|
Vətəndaş hadisə baş verəndən sonra Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanladığını deyib: "Yasamaldakı hadisədən sonra mən ölkə başçımıza, əziz Mehriban xanım Əliyevaya müraciət etdim. Mənim müraciətimə baxıldı, lazımi orqanlara çağrıldım. Məni dinlədilər və məlumat verdilər ki, orada iştirak edən əməkdaşlar cəzalandırılıb. Çox təşəkkür edirəm, minnətdarlığımı bildirirəm ki, mənim bu işimə baxıldı".
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirmişdi ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib: “Qadına və onun həyat yoldaşının ünvanına qarşı yersiz ifadə işlədən polis əməkdaşı Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib”.(qafqazinfo.az)
İyunun 12-də səhər saatlarından etibarən Yasamal rayonu, Tbilisi prospekti, “Çıraq Plaza”nın qarşısında yol keçidinin tikintisi ilə əlaqədar yeni çəkilmiş diametri 315 mm olan polietilen yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinə başlanılıb.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.
Onun sözlərinə görə, bu işin icrası üçün müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Həmin müddətdə Yasamal rayonu, Tbilisi prospekti 47, 49, Ş.Mehdiyev küçəsi 95, 97, 97a, “Tamam” MTK, “Grand Həyat” MTK, 1-ci Alatava qəsəbəsində, o cümlədən Nəsimi rayonu, Salamzadə, A.Əliyev küçələrində bir qrup istehlakçının qaz təchizatında fasilə yaranacaq.
Əlavə olaraq Ə.Topçubasov, 1 ci mikrorayon H.Ələsgərova, E.Qasımzadə, C.Cabbarlı küçələrində də qaz təchizatı məhdudlaşdırılıb. Qaz təchizatının günorta saatlarına qədər bərpası gözlənilir.
Cəlilabadda qaz sızması nəticəsində baş verən partlayışda dünyasını dəyişən həyat yoldaşına görə vətəndaş “Azəriqaz” İstehsalat Birliyinə 900 min manatlıq təzminat məhkəmə iddiası qaldırıb.
Bu barədə “İTV Xəbər”də məlumat verilib.
Daha ətraflı videodan izləyin:
“Qaradağ, Səbail, Binəqədi, Xəzər rayonlarında ötən il yaradılmış 6 ictimai çimərlik dəniz mövsümünə tam hazırdır”.
Bu barədə məlumatı Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Bayram Həsənov REAL TV-yə açıqlamasında deyib. Bildirib ki, çimərlik ərazisində vətəndaşları qaydalar barədə məlumatlandıracaq lövhələr vurulub:
“Çimərlik taxtaları arasında 2 metr, çətirlər arasında isə 4 metr məsafə nəzərdə tutulub. Vətəndaşlar arasında sosial məsafənin qorunması üçün ərazidə iplər çəkilib. İyunun 15-dən sonra çimərlikdə tibb məntəqələri də fəaliyyət göstərəcək. Biz inanırıq ki, görülmüş bu tədbirlər digər çimərliklər üçün də nümunə olacaq”.
Qeyd edək ki, iyun ayının 15-dən ölkədə çimərlik mövsümünə start veriləcək.
Xatırladaq ki, Türkiyə Səhiyyə Nazirliyinin koronavirusla bağlı qərargahının nümayəndəsi, uzman həkim Səma Turan dənizdə duz miqdarı yüksək olduğundan virusun canlı qala bilmə ehtimalının aşağı düşdüyünü və hovuzlara nisbətən daha az təhlükəli olduğunu bildirmişdi. (baku.ws)
Yenə bəşəriyyət, nəfəsini içinə çəkib, səbirsizliklə “koronavirus” əlehinə vaksin gözləyir. Zəhərli dərmanların tez-tez adını və “upakovkasını” dəyişib, avam kütləyə sırıyan farmokoloqlar, belə bir vaksinin olmadığını bilə-bilə, yalandan “axtarışı” davam edirlər. Məzənnəni qaldırmaq məqsədilə, “tapıntını” qəsdən yubadırlar. Halbuk,i belə bir “vaksin” var və naturalist alimlər onu çoxdan bəşəriyyətə təqdim ediblər.
Mən ondan hər gün istifadə edirəm.
GÜNƏŞ ENERJİSİ, HAVA, SU, BİTKİ SƏLTƏNƏTİ və HƏRƏKƏT – bütün vaksinlərin qənimi və bütün dərdlərin dərmanı bu “beşlik”dir. Bundan başqa, dərman və “vaksin” yoxdur! Bu “beşlik”in həll edə bilmədiyi problemi heç bir elm və texnika həll edə bilmir. Görün qüdrətli təbib, 3 ölkənin (Almaniya, Rusiya, İtaliya) tibb elmləri doktoru A.Zalmanov bu haqda nə deyib: “Orqanizm bütövlükdə və hər bir hüceyrə ayrı-ayrılıqda dünyanın bütün akademiyalarından ağıllı və müdrikdir”.
