Həftəsonu taksilər necə fəaliyyət göstərəcək?
Xəbər verildiyi kimi, xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Bu uzadılma müddətində həftəsonlarında daha sərt qaydalar tətbiq olunacaq. Qarşıdakı həftəsonları (4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək) bütün ictimai nəqliyyatın hərəkəti tam dayandırılacaq, insanların da hərəkəti maksimum dərəcədə məhdudlaşdırılacaq. Lakin qaydaların sərtləşdirilməsinə baxamayaraq, bəzi sahələrin fəaliyyətinə və inasanlara zəruri ehtiyaclarını təmin etməsi üçün müəyyən qaydalar çərçivəsində hərəkətlərinə icazə veriləcək. Belə olan təqdirdə həftəsonları ictimai nəqliyyatın tam dayandırılması insanlara müəyyən problemlər yaradacaq. Bunun üçün onlar mənzil başına çatmaq üçün ya öz şəxsi avtomobillərindən, və yaxud da taksi xidmətindən istifadə etməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev e-huquq.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti Operativ Qərargahın tətbiq etdiyi qadağalar ictimai nəqliyyatla bağlıdır və taksilərin fəaliyyətinə tətbiq olunmayacaq.

“Ölkə.Az” məsələni dəqiqləşdirmək üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə əlaqə saxlayıb. Qurumun  mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında bildirib ki, hazırda  bu məsələ müzakirə olunur və günün ikinci yarısında  ictimaiyyətə məlumat veriləcək.

“Bu barədə hələ ki, dəqiq məlumat yoxdur. Hazırda Bir saatdan sonra rəhbərliyin iştirakı ilə məsələ müzakirə olunur. Günün ikinci yarısında ictimaiyyətə həftəsonları taksi fəaliyyətinin hərəkəti barəsində geniş məlumat veriləcək”,- deyə o, qeyd edib.

Qubada “Son zəng” şənliyi təşkil etdilər
Qubada istirahət mərkəzlərinin birində “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq, rayonun Qəçrəş kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb ediliblər.

Şöbə əməkdaşları tərəfindən rejim qaydalarını kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin sahibi və məclisdə iştirak edən müəllim və valideynlər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.

 

Azərbaycan ordusunun bəzi bölmələri karantinə nəzarətə cəlb edildi

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb ediləcək.
Bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına müvafiq olaraq ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədilə təşkil edilən patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub.

Qeyd edilib ki, hərbi qulluqçular xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş ərazilərdə xidmətin aparılmasında iştirak edirlər.

Dünən – iyunun 2-də Gəncə Şəhər Təhsil İdarəsinin rəhbəri Zakir Hüseynov vəzifəsindən azad olunub.

Xatrıladaq ki, Z.Hüseynovun qanunsuz fəaliyyəti ilə bağlı “Hürriyyət”də, eləcə də sosial şəbəkələrdə çoxsaylı yazılar dərc olunub.

Hurriyyet.org-un bölgə müxbiri Azər Allahverdiyevin məlumatına əsasən, hal-hazırda Zakir Hüseynovun fəaliyyəti ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətində və Baş Prokurorluqda araşdırma aparılır.

Onu da qeyd edək ki, Gəncə şəhər Təhsil İdarəsinin sabiq rəhbəri Z.Hüseynovun işdən kənarlaşdırılmasına səbəb kimi bir sıra məsələlər göstərilir. Buna misal olaraq 8 saylı Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fəraid Qəhrəmanovun qanunsuz əməlləri, 2019-cu və 2020-ci illər ərzində “Doğranmış oduna” 588 min, 690 manat pul ayırması və s. faktları göstərmək olar. Hansı ki, bu faktlar Təhsil Nazirliyini, Dövlət Təhlükəsizlik Xidmətini, Baş Prokurorluğu “ayağa qaldırıb”.

Diqqətinizə çatdıraq ki, müasir məktəblərdə maye qaz olduğu, hətta ən ucqar rayonlarda yeni məktəblərin tikildiyi və onlar hər bir şəraitlə təmin olunduğu halda, yarım miliyondan çox pulun iki il ərzndə oduna xərcləndiyinə inanmaq çətindir.

