Kamaləddin Qafarov: “Azərbaycan faşizm üzərində qələbənin  qazanılmasına misilsiz töhfələr verib”

“İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 77 il keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Xalqımız faşizm üzərində qələbə üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salıb. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində ləyaqətlə vuruşublar, böyük qəhrəmanlıqlara imza atıblar. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 123 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur.”

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, faşist Almaniyasının SSRİ-yə hücumu və bu ölkənin İkinci Dünya müharibəsinə cəlb edilməsi ilə Azərbaycanın yüzlərlə igid övladı da ölümsüzlüyə qovuşaraq adlarını tarixə yazdırdılar: “İki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun, İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun və başqa həmvətənlərimizin adları postsovet məkanında yaxşı məlumdur. Brandenburq darvazası üzərində qələbə bayrağını polkovnik Rəşid Məcidov və döyüşçüləri dalğalandırmışlar. Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişlər. Azərbaycanlılar Krımda, Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşlar. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişlər. “Armed Mişel” (Xarqo) adı ilə tanınan unudulmaz partizan Əhmədiyyə Cəbrayılov müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeninə və şəxsi igidliyinə görə paradda generaldan qabaqda getmək hüququ verən hərbi medalla təltif olunmuşdu. Azərbaycanın digər igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox faşist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. O, 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuş, 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür.”

Kamaləddin Qafarov bildirib ki, xalqımız arxa cəbhədə də misilsiz hünər göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb: “Ümummilli lider Heydər Əliyev İkinci Dünya müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli iclasdakı nitqində demişdi: “Bu qələbədə xalqımızın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycanın nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi... O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi”.

K.Qafarov bildirib ki, məhz Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May - Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi.

Ulu öndər Heydər Əliyev tərəfindən müharibə veteranlarına göstərilən diqqət və qayğını 2003-cü ildən bəri Prezident İlham Əliyev layiqincə davam etdirir. Faşizm üzərində tarixi Qələbənin ildönümü respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə günündə xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. İkinci Dünya müharibəsində ön və arxa cəbhədə rəşadət göstərmiş şəxslərə və onların ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsi Azərbaycanda bir ənənəyə çevrilmişdir.”
Kamaləddin Qafarov: “Azərbaycan öz vətəndaşlarının rifahı naminə mövcud imkanları reallaşdıracaq”
“Otuz ilə yaxın müddət ərzində davam edən işğal dövrü ərzində erməni qəsbkarları Azərbaycan torpaqlarında görünməmiş miqyasda talançılıqla məşğul olub, ağlasığmaz vandalizm aktları həyata keçiriblər. Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə yönəldilmiş siyasəti azərbaycanlıların bu ərazilərdə tarixi izlərini tamamilə silməyə yönəlmişdi. Azərbaycan hər zaman Ermənistanın törətdiyi bu cinayətlər haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırıb və proses bu gün də davam edir. Dövlətimiz erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərini sistemli şəkildə həyata keçirir. Ölkə Prezidenti cənab İlham Əliyevin bütün beynəlxalq platformalarda etdiyi çıxışlarında, xarici KİV-lərə müsahibələrində bu məsələlər barədə ətraflı məlumatlar verilir, inkarolunmaz dəlillər təqdim olunur. Dövlət başçımız mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsinin təyin olunması ilə bağlı etdiyi çıxışında da bu məsələyə toxunmuş, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin ermənilər tərəfindən ölçüyəgəlməz dağıntılara məruz qoyulduğunu bir daha vurğulamışdır. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilmiş, rayonun tarixi-dini abidələri vəhşicəsinə dağıdılmış, təbii sərvətləri amansızcasına talanaraq bölgənin təbiətinə qarşı əsl ekosid həyata keçirilmişdir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, hazırda keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması dövlətimiz tərəfindən əsas prioritetlərdən biri kimi nüəyyən edilib: “Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinin miqyası və əhatəliliyi hər kəsi heyrətləndirir. Yenidən qurulan yaşayış məntəqələrində birbaşa Prezident İlham Əliyevin tapşırığı əsasında, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük verilir. Zəngilan rayonunda Ağalı kəndinin bərpası, Ağdam şəhərinin yenidən qurulması layihələrində belə müasir trendlərdən istifadə edilir. Bütün bu işlərdə qarşıya

qoyulan əsas məqsədlərdən biri də keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara, öz tarixi yurdlarına tezliklə qayıtmasını təmin etməkdir. Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Məhz elə buna görə də birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur. Burada müasir, böyük və rahat kənd salınır. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf kimi həyat üçün vacib olan amillər bu layihənin əsasında duran başlıca prinsiplərdir. Hazırda Zəngilanda böyük infrastruktur layihələri həyata keçirilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Bu il həmçinin Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir ki, bu hava limanının çox böyük funksiyaları olacaq. Bütün bunlar o məqsədə xidmət edir ki, yaxın gələcəkdə Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilsin. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunun üçün geniş imkanlar yaradır”.