Bəli, biz dünyanın ən mükəmməl və ən mürəkkəb aparatı sayılan, özünü qorumağa, sağaltmağa və təkmilləşdirməyə qadir olan cismimizi hər gün ölü qidalarla və dərmanla zəhərləməsək, bizi qoruyan 70 trilyon əsgəri (hüceyrələr) faydalı elementlərlə müntəzəm təchiz etsək, orqanizm özü hər cür virus daşıyıcısını məhv edər.
Bütün bəhanələri bürüb-büküb bir küncə atın, yuxarıda göstərdiyim təbii “vaksindən” səmərəli istifadə edin və heç bir virusdan qorxmayın!
Ya Rəbbim, sən insanlara dərin zəka və möhkəm iradə əta et!
Ərşad Əzümzadə,
“Ana Təbiət” NGM-nin rəhbəri, yazıçı-jurnalist. /modern.az/
Sərt karantin rejimindən əvvəl və sonra vətəndaşların kənd təsərrüfatı məhsulları ilə təmin edilməsində heç bir problem yaşanmayıb.
Turkustan.info bildirir ki, bunu Axar.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyib. O bildirib ki, həftə sonları küçəyə çıxma qadağası tətbiq edilən şəhər və rayonlarda heç bir məhsul qıtlığı qeydə alınmayıb:
“Bütün satış obyektləri ehtiyatlarını əvvəlcədən görmüşdülər. Bu səbəbdən nə sərt karantin rejiminin tətbiqindən bir gün əvvəl, nə də 1-ci gün kənd təsərrüfatı məhsullarının satışında qıtlıq müşahidə olundu. Növbəti qadağalardan əvvəl və sonra da qıtlıq müşahidə edilməyəcək. Çünki qadağanın bitdiyi gün saat 06.00-da hərəkət bərpa edilir. Həmin vaxtı isə Ələtdə və yaxud Quba istiqamətində, Hacı Zeynalabdin Tağıyev ərazisində maşınlar hazır vəziyyətdə durur. Hərəkət bərpa edildikdən sonra onların bazarlara gəlib çıxmasına isə cəmi 1 saat lazım olur”.
Nazirlik rəsmisi fermerlərə təklif edib ki, sərt karantin tətbiq edilən zaman məhsullarını digər bölgələrə aparsınlar:
“Fermerlər bizə müraciət edir ki, kənd təsərrüfatı mallarını sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara gətirsinlər. Biz bir daha fürsətdən istifadə edib deyirik ki, şəhərə giriş-çıxış bağlı olduğu üçün fermərlər məhsullarını həmin günlərdə gətirməsinlər. Biz bu situasiyada fermerlərə təklif edirik ki, öz məhsullarının digər rayonların bazarlarında satışını təmin etsinlər. Bu karantin rejimi əhalinin sağlamlığı üçün tətbiq edilən qərardır. Bununla yanaşı bölgələrimizdə kənd təsərrüfatı malları kifayət qədər bol, tələbat isə çoxdur. Yəni bu gün Göyçayda fermer üçün məhsulu Bakıya deyil, Ağsuya gətirib satmaq daha çox sərf edir. Bu səbəbdən qadağa tətbiq edilən günlərdə fermerlər öz məhsullarını hərəkətin sərbəst olduğu bölgələrin bazarına çıxarsınlar”.
Bakıda və Abşeronda 40 dərəcə isti, bəzi bölgələrdə isə yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, iyunun 13 və 14-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında, habelə Mərkəzi Aran rayonlarında yüksələcəyi gözlənilir.
Havanın temperaturunun 40-42 dərəcəyədək yüksəlməsi əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür. Lakin bölgələrdə gəldikdə isə bəzi rayonlarda havanın temperaturu aşağı enəcək və yağış yağacaq.
Bununla yanaşı Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Bununla bağlı Xəzər TV sujet hazırlayıb.
Baku.ws xəbər verir ki, yaşayış evlərini iki günlük tərk etməklə bağlı qadağa fonunda insanların rayonlara üz tutması yenidən aktuallaşıb.
Sosial şəbəkədə aktiv müzakirələr zamanı insanlar iki günlük qadağa zamanı Bakını tərk edərək rayonlara üz tutmağa üstünlük verdiklərini açıqlayıblar. Mövcud vəziyyətdə iki günlük qadağalar zamanı vətəndaşların rayonlara üz tutması ilə bağlı Operativ Qərargahın məsələyə münasibətini öyrənməyə çalışdıq. Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, rayonlara gediş-gəlişin bərpası gündəmdə deyil.
Oxu.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev məlumat verib.
O bildirib ki, bu istiqamətdə tədbirlərin görülməsinə çalışılır:
“Bu gün əsas məsələ hava limanlarında qoruyucu vasitələrdən istifadəyə diqqət edilməsi ilə bağlıdır. Biletlərin bahalaşdırılması ilə bağlı məsələ müzakirə mövzusu deyil”.
Oxu.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva məlumat verib.
O bildirib ki, bu məqamdan sui-istifadə edilməməsi tövsiyə edilir:
“Gündəlik istifadə edilən dərmanların tədarükünün əvvəlcədən sifariş edilməsi məqsədəuyğundur. Amma bəzi təxirəsalınmaz hallarda dərmanlar çatdırıla bilər”.