Daha bir yüksək vəzifəyə TƏYİNAT
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub.

Bununla bağlı Nazirliyin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Cəfərli Azad Məhyəddin oğlu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Həmçinin, Dövlət Xidmətinin rəisi vəzifəsinin səlahiyyətləri Azad Cəfərliyə həvalə edilib.

O, son təyinatadək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb.

Bakıda erməni dili kursunun təşkilinə başlanılır
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) növbəti - ikinci dəfə ödənişsiz erməni dili kursu təşkil edir.

Mərkəzdən “Report”a verilən məlumata görə, kursda erməni dilini başlanğıc səviyyədən öyrənmək istəyən magistr və ya doktorantura dərəcələrinə malik olan dövlət qurumlarının nümayəndələri, jurnalistlər və gələcəkdə elmi fəaliyyətlə məşğul olacaq gənc tədqiqatçılar iştirak edə bilərlər.

Ərizə qəbulu bu gündən başlayır. Müraciət üçün son tarix sentyabrın 25-idir. Maraqlanan şəxslərdən CV-lərini və işlədikləri qurumdan və ya elmi rəhbərlərindən tövsiyə məktubunu info@aircenter.az ünvanına göndərmələri xahiş olunur.

Dərslər sentyabrın 30-da başlayacaq. Kursun altı ay müddətində davam etməsi nəzərdə tutulub. Dərslər həftənin çərşənbə günü BMTM-də və şənbə günü onlayn şəkildə keçiriləcək. Hər ayın son dərsində test imtahanı və kursun son dərsində biliklərin qiymətləndirməsinə dair yekun imtahan təşkil olunacaq. Üzrsüz səbəbdən dərsə iki dəfədən artıq gəlməyən şəxslər proqramdan kənarlaşdırılacaq.

Heydər Əliyev Fondunun dəstəyi ilə istifadəyə verilən 62 təhsil müəssisəsinin
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa olunan və əsaslı təmir edilən məktəb, eləcə də məktəbəqədər təhsil müəssisələri istifadəyə verilir.

Qeyd edək ki, Heydər Əliyev Fondu fəaliyyətində təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahədə müxtəlif layihələr və proqramlar icra etməklə təhsilin inkişafına öz töhfəsini verir. Fond yeni məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsinə də öz dəstəyini əsirgəmir.

"Ölkə.Az" xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bu tədris ilində 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilir:

Bakı şəhəri, Zirə qəsəbəsi, 2 saylı uşaq bağçası, 80 yerlik

Bakı şəhəri, Zirə qəsəbəsi, 122 saylı tam orta məktəb, 100 şagird yerlik

Bakı şəhəri, Binə qəsəbəsi, 218 saylı körpələr evi-uşaq bağçası, 80 yerlik

Bakı şəhəri, Qala qəsəbəsi, 216 saylı tam orta məktəb, 624 şagird yerlik

Bakı şəhəri, Şağan qəsəbəsi, 212 saylı uşaq bağçası, 80 yerlik

Bakı şəhəri V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbi

Bakı şəhəri “Qobu park-3” yaşayış kompleksində Füzuli rayonu 4 saylı tam orta məktəb, 960 şagird yerlik

Bakı şəhəri “Qobu park-3” yaşayış kompleksində uşaq bağçası, 280 yerlik

Gəncə şəhər İdman Liseyi, 360 şagird yerlik

Samux rayonu Sərkar kənd tam orta məktəbi, 800 şagird yerlik

Samux rayonu Sərkar kənd körpələr evi-uşaq bağçası, 100 yerlik

Samux rayonu İ.Nəsimi adına Ziyadlı kənd tam orta məktəbi, 523 şagird yerlik

Samux rayonu Ziyadlı kənd körpələr evi-uşaq bağçası, 60 yerlik

Lənkəran rayonu S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbi, 624 şagird yerlik