Milli Məclisin deputatı bu məqamı da vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq insanların məşğulluğunun və bölgələrin iqtisadi inkişafının təmin olunması məqsədilə həmin ərazilərdə yeni müəssisələrin yaradılması məsələsi də hazırda dövlət tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır: “Zəngilan rayonunda əsas məşğulluğun və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatıdır. Öz çıxışında dövlət başçısı qeyd etdi ki, Ağalı kəndində bu il yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olacaqdır. Ümumiyyətlə, azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur və dövlətimizin bu imkanları reallaşdırmaqla bağlı çox böyük planları var. Məlimdir ki, bu gün bütün dünyada ərzaq təhlükəsizliyi məsələsi ön plandadır. Əlbəttə Azərbaycanda son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq, dövlət başçısının da qeyd etdiyi kimi, hələ Azərbaycan özünü 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmir. Lakin görüləcək əlavə tədbirlər nəticəsində ən yaxın vaxtlarda idxaldan asılılıq xeyli dərəcədə azalacaq. Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada heyvandarlıqla da genişmiqyaslı məşğul olmaq olar. Zəngilanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük imkanlar var.

Prezident İlham Əliyev öz çıxışında məhz bu məqamı da vurğulayaraq bildirdi ki, rayonun kənd təsərrüfatı potensialının maksimum dərəcədə realizə etmək üçün müvafiq qurumlar tərəfindən tövsiyələr verilməlidir. Bu gün Azərbaycanın kənd təsərrüfatı sahəsinə ən qabaqcıl texnologiyaları tətbiq etmək imkanları var və dövlətimiz öz vətəndaşlarının rifahı naminə bu imkanları tam olaraq reallaşdırmaq əzmindədir”.

İntihar edən məktəbli qızı xilas etməyə çalışan 37 yaşlı Zahid Niyazov əməliyyat olunub.

Oxu.az məlumatına görə, o, Dövlət Gömrük Komitəsinin hospitalında çənə əməliyyatı keçirib.

Onun vəziyyəti orta ağır stabildir.

Z.Niyazov Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşıdır.

Qeyd edək ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışıb. Nəticədə Niyazov ağır xəsarətlər alıb.

k

Yol-xeber.az foto+videoları təqdim edir:






k
k
k
k
k
k
k
k
k

Türkiyənin koronavirusa qarşı yerli vakisini olan "TURKOVAC"ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Sağlamlıq Mərkəzindən bildirilib.

“Sınaqlar 15 ay ərzində davam edəcək. Könüllü olmaq üçün müraciət edənlər var. Ümumi nəticələr əldə olunduqdan sonra Türkiyə tərəfinə təqdim olunacaq.

Ondan sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək” ,– deyə əlavə edilib.

Qeyd edək ki, Azərbaycanda “TURKOVAC”-ın 3-cü faza kliniki sınaqları ilə bağlı martın 9-da Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov arasında protokol imzalanıb.

Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib.

Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC məlumat yayıb.

Bildirilib ki, may ayının 6-sı axşam saatlarından 8-i səhərədək Xəzər Dəniz Akvatoriyasında şimal-qərb-şimal küləyinin saniyədə 18-23, arabir 25-30, açıq dənizdə arabir 33 metrə qədər güclənəcəyi gözlənilir.

Qeyd edilib ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin bildirilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.

Xəbərdarlıqda həmçinin qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

“Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər”, - deyə məlumatda bildirilib.

Sosial şəbəkələrdə bəzi turizm şirkətlərinin Bakı – Şuşa istiqamətində turlar təşkil etməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) araşdırma aparıb.

Dövlət Xidməti xəbər verir ki, aprelin 26-da Şuşa və Ağdam istiqamətində müntəzəm avtobus reyslərinə may ayı üzrə biletlər satışa çıxarılandan sonra bir neçə şəxs Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysinə müxtəlif şəxslərin adına müxtəlif tarixlərə, lakin qrup şəklində biletlər alıb.

"Araşdırma nəticəsində həmin istifadəçilərin kimliyi müəyyən edilib və onlar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə dəvət olunublar. Həmin şəxslər etiraf ediblər ki, sosial şəbəkələrdə Şuşaya turların təşkil edilməsi ilə bağlı elanlar yerləşdirərək, əvvəlcədən vətəndaşlardan şəxsiyyət vəsiqələrinin surətlərini alıblar. Biletlər satışa çıxarılandan sonra möhtəkirlər şəxsiyyət vəsiqələrinin surətlərini onlara təqdim edən bir neçə nəfərin adına www.yolumuzqarabaga.az saytı üzərindən Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysinə birbaşa vətəndaşların adına biletlər alıblar. Bakıdan Əhmədbəyli istiqamətinə xüsusi avtobus reysi təşkil edərək bilet aldıqları vətəndaşları həmin ərazidə Əhmədbəyli – Şuşa – Əhmədbəyli müntəzəm marşrutu üzrə hərəkət edən avtobusa transfer edirlər. Onlara belə fəaliyyəti birmənalı dayandırmaları haqqında ciddi xəbərdarlıq edilib. Artıq həmin elanlar şirkətlərin sosial şəbəkə hesablarından silinib", - DANX bildirir.

