|
IDEA xəbər verir ki, təxminən 5 ha sahəsi olan nəhəng ödənişsiz çimərliyin açılışı Bakıda çimərlik mövsümünün açılışına təsadüf edilib.
Ötən il yaradılmış sözügedən ictimai çimərlikdə daha geniş abadlıq işləri aparılıb, Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsi yaradılıb, sərinləşdirici içkilər və müxtəlif qida məhsulları təklif edən köşklər, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitar qovşaqlar, söhbətgahlar quraşdırılıb, futbol və voleybol meydançaları, avtomobil dayanacağı yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib. Vətəndaşların istirahətinin təşkili üçün çimərlik ərazilərinə kifayət qədər oturacaq və şezlonqlar, ərazi boyunca zibil konteynerləri yerləşdirilib.
Çimərlikdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, insanların lazımi məsafə saxlaması üçün ərazi boyu baryerlər çəkilib, dezinfeksiya dispanserləri qoyulub, karantin və təhlükəsizlik qaydalarına, eləcə də təmizliyə riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.
Yenilənmiş ictimai çimərliyin açılışı zamanı xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 10 nəfər IDEA könüllüsünün iştirakı ilə kiçik təmizlik aksiyası keçirilib və ərazi tullantılardan təmizlənib.
Qeyd olunmalıdır ki, İDEA İctimai Birliyi tərəfindən yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə tamamilə ödənişsizdir. Sözügedən çimərliklərin yaradılmasının məqsədi baxımsız sahilyanı ərazilərin tullantılardan təmizlənməsi və abadlaşdırılması, insanların rahat istirahət etməsi üçün lazımi şəraitin yaradılması, ictimai sağlamlıq və gigiyenanın yaxşılaşdırılması, eləcə də ekoloji və sosial məsuliyyətin təşviq edilməsindən ibarətdir.
IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə Azərbaycan və regionun su bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı layihələr həyata keçirir, Xəzər sahillərində, Kür və digər çaylarda mütəmadi kütləvi təmizlik aksiyaları təşkil edir.
IDEA İctimai Birliyi hər kəsi karantin rejiminin tələblərinə ciddi riayət etməyə, sanitariya normaları və gigiyena qaydalarına əməl etməyə, təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətrafını çirkləndirməməyə və özlərindən sonra tullantı qalmadığına əmin olmağa çağırır.
Bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, dövlət sifarişi əsasında “Hövsan Yaşayış Kompleksi”ndəki binalardan alınmış mənzillərdə müasir tələblərə uyğun yaşayış şərati yaradılıb.
Mənzil və avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin tapşırığı əsasında, 2020-ci ildə bu kateqoriyadan olanlara azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Onlardan bu gün daha 100 mənzil təqdim edilir. Beləliklə, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7800-dək mənzil və fərdi ev təqdim edilib.
Qeyd edilib ki, nazirlik tərəfindən müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Bu gün daha 50 avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara təqdim edilir. (Bölgələrdə yaşayan müharibə əlilləri və onlara bərabər tutulanlar üçün nəzərdə tutulan avtomobillər karantin dövrünün tələbləri nəzərə alınaraq Neftçala rayonunda verilir.) Bununla da nazirlik tərəfindən müharibə əlilləri və onlara bərabər tutulanlara indiyədək 6800 avtomobil verilib.
Azərbaycanda iyunun 17-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 29-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 17-də Abşeron yarımadasında mülayim xəzrinin üstünlük təşkil edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Xəbər verdiyimiz ötən gün Azərbaycanda 367 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Qeyd edək ki, 2 həftədir ki, istirahət günləri və bayram günü insanların çölə çıxmasına qadağa qoyulub. Sərt karantin günlərini evdə keçirmək istəməyən şəxslər bölgələrə üz tutub. Əlbəttə, bu da ölkə ərazisində koronavirusun geniş yayılma riskini artırır. Bu həftə bölgələrdə də insanların çölə çıxmasına qadağa qoyula bilərmi?
