Müğənni Elnarə Xəlilovanın Dövlət Sərhəd Xidmətində işləyən həyat yoldaşı mayor Rövşən Cahangirovun jurnalistə hücum etməsi ilə bağlı yazılanlara münasibət bildirib.

Bununla bağlı instaqram səhifəsində paylaşım edən müğənni ərini müdafiə edib:

"Arvadını da tanımıram kimsənin, soruşum mənim ərim müharibədə olanda sən harda idin? Sən kimsən? nəçisən? Axı sənə yerini göstərdilər, dedilər gözlə hamı kimi-hamı üçün ayrılmış yer və vaxt var. Yoxsa elə bilirsən Mirşahinsən?”
Müğənni jurnalistə qarşı çoxsaylı təhqiramiz ifadələr işlədib. O, zor tətbiq olunmadığını, əksinə bunu operatorların fəndi olduğunu bildirib:

“Kim də bilməsə, biz yaxşı bilirik operatorların o fəndlərini. Atdığınız bütün şər və böhtana görə cavab verəcəksiniz" - deyə Elnarə qeyd edib.

Qeyd edək ki, ötən gün DSX-nın zabiti, mayor Rövşən Cahangirovla jurnalistlər arasında insident yaşanıb.

"Birmənalı yalnız onu qeyd edə bilərik ki, burada hər hansı bir qanunauyğunluq axtarsaq, yanılarıq. Bu fikri təsdiqləmək üçün gəlin elə son 20 ilin dekabr ayında olan hava şəraitini təhlil edək".

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bütün meteoroloji müşahidələrə görə ən soyuq 2002-ci ildə Bakıda 8.8° şaxta olduğu halda növbəti 2003-cü ilin dekabr ayında 22.5° isti qeydə alınıb: "Belə halları son 10 ildə də müşahidə etmək olar. Misal üçün, 2012-ci ildə havanın orta temperaturu iqlim normasından aşağı, növbəti 2013-cü ildə yüksək, 2015-də yenidən mülayim isti, 2016-cı il isə həmişəkindən soyuq, hətta Bakı üçün nadir hadisə kimi havanın temperaturu 4.2°şaxta olub. Ardınca 2017, 2018, 2019-cu illər müsbət anomaliya ilə fərqlənib. Keçən il isə havanın temperaturu iqlim normasından aşağı olub. Lakin daha uzunsıralı dövrlərin təhlili göstərir ki, 1961-1990-cı illərlə müqayisədə 2002-ci ili nəzərə almasaq, son onilliklərdə dekabr ayında orta temperatur artıb və şaxtalı günlərin sayı azalıb".

U.Tağıyeva bildirib ki, 2019-cu il dekabrın 2-də şimal-qərb küləyinin maksimal sürəti Sumqayıtda 40 m/s, Bakıda 38 m/s-ə çatıb:

"Dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, ildən-ilə qış aylarında soyuq günlərin sayı azalır, normadan yüksək isti günlərin sayı isə artır. Ölkəmizdə də şaxtalı, qarlı günlərin sayı azalaraq, qışın daha mülayim keçməsi müşahidə olunur. Lakin, iqlim dəyişmələri nəticəsində atmosfer sirkulyasiyasında baş verən transformasiyalar fəsildən asılı olmayaraq qısamüddəti və ya daha davamlı kəskin hava-iqlim anomaliyaları ilə özünü biruzə verir.

Məsələn, bütün çoxillik müşahidələrə görə Bakıda ən çox sutkalıq cəm yağıntı 2002-cı il dekabrın 10-da gündüz və 11-nə keçən gecə müşahidə olunub, sutka ərzində rekord miqdarda 48 mm yağıntı (qar) düşüb. Dekabrın 11-də səhər Bakıda və Abşeronun qərbində qar örtüyünün hündürlüyü 50 sm olub. Ən çox aylıq yağıntı da 2002-ci ilin dekabrında müşahidə olunub, ay ərzində 183.9 mm yağıntı düşüb ki, bu da aylıq normadan 5.7 dəfə çoxdur.

