İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra  vəziyyəti açıqlanıb - VİDEO - Şafaqna Azərbaycanca

         

Qarabağ və şərqi Zəngəzur iqtisadi rayonları ərazisində

icra olunan yol infrastrukturu layihələri barədə 15.11.2021-ci il vəziyyətinə görə

                                                                         M Ə L U M A T                                                                                                                                                 

1

“Zəfər Yolu”

 

  • texniki göstəriciləri: 101.5 km, II texniki dərəcəli, 2 hərəkət zolaqlı.
  • görülmüş işlər:  torpaq işləri 100%,  yol geyimi 100%,  boru və keçidlərin tikintisi işləri 100%,  körpülərin tikintisi 100%,  beton küvet, qanov və drenaj işləri 100%.

 

2

Əhmədbəyli  Füzuli  Şuşa avtomobil yolu

 

  • texniki göstəriciləri: 81.6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
  • görülmüş işlər: 0-17, 26-44, 51-52, 58-63 və 70-71-ci km hissələrdə torpaq yatağının tikintisi, 1, 27,34, 37 və 50-ci km-də körpülərin, 80 və 81-ci km-də tunellərin və alt keçidlərin tikintisi aparılır.

 

3

Toğanalı  Kəlbəcər  İstisu avtomobil yolu

 

  • texniki göstəriciləri: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 km.
  • görülmüş işlər: 7 km Toğanalı kənd yolunda asfalt-beton örtük tikilib, 48 km mövcud yol genişləndirilib və hərəkətə yararlı vəziyyətə gətirilib, 14 km hissəsinə asfalt-beton örtük döşənib, Murovdağ tunelində qazma işləri davam etdirilir.

 

4

Kəlbəcər  Laçın avtomobil yolu

 

  • texniki göstəriciləri: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km;
  • görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri 10% icra olunub.

 

5

Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi

 

  • texniki göstəriciləri: 30 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
  • görülmüş işlər: yolların torpaq yatağının və yol geyimi tikintisi işləri aparılır, boruların tikintisi 95% icra olunub, yol nişanları 80% quraşdırılıb.           

 

6

Horadiz  Cəbrayıl  Zəngilan  Ağbənd avtomobil yolu

 

  • texniki göstəriciləri: 123.8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
  • görülmüş işlər: 0-23, 50-66-cı km hissələrində torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 17%, boru və keçidlərin tikintisi 12%, körpülərin tikintisi 10% icra olunub.

 

7

Xudafərin – Qubadlı  Laçın avtomobil yolu

 

  • texniki göstəriciləri: 70.4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
  • görülmüş işlər: Qubadlı - Laçın istiqamətində 0-37 km, Xanlıq istiqamətində 0-1 və 5-14 km hissədə torpaq yatağı tikilmiş, 1 və 22-ci km-də körpü tikintisi işləri aparılır, topoqrafik işlər davam etdirilir. Torpaq işləri 36%, yol geyimi - 5%, boru və keçidlərin tikintisi 37%, körpülərin tikintisi 29 % icra olunub.

 

8

Qubadlı - Eyvazlı avtomobil yolu

 

  • texniki göstəriciləri: 26 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
  • görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla  torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.

 

9

 Şükürbəyli - Cəbrayıl - Hadrut avtomobil

 

  • texniki göstəriciləri: 43 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
  • görülmüş işlər: torpaq işləri 51%, yol geyimi 9%, boru və keçidlərin tikintisi 52%, körpülərin tikintisi 49% icra olunub.

 

10

Füzuli  Hadrut avtomobil yolu

 

  • texniki göstəriciləri: 13 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
  • görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 5 km hissəsində torpaq işləri və yol yatağının tikintisi 50% icra olunub.

 

11

Bərdə  Ağdam avtomobil yolu

 

  • texniki göstəriciləri: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

-    görülmüş işlər: torpaq işləri 42.5%, yol geyimi 6.8%, boru və keçidlərin tikintisi işləri 28.2%, körpülərin tikintisi 81.2% icra olunub.

 

12

Talış  Tapqaraqoyunlu  Qaşaltı – Naftalan avtomobil yolu

 

  • texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
  • görülmüş işlər: 0-6 km hissəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib, həmin hissədə torpaq yatağı, su ötürücü borular və yolun əsası, ilk 1.8 km hissədə asfalt-beton örtük tikilib,15-22 km hissədə deformasiyaya uğramış örtük qazılaraq çıxarılıb.

AZAL prezidenti Cahangir Əsgərovun yeni imici sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bir müddət öncə Füzuli aeroportunun açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı Əsgərovun bığının olmamasına işarə etmişdi.

C.Əsgərov isə “Zəngilanda olacaq” deyərək növbəti aeroportun açılışına kimi bığ saxlayacağına söz vermişdi.

Dünən AZAL-ın Müşahidə Şurasının iclasında çəkilən və qurumun səhifəsində yayımlanan fotoda isə artıq C. Əsgərovun bığ saxladığı məlum olub.

 

 

 

 
 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılan əməliyyat (komando) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin abidəsi önünə əklil qoyularaq xatirələri hörmət və ehtiramla anılıb.
Müdafiə naziri beretlərin təqdim edilmə mərasiminə dəvət olunan Vətən müharibəsi iştirakçıları ilə görüşərək onların problemləri və istəkləri ilə maraqlanıb.

Sonra şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib.

Mərasimin açılışında ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

“Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirənlərə beretlər təqdim olunduqdan sonra şəxsi heyət “Komando andı”nı qəbul edib.

Mərasimdə çıxış edən müdafiə naziri hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando hazırlığı” kurslarının əhəmiyyətini xüsusi vurğulayaraq şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb. Müdafiə naziri şəxsi heyətə Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.

General-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun hərbi qulluqçularının, eləcə də hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqları yüksək qiymətləndirdiyini bildirib.

Komandolar üçün hazırlanmış xüsusi idman şəhərciyi ilə tanış olan müdafiə naziri əməliyyat qruplarının fiziki hazırlıq üzrə nümunəvi çıxışlarını izləyib.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.

 

 

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi səhər saatlarından etibarən zəifləyib, yağıntı isə günortadan sonra kəsiləcək.

Bu barədə Trend-ə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Rayonlarda isə yağışlı hava şəraiti noyabrın 27-si gündüzədək davam edəcək:

"27-si gündüz saatlarından etibarən hava şəraiti sabit, əsasən yağmursuz keçəcək" - deyə G.Məmmədova qeyd edib.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək güclü şimal-qərb küləyi müşahidə edilib. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enib.

Bu gün Müşfiqabad qəbiristanlığında şəhid jurnalist Məhərrəm İbrahimovun qəbirüstü xatirə bulağının açılış mərasimi keçirilib.

Tədbirdə mərhum jurnalistin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhidin məzarı üzərinə gül dəstələri düzülüb.

Açılış mərasimində çıxış edən şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov bildirib ki, bu gün Kəlbəcərin işğaldan azad olunduğu gündür: "Hava şəraitinin də soyuq keçməsi Kəlbəcəri xatırladır. Məhz bu cür gündə Kəlbəcərdə şəhid olmuş jurnalist Məhərrəm İbrahimovun qəbirüstü xatirə bulağının açılışını edirik".

Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

Məhərrəm İbrahimov jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq, informasiya müharibəsində ön sıralarda olub.

Ölümündən sonra Məhərrəm İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azərbaycanda təhsil tələbə krediti uzunmüddətli olacaq.

“Yol-xeber.az” xəbər verir ki, bunu nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, bu təhsilin səviyyəsindən asılı olacaq: “Tələbə təhsil müddətində krediti hər semestr almaqda davam edir və təhsil müddətində tələbədən hər hansı ödəniş təlləb olunmur. Həmin müddətdə tələbənin götürdüyü kreditə görə faizlər hesablanmır. Əksər ölkələrdə isə bu, belə deyil”.

Nazir müavini qeyd edib ki, təhsil müddətindən sonra tələbəyə 2 illik güəşt dövrü verilir: “Bu, tələbənin təhsildən əmək bazarına keçid etməsi üçün verilir. Bu dövrdə də kreditə hər hansı bir faiz hesablanmır”.

“Bu müddət bitdikdən sonra kreditin getri qaytarılması dövrü başlayır. Bu 10 illik bir müddətdir. Həmin dövrdə annuitet hesablama qaydasında bərabər ödənişlə hər ay tələbə həm əsas məbləği, həm də faizi qaytarmalıdır.

Həmçinin kreditin qaytarılma müddətində bəzi hallarda tələbəyə möhlət verilə bilər. Bu da 2-4 ili əhatə edə bilər”, - deyə i. İsayev əlavə edib.

“Xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların hər biri yoxlanılır, heç bir iddia kənarda qalmır”.

Yol-xeber.az oxu.az-a istinadən xəbər verir ki, bun barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi müşahidə edilmir:

“Bu halların böyük əksəriyyətində valideynlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə halları var. Ümumən, yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan və geri qayıtmayan şəxslərlə bağlı polisə daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır”.