Bununla bağlı deputat Cavid Osmanov bildirib ki, 2 həftədir ki, ölkə ərazisində gündəlik koronavirusa yoluxanların sayı artdığına görə Operativ Qərargah tərəfindən ümumilikdə bir sıra tədbirlər müəyyənləşərək həyata keçirilmişdi. Əlbəttə həmin tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğunlaşdırılıb. İki həftədədir ki, tədbiq edilən sərt karantin rejimi bu virusun daha çox yayıldığı bir sıra rayon və şəhərlərdə tədbiq edilir. Keçən həftə şənbə bazar günü 5, bu həftə isə bazar və bazar ertəsi günü 9 rayon və şəhərdə insanların çölə çıxmasına qadağa qoyuldu. Amma çox təəssüf ki, hələ də sosial məsuliyyətini dərk etməyən vətəndaşlarımız var. Bütün dünyada, eləcə də Azərbaycanda bu xəstəliklə bağlı geniş maarifləndirmə işləri aparılır. Bu qədər maarifləndirməyə baxmayaraq hələ də sosial məsuliyyətini dərk etməyən insanlarımız iki günlük təyin olunan sərt karantin günlərində qurulan postları digər yollarla keçərək bölgələrə üz tutublar. Təbii ki, bu çox riskli və təhlükəli addımlardır. Daxili İşlər Nazirliyi tərəfindən həmin şəxslərin bəziləri müəyyən edilib, inzibati məsuliyyətə cəlb olunublar. Əlbəttə bu xoşa gəlməz mənzərədir. Çünki o şəxslər həm özlərini həm də yaxınlarını təhlükə altəna atmış olurlar. Bu cür addımlarla bu virusun yayılma çoğrafiyası daha da artırıla bilər. Əvvəl 5 idisə bu gün isə 9 rayon və şəhərdə sərt karantin rejimi tədbiq edildi. Bu da o deməkdir ki, bu virusun yayılma coğrafiyası daha da genişlənib. Sosial məsuliyyətini dərk etməyən insanlarımız anlamalıdır ki, onlar bu addımları ilə həm də başqa insanların həyatını təhlükəyə atırlar. Həm də bu işə cəlb olunan polislərin, hərbişilərin və həkimlərin zəhmətini heç etmiş olurlar. Gələcəkdə virusun yayılma coğrafiyası artarsa bölgələrdə də sərt karantin rejimi tədbiq edilə bilər"./sonxeber.az
Daxili İşlər Nazirliyi (DİN) bu gün səhər saatlarında Bakının giriş və çıxışlarında yaranmış tıxaclara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, bu gün Bakı şəhərinin giriş və çıxışlarında xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis postlarında müşahidə edilən avtomobil tıxacının aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilib. İlkin araşdırmalarla tıxacın yaranma səbəbləri də məlum olub. Müəyyən edilib ki, xüsusi karantin rejmi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları onlara verilmiş bu imtiyazdan sui-istifadə edərək sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına getməyə cəhd ediblər.
Həmin şəxslərin müəyyən edilərək barələrində qanunauyğun müvafiq tədbirlər görülməsi üçün araşdırmalar aparılır.
Bunu Milli.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
Şöbə müdiri yoluxma sayının daha da artacağı təqdirdə uzunmüddətli sərtləşdirilməyə keçidin qaçılmaz olacağını bildirib:
"Əgər aparılan təhlillər, araşdırmalar yoluxma, ölüm hallarının kəskin artmasını göstərirsə, eyni zamanda əhali arasında aparılan müşahidələr sanitar-gigeyenik normalara əhali, biznes sahibləri tərəfindən tam riayət edilməməsini göstərirsə, kollektiv yoluxma halları baş verirsə, ona uyğun sərtləşdirilmiş tədbirlər ilə bağlı qərarlar qəbul oluna bilər və olunmalıdır da. Bəli, hal-hazırda yoluxma halları artıbdır. Deməli, aprelin sonu mayın əvvəli ilə müqayisədə yoluxma təxminən 300 civarındadır. Yoluxma sayı artıbdır, amma stabil rəqəm saxlanılır. Yəni, 400-500-ə qalxmayıb.