Prezident İlham Əliyevin də dəfələrlə öz çıxışlarında xəbərdarlıq etməsinə rəğmən, təəssüf ki, bir sıra vəzifəli şəxslər korrupsiyaya yol verdikləri üçün həbs olunan məmurlarun aqibətindən nəticə çıxarlmaq əvəzinə, belə xoşagəlməz hallara yol verirlər. Bu isə həbs olunan məmurların sayını günbəgün artırmaqdadır…

Hurriyyet.org

P.S. Mövzunu davam etdirəcəyik.

Həftəsonu fərdi avtomobillərin və taksilərin fəaliyyətinə icazə verilir?

Xəbər verdiyimiz kimi, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.
Nazirlər Kabineti yanından Operativ Qərargahdan verilən məlumata görə, 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. Eyni zamanda süsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır (4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək).

Qərar ictimai nəqliyyatın fəaliyytinə şamil olunsa da, vətəndaşlar həftəsonu fərdi nəqliyyat vasitələrindən və ya taksilərin fəaliyyətindən istifadə edib-edə bilməyəcəkləri ilə bağlı narahat olub.

E-huquq.az məsələni dəqiqləşdirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxlayıb. K.Əliyev e-huquq.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti Operativ Qərargahın tətbiq etdiyi qadağalar ictimai nəqliyyatla bağlıdır və taksilərin fəaliyyətinə tətbiq olunmayacaq.

Şöbə rəisi həmçinin, maşında tək olan sürücünün tibbi maskadan istifadəsinin məcburi olub-olmaması barədə sualı da cavablandırıb. K.Əliyev qeyd edib ki, şəxsi maşında maskanın taxılması məcburi deyil və inzibati məsuliyyət yaratmır.

"Ailə üzvləri ilə birgə olanların da maska taxmasının bir əhəmiyyəti yoxdur. Çünki onlar bir evdə yaşayanlardır. Onların bir-birini yoluxdurmaq ehtimalı nə qədər yüksəkdirsə, bir o qədər də sıfıra bərabərdir. Yəni, əgər yoluxmayıblarsa. Amma kənar şəxslər olduqda, sürücü özü məsuliyyətli olmalıdır. Düşünməlidir ki, bu, mənim iş yoldaşımdır, qonşumdur və ya qohumumdur, mən onu yoluxdura bilərəm, yaxud o məni yoluxdura bilər. İnsan özü bunu düşünüb maskadan istifadə etməlidir. Bu, artıq sosial izolyasiya məsafəsinin pozulmasıdır", - deyə K.Əliyev qeyd edib.

Bu dəfə sərtləşdirilmiş karantin rejimi belə olacaq

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.
Operativ Qərargahdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

• 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

● Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

● Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək həmçinin aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir:

● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

● muzey və sərgi zallarının fəaliyyəti;

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

● açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

● təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

● ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

● yaxın qohumunun dəfnində iştirakla əlaqədar. (102 Xidməti – Zəng Mərkəzi vasitəsilə)

Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Fəaliyyətinə icazə verilən qurum və sahələrin işləyən əməkdaşları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq xidməti vəsiqələr və ya “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət edə bilər.

Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Nəzərdə tutulan qaydalarla şəxslərin hərəkəti zamanı onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmaqdan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Bu müddətdə yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmaq zəruridir.

ARB 24-ün 4 əməkdaşında koronavirus AŞKARLANDI
COVİD-19 infeksiyasına qarşı qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, ARB24 telekanalının 4 əməkdaşında da koronavirus aşkarlanıb.

İlk testi pozitiv çıxan 2 əməkdaşımızın karantin şəraitində 1 həftə saxlanıldıqdan sonra verdiyi növbəti testin nəticəsi neqativ çıxıb və onlar artıq evə buraxılıblar. 1 əməkdaşımız isə xəstəxana şəraitində həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb, müalicəsi ev şəraitində davam etdirilir. Hazırda 1 əməkdaşımızın müalicəsi xəstəxana şəraitində davam etdirilir. O, özünü yaxşı hiss edir, səhhətində ciddi ağırlaşma yoxdur.

Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alındıqdan sonra ARB Media qrupda ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Telekanalın əsas binasına, eləcə də kənardakı çəkiliş studiyalarına daxil olan bütün əməkdaşların və qonaqların hərarəti yoxlanılır. Qızdırması yüksək olanlar içəri buraxılmır, evə göndərilərək, qızdırma davamlı olduğu halda COVİD-19 testi verməsi tələb olunur. Binanın girişində, eləcə də bütün mərtəbələrdə əllərin spirtlə dezinfeksiya edilməsi üçün xüsusi qablar qoyulub. Telekanal binasındakı bütün otaqlar hər gecə ultrabənövşəyi şüa vasitəsilə dezinfeksiya edilir.

