"Əhalini narazı salan məsələlərdən biri də qiymət məsələsidir".

"Yol-xeber.az" xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Sabir Rüstəmxanlı deyib.

"Bu məsələlərə aydınlıq gətirilməlidir. Hesab edirəm ki, əhalinin gəlirləri ilə qiymət siyasəti araşdırılmalı və problemlər öz həllini tapmalıdır. Bununla bağlı bir dinləmə keçirməlidir", - o bildirib.

“Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Bu barədə Yol-xeber.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır.

Digər tərəfdən koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azaldığı da araşdırmalarla sübuta yetirilib. Xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır.

Qeyd edək ki, Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə də artıq 3-cü gücləndirici doza vaksinasiyaya start verilib.

Son elmi tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiya uğramasını nəzərə alaraq. Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini 3-cü doza (“buster” doza) ilə peyvəndlənməyə çağırır.

Qeyd edək ki, üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər.

Bu gündən etibarən Azərbaycanda məhkəmə binalarına giriş COVID-19 pasportu ilə mümkün olacaq.
"Yol-xeber.az" xəbər verir ki, oktyabrın 6-da Ali Məhkəmə ölkədə koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan əlavə tədbirlər haqqında yeni qərar verib.

Belə ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarını nəzərə alaraq, Azərbaycanın məhkəmələrinə aşağıdakılar tövsiyə edilib:

2021-ci il 11 oktyabr tarixindən məhkəmə binalarına daxil olan, habelə qapalı məkanlarda keçirilən prosessual hərəkətlərdə bilavasitə iştirak edən bütün şəxslərdən COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) və ya “Əks göstəriş” sertifikatının (COVID-19 infeksiyası əleyhinə peyvəndə “Əks göstəriş” sertifikatı) olması tələb edilsin.

Barəsində qətimkan tədbirinin seçilməsi və inzibati həbs tənbeh növünün tətbiqi məsələsi həll olunan şəxslər COVID-19 pasportu və ya “Əks göstəriş” sertifikatı olmadığı hallarda onların məhkəmə iclaslarında iştirakları videokonfrans əlaqə sistemindən istifadə edilməklə, bu mümkün olmadıqda və ya həmin şəxslərin məhkəmə iclasında şəxsən iştirakı zəruri olduğu hallarda onların sanitar-gigiyenik və tibbi-profilaktik qaydalara ciddi riayət etmək şərti ilə bilavasitə iştirakları təmin olunsun.

Təqsirləndirilən şəxslər (qətimkan tədbirlərinin seçilməsi məsələsi həll olunan şəxslər istisna olmaqla), azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlar və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2.1-ci maddəsində göstərilən digər proses iştirakçılarının COVID-19 pasportu və ya “Əks göstəriş” sertifikatı olmadığı hallarda, habelə səhhətinin vəziyyəti onların məhkəmə icraatında bilavasitə iştirakını qeyri-mümkün etdiyi və həmin məcəllənin 51-2.1.1-51-2.1.4-cü maddələrində nəzərdə tutulmuş digər hallarda prosessual hərəkətlərin, eləcə də icraatın tamamilə və ya qismən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsinə üstünlük verilsin.

Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində, habelə qapalı məkanlarda prosessual hərəkətlərin həyata keçirilməsi zamanı qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun.

Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması və inzibati binaların qoruyucu-gigiyenik vasitələrlə təchiz edilməsi üçün zəruri tədbirlər görülsün.

"Son günlərdə İran İslam Respublikasının (İİR) kütləvi informasiya vasitə­lərində dərc edilən müsahibəsində bu ölkənin Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının komandanı general-mayor Əli Qüdərzi tərəfindən həqiqətə uyğun olmayan açıqlamalar verilib. Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, Azərbaycan Respub­likasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmamışdır, hazırda da yoxdur və bundan sonra da olmayacaqdır".

Bu barədə Yol-xeber.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, Azər­baycan Respublikası ərazisində xaricdən gəlmiş təqfirçilərin fəa­liy­yət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan əra­zi­sindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir: "Azərbaycan Respublikasının dövlət sərhədlərində, sərhəd mühafizə qu­rumlarında hər hansı xarici dövlətin qüvvələri, mütəxəssisləri mövcud deyildir, Azər­baycan Res­pub­likasının dövlət sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi üçün ən müasir imkanlara malik olan Dövlət Sərhəd Xid­mətinin xarici qüvvələrin dəstəyinə ehtiyacı yoxdur.

