Azərbaycanın bu bölgəsində COVİD-19-a yoluxma yoxdur

Göyçay rayonunda COVİD-19 virusuna yoluxma hallarına rast gəlinmir.
Bunu Trend-ə açıqlamasında "Göyçay rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Elçin Bilalov deyib.

Onun sözlərinə görə, hazırda rayon əhalisi nəzarətdə saxlanılır, mütəmadi olaraq bu xəstəliklə bağlı yoxlamalar keçirilir:

"Bir müddət əvvəl tək-tək şəxslərdə şübhəli məqamlar oldu ki, həmin şəxslər də dərhal nəzarətə götürüldü. Hazırda rayon ərazisində bu xəstəliklə bağlı müraciət edən yoxdur. Tibbi heyətimiz gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir, yerlərdə COVİD-19-la bağlı vəziyyətə nəzarət olunur".

Bu gün növbəti buraxılış imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirilir.
İmtahanlarda 15526 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur. İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bu gün keçiriləcək imtahanlar:

- Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi və kolleclərə qəbul imtahanı – H.Əliyev adına Hərbi Liseyə qəbul imtahanı: Naxçıvan MR;

- 11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı: Naxçıvan MR, Naftalan, Saatlı;

- Azərbaycan dili (dövlət dili) imtahanı - Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün: Naxçıvan MR, Şəmkir, Qəbələ, İsmayıllı, Zərdab, Şabran;

- 9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı: Naxçıvan MR, Şəmkir, Qəbələ, Yardımlı, İsmayıllı, Zərdab, Şabran;

- 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş əvvəlki illərin məzunları üçün qəbul imtahanı: Naxçıvan MR, Şəmkir, Qəbələ, Yardımlı, İsmayıllı, Zərdab, Şabran.

- Azərbaycan dili (dövlət dili) imtahanı: – Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu sinif cari ilin məzunları üçün – 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçün: Naxçıvan MR, Naftalan, Saatlı.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bakı sakinləri koronavirus haqqında:
Bakıda bəzi vətəndaşlar karantin rejimi dövründə maska taxmaq, ara məsafəsi saxlamaq kimi tövsiyə və qaydalara əməl etmirlər.

Qaydalara əməl etməyən vətəndaşlar müxtəlif bəhanələr gətirərək özlərinə haqq qazandırmağa çalışırlar.

Xezerxeber.az xəbər verir ki, paytaxtın müxtəlif ərazilərində apardığımız müşahidələr belə deməyə əsas verir.

Bakı sakinləri "Qismətdə varsa, tutacaq", "Maskanı indi çıxartdım", "Xəstəlik tutsa tutacaq, maskanın önəmi yoxdur" kimi fikirlər səsləndirilib. 

Bu gecədən etibarən metro və avtobusların hərəkəti dayandırılır

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.
Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

3 iyul saat 23:59-dan 6 iyul saat 06:00-dək;

10 iyul saat 23:59-dan 13 iyul saat 06:00-dək;

17 iyul 23:59-dan 20 iyul saat 06:00-dək.

Qeyd edək ki, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

Sabahdan market və apteklər işləyəcək?

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.
Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək həmçinin aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir:

● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

● muzey və sərgi zallarının fəaliyyəti;

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

● açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

● təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

● ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

● yaxın qohumunun dəfnində iştirakla əlaqədar. (102 Xidməti – Zəng Mərkəzi vasitəsilə)

ÜST və Aİ-dən Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Ümumdünya Sağlıq Təşkilatı tərəfindən həyata keçirilən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilmiş 168 000 fərdi qoruyucu vasitə artıq müvafiq tibb müəssisələrinə paylanmağa başlanıb.

ÜST-nin Azərbaycandakı nümayəndəsi və Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri bu vasitələrin COVID-19-la mübarizədə və həyatları xilas etməkdə nə dərəcədə əhəmiyyətli olması haqqında danışıb.

Ətraflı videosüjetdə:

Baş epidemioloq əsəbiləşdi: Sabah Bakıya qayıdıram, onları....
“Bakıya gəlib haqqımda yanlış informasiya yayanları məhkəməyə verəcəyəm”.