Lənkəran rayonu V.Hüseynov adına Nərimanabad qəsəbə tam orta məktəbi, 420 şagird yerlik

Lənkəran rayonu C.Əzimov adına Viravul kənd tam orta məktəbi, 360 şagird yerlik

Lerik rayonu M.Qafarov adına Siyov kənd tam orta məktəbi, 132 şagird yerlik

Lerik rayonu Piran kənd körpələr evi-uşaq bağçası, 60 yerlik

Astara rayonu Ərçivan qəsəbə körpələr evi-uşaq bağçası, 80 yerlik

Masallı rayonu Səmidxan kənd körpələr evi-uşaq bağçası, 100 yerlik

Masallı rayonu Mahmudavar kənd uşaq bağçası, 60 yerlik

Masallı şəhəri 4 saylı uşaq bağçası, 100 yerlik

Cəlilabad rayonu Muğan kənd tam orta məktəbi, 500 şagird yerlik

Cəlilabad rayonu Privolnoye kənd körpələr evi-uşaq bağçası, 100 yerlik

Yardımlı rayonu Yolocaq kənd körpələr evi-uşaq bağçası, 40 yerlik

Biləsuvar rayonu Əliabad kənd körpələr evi-uşaq bağçası, 40 yerlik

Şamaxı şəhəri M.Hadi adına 9 saylı tam orta məktəb, 800 şagird yerlik

Şamaxı şəhəri 2 nömrəli tam orta məktəb, 1180 şagird yerlik

Şamaxı şəhəri Şəhriyar qəsəbə tam orta məktəbi, 380 şagird yerlik

Şamaxı rayonu Quşçu kənd körpələr evi-uşaq bağçası, 40 yerlik

Füzuli rayonu Bala Bəhmənli kənd tam orta məktəbi, 624 şagird yerlik

Füzuli rayonu Əhmədbəyli kənd uşaq bağçası, 60 yerlik

Füzuli rayonu Mahmudlu-2 kənd uşaq bağçası, 60 yerlik

Bərdə şəhəri 4 saylı tam orta məktəb, 624 şagird yerlik

Tovuz rayonu Ş.İ.Xətai adına Köhnəqala kənd orta məktəbi, 480 şagird yerlik

Tovuz şəhəri A.Qasımov adına tam orta məktəb,  624 şagird yerlik

Tovuz rayonu Dondar Quşçu kənd tam orta məktəbi, 620 şagird yerlik

Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbi, 1200 şagird yerlik

Qazax rayonu İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbi, 1176 şagird yerlik

Ucar rayonu Qarabörk kənd tam orta məktəbi, 420 şagird yerlik

Ucar şəhəri 6 saylı körpələr evi-uşaq bağçası, 80 yerlik

Salyan rayonu A.Əliyev adına Aşağı Kürkənd kənd tam orta məktəbi, 360 şagird yerlik

Salyan şəhəri 9 saylı körpələr evi-uşaq bağçası, 60 yerlik

Salyan rayonu Arbatan kənd tam orta məktəbi, 600 şagird yerlik

Neftçala rayonu Xıllı qəsəbə R.Gözəlov adına 1 saylı tam orta məktəbi, 864 şagird yerlik