Ermənistan ilə dövlət sərhədində Görus-Qafan yolunun Azərbaycan Respublikası əra­zisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azər­baycan Respublikasının suveren hüququdur.

Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyə­lərdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparıl­masına baxmayaraq bu günədək Azərbaycan tərəfinə müsahibədə səslən­dirilənlər haqqında ümumiyyətlə heç bir məlumat verilməyib, hər hansı fakt təqdim olunmayıb.

Hazırda İran İslam Respublikası ilə dövlət sərhədində əməliyyat şə­raiti sta­bildir və Azərbaycan sər­həd mühafizə orqanlarının tam nəzarəti altın­da­dır. Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraq­larına qarşı yönələn istə­nilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Qeyd edilənləri nəzərə alaraq, İran rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaq­dan çəkinməyə çağırırıq".

Bu gündən etibarən Azərbaycanda məhkəmə binalarına giriş COVID-19 pasportu ilə mümkün olacaq.

Yol-xeber.az xəbər verir ki, oktyabrın 6-da Ali Məhkəmə ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan əlavə tədbirlər haqqında yeni qərar verib.

Belə ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarını nəzərə alaraq, Azərbaycanın məhkəmələrinə aşağıdakılar tövsiyə edilib:

2021-ci il 11 oktyabr tarixindən məhkəmə binalarına daxil olan, habelə qapalı məkanlarda keçirilən prosessual hərəkətlərdə bilavasitə iştirak edən bütün şəxslərdən COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) və ya Əks Göstəriş sertifikatının (COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı) olması tələb edilsin.

Barəsində qətimkan tədbirinin seçilməsi və inzibati həbs tənbeh növünün tətbiqi məsələsi həll olunan şəxslər COVID-19 pasportu və ya Əks Göstəriş sertifikatı olmadığı hallarda onların məhkəmə iclaslarında iştirakları videokonfrans əlaqə sistemindən istifadə edilməklə, bu mümkün olmadıqda və ya həmin şəxslərin məhkəmə iclasında şəxsən iştirakı zəruri olduğu hallarda onların sanitar-gigiyenik və tibbi-profilaktik qaydalara ciddi riayət etmək şərti ilə bilavasitə iştirakları təmin olunsun.

Təqsirləndirilən şəxslər (qətimkan tədbirlərinin seçilməsi məsələsi həll olunan şəxslər istisna olmaqla), azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlar və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2.1-ci maddəsində göstərilən digər proses iştirakçılarının COVID-19 pasportu və ya Əks Göstəriş sertifikatı olmadığı hallarda, habelə səhhətinin vəziyyəti onların məhkəmə icraatında bilavasitə iştirakını qeyri-mümkün etdiyi və həmin Məcəllənin 51-2.1.1-51-2.1.4-cü maddələrində nəzərdə tutulmuş digər hallarda prosessual hərəkətlərin, eləcə də icraatın tamamilə və ya qismən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsinə üstünlük verilsin.

Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində, habelə qapalı məkanlarda prosessual hərəkətlərin həyata keçirilməsi zamanı qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun.

Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması və inzibati binaların qoruyucu-gigiyenik vasitələrlə təchiz edilməsi üçün zəruri tədbirlər görsünlər.

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları sonda tarixi qələbə ilə nəticələndi. Vətən müharibəsi dövründə demək olar ki, hər gün kəndlərin, qəsəbələrin, şəhərlərin işğaldan azad olunması xəbəri gəlirdi. Ötən ilin məhz bu günü Azərbaycan xalqını sevindirən xəbərlərdən biri də Hadrut qəsəbəsinin işğaldan azad olunması idi. Artıq bu gün Azərbaycan xalqı 28 il düşmən işğalı altında olan Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümünü qeyd edir. Ötən il Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Hadrut qəsəbəsi işğalçılardan təmizləndi və bununla da Müzəffər Azərbaycan Ordusu 28 illik həsrətə son qoydu. Hadrutun geri alınması uğrunda gedən döyüşlər Azərbaycan Ordusunun həyata keçirdiyi möhtəşəm əməliyyatlardan biri olub.

Yol-xeber.az xəbər verir ki, Hadrut uğrunda gedən əməliyyatda iştirak edən döyüşçülər “Report”a açıqlamasında deyiblər ki, qəsəbənin azad edilməsi müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət alıblar.

