Türkiyədən olan bu sifarişlərdə çatdırılma pulsuz olacaq

Dövrün tələbiylə bir çox vərdişlərimiz dəyişdiyi kimi artıq e-ticarət də həyatımızdakı önəmini günü-gündən artırmaqdadır. Onlayn alış-veriş vasitəsilə biz olduğumuz yeri tərk etmədən ölkədaxili və ölkəxaricindən sifarişlər edə bilərik.

Bu prosesdə isə bizim köməyimizə yerli karqo şirkətləri çatır. Hazırda Azərbaycanda bu növ firmaların sayı kifayət qədərdir. Lakin zamanında çatdırılma edən, keyfiyyətli xidmət göstərən, eyni zamanda, büdcəmizə uyğun təkliflər edən karqo şirkətlərini tapmaq elə də asan məsələ deyil.

Ölkədə fəaliyyət göstərən karqo firmaları siyahısının ən başında xidmət və təkliflərilə seçilən, müştərilərin rahatlığına əsaslanan kampaniyaları ilə yadda qalan məhz Mover şirkəti gəlir.

Şirkət bu dəfə də daha möhtəşəm bir kampaniya ilə qarşımıza çıxıb. Belə ki, Mover Visa ilə əməkdaşlıq çərçivəsində başlatdığı “Bonuslu Visa” kampaniyasında Türkiyədən alış-veriş edən bütün Visa kart sahibləri böyük bonuslar qazanacaq.

İndi "Visa" kart ilə Mover balansınıza 13$ əlavə etdiyiniz zaman bu ödənişiniz hesabınıza bonus olaraq geri qayıdacaq.

Nəticədə isə Türkiyədən çatdırılma haqqını "Visa" kartla ödədiyiniz 2 kq-dək olan sifarişin çatdırılması tamamilə pulsuz olacaq. Çünki ödədiyiniz məbləğ bonus balansına geri qayıdacaq.

Qeyd edək ki, kampaniya çərçivəsində hər bir şəxs üçün ümumi olaraq, ilk 7 ödəmədə maksimum 7 kq-ın, növbəti ödəmələrdə isə məhsulun dəyərinin 10%-nin ödənişsiz çatdırılması nəzərdə tutulub.

Kampaniya zamanı müştərilər aşağıdakı fürsətlərdən yararlanmaq haqqına sahibdirlər:

1. Çəkisi 2 kq-da qədər ilk daşınma haqqı ödənişinin TAM 100%-i bonus olaraq balansınıza qayıdacaq.

Nümunə 1: Çəkisi 3 kq  olan bağlama üçün 19.5 $ ödəyirsə 13 bonus  qazanır.

Nümunə 2: Çəkisi 0.5 kq  olan bağlama üçün 3.25 $ ödəyirsə 3.25 bonus qazanır.

Nümunə 3: Çəkisi 1 kq  olan bağlama üçün 6.5 $ ödəyirsə 6.5 bonus qazanır.

Nümunə 4: Balans 13 $ artırılarsa 13 bonus qazanır.

2. Növbəti  5 ödənişdə (2-6) daşınma haqqının 2 kq-a qədər hissəsinin 50%-i bonus olaraq balansınıza qayıdacaq.

Nümunə 1: Çəkisi 3 kq  olan bağlama üçün 19.5 $ ödəyirsə 6.5 bonus  qazanır.

Nümunə 2: Çəkisi 1 kq  olan bağlama üçün 6.5 $ ödəyirsə 3.25 bonus qazanır.

Nümunə 3: Çəkisi 0.5 kq  olan bağlama üçün 3.25 $ ödəyirsə 1.62 bonus qazanır.

Nümunə 4: Balans 13 $ artırılarsa 6.5 bonus qazanır.

3. 6-ci ödənişdən sonra isə bütün daşınma haqqı ödənişlərinin 2 kq-a qədər hissəsinin 10%-i bonus olaraq balansınıza qayıdacaq.

Nümunə 1: Çəkisi 3 kq  olan bağlama üçün 19.5 $ ödəyirsə 1.3  bonus  qazanır.

Nümunə 2: Çəkisi 1 kq  olan bağlama üçün 6.5 $ ödəyirsə 0.65 bonus qazanır.

Nümunə 3: Çəkisi 0.5 kq  olan bağlama üçün 3.25 $ ödəyirsə 0.32 bonus qazanır.

Bitdi? Əlbəttə, bitmədi!

Mover balansınıza Türkiyədən sifariş verdiyiniz bağlamaların daşınma haqqını ödəmək üçün əlavə etdiyiniz 13 $ miqdarında məbləğin tam 100%-i bonus olaraq balansınıza qayıdacaq.