Saatlı rayonu Orta Muğanlı kənd tam orta məktəbi, 432 şagird yerlik

Kürdəmir şəhəri H.Həsənov adına 7 saylı körpələr evi-uşaq bağçası, 40 yerlik

Ağdaş şəhəri B.Gözəlova adına 6 saylı körpələr evi-uşaq bağçası, 60 yerlik

Ağdaş şəhəri 5 saylı körpələr evi - uşaq bağçası, 80 yerlik

Ağdaş rayonu Yenicə kənd orta məktəbi, 420 şagird yerlik

Göyçay şəhəri C.Mövsümov adına 3 saylı körpələr evi - uşaq bağçası,40 yerlik

Göyçay şəhəri 8 nömrəli uşaq bağçası, 60 yerlik

Quba rayonu Birinci Nügədi kənd məktəbi, 792 şagird yerlik

Xaçmaz şəhəri C.Cabbarlı adına 6 nömrəli tam orta məktəb, 1176 şagird yerlik

Mingəçevir şəhəri 13 saylı tam orta məktəb, 624 şagird yerlik

Zərdab şəhəri 2 nömrəli körpələr evi - uşaq bağçası, 120 yerlik

Ağsu rayonu Musabəyli kənd tam orta məktəbi, 132 şagird yerlik

Ağsu rayonu Pirhəsənli kənd uşaq bağçası, 60 yerlik

İsmayıllı rayonu Quşencə kənd uşaq bağçası, 40 yerlik

İsmayıllı rayonu İvanovka kəndində Uşaq bağçası kompleksi, 80 yerlik

Şəki rayonu Cəyirli kənd orta məktəbi, 432 şagird yerlik

Gədəbəy rayonu Qoşabulaq kənd 2 nömrəli tam orta məktəbi, 180 şagird yerlik






Təhsil nazirindən “Bilik günü” münasibətilə TƏBRİK
Təhsil naziri Emin Əmrullayev “Bilik günü” münasibətilə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Əziz şagirdlər, tələbələr, müəllimlər və valideynlər!

Dövlət başçımız tərəfindən pandemiyanın yayılmasının qarşısının alınması və təsirinin məhdudlaşdırılması istiqamətində mühüm qərarlar verilib. Hökumətimiz tərəfindən bu sahədə bir sıra səmərəli tədbirlər həyata keçirilməkdədir. Görülmüş tədbirlər nəticəsində təhsil ilimizi və tədrisimizi ehtiyatla və inamla bərpa edə bilirik.

Bildiyimiz kimi, karantin rejimində təhsil müəssisələrində tədrisin və təlim-tərbiyə prosesinin təşkili üzrə müvafiq qaydalar və təlimatlar hazırlanıb. Mövcud şəraitdə tədrisin bərpası və uğurlu davamı, təhsil sisteminin bütün iştirakçıları, o cümlədən şagirdlər, tələbələr, müəllimlər və valideynlərin bu qaydalara və təlimatlara riayət etməsindən asılı olacaq.

Yaranmış çətinliklərin öhdəsindən yalnız bir-birimizə dəstək olaraq gəlmək olar. İnanıram ki, hamılıqla qaydalara riayət etməklə hər bir şagirdin təhsilinə nail olacağıq.

Yeni tədris iliniz mübarək olsun!”

BƏYANAT: Ermənistan işğal olunmuş ərazilərdə və sərhəd bölgəsində su ehtiyatlarını çirkləndirməkdə davam edir
Xarici İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə bəyanat yayıb.

Bildirilib ki, Təcavüzkar Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və transsərhəd səviyyədə su ehtiyatlarının mühafizəsi və idarəçiliyi ilə bağlı beynəlxalq hüququn bütün prinsiplərini pozmaqda davam edir.

Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarımızda təbiətə qarşı düşmən münasibət və ekoloji terror regionun ətraf mühitinə ciddi təhlükə yaradır.

Ermənistan tərəfindən transsərhəd çayların ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranıb. Bununla yanaşı, işğal olunmuş ərazilərdə su anbarlarından istifadə qeyri-mümkün olub və texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan əhali üçün potensial təhlükə mənbəyinə çevrilib.

Ermənistanın BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyaya qoşulmaması sərhədlərarası su problemlərinin beynəlxalq normalar çərçivəsində həllini mümkünsüz edir.

Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələbini özündə əks etdirən Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilən Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2016-cı ildə qəbul edilən 2085 saylı qətnamə icra edilməyib.

Əksinə, Ermənistan bu istiqamətdə fəaliyyəti daha da genişləndirib. Son günlər Ermənistanın Tavuş rayonunun Dovex kəndindən keçərək Qazax rayonunun Kəmərli kəndindəki su anbarına tökülən İncəsu çayının qarşısının alınması yerli əhalini sudan məhrum edib.