Adətən bu kimi prosesləri aylıq proqnozlarda nəzərə almaq mümkün olmadığı üçün, dünya təcrübəsinə əsaslanaraq uzunmüddətli proqnozlarda yalnız gözlənilən temperatur və yağıntı iqlim norması ilə müqayisəli şəkildə təqdim edilir".

"Belə ki, dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur", Xidmət rəisi əlavə edib.

Bu gün Bakı şəhər Probasiya İdarəsində bir sıra məhkuma Amnistiya aktının tətbiq edilməsi barədə qərar təqdim olunub.

Report xəbər verir ki, bununla bağlı idarədə tədbir keçirilib.

Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov bildirib ki, bugünkü tədbirdə 20 məhkuma qərar təqdim olunub: "Onlar islah işləri, cərimə cəzaları, ictimai işlər və azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilən şəxslərdir".

Xatırladaq ki, ölkə üzrə bu gün 60-a yaxın məhkum cəzadan azad edilib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Qeydiyyat-imtahan idarəsinin kiçik inspektoru (“ASAN xidmət” mərkəzinin səyyar xidməti üzrə) vəzifəsində xidmət aparılması üçün qəbul elan edilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib.

Xidmətə ali təhsilli, sürücülük hüququna malik, aydın nitq qabiliyyəti olan, yaşı 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmayan, Bakı şəhərində daimi qeydiyyatda olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycanın kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Müraciət etmək istəyən şəxslər dekabrın 1-dən dekabrın 25-dək hər iş günü saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Kadrlar şöbəsinə (Bakı şəhəri, Xırdalan– Binəqədi şosesi 4) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər.

şəxsiyyət vəsiqəsi

təhsil haqqında sənəd

hərbi bilet

əmək kitabçası (olduğu halda)

sürücülük vəsiqəsi

məhkumluğunun olmaması barədə arayış

Əlaqə telefonları: +99412 590 81 10, +99412 590 81 39

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticədə həlak olan 14 hərbi qulluqçu ilə vida mərasimi başlayıb.
 

 
Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticədə həlak olan 14 hərbi qulluqçu ilə vida mərasimi başlayıb.

"Mərasim DSX-nin “Sərhədçi” İdman Kompleksində keçirilir.

Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Qəza nəticəsində həlak olanların adları:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11, kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

***

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda qəzaya uğraması nəticəsində həlak olanlarla bu gün vida mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, mərasim bir qədər sonra DSX-nin "Sərhədçi" İdman Kompleksində başlayacaq.

Həlak olan şəxslərin nəşi hazırda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə olunur.

Sonra cənazələr vida mərasiminin keçirilməsi üçün "Sərhədçi" İdman Kompleksinə aparılacaq.

Daha sonra isə cənazələr dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

“Noyabrın 29-da baş verən Mi-17 helikopterinin qəzası ilə bağlı zəruri olan rəsmi açıqlamalar verilib. Bu səbəbi bəlli olmayan texniki qəzadır və hazırda təfərrüatlı araşdırılır”.

Bunu açıqlamasında hərbi ekspert Ruslan İmamquliyev deyib.

Onun sözlərinə görə, bu bir texniki qəzadır və kənardan hər hansı müdaxilə olmayıb.

“Təbii ki, gözlənilməyən və istənilməyən bir qəzadır və nəticədə şəhidlərimiz var. Düşünürəm ki, tez bir zamanda gerçək səbəblər araşdırılıb ortaya qoyulacaq”, - ekspert qeyd edib.

