərhad Qurban oğlu

Balakişiyev Şahbaz Şəmməd oğlu

Bayramova Gülbəniz Məhərrəm qızı

Cavadov İlham Ağaqardaş oğlu

Cəbrayılov Samir Adil oğlu

Dadaşova Mənzər Ramiz qızı

Dəmirova Fərqanə Vahid qızı

Əhmədov Hümeyir Hüseyn oğlu

Əhmədov Vidadi İsgəndər oğlu

Əhmədova Təranə Sarxan qızı

Əhmədova Tutu Rza qızı

Əkbərova Mehriban Telman qızı

Ələkbərova Mənzər Nadir qızı

Əliyev Famil Abbas oğlu

Əliyeva Təranə Qaraş qızı

Əlizadə Xavər Şükür qızı

Əsədova Lalə Hacıbala qızı

Hacınskaya Reyhan Əkbər qızı

Hacıyev Asif Xatabala oğlu

Heydərova İlahə Xanəsən qızı

Həsənova Afət Musa qızı

Hüseynova Aidə Əli qızı

Hüseynova Laləzar Amil qızı

Hüseynova Südabə İsa qızı

İbrahimova Təranə Qəzənfər qızı

İsakov Mübariz Məmməd oğlu

İsmayılov Bünyad Fikrət oğlu

İsmayılova Sücayət Yaqub qızı

İsmayılova Sveta İldırım qızı

Kazımov Yaşar Nurəddin oğlu

Kərimova Mətanət Elçin qızı

Qasımova Nuriyyə Aslan qızı

Qulamov Elmar Rəfail oğlu

Quliyeva Simuzər Valeh qızı

Quliyeva Ulduz İsmixan qızı

Quluyeva Sədaqət Tofiq qızı

Qurbanova Gülbəniz Cəfərqulu qızı

Mahmudova Pərvanə Seyidağa qızı

Mehdiyeva Elmira Xasay qızı

Məmmədov Zəfər Həsən oğlu

Məmmədova Arzu Ramiz qızı

Məmmədova Elnarə Bahadir qızı

Məmmədova İradə Maşallah qızı

Məmmədova Kübra İbrahim qızı

Məsimova Samirə Nəriman qızı

Məstəliyev Elnur Mətləb oğlu

Mirzəyeva Gülnar Əlhəm qızı

Mirzəyeva Mehparə Ramazan qızı

Mirzəyeva Təranə Mirzə qızı

Muradova Şükufə Müslüm qızı

Musayeva Rəna Qiyas qızı

Mustafayeva Şəhla Gürşad qızı

Osmanova Nailə Paşa qızı

Rəhimova Afaq Vüqar qızı

Rəhi̇mova Nuranə Elman qızı

Rəsulova İlahə Zahid qızı

Rufullayev İlham Hacıvəli oğlu

Rufullayev Qədir Məzahim oğlu

Rüstəmova Qəmər Xalıq qızı

Rzayeva Səbinə Rahil qızı

Sadıqov Fərman Əlövsət oğlu

Sadıqov Şəmil Kamil oğlu

Soltanova Əsli Məhəmməd qızı

Süleymanov Sahib Qədir oğlu

Şirinova Nəzakət Firidun qızı

Şükürova Sənubər Fəqani qızı

Talıblı İradə İbadulla qızı

Yusifova Cəmilə Rüstəm qızı

Zülfiyeva Sevil Vəli qızı.

Oktyabrın 4-də Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının açılışı olub.

Yol-xeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yarımstansiyanın açılışında iştirak edib.

Dövlətimizin başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından uzunluğu 31 kilometr olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci “Cəbrayıl” hava xətləri çəkilib. Bir vaxtlar qoşunların təmas xətti olduğundan tamamilə minalanmış yerlərdən keçən xəttin uzandığı ərazi partlamamış sursatlardan təmizlənib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yeni yarımstansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib. O cümlədən 110/35/10 kilovoltluq “Qubadlı” və “Zəngilan” yarımstansiyalarının qidalandırılması məqsədilə Cəbrayıldan çəkilən ikidövrəli ötürmə xətlərinin qoşulması üçün texniki cəhətdən yarımstansiyada lazımi şərait yaradılıb. “Cəbrayıl” yarımstansiyası yeni avadanlıqlarla komplektləşdirilib, burada müasir rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri quraşdırılıb. Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-Scada dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunaraq rəqəmsallaşdırılıb.

“Cəbrayıl” yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək.

***

110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının açılışı olub. 

Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.

Təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsilverənləri təbrik edib.

"Yol-xeber.az" xəbər verir ki, nazirin təbrikində deyilir:

"Əziz müəllimimiz,

Övladlarımızın təlim-tərbiyəsini etibar etdiyimiz Sizə təşəkkür edir, şərəfli peşənizdə uğurlar arzulayıram!

Beynəlxalq Müəllimlər Gününüz mübarək!".

Xəbər lenti