Qazi Qorxmaz Teymurlu deyir ki, Hadruta daxil olmaq çox çətin əməliyyatlar nəticəsində mümkün olub. Onun sözlərinə görə, döyüş yoldaşları ilə birlikdə keçilməz yollardan, dağlardan və kolluqlardan irəliləyərək qəsəbəyə daxil olublar: “Biz Hadrutu qarış-qarış geri almışıq və düşmən tapdağından azad etmişik. Bunlar hamısı yadda qalan günlərdir. Ötən ilin bu günləri hərbçi yoldaşlarımızla bu torpaqlarda döyüşürdük. Gücümüz isə tükənməz idi və buna görə də ordumuz hər gün daha da irəliləyirdi”.

 

Q.Teymurlu bildirir ki, döyüşlərin şiddətli vaxtında ən yaxın dostlarından biri şəhid olub. Onun sözlərinə görə, dostunun şəhid olması ona daha da güc və qüvvət verib. Buna görə də, şəhid dostunun qisasını almaq üçün özünə söz verib: “Təsəvvür edin ki, hər zaman bir yerdə olduğunuz döyüş yoldaşınız gözünüzün önündə şəhid olur. Biz o zaman özümüzə bir daha söz verdik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu, Allaha çox şükürlər olsun ki, qisasımızı da aldıq, torpaqlarımızı da aldıq”.

Azərbaycan Ordusunun polkovnik-leytenantı Firuz Bədəlov isə söyləyir ki, Hadrut düşməndən təmizləndikdən sonra qəsəbədə mövqe tutublar və ətrafdakı hakim yüksəkliklərin müdafiə və mühafizəsini təşkil ediblər:

“Bizim bölmələrimiz Hadruta girdikdə düşmən çaxnaşmaya düşmüşdü. Çünki onlar bizim bölmələrimizin hansı istiqamətdən girəcəyini müəyyən edə bilmirdilər. Biz demək olar ki, bütün cinahlardan qəsəbəyə daxil olmuşduq. Onlar isə elə düşünürdü ki, sanki, Azərbaycan Ordusu onların müqavimətinə rast gəldikdən sonra dayanacaq. Amma təbii ki, əməliyyat onların gözlədikləri kimi olmadı. Çünki Azərbaycan Ordusunun döyüşçüləri çox güclü, qorxmaz, peşəkar və qüdrətlidir. Ona görə də ermənilər Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyərək Hadrut-Tuğ yolu vasitəsilə pərakəndə şəkildə öz texnikalarını, silah-sursatlarını qoyub qaçırdılar”.

Xüsusi Təyinatlı Qüvvələrin zabiti isə bildirib ki, Hadrut istiqamətində çox güclü döyüş əməliyyatları həyata keçirilib. Onun sözlərinə görə, istənilən çətinliyə baxmayaraq qarşıda qoyulan məqsəd tapşırıqları icra etmək və torpaqları azad etmək olub: “Çünki qarşımızdakı məqsəd Hadrutu düşməndən azad etmək idi. Buna görə də cənab Ali Baş Komandanın əmri ilə bütün gücümüzü ortaya qoyduq və verilən bütün tapşırıqları yerinə yetirərək Hadrutu işğaldan azad etdik. Biz həm də şəhidlərimizin də qisasını aldıq”.

Hərbi ekspert Ruslan İmamquliyev bildirir ki, Hadrutun yerləşdiyi ərazinin relyefi dağlıq olduğundan burada döyüş əməliyyatları da çətin keçib. Çünki yüksək strateji nöqtələrdə mövqe tutan düşmən özünü çox rahatlıqla müdafiə edə bilirdi. Belə bir dağlıq yerdə əks-hücum əməliyyatları aparmaq isə çox çətin prosesdir: “Bunu düşmən də bilirdi. Amma buna baxmayaraq Rəşadətli Azərbaycan Ordusunun qarşısında tab gətirməyən düşmən geri çəkilməyə məcbur edildi. Azərbaycan Ordusu Şişdağ silsiləsini aşaraq düşmənə hücum etdi. Şişdağ silsiləsini keçmək də asan məsələ deyil. Çünki söhbət 1300-1400 metr yüksəkliyi aşmaqdan gedir. Bu dağ silsiləsini isə ancaq və ancaq çox hazırlıqlı, bacarıqlı piyada qoşunları, xüsusi təyinatlı qüvvələr, ordu korpuslarının həmlə və kəşfiyyat taborları aşa bilərdi və elə də oldu. Beləliklə, əməliyyat uğurla icra olunduqdan sonra Hadrut işğaldan azad olundu”.

Rəşadətli Azərbaycan Ordusu Hadrutu azad etdikdən sonra düşmən uğursuzluğuna dözə bilməyərək qoca və çəlimsiz ermənilərdən düzəltdikləri “müzəffər” ordularında ruh yüksəkliyi yaratmaq üçün guya qəsəbənin hələ də onların nəzarətində olduğu barədə dezinformasiyalar yayırdılar.

Onların başı yaydıqları yalan dolu məlumatlara qarışdığı halda Azərbaycan əsgəri hər gün neçə-neçə kənd və şəhərləri azad etməkdə davam edirdi. Elə bu davamiyyət sonda böyük bir zəfərin qazanılmasına gətirib çıxardı.

Üç min ödəməyən xəstələri FHN Hospitalının “VİP korpus”undan çıxarıblar

FHN-in Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev və müəssisənin vəzifəli şəxsləri - Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

“Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda hospitalın prokuror ittiham aktını elan edib.

İttihama görə, İmran Ağayev hospitala gətirilən koronavirus xəstələrini boş otaqların olmamasını əsas gətirərək ya qəbul etməyib, ya da qəbulunu ləngidib. Amma özünün direktoru olduğu “Medi Style” MMC-dən göndərilən xəstələrin pul qarşılığında qəbulunu tezləşdirib.

İmran Ağayev baş həkim vəzifəsini icra edən zaman 140 nəfər xəstədən cəmi 51 min manatdan çox pul alıb. Həmin məbləğin 7500 manatı MMC-nin rəsmi dövriyyəsinə salınıb. Qalan məbləğ İmran Ağayev tərəfindən şəxsi ehtiyaclara xərclənib.

Həmçinin oxuyun: Koronavirus xəstələrindən pulu belə alıblar - Mesajlar üzə çıxdı

Bundan başqa İ.Ağayev Hospitalda Nəqliyyat şöbəsinin rəhbəri olmuş Rüfət Vəlizadə ilə də birgə cinayət əməlləri törədib. Belə ki, xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaiti rüşvət qismində yığılıb. Bu məbləğ minimum 500 manat, maksimum isə 4 min manat civarında olub.

Hospitalın “VİP korpus”unda qiymət çox zaman 3000 manat olaraq xəstə yaxınlarına təklif edilib. İttihama görə, deyilən məbləği ödəyə bilməyən xəstələr hospitalın “VİP korpus”undan çıxarılıb.

Proses oktyabrın 14-də davam etdiriləcək.

Laqeyd münasibət göstərildiyi deyilən qazi Cahangirlə bağlı

Vətən müharibəsində ağır yaralanmış, döyüş yoldaşlarının şəhid sandığı əsgər Cahangir Əliyevin çətin vəziyyətdə olması, onunla heç bir dövlət qurumunun maraqlanmaması ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qaziyə baş çəkən dostları sosial şəbəkədə yazıblar. Onların sözlərinə görə, Sumqayıtda yaşayan qaziyə laqeyd münasibət göstərilib.

21 yaşlı qazinin beyninin 70 faizinin zədələndiyi, demək olar ki beyninin bir yarımkürəsinin olmadığı bildirilir. Müharibədə aldığı zədədən bədənində 250-yə yaxın tikiş var, gözünün biri tam görmür, o biri isə 5-10 faiz görür. Əl barmaqlarının birində 4, digərində isə 1 barmağı yoxdur. Danışığı, nitqi 99 faiz pozulan qazinin ayaqlarında da ciddi problemlər var və çəliksiz gəzə bilmir.

Anası Sevda Əliyevanın sözlərinə görə, müharibədən bir il ötsə də, hələ də qaziyə əlillik təyin olunmayıb.

Sadalanan problemlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etdik.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov “Qafqazinfo”ya bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Sumqayıt şəhər sakini Əliyev Cahangir Gülbala oğlu ilə növbəti dəfə görüşərək sosial vəziyyətini öyrəniblər.