O əlavə edib ki, Mi-17 helikopterinin texniki və sərnişindaşıma ilə bağlı bütün göstəriciləri açıqdır: “Həmin göstəricilərə əsasən helikopteri 2-3 nəfərlik ekipaj idarə edir və bundan əlavə 24 nəfərədək sərnişin daşımaq qabiliyyətinə malikdir. O baxımdan qəzaya uğrayan helikopterdə texniki göstəriclərin normativlərinə zidd davranılmayıb. Helikopterdə 18 nəfər olub”.

Beynəlxalq paraktikada belə qəzaların olduğunu qeyd edən ekspert bildirib ki, əgər biz beynəlxalq statistikaya istinad etsək, o zaman Azərbaycanı dünya ölkələri arasında ən az qəza baş verən ölkələr sırasında olduğunu görərik: “Hətta bizimlə qonşu dövlətlərdən Rusiyada, İranda və Türkiyədə belə hallara tez-tez rast gəlinir. Amma Azərbaycanda helikopter qəzası nadir hallarda baş veridiyindən sarsıdıcı oldu.

Ümumiyyətlə, təlimlərdən öncə helikopterlərə və hərbi texnikalara baxış keçirilir və buna dair təlimatlar var. Dövlət Sərhəd Xidmətində (DSX) isə buna daha ciddi riayət olunur. DSX rəhbəri də məsələ ilə bağlı lazımi açıqlamaları verib. Lakin buna baxmayaraq belə hadisələrin qarşısını almaq üçün səbəbini detallı öyrənmək lazımdır. Helikopterin “qara qutu”su hazırda müvafiq qurumlar tərəfindən araşdırılır və səbəblər mütləq bilinəcək”.

Ekspert onu da qeyd edib ki, ümumiyyətlə, bu gün Azərbaycanın Silahlı Qüvvələrində, xüsusən də DSX-da yararsız hərbi texnika yox səviyyəsindədir: “Mi-17 helikopteri də 1977-ci il modelidir, amma bu o demək deyil ki, həmin ilin istehsalıdır. Sonrakı illərdə də bu modellər istehsal olunub. Həmin helikopterlər texniki cəhətdən saz vəziyyətdə olub”.

Əzizləri ilə vidalaşmağa gələn şəhid yaxınları…

Xəbər vediyimiz kimi, Xızıda helikopter qəzası zamanı şəhid olan hərbçilərlə bu gün vida mərasimi keçiriləcək.

Artıq şəhidlərin qohumları, dostları onlarla vidalaşmaq üçün Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Kompleksinin qarşısına toplaşıb və şəhidlərlə vida mərasimi olacaq.

Mərasimin saat 12-də başlanacağı gözlənilir. 

“Qafqazinfo”nun fotoqrafı Müzəffər İsmayılovun Sərhədçi İdman Kompleksinin qarşısından çəkdiyi fotoları təqdim edirik:

 

 



 
Qəzadan sağ çıxan hərbçilər danışdı

DSX-nin qəzaya uğramış helikopterindən sağ çıxan hərbçilər xəstəxanada açıqlama verib. 

“Qafqazinfo” xəbər verir ki, onlar “REAL TV”yə danışıb. 

Hadisənin canlı şahidi olanlardan biri - polkovnik-leytenant Emil Cəfərov bunları deyib: “Qəza enişin yerinə yetirilməsi zamanı baş verdi. Helikopterə yerə yıxılandan ikimizi də bayıra atdı. Başqa heç nə yadımda deyil. Heç bir məhdudiyyət aşılmamışdı. Helikopter desant daşıma sayı 24 nəfərdir. Məndə ayağımda əzikdir. Sərnişin kabinəsinin giriş yanında idim. Heç bir şübhəli məqam yox idi.

Helikopterin hamısı təzədir. Hər bir şeyi yoxlanılmışdı. O an mənim üçün saniyələr idi.  Küləklə heç bir məhdudiyyət aşılmamışdı. Proqnoza görə külək günortadan sonra olmalı idi”.

Emil Cəfərov bildirib ki, Fizuli Cavadov birinci dərəcəli pilotdur: “Bu insan hər birimiz üçün canlı əfsanə idi. Təcrübəli işğaldan azad edilmiş ərazilərdə daim döyüş tapşırıqlarını yerinə yetirirdi. Uçuş icazələrinə görə hər ikisi ən yüksəkdə idi. Mİ-17 dünyada ən universal helikopterlərdən biridir. Bunlardan II Qarabağ müharibəsində də istifadə olunub. Döyüşlərdə iştirak ediblər. Təlim poliqonuna gələndən sonra hamı öz yerini tuturdu. Ondan sonra döyüş atışlarına başlayırdılar. Biz təlim zonasına gəlirdik ki, qəza baş verdi”.

Kapitan Ramil Ədilov bildirib ki, biz eniş gələndə birdən-birə idarəetməni itirdik: “Hündürdən sürətlə yerə çırpıldıq. Qəza anı saniyələr idi. Mən qışqırdım və bir də ayıldım ki burdayam. Heç bir kənar müdaxilə olmayıb. Külək də elə çox deyildi. Üzüm və sol dizim əzilib. Qalan hər şey qaydasındadır. Hər dəfə atış yerinə getdiyimiz poliqon idi. Helikopterin qarantiya müddəti bitmişdi. Təmirdən yeni gəlmişdi.

Ötən gün baş verən helikopter qəzasında sağ qalan 2 nəfərdən biri Ramin Ədilovun vəziyyəti yaxşıdır.

Bunu Ölkə.Az-a açıqlamasında kapitanın atası Ramiz Ədilov deyib. O, oğlu ilə söhbət etdiyini, vəziyyətinin stabil olduğunu bildirib:

“Durumu stabildir. Allaha min şükürlər olsun. Hazırda həkim nəzarətindədir. Hadisədən saat yarım sonra mülayim formada mənə məlumat verdilər.Dünən 12:30-da xəbər tutdum. Qəzadan sonra oğlumu görmüşəm, səhər də telefonla danışmışıq. Hazırda onun evində, nəvələrimin yanındayam. Allah onu övladlarına bağışladı. Allah şəhidlərimizə də rəhmət eləsin. Ailələrinə səbr diləyirəm”.

Qeyd edək ki, 32 R.Ədilovla yanaşı qardaşı da Dövlət Sərhəd Xidmətində qulluq edir.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidməti “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işləri davam etdirir.

Qurumdan verilən məlumata görə, işğaldan azad olunmuş Laçın rayonunda təxirəsalınmaz tədbirlər görülərək hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib.

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının məlumatına görə, Laçın rayonu işğaldan azad olunduqdan sonra operativ şəkildə içməli su təchizatı sistemlərinin bərpasına başlanılıb. Rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən şəxsi heyətin, eləcə də tikinti-quraşdırma işlərinə cəlb olunmuş mülki əhalinin dayanıqlı içməli su təminatı məqsədilə su mənbələri, magistral kəmərlər və anbarlarda zəruru işlər görülür.

Laçın rayonundakı içməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığından “Azərsu”yun mütəxəssisləri mənbələrə baxış keçirib və yaşayış məntəqələrinə bulaqlardan suyun verilməsini qərara alıb. Su mənbələrindən götürülən analizlər müsbət nəticələr verib. Bulaqlardan yaşayış olan obyektlərə ümumilikdə 13 km uzunluğunda müxtəlif diamtelri su xətləri çəkilib və ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub. Eyni zamanda zərurət yarandıqda maşınlarla suyun daşınmasının təmin etmək üçün 3 nöqtədə sudoldurucu qüllələr quraşdırılıb. Hazırda Kəlbəcər Sukanal Sahəsi tərəfindən Laçın rayonuna xidmət göstərilir.

“Azərsu” Laçın rayonu ilə yanaşı, Şuşa və Kəlbəcər şəhərlərində, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət təşkil edib.

Xəbər lenti