“Model tipli xəstəxanlarımız var və hazırda 6000-ə yaxın çarpayı fondumuz mövcuddur”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, hazırda aktiv xəstə sayı 5000-ə yaxınlaşır. Sağalanlarla müqayisədə yoluxma halları üstünlük təşkil edir. Bu isə tibb müəssisələrimizin üzərinə böyük yük düşməsi deməkdir.

Ramin Bayramlı bildirib ki, təcili yardım xidməti üçün 41 avtomobil verilib və yaxın müddətdə 30 təcili yardım maşını da təhvil veriləcək: “Bir sıra ölkələrdə vəfat edənlərin sayı bizim ölkələrdə yoluxanların sayına bərabərdir. Bu gün yoluxanların sayı ilə müqayisə etsək, ölkəmizdə 2%-dək ölüm halları müşahidə edilir. Bu, düzgün verilmiş qərarın göstəricisidir. Ölkə başçısı da bildirib ki, bizim üçün əsas vətəndaşların sağlamlığının qorunmasıdır”.

Ramin Bayramlı qeyd edib ki, Almaniya, Berlin, İtaliya kimi ölkələrdə epidemiyanın artması sərt karantin qaydalarının verilməsinə zərurət yaradır: “Çində yenidən yoluxma halları hərbi rejimin tətbiq olunmasına zərurət yaradıb. Türkiyədə hətta açıq havada belə maskadan istifadə məcburi qərar kimi qüvvəyə minib. Lakin biz bu qərarları qəbul etməklə xəstəliyin dalğavari gedişatda davam etməsini təmin edə bilirik.

Amma xəstəliyin qarşısının alınması karantin rejimi ilə mümkün deyil. Bu, yalnız vaksin və ya dərman müalicəsinin tətbiqi ilə mümkün ola bilər. Hələ heç bir dövlətdə vaksinlərin tətbiqi effektli nəticə verməyib”.

O bildirib ki, tapılacaq vaksinin effekti 6 ay ola bilər: “Çox az da olsa ümid var ki, virus mutasiyaya uğrayaraq aramızdan yox olsun. Bu gün bütün dünya ölkələrinin yaşadığı həyəcanı, rəsmi olaraq bəyan etmədiyi vəziyyəti bilərək sizinlə danışırıq. Təhlükə çox ciddidir. Əks təqdirdə yoluxma halları yüksələn xətlə davam edəcək və vətəndaşlarımızı çox sürətlə itirəcəyik”. /Teleqraf/

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, bazar günü, iyun ayının 21-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Bakı şəhər İcra Hakimiyyətindən BAKU.WS-ə bildirilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Koronavirusa inanmayanları hansı cəza gözləyir?

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı yeni növ koronavirusun (COVİD-19) mövcudluğuna inanmayanların pandemiya xəstəxanalarında ictimai işə cəlb olunması barədə səslənən təklifə münasibət bildirib.

R. Bayramlı jurnalistlərə açıqlamasında deyib ki, cəmiyyətdən təklif gəlsə və parlament qəbul etsə, hər şey mümkün ola bilər.konkret.az

Bazar günündən iyulun 5-dək qoyulan qadağaların

İkihəftəlik sərt karantin rejiminin şərtləri açıqlanıb.
Bu barədə Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva məlumat verib.

Qurum rəsmisi bildirib ki, şərtlərə SMS xəbərdarlıq və xüsusi icazə əsasında evdən çıxmanın tətbiq olunması, dövlət və özəl təşkilatlarda məhdudiyyətlər - yəni, müxtəlif vaxtlarda işə başlanılması, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi, ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, bərbərxana, gözəllik salonları və kosmetik xidmətlər, o cümlədən bu xidmətlərin müştərilərin evində və digər məkanlarda xidmətlərin dayandırılması, müzey və sərgi zallarının fəaliyyətinin dayandırılması daxildir.

Bundan başqa, malların satışı və xidmətlərinin göstərilməsi ilə istisnalar nəzərə alınmaqla məhdudiyyətlər tətbiqi, eləcə də açıq havada idman oyunları da qadağandır.milli.az

Eyni zamanda, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkəti, idman, sağlamlıq bərpa üzrə xidmətlər (tibbi xidmətlər istisna), mədəniyyət obyektləri, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti də məhdudiyyətə daxildir. Otellərin fəaliyyətinin bərpası, beynəlxalq səfərlər də qadağandır.

Dəfn mərasimləri istisna olmaqla, yas mərasimlərin təşkili, tədbirlərin təşkili üzrə xidmətlər, təhsil müəssələrində fəaliyyətin dayandırılması, eləcə də 10 nəfərdə artıq qrupda cəmləşməklə bağlı qadağalar qüvvədə qalır.

