![]() |
|
Hökumət qiymətlərin bahalaşmasının qarşınının alınması istiqamətdə zəruri addımlar atacaq.
"Yol-xeber.az"ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, sosial şəbəkələrdə qiymət artımı ilə bağlı əsaslı narazılıqlara rast gəlinir: “Burada söhbət əsasən süni qiymət artımından gedir. Ərzaq təhlükəsizliyinə xüsusi diqqət veriləcək. Qiymət artımı ilə bağlı hökumət lazım olan tədbirləri görür və görəcək”.
“Gələn ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulub”.
Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, əməkhaqqının və pensiyanın artırılması ilə bağlı maliyyə təminatı yaradılıb: “Vətən Müharibəsi Qəhrəmanlarının, şəhidlərin ailə üzvlərinin, qazilər sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir”.
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması nəticəsində yaralanmış və hazırda DSX-nin Hərbi Hospitalında müalicə alan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğluna və kapitan Ədilov Ramin Ramiz oğluna baş çəkib.
DSX-dən Yol-xeber.az-a verilən məlumata görə, general-polkovnik Elçin Quliyev hərbi qulluqçularla söhbət edib, səhhətlərinin vəziyyətilə maraqlanıb, tezliklə sağalmalarını arzulayıb.
Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişatı Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə olunub, onların sağlamlıqlarının bərpa olunması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlərin görüldüyü bildirilib.
Qeyd edək ki, noyabrın 30-u saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində helikopterin heyəti arasında 14 nəfər şəhid olub, 2 nəfər isə yaralanıb.
“Meyvəli” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Əbülfət Qocayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Əbülfət Qocayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Meyvəli” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Əbülfət Qocayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
"3 dekabr tarixi dünyada “Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunur. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır".
Bunu Yol-xeber.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
"Əlilliyi olan insanların hüquqlarının qorunması məsələsi isə geniş mənada başa düşülən anlayışdır. Belə ki bu kateqoryadan olan insanların sərbəst və təhlükəsiz hərəkətlərinin təmini məsələsi dövlət yol polisinində daim diqqət mərkəzindədir. Hərəkətin bütün iştirakçılarından yol infrastrukturunda sağlamlıq imkanları məhdud olan şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmağı, yollarda hərəkətinin təhlükəsizliyinə hesablanmış yol nişanlarının, pandusların, sərnişin daşıma və parklama kimi məsələlərdə müəyyən edilən üstünlüklərinə cəmiyyət olaraq hər bir fərdin həssas münasibət göstərməsini xahiş edirik. İnkuliziv həyat tərzinin əsas göstəricilərindən biri kimi hərəkətin təhlükəsizliyi və əlçatanlığını ictimai məsuliyyət hissi ilə təmin etməyi isə unutmamalıyıq. Bir-birimizə anlayışlı və diqqətli münasibət göstərmək isə sivil cəmiyyət olaraq inkişafımıza mütəq qaydada öz tövhəsini verməklə yanaşı formalaşan yeni nəsil üçündə nümunədir.
Bir daha sürücülərdən və hərəkətin bütün iştirakçılarından sağlamlıq imkanları məhdud olan şəxslərə yollarda diqqətli və nümunəvi münasibət göstərməyi, eləcədə yol hərəkəti qaydalarının tələblərinə əməl etməyi xahiş edirik!", - o vurğulayıb.
Xızıdakı Qaraheybət aviasiya poliqonunda baş vermiş helikopter qəzasında həlak olan 14 hərbçidən 11-i II Şəhidlər xiyabanında, üçü isə doğulduğu bölgədə torpağa tapşırıldı.
Şəhid olan 14 hərbçidən biri polkovnik-leytenant Emil Nəzirovdur.
Əslən Lənkəran rayonunun Veravul kəndindən olan Emil Nəzirovun qardaşı Abbas Nəzirov şəhidimiz haqqında qısa olaraq Modern.az-a danışıb.
A.Nəzərov qardaşının işini nə qədər sevdiyini, ailəsinə bağlı olduğunu, övladları ilə bağlı sonsuz arzuları olduğunu dilə gətirib.
Qardaşı deyib ki, hadisə baş verən gün Emil Nəzərov evdən həmişəki qaydada çıxıb:
"Həmişəki kimi səhər saatlarında ailəsi ilə sağollaşıb evdən çıxıb işə yollanıb. Qəzanın baş verdiyini, şəhid olduğunu yayılan xəbərlərdən bildik. Təbii ki, çox ağır oldu. Ailəndən, canından olan biri barədə mətbuatdan xəbər almaq dəhşətlidir. Əlin çatmır, ünün yetmir, o an yaşanan hisləri heç kimə arzulamıram”.