Bu, səhiyyə sisteminin çökməsinə gətirib çıxara bilər
Yoluxma halları nəticəsində xəstələnən, müşahidə altında olan, xəstəxanada müalicə alan xəstələrin sayı artıb. Bu, ilk növbədə, səhiyyə sistemi üçün çox təhlükəlidir və bu, səhiyyə sisteminin çökməsinə gətirib çıxara bilər. Ona görə də buna cavab reaksiyası olaraq dövlət tərəfindən müvafiq tədbirlər görülür və görülməlidir. Əgər bizdə də bu rəqəmlər artarsa və çarpayı fondumuz getdikcə tükənərsə, tibbi yardımın göstərilməsinin keyfiyyəti və tibbi yardım göstərən tibb məssisələrimizin, tibb işçilərimizin yüklənməsi həddindən artıq çox olarsa, bu zaman sərtləşdirmə tətbiq olunmalıdır. Çünki biz nəzərə almalıyıq ki, söhbət təkcə koronaviruslu xəstələrdən getmir. Bizim digər çoxsaylı xəstələrimiz var. Onlara da o müəssisələrdə xidmət göstərilməlidir. Hazırda həftənin iki günü ciddi karantinin tətbiqi, hərəkətin tam məhdudlaşdırılması, zənnimcə, hal-hazırda kifayət olan bir metoddur. Çünki bu imkan verir ki, iki gün ərzində yoluxma, demək olar ki, sıfıra düşür. Hərəkətin tam məhdudlaşdırılmasının tətbiqi imkan verir ki, yoluxma kəskin baş verməsin və iki gün kifayət edir. Bunun effektini bir həftə, iki həftə ilə öyrənməyə də ehtiyac yoxdur. Bu rejim artıq digər ölkələrdə sübuta yetirilib.
İnfeksiaların dayandırılmasının ən effektli metodu baryerdir
Sosial şəbəkələrdə bəzi mütəxəssislərin çıxış etməsi ki, bu iki gün nəyə lazımdır, mən təəssüf edirəm bu cür fikirləri eşitdiyim üçün. Çünki epidemioloqlar, infeksion xəstəliklərlə məşğul olan sovet mütəxəssisləri, müasir mütəxəssislər Avropa, Amerikada, Asiyada fərq eləməz, çoxdan bilirlər ki, infeksiyaların dayandırılmasının ən effektli metodu baryerdir. Yəni, onun yayılmasının qarşısının alınmasıdır. O da insanlar tərəfindən yayılırsa və insandan insana keçirsə, deməli, insanlar arasında kontaktın aradan qaldırılması onun yayılmasının qarşısını almalıdır. Bu, sadə məntiqdir. Məqsəd infeksiyanın yayılmasının tam dayandırılması deyil. Dünyanın heç bir ölkəsində bu yollarla bunu etmək mümkün deyil.
Tibb işçilərinin fəaliyyətində problemlər yaranarsa, ölüm halları artacaqdır
Əsas məqsəd yoluxma sayını azaltmaqdır ki, balans yaransın, müəyyən dərəcədə yoluxmalar olsa da belə tibb işçilərinin, tibb müəssisələrinin tükənməsi baş verməsin. Çünki tibb müəssisələri ilə tibb işçilərinin fəaliyyətində problemlər yaranarsa, o zaman ölüm halları da artacaqdır. Çünki xəstə sayı artdıqca tibb işçiləri öz diqqətlərini, öz qayğılarını paylaşmalı olacaqlar. Heç kim istəmir ki, Azərbaycanda İtaliya, İspaniya, Böyük Britaniya ssenarisi olsun. Xoşbəxtlikdən indiyə qədər aparılan tədbirlər buna imkan vermir. Ona görə bizdə ölüm sayı azdır. Baxmayaraq ki, son 3-4 həftə ərzində artım müşahidə edirik. Ona baxmayaraq çox güclü artım yoxdur. Ona görə də imkan daxilində sərt tədbirlərlə həftə sonu 2 və ya 3 gün hərəkətin məhdudlaşdırılması ilə hazırkı vəziyyətdə yoluxma hallarını stabilləşdirmək və kəskin artımın qarşısını almaq mümkündür.
