![]() |
|
“Orta məktəblərdə şagird sayından asılı olaraq, tibbi kabinet ayrılmalı, burada ixtisaslı kadrlar işləməlidir. Həmin kabinetlərdə çalışan tibb bacıları uşaqların sağlamlığını nəzarətdə saxlamalı, ehtiyac olduğu anlarda onlara dərhal ilkin yardım göstərməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib. O, qeyd edib ki, xəstəliyi keçirən uşaqlar həkim nəzarətində olmalı, şagirdlər mütəmadi olaraq, profilaktik baxışdan keçirilməli və hər hansı bir xəstəliyə şübhəli olanlar dərhal təcrid edilməlidir.
A. Zeynalova bildirib ki, təhsil müəssisələrinin açılması havaların soyuması və nəticə etibarilə, xəstəliklərin baş qaldırması dövrünə təsadüf edir: “Payız-qış fəsillərində havaların soyuması, təlim-tərbiyə ocaqlarında uşaq və yeniyetmələrin bir-biri ilə yaxın təmasda olması və bəzən immunitetlərinin zəifliyi, otaqların sıxlığı, əks epidemik rejimin tam gözlənilməməsi ilə əlaqədar tənəffüs yollarının kəskin infeksion xəstəliklərinə səbəb olur. Uşaq və yeniyetmələrin infeksiyalara qarşı müqavimətini artırmaq üçün onların rasional qidalanması, gigiyenik gün və dərs rejimi, təlim-tərbiyə ocaqlarında və evdə daim optimal şərait ilə təmin olunması vacibdir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov bir sıra məsələlərə toxunub.
“Qafqazinfo” xəbər verir ki, deputat əvvəlcə 2018- ci ildə qəbul edilmiş “Reklam haqqında” qanunun işləməməsindən danışıb. O qeyd edib ki,qanun qəbul edildikdən sonra ölkədə Reklam Agentliyi yaradılıb: “Bizim hesablamalarımıza görə, reklamdan 250-300 milyon vəsait dövlət büdcəsinə daxil olmalı idi. Ancaq indiyə kimi bundan 5 dəfə az vəsait dövlət büdcəsinə daxil olub. Bu qanunun həyata keçirilməsiylə bağlı ciddi problem var. Mənə 20-dən çox ziyalı müraciət edib. Bildirirlər ki, ölkədə Azərbaycan dilindən başqa bütün dillərdə reklam var. Dövlət dili ilə bağlı məsələ həll edilmir. Təklif edirəm ki, həmin agentliklə birgə dinləmələr keçirilsin”.
Deputat banklardakı problemə də toxunub. Bildirib ki, hazırda insanlar kredit ala bilmir.
V. Əhmədov “uşaqpulu” məsələsindən də danışıb. O qeyd edib ki, bu məsələylə bağlı çoxlu müraciətlər var: “Rayonlardan keçmək mümkün deyil. Camaat “uşaqpulu” məsələsini qaldırır. Nazirliyin müəyyən arqumentləri var. Amma bizim də arqumentlərimiz var. Biz bu məsələni müzakirə edək görək, onu həll edə bilərikmi?”.
DİN Baş DYP İdarəsi şəhərdaxili ictimai nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına müraciət edib.
“Qafqazinfo” həmin müraciəti təqdim edir:
“Son vaxtlar paytaxt Bakıda fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməmələri, eləcə də avtobuslarda həddən artıq sərnişin sıxlığının yaşanması müşahidə edilir. Sərnişinlərin məsafə gözləmədən bir-birləri ilə yaxın təmasda olmaları, onların koronavirus (COVİD-19) infeksiyasına kütləvi şəkildə yoluxma riskini artırır və son bir neçə gündə ölkə ərazisində yolxma sayının yüksəlmə səbəblərinin daha çox məhz bu faktorla əlaqəli olması ehtimal edilir.