Əməkdaşlarımız birmənalı olaraq şirkət daxilində və çəkilişlərdə qoruyucu maskalardan istifadə edirlər, otaqlarda sosial məsafənin qorunması ciddi nəzarətdə saxlanılır.

Əməkdaşımızda virusa yoluxma ilə bağlı ilk fakt aşkarlandıqdan sonra telekanalın binasında bir neçə dəfə dezinfeksiya işləri aparılıb.

Bundan başqa, sərt karantin rejiminin tətbiq olunmasından etibarən proqram siyasətində dəyişiklik edilib, əməkdaşlar 2 qrupa bölünərək işləyirlər. Müvəqqəti olaraq, ARB24 telekanalında daha məhdud efir yayımına keçilib, canlı yayım verilişlərin sayı azaldılıb.

Bakı sakinlərinə XƏBƏRDARLIQ

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə sabah, iyul ayının 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bakı Şəhər İcra Hakimiyyəti məlumatına görə, bununla əlaqədar şəhər sakinlərinə xəbərdarlıq edilir. Bildirilir ki, maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

FHN-də koronavirusa yoluxanlar var

Pandemiya dövründə ön cəbhədə fəal mübarizə aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında yenidən koronavirusa yoluxma halları müşahidə edilib.
FHN-in mətbuat katibi Gülçin Mehdiyeva Qazet.az-a açıqlamasında bildirib ki, hələ fevral ayından etibarən Nazirlik tərəfindən ölkə sərhədlərində qurulmuş qəbul-çeşidləmə məntəqələrində çalışan, vətəndaşların xüsusi karantin rejiminin tələblərinə əməl etməsi ilə bağlı təşkil olunmuş patrul xidmətinə, habelə gündəlik baş verən hadisələrlə əlaqədar qəza-xilasetmə işlərinə cəlb olunan və digər istiqamətlərdə fəaliyyət göstərən əməkdaşlar virusa yüksək yoluxma təhlükəli risk qrupuna daxildirlər.

“Yoluxmalarımız var. Sağalan əməkdaşlarımız da var. Hazırda evə buraxılan və müalicə alan FHN əməkdaşları da var”, – deyə FHN sözçüsü qeyd edib.

Operativ Qərargahın üzvlərinin adları açıqlandı

27 fevral 2020-ci il tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb.
Operativ Qərargahın həm də Tibbi bölməsi formalaşdırılıb. Tibbi Qərargaha “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı rəhbərlik edir. Brifinqlərdəki çıxışlarında da R.Bayramlı ölkədəki sanitar-epidemioloji vəziyyətin dəyərləndirilməsi və müvafiq qərarların qəbulu üçün təkliflərin məhz Tibbi Qərargah tərəfindən hazırlandığını diqqətə çatdırıb.

Qərarlar məhz Operativ Qərargah üzvləri tərəfindən müzakirə olunduqdan, Baş nazir tərəfindən təsdiqləndikdən sonra tətbiq edilir.

Modern.az Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvlərinin siyahısını təqdim edir:

Baş Nazir Əli Əsədov

Baş Nazirin birinci müavini Yaqub Eyyubov

Baş Nazirin müavini Əli Əhmədov

Baş Nazirin müavini Şahin Mustafayev

Daxili İşlər naziri Vilayət Eyvazov

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev

Energetika naziri Pərviz Şahbazov

Ədliyyə naziri Fikrət Məmmədov

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov

Gənclər və İdman naziri Azad Rəhimov

Xarici İşlər naziri Elmar Məmmədyarov

İqtisadiyyat naziri Mikayıl Cabbarov

Kənd Təsərrüfatı naziri İnam Kərimov

Maliyyə naziri Samir Şərifov

Müdafiə naziri Zakir Həsənov

Müdafiə Sənayesi naziri Mədət Quliyev

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə

Səhiyyə naziri Oqtay Şirəliyev

Təhsil naziri Ceyhun Bayramov

Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev

Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev.

Xəbər lenti