Xüsusi karantin rejimi dövründə market və apteklər fəaliyyət göstərəcək.

Qeyd edək ki, iyunun 21-dən iyulun 5-dək Bakı, Gəncə, Yevlax, Sumqayıt, Lənkəran şəhərləri və Masallı, Cəlilabad, Abşeron rayonları üzrə xüsusi məhdudiyyətlər tətbiq olunacaq.

“Əgər koronavirusa qarşı peyvənd hazırlanarsa…”“Bu gün koronavirusa qarşı peyvənd hazırlanarsa, Azərbaycan onun alınmasında ilk sıralarda olacaq ölkələrdən biridir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, Azərbaycan koronavirusla mübarizə çərçivəsində bütün imkanlardan maksimum istifadə edir:

“Peyvəndin hazırlanması ilə bağlı hələ heç bir dəqiq informasiya yoxdur. Vətəndaşlarımız əmin ola bilər ki, virus əleyhinə peyvənd əldə olunarsa, Azərbaycan peyvəndi əldə edən ilk ölkələrdən olacaq”.oxu.az

"İcra başçısının polis oğlunun cəzalandırılması barədə xəbərlər həqiqətəuyğun deyil"

“Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının oğlu olan Yasamal Rayon Polis İdarəsinin əməkdaşı Şəhriyar Hüseynzadənin Daxili İşlər Nazirliyi tərəfindən cəzalandırılması barədə iddialar həqiqətəuyğun deyil”. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

DİN rəsmisinin sözlərinə görə, Ş.Hüseynzadə işlədiyi ərazi üzrə xidmət göstərib: “Birmənalı olaraq deyirəm ki, Yasamal rayonunda keçirilən əməliyyat zamanı həmin polis zabitinin hərəkətində, əməlində heç bir qanunsuzluq, qanunupozma, kobudluq olmayıb. Ona görə də ona Daxili İşlər Nazirliyi tərəfindən heç bir cəza verilməyib. Həmin zaman orada olan əməkdaşlarının heç biri qanunazidd hərəkət etməyib. Atasının onu tənbeh etməsinə gəlincə, bu məsələ də araşdırılıb. Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı heç vaxt oğlunun işinə qarışmadığını və elə bir söz demədiyini bildirib. O deyib ki, oğlum Bakıda, mən isə Ağcəbədidəyəm, qətiyyən iddia edilən ifadələri işlətməmişəm”.

 

Qoşa xətti əhəmiyyətsiz hesab edən 3 sürücü - VİDEO

Binəqədi rayonunda qayda pozan sürücülərin görüntülərini oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. İyunun 17-i paytaxtın Binəqədi şossesində hərəkət edən 90-VU-305 qeydiyyat nişanlı "Hyundai" markalı və 90-AP-878 qeydiyyat nişanlı "Nissan" markalı avtomobillərin sürücüləri və bir moped sürücüsü 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətdə hərəkət ediblər.

İddia olunur ki, 90-VU-305 qeydiyyat nişanlı avtomobilin sükanı arxasında polis əməkdaşı olub.

 

Karantin postunu torpaq yolla keçən 1000 sürücü cərimələndi, 3-ü həbs edildi

Ötən həftənin sonlarında karantin postlarını torpaq yolla keçərək rayonlara gedən sürücülərlə bağlı araşdırmalar davam edir. Bu barədə Yol-xeber.az-a Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. O bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində minə yaxın sürücü aşkar edilərək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manatdan 200 manatadək cərimə edilib.

Bundan başqa, xüsusi karantin rejimi qaydalarını pozduğu üçün 3 sürücü inzibati qaydada həbs edilib. Kamran Əliyev onu da əlavə edib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirirlir. Karantin postunu torpaq yolla keçən daha bir neçə sürücü barəsində inzibati qaydada tədbir görüləcək.

Sərt karantin rejimində çimərliyə getmək mümkün olacaqmı?

“Sərt karantin rejimi tətbiq olunan ərazilərdə çimərliyə getmək qadağan ediləcək”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Qeyd edək ki, ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək.

Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq.

Sərt karantin rejimində ictimai nəqliyyat işləyəcəkmi?

“İki həftəlik sərt karantin rejimində ictimai nəqliyyatın fəaliyyəti dayandırılmayacaq”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabineti yanında operativ qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.

O bildirib ki, Bakı metrosu ilə yanaşı, digər ictimai nəqliyyat vasitələri də işləyəcək:

“Bu istiqamətdə heç bir məhdudiyyətin tətbiqi gözlənilmir”.oxu.az

Xəbər lenti