Onun sözlərinə görə, qardaşı həm 90-cı illərin Qarabağ, həm də Vətən müharibəsində ön sıralarda olub:
"1992-1994-cü illərdə Kəlbəcərdə, Füzulidə, Şuşada xidmət edib. 44 günlük müharibədə də əlindən gələn qədər vətənin keşiyində dayanıb. Xətai rayonu Polad Həşimov küçəsində yaşayırdılar. Həddi-büluğ yaşına çatmış üç qız övladı var”.
Qardaşı Emil Nəzərovun arzularından da danışıb:
"1987-ci ildə hərbi məktəbə qəbul olub, uşaqlıqdan hərbi sahəyə marağı böyük idi. Qardaşımın ən böyük arzusu şəhid olmaq olub. Özündən kiçik iş yoldaşları şəhid olanda, o qədər heyfsilənirdi ki, "biz qocalar qalmışıq, onlar şəhid olur” deyirdi həmişə. Hər ata kimi övladları ilə bağlı onun da sonsuz arzuları var idi. Çox heyf, yarımçıq qaldı”.
Qeyd edək ki, helikopter qəzası ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
"Helikopterin istehsalı haradırsa, "qara qutu" ora göndərilir. Bilirsiniz ki, "qara qutu" Kazan şəhərində helikopter istehsal olunan zavoda göndərilib. Bu tip helikopterlərdə iki "qara qutu" olur".
Yol-xeber.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində qonaq olan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib:
"Belə hadisələrdə iki faktor irəli sürülür. Qəza və təxribat versiyası səsləndirilir. Hazırda tədqiqat gedir və hiss olunur ki, bu hadisə daha çox qəzadır".
Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulardan biri, baş leytenant Fərid Nağıyevin cənazəsi onun doğulduğu Beyləqan rayonunun Şərq kəndinə gətirilib.
APA xəbərinə görə, şəhidin cənazəsi kənd meydanına aparılıb, burada cənazə namazı qılınıb.
Qeyd edək ki, şəhid pilot Fərid Təyyar oğlu Nağıyev Beyləqan şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcək.
Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirov bu gün sosial şəbəkələrdə yayılan videosuna münasibət bildirib.
"Ölkə.Az" xəbər verir ki, R. Cahangirov OLAY-a açıqlamasında haqqında yayılan iddiaların doğru olmadığını deyib:
R. Cahangirov onu da qeyd edib ki, sabah mətbuata geniş açıqlama veriləcək.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, R. Cahangirovun Baku TV-nin əməkdaşlarına hücum etdiyi iddia edilir.
Mətbuat Şurası Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirovun jurnalistlərə hücumuna münasibət bildirib.
"Ölkə.Az" xəbər verir ki, məlumatda deyilir:
“Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovun xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı həlak olmuş hərbçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən Baku TV-nin əməkdaşlarına qarşı nalayiq hərəkəti yolverilməzdir, jurnalistlərin sərbəst fəaliyyətinə maneçilik cəhdidir.
Media orqanının böyük ictimai və mənəvi əhəmiyyət daşıyan hadisəni işıqlandırmaq, bu xüsusda məlumat toplamaq məqsədinin qarşısı alınmamalıdır.
Media orqanının nümayəndələrinə qarşı güc tətbiqi elementləri ilə müşayiət edilən davranışlar yolverilməzdir. Bu, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesində jurnalistikanın daşıdığı missiyaya önəm verildiyi bir ölkənin prinsiplərinə ziddir. Belə xoşagəlməz halın yaşanması ciddi təəssüf hissi doğurmaqdadır.
Azərbaycan Mətbuat Şurası Baku TV-nin əməkdaşlarına münasibətdəki rəftarı qətiyyətlə pisləyir. Şura Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin diqqətini baş vermiş hadisəyə çəkərək qurumu kobudluğa yol vermiş əməkdaşı barədə müvafiq ölçü tədbiri götürməyə çağırır.
Azərbaycan Mətbuat Şurası onu da bəyan edir ki, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda jurnalistin qanuni fəaliyyətinə maneçilik cəhdlərinin gələcəkdə də təkrarlanmaması üçün Baku TV əməkdaşlarının üzləşdiyi duruma həssas yanaşılması mütləqdir. Şura ümid edir ki, bu yanaşma konkret əməllərdə əksini tapacaq, baş vermiş hadisəyə layiqli qiymət veriləcək”.