![]() |
|
Son günlər Bakı şəhəri Mikayıl Əliyev küçəsində Heydər Əliyev dairəsi hissəsində səhər saatlarında DYP əməkdaşları tərəfindən yollar bağlanır və avtomobillərin hərəkətində məhdudiyyətlər yaranır. Bu da həmin ərazidə tıxaca səbəb olur.
Bu fikirləri gündəlik adı çəkilən yoldan istifadə edən sürücülər bildirib. Sürücülər iddia edir ki, səhər saatlarında yol bir-iki saat müddətində bağlı qalır.
Məsələ ilə bağlı azxeber.com Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ilə əlaqə saxlayıb. Vaqif Əsədov iddialara bu cür aydınlıq gətirib:
"Burada söhbət Mikayıl Əliyev küçəsinin başlanğıcında olan Heydər Əliyev dairəsi ətrafında, Maddona şadlıq sarayının qarşısındakı hərəkətlə bağlı vəziyyətdən gedir. Yalnız iş günləri, 1-5-ci günlər səhər saatlarında, yəni pik saatlarda metronu "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranır. Bu da tıxaclara səbəb olur. Ona görə də, aidiyyatı üzrə əməkdaşlarımız orada bir-iki saat yox, təxminən 20-30 dəqiqə müddətində xidmət aparmaqla keçmə növbəliliyini hissə-hissə tənzimləyir. Əgər həmin ərazidə əməkdaşlar dayanıb xidmət aparmasa, istər Mikayıl Əliyev küçəsindən, istər "Neftçilər" metrostansiyası tərəfdən gələn nəqliyyat vasitələrinin hissə-hissə ardıcıl, növbəli şəkildə buraxılmasını təmin etməsələr, "Koroğlu" metrostansiyası istiqamətində körpünün üstündə maşınlar saatlarla tərpənməz vəziyyətdə qalar və hərəkət dayanar. Ona görə də, bu istiqamətlər üzrə hərəkət edən sürücülərə bildirirəm ki, burada narahatlığa səbəb yoxdur. Eynilə, paytaxtın 20 Yanvar dairəsində, Biləcəri enişində, Avtovağzal dairəsində, Babək prospektinin Yusif Səfərov istiqamətində də bizim azı iki əməkdaşımız dayanıb xidmət aparır və keçmə növbəliliyi təmin olunur".
Vaqif Əsədov bu cür vəziyyətdə sürücülərə təmkinli olmağı və tələsməməyi tövsiyə edib:
"Bu cür vəziyyətdə sürücülərə təmkinli olmağı və tələsməməyi tövsiyə edirik. Hər kəs öz zolağı üzrə hərəkət etsin, hər bir sürücü getdiyi istiqaməti əvvəlcədən dəqiqləşdirib həmin zolağı tutsun, qarşı hərəkət zolağına çıxmasın. Yol kəsişmələrində sarı rəngli, tor tipli xətlərə diqqət yetirsinlər. Bəzən sürücülər öz getdikləri istiqamətlərdə bir-birlərinin hərəkətinə maneə yaradırlar, başqasını qarşısına keçib onun yolunu kəsirlər. Bu da istər-istəməz həmin istiqamətdə süni sıxlığa səbəb olur. Xüsusilə, gedilən istiqamətdə dayanma, durma tələbələri düzgün yerinə yetirilməlidir. Əgər ərazidə avtomobilin dayanması, durması qadağandırsa, ümumiyyətlə, o ərazidə avtomobil saxlanılmamalıdır. Bu tələblərə riayət edilmədiyi təqdirdə həmin ərazidə hərəkət istiqaməti üzrə sıx cərgələnmə yaranır. Bu da tıxaclara və sürücülərin ləngiməsinə səbəb olur. Ona görə də, sürücülər bütün bu tələblərə əməl etməlidir".
"Az əvvəl qeyd etdiyiniz olayı da incələdik və nəzakətsiz davranışına görə zabitimiz töhmət alıb".
"Bu sözləri Dövlət Sərhəd Xidmətinin aparat rəhbəri general-mayor Elçin İbrahimov Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayevlə söhbətində deyib:
- Dövlət Sərhəd Xidməti ilk dəqiqələrdən aşırı və izahı olmayan əsəbilik nümayiş etdirməyə başladı. Bu narahatlığın, hətta belə demək olarsa, çaşqınlığın kulminasiyası BakuTV-nin jurnalisti ilə bağlı olay oldu. O olsa-olsa məmurdan şərh almağa cəhd etmişdi. Bəlkə sadəcə bütün jurnalistləri dəvət edib, ictimaiyyətin narahatlığına səbəb olan bütün suallara səmimi cavab vermək lazım idi? Niyə Dövlət Sərhəd Xidməti hətta dəfn mərasiminin işıqlandırılmasına mane olmağa cəhd etdi? Bu fakt da həmkarlarımın qəzəbinə səbəb oldu...