Qeyd edilib ki, müharibədən sonra Cahangirin sistemli şəkildə müalicəsi üçün müvafiq işlər aparılıb:

“Qazi nazirlik tərəfindən reabilitasiya proqramına cəlb edilib, mühərrikli təkərli oturacaqla təmin olunub. Xüsusilə “YAŞAT” Fondu tərəfindən ailəsinin məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə maddi yardım göstərilib. Aprel, iyun və avqust aylarında Türkiyənin VM Medical Park Pendik Xəstəxanasındakı müalicəsi üzrə xərcləri qarşılanıb. Qazimiz, həmçinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində israilli həkim heyəti tərəfindən tibbi xidmətlə təmin olunub. Cahangirin atası Gülbala Əliyev ”Sumqayıt Texnologiyalar Parkı” MMC-də elektrik işləyir. Anası Sevda Əliyeva işsiz olduğu üçün istəyinə uyğun olaraq “dərzilik” üzrə özünüməşğulluq proqramına cəlb olunub, yaxın zamanda aktivlərlə təmin ediləcək”.

Cahangirin əlilliyinin qiymətləndirilməsi məsələsinə gəldikdə isə, T. Qurbanov bildirib ki,  aidiyyəti orqanın - hərbi həkim komissiyası tərəfindən şəhadətnamə təqdim olunmadığından bu, mümkün olmayıb:

“Həmin sənədin verilməsi prosesinin sürətləndirilməsi üçün Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aidiyyəti orqana müraciət edilib. Xatırlatma üçün qeyd edək ki, hərbi səbəblə əlaqədar əlilliyin qiymətləndirilməsi aidiyyəti qurumların şəhadətnamə və göndərişlərinin e-sistemə daxil edilməsindən sonra aparılır”.

“YAŞAT” Fondundan isə bildirilib ki, C. Əliyevin məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə ilk müraciəti qeydə alınıb və 2021-ci ilin 8 fevral tarixində 2 500 AZN vəsait köçürülüb.

Qazimiz “YAŞAT” Fondunun təşəbbüsü ilə İsrail dövlətindən dəvət olunan hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış həkim heyəti tərəfindən müayinə olunub:

“Onun müalicəsinin davam etdirilməsi ölkə daxilində mümkün olmadığından Türkiyənin VM Medical Park Pendik Xəstəxanasına göndərilib, 82 365 AZN dəyərindəki müalicə xərci Fond tərəfindən ödənilib. Qazimiz 2021-ci il 31 iyul tarixində Vətənə geri dönüb. Fond tərəfindən müayinə edilməsi məqsədi ilə həkimlərin rəyinə əsasən ya 4, ya 6 ay sonra yenidən Türkiyəyə göndəriləcək.

2021-ci ilin 9 sentyabr tarixində qazimizin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə növbəti müraciəti qeydə alınıb, reabilitasiyaya cəlb olunması məqsədi ilə Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutuna yönləndirilib, anası adıçəkilən tibb müəssisəsinin uzaq məsafədə yerləşməsini əsas gətirərək imtina edib. Qazimizin ailəsinin istəyi üzrə Sumqayıt şəhərində yerləşən Əlillərin Bərpa Mərkəzinə yönləndirilib, lakin anası reabilitasiya prosesinin evdə olmasını tələb edərək övladının müəssisəyə yönləndirilməsindən imtina edib. Aidiyyəti tibb müəssisəsi tərəfindən reabilitasiya prosesinin evdən aparılmasının mümkün olmadığı bildirildiyindən təəssüf ki, bu müraciətin təmin edilməsi mümkün olmayıb.

Eyni zamanda Türkiyədə qazimizi müayinə edən həkimlər tərəfindən onun güclü reabilitasiya prosesinə cəlb olunmasının səhhətinə əks təsir göstərə biləcəyi bildirilib, ona ev şəraitində özü edə biləcəyi yüngül hərəkətlər tövsiyə olunub”.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə qeyd edilib ki, İH-nin əməkdaşları C. Əliyevə baş çəkiblər:

“Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb. Bu məqsədlə şəhər rəhbəri sərəncam imzalayıb.

Əlaqələndirmə Mərkəzində şəhid ailələrinin üzvləri, qazilər, Sumqayıt şəhər İcra Hakimiyyətinin və aidiyyəti qurumların əməkdaşları təmsil olunur.

İcra Hakimiyyətinin əməkdaşları ilk günlərdən şəhər ərazisində olan bütün qazilərimizin evlərində olub, onların qayğıları ilə maraqlanıblar. Əməkdaşlar Cahangir Əliyevin ailəsində də olub, səhhəti, müalicələrinin gedişi ilə maraqlanıblar. Qazimizin valideynləri ilə bu günlərdə də görüşülüb və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən lazım olan bütün köməkliklərin göstəriləcəyi vurğulanıb”.

