Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq raket və artilleriya bölmələrində atəş-dəstək qrup komandirləri ilə ön müşahidə üzrə hazırlıq kursu keçirilir.

Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Hərbi qulluqçular silahlanmada olan müasir artilleriya müşahidə cihazlarının taktiki-texniki xüsusiyyətlərini, onlardan istifadə qaydalarını öyrənir. Bundan başqa, artilleriya kəşfiyyatçıları optik cihazlar vasitəsilə hədəf koordinatlarının aşkar edilməsi, eləcə də atəşin idarəedilməsi üzrə digər mövzularda praktiki bacarıqlarını təkmilləşdirirlər.
Nəzəri məşğələlərin sonunda artilleriyaçılarımız təyin olunan şərti düşmən hədəflərinə atəş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetiriblər.

 

Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

"Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar", - o qeyd edib.

Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 2-3 may tarixlərində qeyd ediləcək.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni kadr təyinatı olub.

Report verdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov həmin Xidmətin bölmə rəisi vəzifəsinə təyin edilib.

Qurumun Mətbuat Xidməti faktı təsdiqləyib.

"Karantin zamanı vətəndaşlara tətbiq olunan cərimələrin silinməsinin tərəfdarıyam. Mayın 1-dən maska tələbi ləğv edilir. Nazirlər Kabineti bu məsələyə baxmalı, əhalinin sosial rifahı nəzərə alınmalı və maskalara görə tətbiq olunan cərimələr silinməlidir".

Bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan hüquqşünas Loğman Abdullayev bildirib.

 O əlavə edib ki, cərimələrin silinməsi ilə qadağanın aradan qaldırılması arasında incə bir fərq var: "Qadağa aradan qaldırılırsa, indiyə qədər cərimə yazılan şəxslərə qarşı münasibətdə konstitusiya norması var. Qanunun yumşaldıcı hissəsinin geriyə qüvvəsi var. Deməli, bütün yazılan cərimələr silinir, ödəyənlər isə gedib pulunu geri alır.

Lakin ödəməyənlər əfv olunursa, ödənilən cərimələrin geri qaytarılmasından söhbət gedə bilməz. Bu təcrübə var. Gürcüstanda, Ukraynada yazılan cərimələr silinib. Azərbaycanda əhalinin maddi vəziyyəti nəzərə alınaraq hökumətimiz də oxşar addımı ata bilər. Mayın 1-dən sonra maskalara görə yazılan cərimələrin silinməsi və əfv olunması doğru olardı.

Bir məsələni qeyd etmək lazımdır ki, cəriməsi yazılan şəxslərdən gec-tez bu pullar alınacaq. Maaşa və ya pensiyaya yönəltməklə bu cəriməni vətəndaş ödəyəcək".

Bu il üçün Məhərrəm ayının başlanma tarixi açıqlanıb.

Report məlumatına görə Miladi təqvimi ilə iyulun 30-u Məhərrəm ayının ilk günüdür.

Belə ki, Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 30-na təsadüf edir.

Məhərrəm ayının 10-u - Aşura günü isə avqustun 8-nə düşür. Aşura günündə ənənəvi qanvermə aksiyaları keçirilir.

Avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlaması ilə əlaqədar vətəndaşlara müraciət edəcəklər.

Xatırladaq ki, Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

"Sədərək" Ticarət Mərkəzi barəsində məhkəmə iddiası qaldırılıb.

"Kriminalqafqaz" xəbər verir ki, Mərkəzi Bank tərəfindən şirkətə cərimə protokolu tərtib olunub.

Belə ki, ticarət mərkəzinin rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb. Müddəanın tələblərinə əsasən, şirkət rəhbərliyi avans yolu ilə ölkə xaricinə çıxardığı valyuta qarşılığında hər hansı xidmət almayıb və həmin valyutanı ölkəyə geri qaytarmayıb.

Xəbəri rus dilində oxuyun: В Азербайджане футболисты избили арбитра - Видео

Protokola Qaradağ Rayon Məhkəməsində baxılacaq. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.

Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzi Qafqazın ən böyük bazarı hesab olunur və böyük dövriyyəyə malikdir. Firmanın rəhbəri tanınmış iş adamı Yunis Qədimbəylidir.

Azərbaycan ÜDM-də hərbi xərclərin payına görə dünyada beşinci yerdə qərarlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) “Dünya hərbi xərclərinin tendensiyaları” adlı yeni hesabatında verilir.

Yayılan məlumatlara görə, 2021-ci ildə ÜDM baxımından hərbi xərclərin həcminə görə Oman, Küveyt, Səudiyyə Ərəbistanı və Əlcəzairdən sonra Azərbaycan beşinci yerdədir. Ümumilikdə, ötən il Azərbaycanın hərbi xərcləri ölkə ümumi daxili məhsulunun 5,3 faizini təşkil edib.