- İcazənizlə sizinlə razılaşmayım. Qəza və dəfn günləri zamanı mətbuat xidmətimizin fəaliyyətini qiymətləndirərkən bütün yanaşı amilləri, baş vermiş hadisənin səbəblərini təcili aydınlaşdırmağın kifayət qədər mürəkkəb olduğunu və s.-i mütləq nəzərə almaq lazımdır. Qeyd etməyi özümə borc bilirəm ki, biz KİV-in bütün nümayəndələrinin fikrinə və mövqeyinə hörmətlə yanaşırıq və bu sizə yaxşı məlumdur. Ötən il Vətən müharibəsi zamanı, elə ondan sonra da jurnalistlərlə sıx əməkdaşlıq etmişik və edirik, onlara hər cür kömək göstəririk. Yaşıl sərhəddə, dənizdə, dövlət sərhədindən keçid məntəqələrində fəaliyyətimizin nəticələri, İranla sərhəd zastavalarının bərpası, Ermənistanla sərhəddə infrastrukturun düzəldilməsi barədə onlara operativ məlumat veririk. Bu məqsədlə bu il jurnalistlər üçün xüsusi mediaturlar təşkil etmişik.
O ki qaldı sizin sualınıza, gəlin sadəcə faktları nəzərdən keçirək. Helikopterin qəzaya uğraması barədə məlumat gələn kimi DSX rəhbərliyi general-polkovnik Elçin Quliyev başda olmaqla hadisə yerinə getdi. Yaralıların təxliyə olunması, hadisə yerinin qorunmasının təminatı, həlak olmuş zabitlərin cəsədlərinin tanınması, onların qohumlarına və yaxınlarına xəbər verilməsi, dəfn mərasiminin təşkili məsələsi ilə bağlı dərhal göstərişlər verildi.
Baş Prokurorluqla birgə baş vermiş hadisə haqqında ilkin məlumat verildi və həmin informasiya 12.11-də saytımıza yerləşdirildi.
DSX-nin rəis müavini general-leytenant İlham Mehdiyev hadisə yerinə gələn KİV nümayəndələri ilə görüşdü və onlara ilkin məlumat verdi. Bundan bir neçə saat sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyev KİV nümayəndələri üçün brifinq keçirdi və jurnalistləri maraqlandıran bütün suallara cavab verdi.
Həlak olmuş zabitlərlə vida mərasiminə gəlmiş bütün KİV nümayəndələri iş üçün hər cür şəraitlə təmin olundu. Onlara həmçinin elan edildi ki, vida mərasimində DSX nümayəndələri tərəfindən hər hansı bir bəyanat və ya müsahibə verilməyəcək.
KİV nümayəndələrinin bir çoxu bunu anlayışla qarşılayıb. Bu səbəbdən və bizi dəstəklədiklərinə görə onlara səmimi təşəkkürümü bildirirəm. Az əvvəl qeyd etdiyiniz olayı da incələdik və nəzakətsiz davranışına görə zabitimiz töhmət alıb.
Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Keçiliqaya kəndindən videogörüntülər yayımlayıb.
Həmin görüntüləri təqdim edirik:
Noyabrın 30-da Qaraheybət poliqonunda Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin ailələrinə və xəsarət alanlara təyin olunan sığorta ödənişinin həcmi açıqlanıb.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsaliyev məlumat verib.
“Həmin qəzada 14 hərbçimiz şəhid olub, 2 hərbçimiz xəsarət alıb. Bu cür hadisələr Azərbaycan Respublikasının Hərbi Qulluqçuların İcbari Şəxsi Sığortası haqqında qanunla tənzimlənir. Bununla əlaqədar sığorta ödənişləri nəzərdə tutulur. Ödənişlər Azərbaycan Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilir.