Yoluxma halı kontroldan çıxarsa, fövqəladə hala keçid ola bilər
Birdən yoluxma halı kontroldan çıxarsa, Azərbaycan xalqının, Azərbaycan vətəndaşının və burada yaşayan insanların sağlamlığı təhdid olunarsa, fövqəladə hal, uzun müddətli hərəkətin məhdudlaşdırılması, bununla yanaşı mart, aprel aylarında tətbiq olunan bütün ölkə əhalisinin icazəli (SMS) çölə çıxması, 65 yaşdan yuxarı olan insanların evdən çıxmasının qadağan edilməsi kimi tədbirlər də görülməlidir və mən əminəm ki, görüləcəkdir".
Son iki həftə ərzində Azərbaycan üzrə narıncı zona sayılan ərazilərdə COVİD-19-a yoluxmanın sayını azaltmaq məqsədilə həftəsonu qapanması tətbiq edilib. Gündəlik yoluxma sayının artımı növbəti həftənin şənbə-bazar günləri də küçəyə çıxma qadağasının tətbiq ediləcəyini istisna etmir.
Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Modern.az-a bildirib ki, hələlik bu barədə danışmaq tezdir:
“Qapanmalarla bağlı TƏBİB tərəfindən təhlillər aparılır. Yəqin ki, buna əsasən qərar veriləcək və ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 6-7-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda, iyunun 14-15-də isə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.
Azərbaycanda korrupsiyanın bulaşmadığı sahə qalmayıb. Artıq bütün dövlət strukturlarında belə halların olması zaman içində üzə çıxır. Hətta hökumət özü də etiraf edir ki, məmurlar talançılıqla məşğul olurlar.
Bu arada araşdırmaçı jurnalistlər, bloggerlər də xeyli araşdırma apararaq, korrupsiya hesabına varlanmış və böyük sərvətə sahib olmuş məmurların kimliyini üzə çıxarmaqda davam edirlər.
Blogger, Meydan TV-nin əməkdaşı Həbib Müntəzir Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsil alan və 2 maşın cangüdənlə gəzən Elmir İsmayılovun sərvətini üzə çıxarıb. O yazır ki, Elmir İsmayılov Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri olmuş Üzeyir Ərəstun oğlu İsmayılovun oğludur. “Üzeyir həm də sabiq nazir Yavər Camalovun qardaşı, işadamı Əlikram Camalovun kürəkənidir”.
Blogger onu da bildirir ki, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Üzeyir İsmayılovun Azərbaycanda iki şirkəti var: “Onlardan biri “UR.EL” MMC, digəri isə “L. MİR” MMC-dir. Oğlu Elmirin isə İstanbulda “MAYAK” adlı Beynəlxalq Yük Daşımaları Şirkəti var. Azərbaycan, Rusiya, İran, Gürcüstan, Çin, Türkiyə və İraqda ofisləri var”.
Meydan TV-nin əməkdaşı Elmir İsmayılovun bahalı maşın həvəskarı olduğunu, hətta Bakı küçələrində sürətlə avtomobil sürməkdə ad çıxardığını iddia edir. O həmçinin məmur oğlunun avtomobil kolleksiyasına daxil olan maşınların bir neçəsinin marka və dövlət qeydiyyat nişanları haqqda da məlumat yayıb.
️Mercedes GL-Class 63 markalı, 90-ZZ-009 avtomobil
Porsche Panamera markalı, 90-ZZ-009 nömrəli avtomobil
️Toyota Camry markalı, 10-AD-011 nömrəli avtomobil
️Mercedes S63 AMG markalı, 90-ZZ-009 nömrəli avtomobil
️Mercedes-Benz Geländewagen markalı, 90-OZ-009 nömrəli avtomobil.
Onun yazdığına görə, Elmirin əmisi Üveysi İsmayılov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavinidir. “Ölkədə mərmər monopoliyasına nəzarət edir. Üveysi İsmayılov Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 26a saylı binanın yaxınlığında 3 mərtəbəli 260 kvadrat metrlik kommersiya obyekti tikdirib. O keçmiş baş prokurorun müavini Rüstəm Usubovun kürəkənidir”.
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. /yenisabah.az/
Nazirlikdən verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq.
Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.
Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı sosial şəbəkədə yayılan şəkilləri ilə bağlı mətbuat üçün açıqlama yayıb.
ÜST ofisindən “Ölkə.Az”a daxil olan mətndə deyilir:
“Əziz dostlar,
Sosial mediada paylaşdığım və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm.
Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.
İyunun 13-də, həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.
Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm”.