E.Hacıyev valideynləri də bu kimi məsələlərdə diqqətli olmağa çağırıb:

“Valideynlər diqqətli olmalıdır, onlar “övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...”, - deyib arxayınlaşa bilməz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir, təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amillər valideynlər tərəfindən diqqətə alınmalıdır".

"Müharibə qalıqları - mina, döyüş silah-sursatları işğalçıların mənfur niyətini əks etdirir".

"Yol-xeber.az" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, işğaldan azad olunan bütün ərazilərdə “gözəgörünməz ölüm” təhlükəsinin təmizlənməsi işi sürətlə davam edir: "Ərazilər təmizləndikcə istifadəyə təqdim olunur. İndi həssas dövrdür, hər kəs bu yerləri görmək arzusundadır. Bu anlaşılandır. Ancaq əraziyə kütləvi axının təmin olunması orda gedən işlərə mane ola bilər.

Nəzərə alsaq ki, ərazidə daxil olan bir şəxs minadan təmizlənən ərazidən kənara çıxması təhlükə riskini artırır. Bu risklər faciə ilə nəticələnə bilər. Ona görə, əsas diqqət bu gün ona yönəlib ki, maariflənmə işi ilə yanaşı, həmin rayonlara yaşamağa qayıdacaq vətəndaşlar üçün tam təhlükəsiz mühit yaradılsın. Əgər işlərin miqyasına baxsaq, bütün dövlət qurumları istiqamətlər üzrə fəaliyyətə cəlb edilib".

Bakıda Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilir.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən avtoyürüşdə nazir müavini Hidayət Abdullayev, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra İkinci Şəhidlər xiyabanına avtoyürüş edilərək, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların məzarları ziyarət edilib.

Yürüşdə iştirak edən qazilər ƏƏSMN tərəfindən avtomobillərlə təmin edililib.

Avtoyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatacaq.

 

 
  •  

 

 
 

İşğaldan azad olunmuş Kəlbəcər rayonunda “Azərsu” tərəfindən təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi, hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib.

Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) məlumat yayıb.

İşğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra operativ şəkildə rayon mərkəzinin içməli su təchizatı sistemlərinin bərpasına başlanılıb. Rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən şəxsi heyətin, eləcə də tikinti-quraşdırma işlərinə cəlb olunmuş mülki əhalinin dayanıqlı içməli su təminatı məqsədilə Kəlbəcərdə fasiləsiz xidmət təşkil olunub, su mənbələri, magistral kəmərlər və anbarlarda lazımi işlər görülür.

Kəlbəcər rayonundakı içməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığından qısa müddətdə Zvel və Qaraxaç çaylarının birləşdiyi nöqtədə suqəbuledici qurğular quraşıdırılıb və içməli su mənbəyi kimi istifadəsinə başlanılıb. Su mənbəyindən Kəlbəcər şəhərinə çəkilmiş mövcud 27 km uzunluğunda 220 mm diametrli polad magistral su kəmərinin 96 nöqtəsində qəzalı hissələr təmir edilib və şəhərə suyun verilməsi təmin olunub.

“Azərsu” ASC-nin 7 nömrəli Regional Sukanal İdarəsinin əməkdaşları tərəfindən ötən müddətdə ümumi tutumu 116 kubmetr olan 4 su anbarı yuyularaq dezinfeksiya edilib. Kəlbəcər şəhərində içməli su şəbəkəsinin qəzalı hissəslərində təmir-bərpa işləri görülüb. Su təchizatı sistemində aparılan bərpa işlərindən sonra ərazidəki mülki və hərbi obyektlər dayanıqlı içməli su ilə təmin olunub. İndiyədək Kəlbəcər şəhərində 28 hərbi və mülki obyekt, 40-dək fərdi yaşayış evi içməli su ilə təmin edilib.

Kəlbəcər rayonunda xidmətin keyfiyyətinin yüksəldilməsi və işçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə yararsız tikililərdən biri təmir olunaraq istifadəyə verilib.
Qeyd edək ki, “Azərsu” ASC tərəfindən Kəlbəcər rayonu ilə yanaşı Şuşa şəhəri, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət təşkil olunub. Hadrut qəsəbəsində yaradılmış xidmət sahəsi Cəbrayl, Füzuli, Zəngilan rayonlarına, Kəlbəcər Sukanal Sahəsi isə Laçın rayonuna da xidmət göstərir.

Xəbər lenti