Məlumatda deyilir ki, biletləri kimlərinsə alması və daha sonra digər şəxslərə satması və ya ötürməsi mümkün deyil: "Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil".

Dövlət Avtomobil Nəqliyyatı Xidməti vətəndaşlara tövsiyə edir ki, belə elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər və biletlərin alınmasını heç kimə əlavə vəsait ödəmədən özləri həyata keçirsinlər. Vətəndaşlar qanunsuz bilet satışı halları ilə rastlaşarlarsa, bu barədə office@danx.gov.az elektron poçt ünvanı, //www.facebook.com/AzDANX rəsmi “Facebook” ünvanı və (+99412) 566 52 58 telefon nömrəsi vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, may ayından etibarən Bakı–Şuşa–Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə – cümə axşamı, cümə, şənbə və bazar günləri reyslər həyata keçirilir.

Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqamətində isə həftənin 3 günü – bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günləri səfər etmək mümkündür.

Beləliklə, həftənin bütün günləri Şuşa istiqamətində reyslər həyata keçirilir.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması, eləcə də şəffaflığın və rahatlığın təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı yalnız www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

Ötən il Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ müharibəsi nəticəsində saxlanılan şəxslərə 94 başçəkmə həyata keçirib.

Bu barədə BQXK-nin 2021-ci il fəaliyyəti ilə bağlı keçirilən tədbirdə bildirilib.

Qeyd olunub ki, bu başçəkmələr 25 azadlıqdan məhrumetmə yerində həyata keçirilib. Əcnəbi məhbusların vətənlərindəki ailələrinə zəng edə bilmələri üçün 1760 telefon kartı verilib. Saxlanılan erməni əsilli şəxslər üçün bilavasitə zənglər, eləcə də məktub və video ismarışların ötürülməsi təşkil edilib. Saxlanılan şəxslərə 2257 geyim əşyası, ayaqqabılar, 650 gigiyenik bağlama və 700 kitab verilib.

Bundan başqa, keçən il BQXK 90-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailəsindən insan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 793 bioloji istinad nümunəsi götürüb. Həmçinin, BQXK-nın neytral vasitəçi qismində iştirakı ilə 2020-ci ildə döyüşlərin getdiyi ərazilərdə insan qalıqlarının axtarışı və götürülməsi məqsədilə 346 əməliyyat aparılıb.

Eyni zamanda 347 itkin ailəsinə psixoloji-sosial dəstək verilib, 258 itkin ailəsinə nağd pul yardımı edilib.

Şəhid Şamilov Emil Rafiq oğlunun ölümündən əvvəl çəkilən görüntüləri yayılıb.

Şəhidimizin fəhlə kimi çalışdığı zaman çəkilən görüntüləri marağa səbəb olub.

Onun fəhlə kimi çalışdığı evin şəhid olduqdan sonra ailəsinə verildiyi bildirilir.

Qeyd edək ki, E.Şamilov 1996-cı ildə Bakı şəhərində anadan olub. O, 2012-ci ildə Peşə məktəbini bitirdiktən sonra Həqiqi Hərbi Xidmətə çağırılıb və Hərbi Xidmətini Naxçıvan şəhərində yerləşən “N” saylı Hərbi Hissənin Xüsusi Təyinatlı dəstəsində xidmət edib.

E.R.Şamilov 2007-ci ildən professional “Oyama Kyokuşin Kontak Karate” idman növü ilə məşqul olub.2014-ci ildə Həqiqi Hərbi Xidməti bitirdiktən sonra idman növü ilə daha da dərindən məşqul olduğu müddət ərzində 12 qat Respublika çempionu, 1 qat Avropa çempionu, Dünya kubokunun sahibi, Yevraziya çempionu, Zaqafqaziya çempionu, 70-dən çox beynəlxalq turnirlərin qalibi, Qara kəmər 3-cü dan sahibi, sensey adına layiq görülüb.

10 oktyabr 2020-ci ildə Vətən müharibəsində iştirak etmək üçün, könüllü olaraq Qarabağ döyüşlərində Xüsusi Təyinatlı dəstədə iştirak edib. 27 oktyabr 2020-ci il tarixində Xocavənd royununda gedən döyüşlərdə qəhramancasına şəhid olub. Ölümündən sonra “Cəbrayıl rayonunun azadlığı uğrunda”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Sözügedən görüntüləri təqdim edirik:

"Qarabağ zəfəri Azərbaycan təhsili üçün də yeni bir səhifə açıb".

APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 99-cu ildönümü ilə əlaqədar şagirdlər arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif olunması mərasimində deyib. Onun sözlərinə görə, Azərbaycan məktəbi bu gün zəfər çalmış ölkənin məktəbidir:

"Bu gün təhsilimizin qarşısında bir sıra ümdə məsələlər durur. Şuşada və Ağdamda məktəblər tikilir. Sevindirici haldır ki, ən birinci tikilən binalar elə məktəb binaları olub. O cümlədən Cəbrayılda, Suqovuşanda, Zəngilanda yeni məktəblər tikiləcək. Azad olunmuş ərazilərimiz zəng səsinə qovuşacaq".

Xəbər lenti