|
Qarabağda yaşayan ermənilər demək olar ki, hər gün rus sühməramlılarına yaxınlaşaraq köçmək üçün müraciət edirlər. Onlar Qarabağda yaşamaq istəmirlər. Ermənilər deyir ki, bu torpaqlarda onları məcbur saxlayırlar.
Axar.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Samvel Ohanesyan çıxış edib.
“Biz Qarabağda yaşayan ermənilər ilə mütamadi söhbətlər edirik. Onların sayı hər gün azalır. Hamı Qarabağı tərk etmək barədə düşünür. Bu bizim üçün əsl faciədir. Elə çıxır ki, yaxın vaxtlarda Azərbaycan əsgəri bir güllə belə atmadan sakitcə Xankəndiyə yerləşəcək. Biz Bakıya heç bir söz də deyə bilməyəcik, çünki bölgədə olan sülməramlılar da təsdiq edəcək ki, ermənilər bu torpaqlardan könüllü olara çıxıb.
Bu faciənin birinci mərhələsidir. İkinci mərhələ bu insanların Qarabağdan çıxdıqdan sonra hara üz tutması olacaq. İnanın ki, onlar heç Ermənistanda belə yaşamaq, yerləşmək istəmir – Rusiyaya və yaxud Qərb ölkələrinə üz tutacaqlar”, – deyə erməni ekspert qeyd edib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
Tanınmış televiziyaçı, Əməkdar jurnalist, 2002-ci ildən Prezident təqaüdçüsü Tamilla Haşımova uzun sürən xəstəlikdən sonra Moskva şəhərində vəfat edib. Bu barədə mərhumun oğlu kinorejissor Murad İbrahimbəyov məlumat verib.
Konkret.az xəbər verir ki, görkəmli teatr rejissoru, xalq artisti Məhərrəm Haşımov və xalq artisti Rahilə Ginzburqun ailəsində doğulmuş Tamilla xanım uzun illər Azərbaycan Dövlət televiziyasında müxtəlif vəzifələrdə çalışlb, rus dilində verilişlər hazırlayan “Dostluq” baş redaksiyasına rəhbərlik edib.
İstedadlı təşkilatçı olan Tamilla xanım yüzlərlə maraqlı veriliş və proqramın ərsəyə gəlməsində iştirak edib. Çoxlu sayda sənədli filmlərin ssenari müəllifi olub.
Teleradio tarixinin araşdırıcısı, professor Qulu Məhərrəmli Tamilla Haşımovanın vəfatını televiziya sənəti üçün ağır itki kimi qiymətləndirib. Onun Azərbaycan televiziyasının inkişafında böyük rolu olduğunu deyən professorun fikrincə, Tamilla xanım təkcə AzTV üçün forma və məzmunca yeni olan veriliş layihələrinin gerçəkləşməsinə rəhbərlik etməyib, həm də gənc rejissor və redaktorlar nəslinin yetişməsinə əhəmiyyətli töhfə verib.
Hazırda onun yetirmələri təkcə Azərbaycanda deyil, xarici ölkə telekanallarında da uğurla çalışırlar.
Tamilla Haşımova dünən torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" sərəncam əhalinin pul gəlirlərini artırmaqla yanaşı onların sosial rifahının xeyli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, artımlar 20 faiz civarında, bəlkə də daha çox olacaq.
Komitə sədri vurğulayıb ki, bu sərəncam əhalinin bütün kateqoriyalarına müsbət təsir edəcək.
"Sərəncam gələn ilin yanvarın 1-dən tətbiq olunacaq. Vətəndaşlar da bunu şahidi olacaqlar",- deyə Musa Quliyev qeyd edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi aşkarlanıb.
Yol polisi əməkdaşları ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra avtomobillərdən istifadə etməli olduqlarını sürücülərin diqqətinə çatdırıb. Standartlara cavab verməyən nəqliyyat vasitəsi idarə edən şəxslər barəsində protokol tərtib olunub.
Ötən gün Bakı metropolitenin platformasında sərnişinlərin COVID pasportu yoxlanılıb.
Yol-xeber.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb. Vətəndaşlar Nazirlər Kabineti yanında Operativ Qərargahın belə bir qaydası olmadığı halda metroda nə üçün sərnişinlərin COVID pasportunun yoxlanılmasını sual ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Ölkə.Az-a açıqamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, metropoliten ərazisində müalicə ünvanını tərk edən aktiv koronavirus xəstəsi olduğundan onu aşkarlamaq məqsədilə sakinlərin COVID pasportlarına baxılıb.
"Yol-xeber.az" xəbər verir ki, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yanğınla əlaqədar hadisənin baş verdiyi istiqamətdə sıxlıq yaranıb.
“Sürücülərə tövsiyə edilir ki, təhlükəsizlik tədbirləri ilə bağlı müvəqqəti olaraq sözügedən küçələrdən istifadə etməsinlər”.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin 19-cu gününə (15 oktyabr) aid olan xronikasını təqdim edirik.
- Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib.
- Prezident İlham Əliyev Füzuli, Cəbrayıl və Xocavəndin bir neçə kəndi işğaldan azad edilməsi ilə bağlı "twitter"də paylaşım edib: "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".
- Prezident İlham Əliyev Rusiyanın RİA Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib.
- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində Ermənistanın Tərtərdə dəfn zamanı insanları atəşə tutması ilə bağlı paylaşım edib.
- Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.
- Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutub. Ermənistanın Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində həlak olanların sayı 4-ə çatıb.
- Ağdamın atəşə tutulması nəticəsində 2 nəfər xəsarət alıb.
- Ermənistanın hərbi hissə komandiri, polkovnik məhv edilib.
2021-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14,0 min nəfər və ya 0,8% artaraq 1684,9 min nəfər olub, onlardan 900,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 784,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, muzdla işləyənlərin 19,1%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2021-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2% artaraq 725,6 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.