Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu

“Azərsu” ASC-nin əməkdaşları arasında da koronavirusa yoluxanlar var.
Qurumun tabeliyində olan idarələrdə COVID-19-a yoluxan şəxslər müəyyən olunub.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı Oxu.az-a təsdiq edib.
O bildirib ki, mövcud vəziyyətlə bağlı, demək olar ki, qurumların böyük əksəriyyətinin əməkdaşları arasında yoluxma faktları aşkar olunub:

“Təəssüf ki, “Azərsu” ASC-nin əməkdaşları arasında da koronavirusa yoluxanlar var. Yoluxanların sayı 20-dən çoxdur. Paytaxtın Nəsimi, Yasamal, Nərimanov, Xətai rayonlarının, eləcə də, Abşeron, Sumqayıt, Gəncə, Siyəzən Su-Kanal İdarələrində virusa yoluxan əməkdaşlarımız var.

Vəziyyətə ciddi nəzarət olunur, mütəmadi dezinfeksiya işləri aparılır, səhər işə gələrkən işçilərin temperaturu ölçülür və s. Əməkdaşların diqqətinə çatdırılıb ki, kimin temperaturu varsa və ya özünü pis hiss edirsə, işə çıxmasınlar”.

Daha 100 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya daha 100 şəhidin 142 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.

“Qafqazinfo”nun məlumatına görə, birdəfəlik ödəmə vəsaitlərinin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.

Ümumilikdə 12281 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 12 mindən çox şəhidin 18 min vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı həyata keçirilib.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 98 faizədək icra olunub.

“Qadınlar yasda bir-birini qucaqlayıb öpürlər, yoluxurlar”

Son günlər Azərbaycanda koronavirusa yoluxanların gündəlik sayı 500-ə çatır. Bu vəziyyətdə ağırlıq həm cəmiyyətə, həm də həkimlərin çiyninə düşür.

“Qafqazinfo”nun əməkdaşları ən ağır xəstələrin yerləşdirildiyi yeni fəaliyyətə başlayan “Yeni Klinika”da olub, dünyanın tanımadığı xəstəlikdən insanlarımızı xilas edən həkimlər və bu xəstəliyə düçar olanlarla söhbətləşib.

Anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Kəmalə Namazova deyib ki, son bir ay ərzində reanimasiya şöbəsinə daxil olan xəstələr kritik ağır vəziyyətdə olur: “Əksəriyyətində kəskin tənəffüs çatışmazlığı, kəskin respirator distress sindrom olur. Yanaşı xəstəliklər fonunda vəziyyəti ağırlaşmış xəstələrin sayı çoxalıb. Bu xəstəxanada xəstələrdə ən çox rast gəlinən yanaşı xəstəliklər ürəyin xroniki işemik xəstəliyi, şəkərli diabet, hipertoniyadır. Xəstələrin əksəriyyətinin yoluxma mənbəyi yas yerləridir. Qadınlar bir yerdə otururlar, söhbət edirlər, bir-birini qucaqlayıb öpürlər. Bu yolla yoluxurlar. Hazırda bizim reanimasiyada 30-a yaxın xəstə var, təxminən 25-i kritik ağır vəziyyətdədir. Əksəriyyəti süni tənəffüs aparatına qoşulub. Belə xəstələr ancaq üzü üstə uzanır, onlara su çox verəndə həm qusma refleksi ola bilər, həm də diafraqmanın qalxması nəticəsində tənəffüs çatışmazlığı dərinləşə bilər. Ona görə də hər saatda 5-10 milliqramdan artıq su verilmir”.

