Türkiyədə xəstəxanaya yerləşdirilən millət vəkili Vahid Əhmədov ağır açıq ürək əməliyyatı keçirib.

Bu barədə “Ölkə.Az”a millət vəkili özü məlumat verib.

Millət vəkili bir neçə gün öncə Türkiyədə açıq ürək əməliyyatı keçirib. Hazırda özünün normal hiss edən millət vəkili yaxın günlərdə vətənə dönəcək. 

Allahdan ona şəfa diləyirik!

XTQ Şəhid Kərim Əliyevin anım günü


"Son vaxtlar Bakı şəhərinin mərkəzi və digər küçələrində yük avtomobillərinin gün ərzində yollarda hərəkətdə olması, bəzi ərazilərdə bu səbəbdən müəyyyən sıxlıqların, hətta tıxacların yaranması müşahidə edilir".

Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

 
"Tikinti və ya digər ticarət obyektlərinə xidmət göstərilməsi üçün paytaxta daxil olmuş həmin yük avtomobillərinin sonradan ərazidən çıxarılması özü də bir qədər vaxt tələb etməklə yanaşı, digər hərəkət iştirakçılarının yollarda rahat və fasiləsiz hərəkətinə ciddi maneçilik törədir.

Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi haqqında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq qərarı ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin may ayının 1-dən oktyabr ayının 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabr ayının 1-dən may ayının 1-dək səhər saat 07:30-dan axşam saat 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunur.

Qeyd edək ki, hüquqi və fiziki şəxslərə məxsus yük avtomobillərinin məhdudiyyət tətbiq edilən saatlarda şəhərdə hərəkətinə yalnız onların hansı marşrutlarla hərəkət etmələrinə icazə verən buraxılış vərəqələri əsasında yol verilə bilər.

Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılara müraciət edərək paytaxt ərazisində nəqliyyatın sıxlığının azaldılması məqsədilə tətbiq edilən məhdudiyyət tədbirlərinə hörmətlə yanaşmalarını, vəziyyəti düzgün qiymətləndirmələrini və digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneçilik yaratmamalarını xahiş edir", - idarədən bildirilib.

"Noyabrın 27-i saat 8:00-dan noyabrın 28-i saat 18:00-a kimi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində və Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq".

"Yol-xeber.az" xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən Bağırov tunelində hərəkət tamamilə dayandırılıb: "Ona görə də Heydər Əliyev prospektində hərəkət yalnız üzü şəhər istiqamətində baş tutacaq. Belə ki, bu yolda hərəkət 5 saylı ASAN Xidmətin qarşısından keçməklə birbaşa Heydər Əliyev prospekti şəhər istiqaməti ilə orta zolağa yönəlib.

Həmçinin Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsindən üzü mikrorayon və Memar Əcəmi metrostansiyası istiqamətinə gedən körpüdə də hərəkət tam məhdudlaşdırılıb. Burada sürücülər müvəqqəti olaraq, yalnız tunellə hərəkət edə bilərlər. Həmçinin əskinə getmək istəyənlər də körpüyə daxil olmadan sağ zolaqla hərəkət etsinlər.

Hazırda qeyd edilən ərazilərdə yol patrul xidməti əməkdaşları nizamlıyıcı qismində xidmət apararaq, nəqliyyatın hərəkətini istiqamətləndirir. Vətəndaşlardan xahiş edirik ki, mümkün qədər adı çəkilən küçə və prospektlərdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Əvvəlcədən hərəkət istiqamətlərini düzgün qiymətlnədirib, hərəkətlərinə davam etsinlər".

Ağcabədidə 59 yaşlı qadın sağ olduğu halda ölmüş kimi qeydə alınıb.

Baku TV xəbər verir ki, rayonun Hindarx qəsəbəsinin sakini Minarə Əliyeva bu səbəbdən çıxılmaz vəziyyətə düşüb. 

Minarə Əliyeva bildirib ki, o bu ay əmək müqaviləsini təzələyərkən ona deyiblər ki, səbəb onun sistemdə ölmüş kimi qeydiyyata salınmasıdır. 

 O həm də qeyd edib ki, məsələ ilə bağlı Ağcabədi rayon Asan Xidmət mərkəzinə müraciət edib və ordan bildirilib ki, 1971-ci il ildə guya o Kəlbəcər rayonunun yaylağında vəfat edib.

Real kadrlardan ibarət “Zəfər işığı” filmi nümayiş olundu

Xəzər TV “Azərenerji”nin İctimaiyyətlə əlaqələr mərkəzi ilə birlikdə 44 günlük Vətən müharibəsindən sonra az müddətdə işğaldan azad edilən ərazilərin işıqlandırılması ilə bağlı “Zəfər işığı” adlı film hazırlayıb.

““Qarabağa Azərbaycan ordusundan sonra ərazilərə ilk girənlərdən oldular”, “işğaldan azad olunmuş torpaqlarda ən tez vaxtda 9 yarımstansiya tikib qaranlığı yardılar”, “Kəlbəcərdə -25 dərəcə şaxtada işlədilər”, “tonlarla ağırlıqda ankerləri 3400 metr yüksəkliyində zirvələrə daşıyıb 70 km xətt qurdular”, “Şuşaya rekord müddətdə - 73 gün ərzində 75 km məsafədə 110 kilovoltluq ikidövrəli xətt çəkdilər” tezisləri üzərində qurulan film maraqla qarşılanıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən “Azenerji” komandasının ən çətin relyefdə, təhlükəli şəraitdə, sərt iqlimdə yüzlərlə kilometr boyu gördüyü möhtəşəm iş prossesi real kadrlarla Xəzər tv-də işıqlandırılıb.