Bu siyahıda Azərbaycandan sonra ÜDM-in 5,2 faizini hərbi məqsədlər üçün ayıran İsrail gəlir. Öz növbəsində, Ermənistan ÜDM-in 4,4 faizini hərbi xərclərə yönəltməklə doqquzuncu yerdədir.

306738

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

O, 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.

Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək 101 saylı peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnir.

1987-ci ildə hərbi xidmətə çağırılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir. Vətənimizin dar günlərində Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanır.

Albert Aqarunov tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edir.

8 may 1992... Şuşada səhər tezdən erməni quldurlarının tankları görünür, Albert düşmən tanklarından birini yaxın məsafədən tək atəşlə məhv edir, yenidən irəli atılan vətən oğlu növbəti sərrast atəşlə yenidən düşmən tankını məhv edir.

Sevincindən məhv etdiyi tanklara baxmaq istəyən Albert snayper gülləsinə tuş gəlir və döyüş meydanında qəhrəmancasına həlak olur.

Albert Qarabağ müharibəsində əfsanəyə çevrilmişdi, onun şücaətindən danışmayan yox idi. O dövrdə hər kəs tankını Albert adlandırırdı...ermənilər onun başına pul mükafatı qoymuşdular.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Vaxtilə təhsil aldığı 154 saylı orta məktəb onun adını daşıyır.

Qeyd edək ki, 2019-cu ildə Nərimanov rayonu ərazisində Albert Aqarunovun heykəli ucaldılıb.

Kamaləddin Qafarov: “Şuşa bütün dünya azərbaycanlıları üçün müqəddəs məkandır”


“Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində keçirilməsi həm mənəvi, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edən bir hadisədir. Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan Azərbaycanlıların doğma şəhəri olaraq şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş, xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, aprel ayının 22-də dünya azərbaycanlıları Şuşada özlərinin Zəfər qurultaylarını reallaşdırdılar. Çünki Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdən sonra dünya azərbaycanlıları ilk dəfədir ki, bir yerə toplaşır, qurultay keçirdilər. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili məlumat verib ki, bu mötəbər tədbirin məhz Şuşa şəhərində baş tutması ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərin dediyi tarixi sözlərin gerçəyə çevrildiyini nümayiş etdirdi: “Dünya Azərbaycanlılarının ilk qurultayı məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. Həmin qurultayda etdiyi tarixi çıxışında Ulu Öndər Qarabağ problemi ilə bağlı öz fikirlərini də bildirmiş və demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba yurduna qayıdacaqdır. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi. Qarabağ münaqişəsinin həlli Azərbaycanın qarşısında duran başlıca vəzifə idi. Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz Prezidentinin ətrafında birləşdi, birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da, buna nail ola bilmədilər. Eyni siyasət Ermənistan tərəfindən 30 il ərzində Azərbaycanın işğal olunmuş digər şəhər və kəndlərinə qarşı da aparılıb. Lakin bütün bu yalan və uydurmalar son nəticədə erməni ideoloqlarının, necə deyərlər, öz başlarında çatladı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdulr və bununla da Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoydular”.

Kamaləddin Qafarov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində Ermənistan üçün bir kapitulyasiya aktı mahiyyəti daşıyan bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Bu möhtəşəm tarixi zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir.

Millət vəkili xüsisi vurğulayıb ki, Azərbaycan Ordusu müharibə dövründə heç zaman hərbi cinayət əməllərinə əl atmayıb və müharibəni ləyaqətlə aparıb: “ Ermənistan döyüş meydanında məğlub oldu. Lakin bu gün yenə də bəzi qüvvələr tərəfindən Ermənistanda revanşist əhval-ruhiyyəsi qızışdırılır, erməni faşizminin yenidən dirçəldilməsinə cəhdlər olunur. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan xalqı erməni faşizminin törətdiyi vəhşilikləri heç zaman unutmamalıdır. Azərbaycan erməni faşizminin vəhşiliklərinin nəticələrini bütün dünyaya daim xatırlatmalı və bu bəlanı yenidən region üçün təhdidə çevirmək istəyən qüvvələrə qarşı beynəlxalq həmrəyliyi təmin etməlidir. Məhz bu yönümdə də bütün dünyada yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi bizim ən güclü silahımız olmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim bölgədə erməni faşizmi yenidən baş qaldırsın. Bunu hər kəs bilməli və Azərbaycanın görə biləcəyi əks-tədbirlərin Ermənistana çox baha başa gələcəyini də aydın şəkildə dərk etməlidir”.
gg


"Yol-xeber.az" xəbər verir ki, Quba Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Quba şəhərinin M.P.Vaqif küçəsində yerləşdirilmiş Vətən Müharibəsi şəhidlərinin portretlərinə baxış keçirilmişdir.


Xəbər lenti