Həkim K.Namazova bildirib ki, 3 aya yaxındır ki, xəstələri müalicə edərkən özü də bu virusa yoluxub: “Mən özüm də yoluxmuşdum, qohumlarımdan da yoluxanlar var. Dəhşətli bir şeydir, sanki “atom bombası”dır. Yoluxan insanda birinci iybilmə və dadbilmə olmur. Təsəvvür edin ki, turş limonu ağzına qoyursan, amma dadını bilmirsən. Çətin nəfəs alırsan, sanki kimsə əli ilə səni tutub boğur. Tənəffüs çatışmazlığı, təngnəfəslik artır. Döş qəfəsi əzələlərində və sümüklərində kəskin ağrılar olur. Çünki bu xəstələrdə mübadilə pozğunluğu gedir. Virus demək olar ki, bütün orqanları, beyni də zədələyir. Kimsə fikirləşir ki, cavanam, tez sağalacağam, bu, mümkün deyil. Vaxtında həkimə müraciət etmək mütləqdir. Hazırda reanimasiyada 20, 35 yaşlı xəstələrimiz var. 36 və 45 yaşlı vəfat edən xəstələrimiz olub. Xəstələr çox vaxt evdə yatır, özləri bildiyi dərmanları qəbul edir, sonra bizim yanımıza ağırlaşmış vəziyyətdə gəlirlər, onda da çox gec olur. Bir xəstənin üzərində həkim 25 gün zəhmət qoyur, əziyyət çəkir. Bu virus nə yaşa, nə sosial təbəqəyə, nə də vəzifəyə baxır”. 

Həkim bildirib ki, koronavirusa yoluxanlar arasında uşaqlar da var: “Ən çox leykozlu, talassemiyalı uşaqlardır”. 

Reanimatoloq Ulduz Əlicabbarova əlavə edib ki, bir aya yaxındır burdadır: "Günlər keçdikdə xəstələrin sayının və ağırlaşmasının artıdığını müşahidə edirik. Burada xəstələrin necə boğulduğunu görmək bizim üçün çox çətindir. İstəyirəm ki, insanlarımız bu xəstəliyin həyat üçün nə qədər təhlükəli olduğunu başa düşsün”. 

Koronavirusa yoluxmuş 79 yaşlı H. Zahidov bildirib ki, ondan əvvəl iki qızı koronavirusa yoluxub: “Mən də özüm gedib test verdim, bir şey çıxmadı. 10 gündən sonra bu vəziyyətə düşdüm, gəlib məni apardılar. Boğuluram...”

Koronavirusa yoluxan qadın isə bildirib ki, qaynının yasına gedib və orada yoluxub: “İlkin olaraq temperaturum yüksəldi və tərləyirdim, halsız olurdum, təngnəfəslik də vardı. Bu xəstəlik çox ciddidir, inanmayanlar buna inansın”.

Murad Əhməd

Video: Nuran Məmmədov

 







 
Zakir Qaralovun şirkətinin 1 milyona yaxın vergi borcu var

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 980 min 418 manat vergi borcu var.

Xatırladaq ki, tikinti sektorunun şirkətlərdən biri olan “Akkord” Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 75 594 365 manatdır.

Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq Baş prokuror Zakir Qaralova məxsusdur.

Bakıda bank işçisi koronavirusa yoluxdu
“Azər Türk Bank”ın Yasamal filialı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Modern.az verdiyi məlumatına görə, filial cümə günündən etibarən fəaliyyətini müvəqqəti dayandırıb. Bankın iyunun 24-dən etibarən fəaliyyətini bərpa edəcəyi bildirilib.

Məsələ ilə bağlı “Azər Türk Bank”ın mətbuat katibi Rauf Ağayev Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyib.

R.Ağayev qeyd edib ki, “Azər Türk Bank”ın Yasamal filialının məzuniyyətdə olan bir əməkdaşı COVID-19 virusuna yoluxub:

“Bununla əlaqədar olaraq bank rəhbərliyi tərəfindən filialın bütün əməkdaşlarının müayinəsinin təşkili həyata keçirilib. Filialın yerləşdiyi binada mütəxəssislər dezinfeksiya işlərini yerinə yetirib. Hazırda həmin filialın müştərilərinə Baş ofisdə və digər filiallarda xidmət olunur”.

Onun sözlərinə görə, Yasamal filialı sabah, 24 iyun tarixindən etibarən yeni tərkibdə fəaliyyətini davam etdirəcək.

Azərbaycanda koronavirusla bağlı daha bir
Azərbaycanda koronavirusla bağlı daha bir qadağanın tətbiqinə başlanılıb.

"Ölkə.Az" xəbər verir ki, koronavirus epidemiyası taksi xidmətlərində yeni qaydaların tətbiqinə səbəb olub.