Beynəlxalq hüquq prinsiplərinin və insan hüquqlarının ciddi pozulması halı olan bu vəziyyət eyni zamanda, beynəlxalq səviyyədə qəbul edilən sənədlər, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və İqlim dəyişmələri üzrə Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində ciddi çətinliklər yaradır.

Ermənistan rəhbərliyinin son zamanlar nümayiş etdirdiyi açıq təxribatçı fəaliyyətə ekoloji terror əməllərinin də əlavə olunması, bu təcavüzkar ölkənin beynəlxalq hüquq və fundamental insan haqlarını kobud şəkildə pozmaqla yanaşı, bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam etdiyini göstərir.

Beynəlxalq ictimaiyyəti Ermənistanın qanunsuz fəaliyyətini sərt şəkildə qınamağa və işğalçı ölkənin bu kimi qeyri-qanuni əməllərinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırıq.

Bu gecədən hava dəyişir
Bakıda və Abşeron yarımadasında bu axşamdan fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Azərbaycanın rayonlarında bu günün ikinci yarısından 18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, bəzi şimal və qərb rayonlarında intensiv və güclü  olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

TƏBİB rəsmisi xəbərdarlıq etdi: “Karantin sərtləşdirilə bilər”
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov karantinin yenidən sərtləşəcəyini istisna etmədiyini deyib.

O,  “Real” TV-yə müsahibəsində Operativ Qərargahın vaxtaşırı yumşalmalar həyata keçirməsinin sərbəstlikləri və təmasları artırdığını, bunun isə yoluxma sayına təsir etdiyini bildirib:

“Karantin rejimi tam yumşaldılırsa, insanlara sərbəstlik verilirsə, onlar arxayınlaşmamalıdır. Bəzən bizə psixoloji olaraq təsir göstərir ki, metrolar artıq açılır, şəhərlərarası, rayonlararası gediş-gəliş qadağası aradan götürülür, yəni daha xəstəlik azalıb və ya yoxdur. İnsanlar sanki bir qədər arxayınlaşmağa başlayır.

Özümüz də düşünməliyik: əgər bu gün qaydalara əməl etmiriksə, sabah yenə də evdə otura bilərik. Karantin sərtləşdirilə bilər. Sabah yenə də metro işləməyə bilər.

Qaydalara əməl etməsək, yoluxma sayı artsa, yenə də qadağanedici tədbirlər ola bilər. Bu, qaçılmazdır”.

A.Qurbanovun müsahibəsini bütöv şəkildə təqdim edirik:

Sabah hava necə olacaq?
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. 

Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək. 

 

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq. 

Sentyabrın 15-də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü bəzi meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, havada rütubətliliyin normadan bir qədər çox olması insanlarda narahatlıq hissi yarada bilər. 

Azərbaycanda rusdilli məktəblər bağlanır ?
"Son zamanlar Azərbaycanda rusdilli məktəblərin fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Əslində təhsil sahəsinə aid olan məsələ mövcud şəraitdə siyasiləşdirilir. Zənnimcə, bu iki məsələ ayrılmalıdır".

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

O qeyd edib ki, uzun illər postsovet məkanında rus dilinin vəziyyətinin və rusdilli məktəblər məsələsinin siyasi mövzu olması təbii haldır: "Bu, bir tərəfdən Rusiyanın geosiyasi mövqeyi, digər tərəfdən müstəqil dövlətlərin daxili siyasətindəki bəzi proseslərlə bağlı olub. Müsbət haldır ki, Azərbaycanda etnik rus mənşəli əhaliyə qarşı heç bir ayrı-seçkilik yoxdur və onlar Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycanın digər vətəndaşları üçün tanıdığı hüquqlardan tam şəkildə yararlana bilirlər. Rusdilli məktəblərə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan dövlət büdcəsindən bu məktəblərin fəaliyyəti tam maliyyələşdirilir. Lakin bu məsələdən siyasi divident qazanmaq istəyi uğursuzdur. Ermənistanda rus məktəblərinin sayının əhaliyə nisbətən az olmasına və ümumiyyətlə, son vaxtlar ölkənin daxili siyasətində hökm sürən anti-rus meyillərinə baxmayaraq, Tovuz hadisələrinin gedişatı göstərdi ki, Rusiya dövləti öz ənənəvi müttəfiqini dəstəkləməkdə davam edir".

