Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda qəzaya uğraması nəticəsində həlak olanlarla bu gün vida mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, mərasim bir qədər sonra DSX-nin "Sərhədçi" İdman Kompleksində başlayacaq.

Həlak olan şəxslərin nəşi hazırda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə olunur.

Sonra cənazələr vida mərasiminin keçirilməsi üçün "Sərhədçi" İdman Kompleksinə aparılacaq.

Daha sonra isə cənazələr dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

 

 
  •  

 

 
 

Dünən baş verən qəzada adı "İşçi Nəbiyev” kimi keçən şəxsin kimliyi məlum olub.

Qaynarinfo xəbər verir ki, həmin şəhidimiz təqaüddə olan polkovnik Nəbiyev Elçin Fikrət oğludur. 

 O, Rail Rzayevin zamanında Azərbaycanın baş şturmanı, naviqasiyanın atası, HHMQ və HHQ Baş Qərargah rəisi olub. İlk və yeganə azərbaycanlıdır ki, Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib SSRİ zamanı. Sonra könüllü olaraq Azərbaycan ordusuna dönərək (birinci Qarabağ Müharibəsi zamanı) ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. 

Sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb. 44 günlük İkinci Qarabağ Müharibəsində uğurlu əməliyyatların tərtibinidə müəlliflərdən, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhramanlarından biridir. Çox sadə, çox ağır və son dərəcə həm nəzəri, həm də praktiki cəhətdən peşəkar bir kadr olub!

Şəhidlər ölməz...

 

 

 
 

Bakıda və Abşeron yarımadasında dekabrın 1-də dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti, Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq.

Atmosfer təzyiqi 749 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Paytaxtda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib - FOTO

Yol-xeber.az xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində (“Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) və Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində (Xutor körpüsündən düşəndə) təmir işləri icra olunub.

Təmir işləri zamanı deformasiyaya uğramış örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.

“Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində 430 m uzunluğunda və 3300 kv.m sahədə, Xutor körpüsündən düşəndə isə 120 m uzunluğunda və 2175 kv.m sahədə təmir işləri aparılıb.

Təmir işləri hərəkət intensizvliyi nəzərə alınaraq qeyri-iş günləri (şənbə və bazar) yerinə yetirilib.

YOLUNUZ AÇIQ OLSUN...

 


Avtomobil Yolları Dövlət Agentliyi də Silahlı Qüvvələrə Yardım Fonduna ianə  edib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

 

 

Bakıda avtomobilində dövlət qeydiyyat nişanı olmayan sürücü saxlanılıb.

 Lent.az məlumatına görə, hadisə noyabrın 29-da paytaxt ərazisində qeydə alınıb. Qazi “Naz Lifan” markalı avtomobili nömrəsiz sürdüyünə yol yol polisi saxlayıb.

 Yol polisi əməkdaşının “Niyə dövlət qeydiyyat nişanını taxmırsan” sualına qazi “Arada möhkəm sürürəm radara düşməyim deyə”, - cavabını verib.

Həmin görüntüləri təqdim edirik:

Xəbər verdiyimiz kimi, ötən gün gənclər və idman naziri Fərid Qayıbova yeni müavinlər - İndira Hacıyeva və Marina Vasileva təyin olunub.

Yol-xeber.az xəbər verir ki, yeni nazir müavini xanım Marina Vasilevanın sosial şəbəkədə paylaşdığı fotolar diqqət cəlb edib.

 

 
  •  

 

 
 

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu yüksək vəzifəyə təyin edib.

Qaynarinfo verdiyi məlumata görə, nazirin müavafiq əmri ilə Qaraşov Seymur Taleh oğlu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini təyin olunub.

Qeyd edək ki, polkovnik S.Qaraşov bundan əvvəl Cənub Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışırdı.

""Omikron" ştammının Azərbaycanda da yayılmaq ehtimalı var".
Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.

Mütəxəssis bildirib ki, virusun yeni ştammından qorxmaq lazım deyil:

"Bizə ilk olaraq Avropa ölkələrindən COVİD-19 gəldiyi kimi, "Omikron" ştammının da Azərbaycana gəlib çıxması mümkündür. Öncədən bir şey demək hələ ki, tezdir. Amma bu ştamm da ölkəmizdə aşkar edilərsə, ümid edirəm ki, COVİD 19-la mübarizə apardığımız kimi koronavirusun yeni ştammı ilə də mübarizə apara bilərik.

Bu günə kimi "Omikron" ilk deyil ki... Artıq 2 ildir ki, virus yeni-yeni mutasiyalarla uğrayır və biz yeni ştammları ilə üzləşirik. Çətin olsa da bu ştammlarla mübarizə aparmağa artıq uyğunlaşmışıq. Daha əvvəlki kimi deyil ki, "hə, yeni ştamm var. Vay, nəsə növbəti bir xaos olacaq, necə olacaq" kimi düşüncələrə düşək, elə bir şey yoxdur. Artıq koronavirusla mübarizə aparmağa səhiyyə sistemi olaraq da uyğunlaşmışıq. Bu ştammın da öhdəsindən gələrik. Gələcəyi varsa, görəcəyi də var. Yeni ştammdan qorxmaq lazım deyil. Sadəcə məsafə prinsipinə əməl edilsə, insanlar zamanında vaksin olunsa və xəstəliyin sipmtomlarını hiss etdikləri an vaxtında həkimə müraciət etsələr xəstəliyin zamanında qarşısını kəsib, ağır fəsadlara gətirib çıxarmasının qarşısını ala bilərik".

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstibulaq kəndindən videogörüntülər yayıb.

Görüntüləri təqdim edirik:

Xəbər lenti