Bu sözləri redaktor.az-a açıqlamasında Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev saytlardan birinin onun səs yazısını yayması ilə bağlı danışarkən deyib.

Daha ətraflı videodan izləyin:

Sabah yağış yağacaq

Azərbaycanda iyulun 2-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Bir dirəkdə iki sürət nişanı: sürücülərdən şikayət

Bakı-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun 484-cü kilometrində yol nişanları standarta uyğun olmayan şəkildə quraşdırılıb. Yol-xeber.az xəbər verir ki, 70 və 50 nişanları eyni dirək üzərində bərkidilib. Sürücülər hərəkət zamanı hansı nişana riayət etməli olduqlarını bilmirlər. 
Quraşdırılan nişanların üzərinə isə işıq qaytarıcı lentlər yapışdırılıb. Yol Hərəkəti Haqqında Qanunda yol nişanlarının bu cür tətbiq edilməsi nəzərdə tutulmayıb.

Qeyd edək ki, təmir işləri yolun hərəkət hissəsindən xeyli kənarda getməsinə baxmayaraq, hərəkət sürətini 30 kilometr saata endiriblər. Hərəkət hissəsində heç bir maneə, təhlükə yoxdursa sürəti bu qədər aşağı endirməyə ehtiyac yoxdur.

Coğrafiya İnstitutundan XƏBƏRDARLIQ -  Azərbaycanda quraqlıq gözlənilir

Azərbaycanda bu il iyul-avqust aylarında quraqlığın müşahidə ediləcəyi gözlənilir. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, iyulun 20-dən avqustun 20-dək olan dövrdə quraqlıqların daha çox olacağı ehtimal edilir. Quraqlığın daha çox Aran bölgəsində müşahidə ediləcəyi gözlənilir. M.Həsənov əlavə edib ki, belə quraq illər Azərbaycanda 2010 və ondan əvvəlki illərdə də müşahidə edilib. Azərbaycan əsasən, subtropik qurşaqda yerləşdiyindən burada yay aylarının quraq keçməsi bir neçə ildən bir müşahidə edilir. Yay aylarında cənub hava kütlələrinin - həm tropik siklonların, həm Şimali Afrikada - Ərəbistan üzərində formalaşan isti hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması yayın quraq və isti keçməsinə səbəb olur.

Direktor müavini bildirib ki, adətən, yay aylarında Azərbaycan ərazisində yağıntının az düşməsi müşahidə edilir. Bu il isə yağıntıların daha da az olacağı gözlənilir. Bununla yanaşı, qlobal iqlim dəyişmələri fonunda Azərbaycanda havanın temperaturunun yüksəlməsi müşahidə edilir ki, bu da bir tərəfdən quraqlıqların daha çox olacağını şərtləndirir: “Əgər havanın sutkalıq temperaturu normadan 4-5 dərəcə yüksək olursa, isti külək əsirsə, havanın nisbi rütubəti 30 faiz və daha aşağı olursa, onda belə hava şəraiti quraq adlanır. Quraqlıqların yaranmasının əsas səbəbi iqlim amilləri, xüsusilə temperaturun yüksəlməsidir. Azərbaycanda son 30 ildə - təxminən 1990-cı ildən indiyədək havanın orta illik temperaturu çoxillik iqlim normasına nisbətən 0,6,-15, dərəcə yüksəlib”.

M.Həsənov qeyd edib ki, Azərbaycanın ən quraq ərazisi olan Kür-Araz ovalığındakı Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Ucar, Biləsuvar və s. rayonlar ölkəmizin əsas kənd təsərrüfatı rayonlarıdır. Alim hesab edir ki, bu rayonlarda quraqlıq müahidə edilərsə və su ehtiyatları azalarsa, bu, kənd təsərrüfatına mənfi təsir göstərəcək: “Yay aylarında bitkilərin vegetasiyasının daha sürətlə getdiyi bir dövrdə quraqlığın olması kənd təsərrüfatına öz mənfi təsirini göstərəcək. Təbii ki, bu, təbiət hadisəsi olduğundan ona qarşı qabaqlayıcı effektli tədbirlər görmək mümkün deyil.

Xəbər lenti