Sədrin sözlərinə görə, Azərbaycanda rusdilli məktəblərin fəaliyyətinə təhsil və iqtisadi inkişaf kontekstində baxmaq lazımdır: "Ölkənin müstəqilliyinin möhkəmlənməsi eyni zamanda rəsmi Azərbaycan dilinin güclənməsini və hər bir vətəndaşı tərəfindən sərbəst istifadə edilməsini tələb edir. Bununla yanaşı, müasir iqtisadi inkişaf xarici dillərin və ilk növbədə ingilisi dilinin mənimsənilməsini labüd edir".

F.Şəfiyev vurğulayıb ki, Azərbaycanda olan rusdilli məktəblərin şagirdləri təhsillərini başa vurduqdan sonra rəsmi Azərbaycan dilini mükəmməl səviyyədə bilmir, həmçinin onların rus dilində biliklərinin səviyyəsi də bir çox hallarda qənaətbəxş olmur: "Beləliklə, mövcud şəkildə fəaliyyət göstərən rusdilli məktəblər nə təhsil, nə də siyasi məqsədlərə cavab vermir. Eyni zamanda ənənəvi olaraq bu məktəblərdə müəyyən akademik baza mövcuddur. Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblər beynəlxalq təcrübəyə əsasən ikidilli (immersion) sistemə keçə bilər. Bir sıra dövlətlərdə və regionlarda, məsələn, Kanadada və ABŞ-ın ispandilli əhalisinin yaşadığı ştatlarında bu sistem tətbiq olunur. Bu sistemə əsasən məktəblərdə akademik fənlərin tədrisi iki dildə paralel aparılır. Məsələn, bizim təcrübədə kimya Azərbaycan, fizika rus və ya tarix Azərbaycan, ədəbiyyat rus dilində tədris oluna bilər (Bu çərçivədə müxtəlif variantlar təklif oluna bilər). Beləliklə, təhsilini başa vuran şagird ilk növbədə rəsmi Azərbaycan dilini, daha sonra xarici dili, indiki halda rus dilini əsaslı şəkildə mənimsəyər. Bu təcrübə eyni zamanda gələcəkdə digər dillərlə, məsələn, ingilis dili ilə bağlı da tətbiq oluna bilər. 

Nəticə etibarilə, rusdilli məktəb məsələsi siyasi gündəmdən çıxmalı və sırf Azərbaycanın elmi-tədris müstəvisində inkişaf etdirilməlidir". 

Metro stansiyasına general Polad Həşimovun adı veriləcək?

Sosial şəbəkələrdə metronun hansısa stansiyasına Tovuz hadisələri zamanı şəhid olmuş general Polad Həşimovun adının verilməsi ilə bağlı yayılan videolar həqiqəti əks etdirmir.
Bu barədə Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bu "Bakı Metropoliteni” QSC tərəfindən hazırlanmayıb:

"Sözügedən videogörüntülər kim tərəfindən hazırlanıb, bilmirik. Lakin bu gün belə bir məsələ gündəmdə deyil. Metropolitenin stansiyaların adlandırılması ilə bağlı məsələyə Nazirlər Kabineti nəzarət edir. Bu istiqamətdə rəsmi, dəqiq məlumat olarsa, ictimaiyyətə məlumat verilər”.

Xəbər lenti