Şəhidlərin vərəsələrinə birdəfəlik 11 min manat, xəsarət almış hərbçilərimizə isə üç qrup əlillik dərəcəsinə görə I qrup əlillik dərəcəsi üzrə 8 800 manat, II qrup əlillik dərəcəsinə görə 6 600 manat, III qrup əlillik dərəcəsi üzrə 4400 manat birdəfəlik sığorta ödənişi nəzərdə tutulub. Əlillik dərəcəsi yoxdursa, iki kateqoriya üzrə - xəsarət hallarına görə ağır xəsarət almış hərbçilərə 2700 manat, yüngül xəsarət almış hərbçilərə 550 manat birdəfəlik sığorta ödənişi nəzərdə tutulub”, - deyə o qeyd edib.
İşsizlikdən sığorta olunan vətəndaşların itirilmiş əməkhaqları necə bərpa olunur? Ümumiyyətlə hansı halda vətəndaşlara bu ödənişlər şamil olunmalıdır? Əməkdaşlarımız mövzu ilə bağlı aidiyyəti qurumdan açıqlama alıblar.
Ölkəmizdə 2021-ci ilin 10 ayı ərzində 3033 nəfərə işsizlik sığorta ödənişi təyin edilib, oktyabr ayında isə 374 nəfər bu ödənişdən yararlanıb. Lakin bir çoxları hələ də belə bir sığorta anlayışından xəbərsizdir.
Məbləğlər isə fərqli hesablanır. Əmək müqaviləsinin müddətinin bitməsinə görə əmək münasibətlərinə xitam verilmiş şəxslərdə işsizliyin başlamasından əvvəlki 36 ay ərzində 35 aydan çox ardıcıl gələn müqavilə üzrə sığorta stajı olduqda həmin şəxslərə üç ay müddətində minimum sığorta ödənişi təyin edilir. Dövlət orqanı və ya hüquqi şəxs ləğv olunduqda isə bu vaxt sığorta ödənişinin müddəti işsizliyin başlamasından 24 təqvim ayı olaraq nəzərdə tutulur.
Qeyd edək ki, işsizlikdən sığortadan daha çox şəxsin yararlanması məqsədilə qanuna dəyişiklik layihəsi hazırlanmaqdadır. Belə halda daha çox şəxs bu ödənişdən yararlana biləcək. Rəsmi şəkildə işləməyən və sığorta ödənişi etməyən vətəndaşlar işsizliyə görə sığorta hüququndan faydalana bilməzlər.
Bu gün Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatlandırma mərasimi keçirilib.
“Müsabiqədə “Azərbaycanın gənc ulduzu” kateqoriyası üzrə də qalib müəyyənləşib.
Bu ada Nahidə Babaşlı layiq görülüb.
“Hamıya Azərbaycandan salam gətirdim. Çox sevincliyəm, tikanlı yolun sonu belə bitdi. Ailəmə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm”. - deyə o, çıxışında bildirib.
Qeyd edək ki, Ayaz Babayevlə Çinarə Məlikzadə də “Azərbaycanın gənc ulduzu” kateqoriyası üzrə namizəd idilər.
Mayor Həsənov Elmir Mircəlil oğlu Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizdəndir.
Baku TV-nin çəkiliş qrupu Cəlilabadın Göytəpə şəhərində şəhid mayorun ata ocağında olub, ailəsi və yaxınları ilə həmsöhbət olub. Şəhidin atası Mircəlil Həsənov deyir ki, onun hər üç oğlu hərbçidir. Qardaşları da Elmir Həsənov kimi xidmətlərini Dövlət Sərhəd Xidmətində davam etdirirlər.
Elmir Həsənovun xalası oğlu Qoşqar Məmmədov onun çox çalışqan və prinsipial insan olduğunu, eyni zamanda uşaqlıqdan məhz pilot olmaq arzusu ilə böyüdüyünü deyir. Eskadrilya komandiri olan şəhid mayor Elmir Həsənov 1988-ci il dekabrın 15-də Cəlilabadın Göytəpə şəhərində anadan olub. Aviasiya üzrə ali təhsil alan Elmir Həsənov 2015-ci ildən ömrünün son saniyəsinə qədər bu sahədə vətəninə xidmət edib. 44 günlük haqq savaşımızda qəhrəmancasına döyüşən E.Həsənov müharibədə iştirakına görə iki, ümumilikdə isə xidməti dövründə yeddi medalla təltif olunub.
Bakıda və Abşeron yarımadasında dekabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.
2022-ci il dövlət büdcəsində 3-cü oxunuşda aşağıdakı dəyişikliklər edilib.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, büdcə müzakirələri zamanı deputatların çıxışları əsasında dövlət büdcəsi xərclərinin məbləği dəyişməsə də bir sıra maddələrdə dəyişikliklərin edilməsi zərurəti yaranıb. Belə ki, əsas bölmələrə aid edilməyən xərclər bölməsindən 172 mln. 887,6 min manat azaldılaraq aşağıdakı xərc bölmələri üzrə məbləğlərin artırılması təklif olunur:
- 76,0 milyon 800 min manat sosial müdafiə və sosial təminat xərclərinin artırılması üçün, bundan sosial müdafiə xərclərinin artımı 76,0 mln. 462,0 min manat, uşaq və ailə dəstək mərkəzinin saxlanılması xərci 337,0 min manat təşkil edəcək:
- 70 milyon 527 min manat Hüquq Mühafizə bölməsi üzrə hüquq-mühafizə orqanlarında əmək haqqı, saxlanma, ştatların komplektləşdirilməsi ilə bağlı xərclərə yönəldilir;
- 15 milyon 363 min manat Rabitə və Nəqliyyat bölməsi üzrə dövlət informasiya sistemlərinin və ehtiyyatlarının formalaşdırılması, saxlamılması və mərkəzləşdirilmiş şəkildə idarə edilməsi üçün Hökümət Buludun fəaliyyəti və nəqliyyat sahəsində tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.
- 5 milyon 369 min manat mənzil-kommunaltəsərrüfatı bölməsi üzrə Bakı şəhərində və digər rayon və şəhərlərin mənzil-kommunal təsərrüfatıvə əsaslı təmiri xərclərinin artırılmasına;
- 2 milyon 642 mn manat ümumi dövlət xidməti xərcləri bölməsi üzrə, bundan 1 milyon500 min manatı yeni rəsmilləşdirilmiş üzvlük haqları üzrə öhdəliklərə (Yeni yaradılmış “Türk Mədəniyyəti və İrsi Fondu”na və “Türk Akademiyası”), 942,0 min manatı əmək haqqı xərclərinin artırılmasına, 200,0 min manatı qeyri-maddi aktivlərin alınmasına yönəldiləcəkdir.
- 1 milyon 750 min manat mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan fəaliyyət bölməsi üzrə artıma yönəldiləcəkdir və mədəniyyət-informasiya sahəsində subsidiya həcminin artırılması ilə bağlıdır.
- 437 min manat ətraf mühitin mühafizəsi bölməsinin artımına yönəlir, bu da Bəsitçay dövlət təbiət qoruğunun fəaliyyətinin maliyyələşdirilməsiilə əlaqəlidir".
O əlavə edib ki, 2022-ci ilin icmal büdcənin gəlirləri və xərclərində dəyişikliyin edilməsi təklif olunur:
"Bu dəyişiklik əsasən əmək haqlarının artımı ilə bağlı Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin 8,0 milyon manat artması, buna müvafiq olaraq Muxtar Respublikanın xərclərinin həmin məbləğ qədər artırılması ilə bağlıdır.
Artım nəzərə alınmaqla Muxtar Respublikanın büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 577,6 milyon manat təşkil edəcəkdir.
Nəticədə icmal büdcənin gəlirləri və xərcləri müvafiq olaraq 27 milyard 685 milyon manat və 32 milyard 914 milyon manat təşkil edəcək.
İcmal büdcənin kəsiri isə dəyişməyərək 5 milyard 229 milyon manat səviyyəsində qalacaq.
Buna müvafiq olaraq qanun layihəsinin 15-ci maddəsində (İcmal büdcənin xərclərinin yuxarı həddi) 32 milyard 906 milyon 390 min manat rəqəmi 32 milyard 914 milyon 390 min manat rəqəmi ilə əvəz edilməsini təklif olunur.
Aparılan müzakirələrin yekun nəticəsi kimi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Büdcə zərfinə daxil olan qanun layihələri ilə bağlı aparılan müzakirələri əhatəli və məhsuldar hesab edir. Hesab edirik ki, 3-cü oxunuş da müzakirə etdiyimiz dövlət büdcəsi layihəsi 2022-ci il üçün ölkəmiz qarşısında yaranan çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə, o cümlədən sosial və təhlükəsizlik istiqamətində dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaqdır".
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.
Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərdə digər qoşun növlərilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və digər suallar məşq etdirilərək komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyəti, o cümlədən hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.
Bölmələr şərti düşmən hədəflərini sərrast atəş zərbələrilə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.