Qeyd olunan halların qarşısının alınması məqsədilə DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarından, xüsusilə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdən xahiş edir ki, özlərinin və yaxınlarının sağlamlığının qorunması naminə, habelə bu tələblərin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilməmələri, eləcə də xüsusi karantin rejiminin yenidən sərtləşdirilməməsi üçün mütləq qaydada tibbi maskalardan istifadə etsinlər və avtobuslarda mümkün qədər daha çox sosial məsafənin saxlanılmasının vacibliyini nəzərə alaraq, sərnişinlərin sayı nisbətən artıq olan ictimai nəqliyyat vasitələrinə minməkdən çəkinsinlər”.
Deputat Rüfət Quliyev Milli Məclisin komitə iclasında Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini sərt tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, R. Quliyev qeyd edib ki, agentliyin işçilərinin hərəsinin əlində bir fotoaparat var: “Elə dayanmadan “çakkaçak” çəkirlər. Şəkil çəkirlər və qaçırlar. Əgər vətəndaş səhv edirsə, bunu izah eləməlisən. Ağ şəhərdə dünən sürücülər 14 dəqiqə gözlədilər ki, maşını harada saxlasınlar. Sürücülərə su almaq üçün heç 30 saniyə də vaxt vermirlər.
20 manatdan da nə qədər də cərimə yazılır. Günə 100 min, ayda 3 milyon pul edir. Bu əməlli-başlı biznesdir ki? Bəs bu vəsaitin hesab-kitabı hardadır? Mən təklif edirəm ki, həmin agentlikdən hansısa 8- ci dərəcəli yox, əsas şəxlər gəlib bizə məlumat versin. Daha qurbanlıq gedən adamları bura göndərməsinlər”.
AZSABAH.COM-a bunu açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, pensiya vəsaitləri həmin şəhər və rayonlarda qeydiyyatda olan pensiyaçıların hesablarına köçürülüb. Vətəndaşlar pensiyalarını "Beynəlxalq Bank"dan və "Kapital Bank"dan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər.
Respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların isə ayın 15-də ödənilməsi nəzərdə tutulub.
İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 18277, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 1789 şagirdin iştirakı nəzərdə tutulur. 369 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verir. Ümumilikdə imtahanda 20 min 435 şagird iştirak edəcək.
Piyada zolağı, eləcə də yolun hərəkət hissəsini maşınlar zəbt edir. Avtomobillər səkilərə paralel dayanmaq əvəzinə, üfüqi vəziyyətdə saxlanılır. Bu zaman hərəkətin intensivliyi çox aşağı düşür.
Baku TV mövzu ilə bağlı maraqlı videoreportaj hazırlayıb.
"Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən oktyabr ayının 1-dək əvvəllər mövcud olan aviareyslər üzrə uçuşların bərpası nəzərdə tutulmayıb.
AZAL-dan Yol-xeber.az-a verilən məlumata görə, hazırda xüsusi karantin rejiminin 30 sentyabr tarixinədək uzadılması səbəbindən AZAL yalnız İstanbul, London və Berlin istiqamətində xüsusi reyslər həyata keçirməyə davam edir.
Qeyd edək ki, cədvələ uyğun olaraq İstanbula uçuşlar hər gün, Londona – hər həftə cümə axşamları, Berlinə isə cümə günləri yerinə yetirilir.
Bakıda motosiklet sürücüsünün düşdüyü qəzanın görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə 28 may küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində qeydə alınıb. Motosikletçi və avtomobil sağa dönmə edir. Bu zaman zolaqlar üzrə düzgün dönmə olmadığı üçün avtomobil motonu sıxır. Nəticədə motosiklet aşır. Qəza nəticəsində xəsarət alan olmasa da avtomobilin qapısına və motosikletə ziyan dəyir.
Hadisəni Avtosfer.az-a şərh edən ekspert Elməddin Muradlı qeyd edib ki, bu cür hallarda ehtiyyatlı davranmaq lazımdır. "Hadisədən görünüt ki, avtomobilin sürücüsü zolaqla dönmə edir. Amma motosikletin düzünə və ya sağa dönməsi müammalıdır. Ehtimal ki, motosiklet sürücüsü düzünə hərəkət etmık istəyib. Ona görə də qəza baş verib."