Kampaniya şərtləri

1. “Bonuslu Visa” kampaniyası Moverda çatdırılma ödənişini Visa kartla edən hər kəsə aiddir.

2. Kampaniya istənilən yerli bankın Visa kartı ilə ödəmələrə aiddir. 

3. Kampaniyada qazanılmış bonuslar geri qaytarılmır, sadəcə kampaniya müddətində daşıma haqqı üçün istifadə edilə bilər.

4. Kampaniyada qazanılmış bonuslar yalnız Türkiyədən çatdırılma haqqı ödənişləri üçün istifadə edilə bilər.

5. Bonuslar sadəcə  Standart və Premium tariflərdə istifadə oluna bilər.

6. Kampaniya 10 Sentyabr 2020 -10 Mart 2021 tarixinə qədər davam edəcək.

Qeyd edək ki, Mover Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasının (İATA) üzvüdür.

Şirkət hazırda 4 ölkədən – Türkiyə, Rusiya, Amerika və Birləşmiş Ərəb Əmirliklərindən müxtəlif yüklərin və onlayn ticarət istifadəçilərinin sifarişlərinin Azərbaycana və ölkənin rayonlarına çatdırılmasını da həyata keçirir.

Ətraflı məlumat üçün:

www.mover.az

Tel: *9009

E-mail: info@mover.az

Bakı metrosu 72 gün sonra...

Xəbər verdiyimiz kimi, bu gün 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilib.

"Qafqazinfo"nun fotoqrafı Nuran Məmmədov səhər saatlarında metronun "İçərişəhər", "28 May" stansiyalarında olub, 72 günlük fasilədən sonra yenidən açılan yeraltı nəqliyyat vasitəsinin ilk sərnişinlərini lentə alıb.

Qeyd edək ki, sentyabrın 30-dək metronun fəaliyyəti şənbə və bazar günləri dayandırılacaq.

 















 
Bu gündən metro açıldı

Bu gün saat 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilib.  

"Qafqazinfo" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır. 

“İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə uyğun olaraq koronavirus infeksiyasının yayılmasına yol verilməməsi, sərnişinlərin sağlamlığının qorunması məqsədilə metropoliten ərazisində müvafiq tədbirlər görülüb. 

Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq və virusa yeni yoluxma hallarına yol verməmək üçün vətəndaşlardan mövcud karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara əməl etmək xahiş olunur.

Qeyd edək ki, Bakı Metropolitenində sərnişindaşımaları bərpa olunsa da, mövcud epidemioloji vəziyyət və çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq ekspres xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək.

Müəllim olmaq istəyənlərin nəzərinə: Qeydiyyat üçün son gündür

Cari ilin 4, 7, 8 sentyabr tarixlərində tarix, coğrafiya və informatika fənləri üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan fənlər üzrə ümumi təhsil müəssisələrinə keçid balı 36 olaraq  müəyyənləşdirilib.

Namizədlər 13 sentyabr  saat 14:00-dan 14 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakansiya seçimi edə biləcəklər.

Qeyd edək ki, 4, 7 və 8 sentyabr tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları üzrə apellyasiya müraciətlərinə baxılıb və nəticə barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Həftənin ilk iş gününə olan
Sentyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, cənub küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 27-30, Bakıda gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq. Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Sentyabrın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.  

“Binə” Ticarət Mərkəzi açılır
“Binə” Ticarət Mərkəzi fəaliyyətini bərpa edir.

News24.az xəbər verir ki, ticarət mərkəzindəki bütün mağazalar 14 sentyabr tarixindən etibarən açılacaq. 

Hazırda mağazaların bəziləri fəaliyyətini davam etdirir. 

Qeyd edək ki, koronavirus pandemiyası səbəbi ilə “Binə” və “Sədərək” ticarət mərkəzlərinin fəaliyyəti dayandırılmışdı.

Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılır
Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə sayca artıq 12-ci dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Bu barədə "Ölkə.Az"a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin şəxsi heyəti hər dəfə olduğu kimi 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində yaxından iştirak ediblər.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə bütün lazımı tədbirlər həyata keçirilir.

Müəllim olmaq istəyənlərin nəzərinə
Müəllimlərin işə qəbulu üzrə cari ilin 8-9 sentyabr tarixlərində keçirilən vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Nəticələrə əsasən, 2699 namizəd vakant yer tutub.

Vakant yer tutmuş namizədlər 16 sentyabr saat 18:00 tarixinədək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq.

Azərbaycanda koronavirusa görə yeni qadağa QÜVVƏYƏ MİNDİ

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qərara əsasən, 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti sentyabrın 14-ü saat 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa ediləcək.

Şimşək, yağış, külək

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 27-31, Bakıda gecə 19-21, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək. Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.
Sentyabrın 12-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir. Bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti