![]() |
|
Məktəblilərin qış tətilinin vaxtı bilinib.
Ümumi təhsil müəssisələrində 5 gün (27-31 yanvar) qış tətili olacaq.
Qış tətilindən sonrakı günlər şənbə və bazara düşdüyünə görə ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 3-nə təsadüf edir.
Qeyd edək ki, hər il bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Azərbaycanda yanvarın 6-sı saat 9:00-a olan məlumata əsasən ölkənin bəzi yerlərində arabir yağış yağır.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, düşən yağıntının miqdarı Balakəndə 3, Mingəçevir, Tovuz, Ceyrançöl, Oğuz, Gəncə, Qəbələ, Naftalan, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Şəmkir, Cəfərxan, Neftçala, Şabran, Lənkəran, Cəlilabad, Ağdam, Xocalı, Xankəndi, Lerikdə 2, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.
Dağlıq ərazilərdə qar yağır, yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 10, Quba, Qax (Sarıbaş), Şahbuzda 5, Daşkəsən, Gədəbəydə 2 sm, Göygöl, Xınalıq, Altıağac, Şəki, Xaltan, Qusar, Qobustan, Sədərək, Naxçıvanda 1 sm-dir.
Bəzi yerlərdə şimal-qərb küləyi güclənib, küləyin sürəti Goranboyda 23 m/s-ə çatıb. Bu da narıncı xəbərdarlığa uyğundur.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevir, Tərtərdə 18 m/s, Neftçala, Gəncədə 20 m/s, Şahdağda 19 m/s, Şirvanda 16 m/s-yə çatıb. Bu da sarı xəbərdarlığa uyğundur.
Balakən, Qax (Sarıbaş), Quba, Qusar, Xaltan, Qrız, Daşkəsən, Göygöl, Göyçay, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 5, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda, tablolarda "sürüşkən yol" işarəsi qoyulub.
Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
"Baş Dövlət Yol Polisi İdarəsi hazırda müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, küləkli havada avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərin yaxınlığında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi xahiş edir. Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq".
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 3 yanvar 2025-ci il tarixindən etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa edir.
hərəkət cədvəlinə əsasən, yataq tipli qatarlar hər gün Bakıdan saat 23:50-də yola düşəcək və Balakənə səhər saat 08:10-çatacaq. Balakəndən saat 22:10-da yola düşən qatar isə səhər saat 06:50-də Bakı Dəmiryol Vağzalında olacaq. Pandemiyadan öncə qatar Bakıdan Balakənə təqribən 10 saata çatırdı.
Sərnişinlərə standart, standart+ və biznes sinifləri üzrə səyahət imkanları təklif olunur.
Bakıdan Yevlax stansiyasına minimum qiymətlər standart sinif üzrə 13,1 AZN, standart+ sinif üzrə 17,6 AZN, biznes sinif üzrə 54,6 AZN, Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər standart sinif üzrə 14,8 AZN, standart+ sinif üzrə 23,9 AZN, biznes sinif üzrə 63,3 AZN, Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər isə standart sinif üzrə 16,4 AZN, standart+ sinif üzrə 23,9 AZN, biznes sinif üzrə 67,7 AZN-dir. Bakı–Balakən–Bakı istiqaməti üzrə qiymətlər standart sinif üzrə 18 AZN, standart+ üzrə 27 AZN, biznes sinif üzrə 72 AZN-dən başlayır.
Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Yevlax, Şəki, Qax, Zaqatala, Balakən stansiyaları və Göyəm, Göynük, Qorağan, Əliabad dayanacaqlarından istifadə edə bilərlər. Sərnişinlər həmçinin səfər zamanı qatarda pulsuz “Wi-Fi” xidmətindən yararlana bilərlər.
Qatarın ümumi sərnişin tutumu bir istiqamətə 189 nəfərdir.
Bütün stansiyalarda (Şəki, Qax, Zaqatala, Balakən) təmir və abadlıq işləri görülüb. Stansiyaların ərazilərində avtomobillərin parklanması üçün şərait yaradılıb.
Bayram günü (31.12.2024-cü il) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 28 müraciət daxil olub.
Bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, müraciət edənlərdən 14-ü alkoqol, 5-i dərman, 6-si dəm qazı, 2-si allergik reaksiya, bir nəfər isə botilizmlə zəhərlənib.
Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Vətən müharibəsindən sonra 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə işlər 2025-ci ildə davam etdiriləcək. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumən 7,8 min avtomobil verilib və növbədə dayanan bu kateqoriyaya aid şəxslərin avtomobillə təminatı başa çatdırılıb.
Azərbaycanda bir sıra kommunal xidmətlər üzrə qiymətlər müəyyənləşdirilib.
Bu barədə Tarif Şurasına istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəristiliktəchizat” ASC, SOCAR, “Azenerji” ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif Şurasının iclasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib.
Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə tariflər:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq iclasda su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilirdi.
Qeyd olunmalıdır ki, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiq olunub.
Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyən edilib.
Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.
Bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə eyni zamanda, pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq.
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi:
Hazırda “Azəristiliktəchizat” ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir. Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 m² sahə üçün 15 qəpikdir. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Bu sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Belə ki, “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.
Bu tarif tənzimləməsi dövlət büdcəsindən asılılığın azalmasına, istilik təchizatının əhatəsinin genişləndirilməsinə və bu şəkildə xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.
Təbii qaz tarifləri:
Ölkəmizdə təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu, iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb.
Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli isfadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib.
Əhali üzrə illik istehlak həcmi:
1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;
1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;
2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.
1 kub metr təbii qaz üzrə orta tarifəhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.
Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.
48% abonent üzrə - 32 qəpik,
39% abonent üzrə - 1 manat 43 qəpik,
13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.
Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.
Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1%) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kub metr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.
Elektrik enerjisi tarifləri:
Təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirilib.
Əhali üzrə aylıq istehlak həcmi:
200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;
200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə;
300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.
1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.
Tarif dəyisikliyindən sonra əhali abonentlərin orta aylıq xərcinin aşağıdakı kimi artacagı gözlənilir:
65% abonent üzrə - 45 qəpik,
20% abonent üzrə - 1 manat 33 qəpik,
15% abonent (daha çox istehlak edən) üzrə - 5 manat 61 qəpik.
Göründüyü kimi, əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə - 0,4 qəpik (5%) artırılır.
İstehlak malları indeksinə təsirin minimallaşdırılması məqsədilə sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kilovatt saat elektrik enerjisinin tarifi - 0,6 qəpik (6%) artırılaraq 10 qəpikdən 10,6 qəpik həddində müəyyənləşdirilib.
Elektrik doldurma məntəqələrinə verilən 1 kilovatt saat elektrik enerjisinin tarifləri 1,5 qəpik (13,6%) artırılaraq 11 qəpikdən 12,5 qəpik səviyyəsində təsdiq edilib. Elektrik doldurma məntəqələri tərəfindən göstərilən xidmətin qiyməti isə sahibkarlar tərəfindən rəqabət şəraitində sərbəst olaraq müəyyənləşdiriləcək.
Onun xüsusi qəhrəmanlığı ilə bağlı tarixçə isə belədir:
1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi əsgərimiz Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli mövqedə yerləşən Alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Onun təslim olmayacağını anlayan ermənilər Natiqi azərbaycanlı əsirlərlə şantaj etməyə başlayırlar. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan Natiq kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Həmin vaxtdan sonra Natiq Qasımov barəsində heç bir məlumat verilməyib.
Natiq Qasımovun hazırda yayılan fotosu əsir düşərkən çəkilib və “Oqonyok” jurnalında o vaxt dərc edilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədir.
Natiq haqda çəkilən filmdə isə onun Vitali Balasanyanın iştirakı ilə dindirilməsindən sonra “doğranıldığı” – yəni işgəncə ilə öldürüldüyü haqda şahid ifadəsi var. Bu şahidlər ermənilərdir və onlar bunu hələ illər öncə filmdə etiraf etmişdilər.
Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib.
25 iyun 2024-cü ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Natiq Qasımova Milli Qəhrəman adı verilib.
Allah rəhmət eləsin!