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif əsədov Avtosfer.az-a bildirib ki, son vaxtlarda velosiped və moped sürücülərinin iştirakı ilə baş verən qəzaların sayı artmaqdadır. "Yol polisi olaraq maarifləndirici tədbirlər həyata keçirirk. Eyni zamanda motosiklet və veosiped sürücülərinə bir daha müraciət edərək bildirirk ki, qaydalara riayət etsinlər. Əks halda sonu acı olan qəzalar baş verə bilər."
Görüntüləri təqdim edirik:
İctimai nəqliyyatın əsas növlərindən olan sərnişin avtobuslarında təhlükəsizliyin təmin edilməsi vacibdir.
Bunu Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
O bildirib ki, minik avtomobilindən fərqli olaraq avtobuslar onlarla sərnişin daşıyır və onların təhlükəsizliyinin yaxşı təmin olunması, kiçik bir səhvin buraxılmaması arzuolunandır:
"Azərbaycanda ictimai nəqliyyat tam formalaşmadığı və uzun illərdir hələ də köhnə avtobusların ümidinə qaldığımız üçün bu sahədə tam irəliləyiş əldə etmək mümkün olmayıb. Düzdür, son illər ölkə rəhbərliyinin göstərişi ilə Bakıya yeni avtobusların gətirilməsi ictimai nəqliyyatın yaxşılaşdırılması üçün atılan addımlardır. Amma bu, Bakı şəhərinin nəqliyyat yükünün cəmi 30 faizi deməkdir. Hazırda daşıyıcı şirkətlər də avtobus parklarını yeniləyir, amma yenə də köhnə avtobuslar qalmaqdadır. Köhnə avtobuslarda oturacaqların vəziyyəti, sürücülərin kobud davranışı və digər neqativ hallar müşahidə edilməkdədir. Ümumilikdə avtobus parkının köhnə olması sərnişinlər üçün ən böyük təhlükədir. Avtobus nə qədər köhnədirsə, orada risk daha yüksəkdir. Avtobuslarda nasazlıqdan yaranan hadisələr, yanğın, əyləc sisteminin qaydasında olmaması və sair. Yəqin ki çoxlarımıza sərnişin avtobusunun hərkətdə olarkən yana əyilməsi rast gəlib. Bu cür avtobusların xəttə buraxılması qadağan edilməlidir. Bu gün hələ də əksər daşıyıcı şirkətlərin qarajı yoxdur. Qarajlar olmadığından avtobuslara vaxtında texniki baxış keçirilmir, nəzarət olunmur. Əslində avtobus hər səhər xəttə buraxılmazdan əvvəl qarajda texniki müayinədən keçirilməli, onun sərnişin daşımağa yararlı olub-olmaması yoxlanılmalıdır".
Ekspert bildirib ki, avtobusda baş verən hadisəyə görə daşıyıcı və marşrut qarajına cavabdeh şəxs məsuliyyət daşıyır: "Bunun üçün qanunvericilikdə də kifayət qədər müddəa var. Avtobuslarda baş verəcək hər hansı hadisəyə görə məsul şəxs olmalıdır".
E.Muradlı qeyd edib ki, hazırda paytaxtla yanaşı, rayonlarda da vəziyyət qənaətbəxş deyil: "Bakıdakı marşrutlardan yığışdırılan avtobuslar rayonlara satılır və sahibkarlar tərəfindən istifadəyə verilir. Hazırda avtovağzallardan rayonlara işləyən "İkarus" markalı avtobusların əksəriyyəti istismara yarasızdır. Bu da konkret təhlükədir. Daşıyıcılar avtobus parklarını yeniləmir, yalnız pul qazanır. Bu istiqamətdə ciddi işlərin görülməsinə ehtiyac var. Dövlət tərəfindən görülən işlərlə yanaşı, sahibkarlar da bu sahədə dönüş yaratmalıdır".