Gülnar Əliyeva

 

 
 

Bu gün Vətən müharibəsi qəhrəmanlarından biri, şəhid baş leytenant İlkin Məmmədzadənin anım günüdür.
İlkin Məmmədzadə 1991-ci ilin 19 dekabrında Sumqayıtda anadan olub. 1997-2008-ci illərdə Sumqayıtdakı 42 saylı orta məktəbdə təhsil alıb. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib. “Xəmsə” və “Breyn Rinq” yaraışmalarında iştirak edib. 2012-ci ildə ali təhsilini qırmızı diplomla başa vurub. Daha sonra magistr təhsilinə yiyələnib.

Lakin İlkin Məmmədzadənin içində olan hərb sevgisi onu orduda xidmətə vadar edib. O, həqiqi hərbi xidmətdən bir neçə il sonra, 2016-cı ilin iyun ayında leytenant rütbəsində ordu sıralarına qatılır (tağım komandiri vəzifəsində). Daha sonralar isə baş leytenant rütbəsi alıb.

İlkin Məmmədzadə 2020-ci ilin oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində “Tülkü dərəsi” adlanan ərazidə qəhrəmancasına şəhid olub.

O, 2020-ci ilin oktyabrın 8-də Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Fatma Məmmədzadə, şəhidimizin anasıdır. Oğlu şəhid olandan sonra ananın saçları ağarıb, bununla belə o, oğlu ilə fəxr edir.

Fatma xanım oxu.az-a oğlu barədə təəssüratları bölüşərkən deyib ki, İlkin Məmmədzadə ömrünün 28 ilində ancaq ona fərəh və qürur yaşadıb.

“Mən oğlum dəfn olunarkən ona təşəkkür etdim. İlkin çox vətənpərvər idi, o, məzuniyyətə gələrkən birinci olaraq Şəhidlər Xiyabananı ziyarət edirdi, sonra evə gəlirdi”, - deyə F.Məmmədzadə bildirib.

Ana oğlunun evə son gəlişini xatırlayır, deyir ki, İlkin Məmmədzadə axırıncı dəfə evə 2020-ci ilin avqustun 6-da gəlib və 8-də gedib.

“Düz iki aydan sonra oğlum şəhid oldu”, - ana əlavə edib.

Fatma Məmmədzadə oğlunun döyüş yoldaşlarından onun necə şəhid olmasını da öyrənib. Ana bildirib ki, oğlunun döyüş yoldaşlarının dediyinə görə, İlkin Məmmədzadə düşmənin ikinci eşelonuna hücum zamanı yaralanıb.

“Oğlum əsgərlərinə deyib ki, səngərə birinci özü girəcək, amma elə olub ki, düşmən oğluma atəş açıb. Oğlum yaralanıb, döyüş yoldaşı Sahil Məmmədov ona yaxınlaşıb. İlkin Sahilə deyib ki, anasına zəng etsin və şəhid olduğunu bildirsin. Cəbhə yoldaşları isə “komandir siz şəhid olmamısınız, yaralanmısınız, sizi buradan çıxaracağıq” deyiblər. Oğlumu ərazidən çıxarıblar, tibbi yardım maşınına mindiriblər, ona qan vurublar. Ancaq oğlum yol boyu “anama xəbər edin ki, mən şəhid oldum” deyib”.

İlkin Məmmədzadə yaralı olarkən nə ağlayıb, nə də qışqırıb. Heç onun səsi də çıxmayıb, hər şeyi sakitcə, soyuqqanlılıqla qarşılayıb.

“Oğlum iki güllə yarası alıbmış, güllələrdən biri ciyərlərini dağıdıb. Tibbi yardım maşınında olarkən huşunu itirməyə başlayıb. Gözünü açıb, Sahilə deyib: “Görürsən, başıma göydən qırmızı güllər yağır”.

Demək ki, oğluma cənnətin qapıları açılıb. Cənnətə gedən yol Qarabağda imiş, biz bilməmişik. Allah bütün şəhidlərimizə cənnətin qapılarını açdı”, - deyə F.Məmmədzadə söyləyib.

İlkin Məmmədzadə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu və əsasən yağmursuz olacaq.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11°, gündüz 15-17°, Bakıda gecə 9-11°, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13°, gündüz 16-20°, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacaq.

Xəbər lenti