 Bu qaydaları tətbiq etməyən taksi sürücülərinə fərqlənmə nişanı verilməyəcək. redaktor.az

Şərtlərin nədən ibarət olduğunu və hansı taksi xidmətlərinə aid edildiyini bilmək üçün videonu izləyin:

“Azərbaycan Dəmir Yolları” QSC-nin Yanacaq və sürtkü yağları təminatı departamenti beynəlxalq İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi” standartının tətbiqinə başlayıb. 

Standartın tətbiqində əsas məqsəd “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları üçün daha sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasıdır. Bununla əlaqədar olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin 25 əməkdaşı onlayn təlimlərə cəlb edilib.

Təlim proqramı dünyaca məşhur “Societe Generale De Surveillance” (SGS) şirkəti tərəfindən hazırlanıb və SGS ekspertləri tərəfindən tədris olunur. Bir neçə gün davam edəcək təlim proqramları çərçivəsində İSO 45001:2018 standartının tətbiqinə nəzarət etməli olacaq daxili auditorlar hazırlanacaq. Hal-hazırda təlimlərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Yanacaq və sürtkü yağları təminatı departamenti və digər struktur bölmələrində çalışan mütəxəssislər iştirak edir. 

“Azərbaycan Dəmir Yolları” QSC peşə sağlamlığı və təhlükəsizliyi sahəsində ən yüksək beynəlxalq standart hesab edilən İSO 45001:2018 üzrə uyğunluq sertifikatını yaxın gələcəkdə almağı hədəfləyir.

Sağlam iş şəraitinin təmini edilməsi ilə yanaşı, İSO 45001:2018 standartı əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunlara riayət olunması, iş qəzaları və peşə xəstəlikləri səbəbindən yaranan xərclərin azaldılması və səmərəliliyin azalmasının qarşısının alınması, risklərin qiymətləndirilməsi və idarəedilməsi tələblərini də əhatə edir.

BDYPİ kənd təsərrüfatı məhsullarının daşınması qaydasını açıqladı

Sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinə və Abşeron rayonuna kənd təsərrüfatı yüklərinin daşınması qaydasına aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 19 iyun 2020-ci il 208 saylı qərarına əsasən, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları sərbəstdir.

K.Əliyev qeyd edib ki, bu, kənd təsərrüfatı məhsullarının daşınmasına da şamil edilir: “Yalnız minik avtomobilləri ilə kənd təsərrüfatı məhsullarını daşınmasına icazə verilmir. Fermerlər öz məhsullarını yük maşınları ilə Bakı və sərt karantin rejiminin tətbiq olunduğu digər şəhərlərə, Abşeron rayonuna çatdıra bilərlər”. (APA)

Dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları sərbəstdir

Sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinə və Abşeron rayonuna kənd təsərrüfatı yüklərinin daşınması qaydasına aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında deyib ki, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 19 iyun 2020-ci il 208 saylı qərarına əsasən, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları sərbəstdir.

K. Əliyev qeyd edib ki, bu, kənd təsərrüfatı məhsullarının daşınmasına da şamil edilir: “Yalnız minik avtomobilləri ilə kənd təsərrüfatı məhsullarını daşınmasına icazə verilmir. Fermerlər öz məhsullarını yük maşınları ilə Bakı və sərt karantin rejiminin tətbiq olunduğu digər şəhərlərə, Abşeron rayonuna çatdıra bilərlər”.

Azərbaycanda daha bir məmur koronavirusdan

“Azərişıq” ASC-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib.
“Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin aparıcı mühəndisi Oqtay Musayev ölüb.

Mərhum bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Bütün müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.
O.Musayev dünən gecə həyatını itirib.

“Azərişıq” ASC ASC-nin mətbuat xidmətindən isə bildirilib ki, Enerji Satışı Departamentinin aparıcı mühəndisi Oqtay Musayevin hansı səbəbdən vəfat etməsinə dair onlarda rəsmi məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl “Azərişıq” ASC-nin daha bir əməkdaşının da koronovirusdan ölməsi barədə məlumat vermişdik.(Oxu.az)

Xəbər lenti