Qeyd edək ki, 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 3 elektrik stansiyası “Güləbird” SES, «Suqovuşan-1» və «Suqovuşan-2» KSES-lər yenidən qurulub, 4,4 MVt-lıq «Kəlbəcər-1» KSES-də yenidənqurma işləri tamamlanmaqdadır.

Füzulidəki “Şükürbəyli” yarımstansiyasından iki istiqamətdə - Şuşaya 75 km, Zəngilana 110 km, Daşkəsəndən Kəlbəcərə 70 km, Xındırıstandan Ağdama isə 35 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib.

110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya – “ŞUŞA”, “FÜZULİ”, “KƏLBƏCƏR”, “CƏBRAYIL”, “ZƏNGİLAN”, “QUBADLI”, “AĞDAM-1”, “AĞDAM-2” tikilib və “ŞÜKÜRBƏYLİ” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. Bütün işlər qrafikdən əvvəl başa çatdırılıb. Beləliklə, işğaldan azad olunan bütün rayon və şəhərlərdə elektroenergetika infrastrukturu yaradılmaqla “Zəfər işığı” yandırılıb.

 

Noyabrın 27-ə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Azərbaycanda "Müharibə veteranı" adı və vəsiqəsini almaq istəyən vətəndaşlar bunun üçün müəyyən prosedurları yerinə yetirmək məcburiyyətindədir.

Bu barədə Müdafiə Nazirliyindən daxil olan məlumatda qeyd olunub.

Belə ki, "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakı təsdiq edən sənədlər (hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq edilmiş surəti və ya SHXÇDX-nin hərbi xidmət haqqında arayış, şəxsiyyət vəsiqəsinin surəti, əgər varsa hərbi xidməti haqqında arxiv arayış və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət edildiyi qeyd olunmalı, ətraflı ərizə ilə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"sına göndərilməlidir.

Qeyd edək ki, arxiv arayışı olmadığı təqdirdə komissiya tərəfindən sorğular edilərək müvafiq arayışlar alınır.

Barələrində məhkəmə və prokurorluq orqanlarının qərarları olduğu təqdirdə onların, yaralanma, xəsarət və travma almış şəxslər isə müayinə və müalicə haqqında müvafiq sənədlərin surətlərini də əlavə etməlidirlər.

Mövzu ilə bağlı yaranan sualları Müdafiə Nazirliyinin "qaynar xətti"nə zəng edərək dəqiləşdirə bilərsiniz.

Hava şəraitinin kəskin dəyişməsi, xüsusən də səhər və axşam saatlarındakı qatı duman qəzalara səbəb ola bilər. Bununla bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Yol-xeber.az-a açıqlamasında bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə gücləndirilmiş rejimdə xidmət aparır:

“Sürücülərdən xahiş olunur ki, avtomobil şinlərini qış rejiminin tələblərinə uyğun hazırlasınlar, dumanlı havada müvafiq işıqlardan istifadə edərək şəhər daxilində müəyyən olunmuş hərəkət sürətini aşmasınlar. Piyadalara təhlükəsiz mənzil başına çatmaq üçün yalnız yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkət etmələri, qarşıdan-qarşıya yalnız piyada keçidləri keçmələri tövsiyə olunur. Dağlıq rayonalara gedəcək sakinlərə isə qarlı hava şəraiti ilə bağlı maksimum diqqətli olmaları məsləhət olunur”.
278822

 

Hərbi qulluqçulara sosial şəbəkələrlə bağlı qadağa qoyulur 
Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı qadağalar müəyyən edilir.


Bu, "Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsində əksini tapıb.

Yeni qanun layihəsinə əsasən, hərbi qulluqçulara tətil etmək, seçkili orqanlarda vəzifə tutmaq, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq, yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq, daimi yaşayış üçün xaricı getmək, siyasi və dini təbliğatla məşğul olmaq, dövlət sirrini yaymaq, komandirlərin (rəislərin) qanunla müəyyən edilmiş qaydada verilmiş əmrlərini, sərəncamlarını və göstərişlərini müzakirə etmək və ya tənqid etmək, hərbi xidmətlə bağlı kütləvi informasiya vasitələrinə və ya onların nümayəndələrinə komandirlərin (rəislərin) icazəsi olmadan birbaşa müsahibə vermək, hərbi xidmət vəzifələrinin icrasının dayandırılmasına yönəlmiş hərəkət (hərəkətsizlik) etmək, qadağan olunmuş əşya və ya texniki vasitələri (cihazları) hərbi hissənin ərazisinə və xidmət yerinə gətirmək və onlardan istifadə etmək, sosial şəbəkələrdə, internet informasiya ehtiyatlarında hərbi xidmətlə bağlı məlumatları yaymaq, xidməti mənsubiyyətini açıqlamaq qadağan edilir.

Xəbər lenti