|
Yolda hərəkət axınını saxlayan sürücülər kameraya düşüb. Binəqədi rayonu ərazisində hərəkət edən 90-NV-050 qeydiyyat nişanlı "Kia" markalı və 50-CR-750 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüləri yolun hərəkət olan hissəsində dayanaraq avtomobillərin hərəkətini məhdudlaşdırıb.
Sürücülərdən biri qeyd edir ki, onlar avtomobili orada saxlayaraq yolun kənarındakı adamlarla söhbət ediblər. Nəticədə arxadan gələn avtomobillər dayanmalı olublar, hətta məcburən qayda pozanlar da olub.
Həmin görüntüləri sizə təqdim edirik.
“Road & Traffic” sərgisinin iştirakçıları ilə “sual-cavab” rubrikamızı sizə təqdim edirik!
Suallarımızı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Həbib Həsənov cavablandırdı.
- Pandemiya şəraitində Azərbaycanda avtomobil nəqliyyatı sahəsinin fəaliyyətini ümumən necə qiymətləndirirsiniz? Pandemiya avtomobil daşımalarının hansı sahələrinə daha çox təsir edib?
- Məlum olduğu kimi, ölkəmizdə pandemiyanın təsirinə ən çox məruz qalan sahələrdən biri də avtomobil nəqliyyatı sektorudur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq beynəlxalq istiqamətlər üzrə sərnişin daşımaları tam dayandırılıb, ölkədaxili şəhərlərarası sərnişin daşımalarına isə yalnız Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında icazə verilib.
Ölkəmizdə karantin rejiminin tətbiq olunmasına baxmayaraq, yük daşımaları, taksi xidmətləri və avtobusla şəhərdaxili müntəzəm sərnişin daşımaları ilə bağlı heç bir məhdudiyyət tətbiq edilməyib. Bu baxımdan, qeyd olunan xidmətlərin tələbata uyğun olaraq təmin edilməsi, sürücülərin və sərnişinlərin yoluxmasının qarşısının alınması pandemiya şəraitində qarşımızda duran ən vacib məsələlərdən biridir. Karantin rejimində şəhərdaxili marşrutlar üzrə daşınan sərnişinlərin sayında ümumən azalma olsa da tərəfimizdən mütəmadi olaraq maarifləndirmə işləri və monitorinqlər aparılır, avtobusların salonunda sərnişin sıxlığı ciddi nəzarətdə saxlanılır. Daşıyıcılar və sürücülər tərəfindən sanitariya və gigiyena normalarına riayət edilməsinə ciddi nəzarət edilir, avtobusların salonunda sərnişinlər arasında sosial distansiyanın təmin edilməsi, avtobuslarda və dayanacaq məntəqələrində dezinfeksiya işlərinin aparılması istiqamətində tərəfimizdən kompleks tədbirlər görülür.
Qeyd edim ki, beynəlxalq yük daşımalarında daşıyıcılarımızın digər dövlətlərin ərazilərində tətbiq olunan xüsusi rejimlə bağlı rast gəldikləri çətinliklərə dərhal müdaxilə edilir, qarşı tərəflərin aidiyyəti dövlət orqanları ilə müzakirələr aparılaraq yaranmış çətinliklərin aradan qaldırılması üçün aidiyyəti dövlət orqanları ilə birgə təxirəsalınmaz tədbirlər görülür. Qeyd olunanlarla yanaşı, pandemiya ilə əlaqədar qonşu ölkələrdə olan vətəndaşlarınmızın ölkəmizə daşınması prosesində də yaxından iştirak tərəfimizdən təmin edilir.
Xüsusi karantin rejimində taksi xidmətləri və ölkədaxili yük daşımaları həyata keçirən daşıyıcıların fəaliyyətinin rəsmiləşdirilməsi prosesinin asanlaşdırılması, bu sahədə sui-istifadə hallarına yol verilməməsi məqsədilə daşıyıcılar barədə məlumatlar operativ qaydada tərəfimizdən “icazə.e-gov.az” portalına daxil edilib.
Təbii ki, bu həssas dönəmdə görülən tədbirlərə baxmayaraq sui-istifadə halları da aşkarlanır. Mən yol verilən nöqsanlarla bağlı daşıyıcılara, xüsusilə də yük daşımaları və taksi xidməti həyata keçirən fərdi sahibkarlara üzümü tutaraq onları məsuliyyətli olmağa dəvət edirəm. Bildirirəm ki, karantin rejimi tərəfimizdən bu sahədə çalışan şəxslər üçün bir sınaq müddəti kimi dəyərləndirilir və məsuliyyətsiz hərəkətləri səbəbilə dövlətimizin mənafeyinə zərər vuraraq, hökümət tərəfindən qəbul edilmiş qərarlara əməl etməyən daşıyıcıların fəaliyyətinin qarşısının alınması üçün görüləcək tədbirlər zamanı tərəfimizdən heç bir güzəşt edilməyəcək.
Ölkəmizdə karantin rejiminin bitməməsinə baxmayaraq, hesab edirəm ki, nəqliyyatçılar ölkə başçısının və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək, yaranmış bu xüsusi vəziyyətdə əhalinin və iqtisadiyyatın daşımalara olan tələbatını tam şəkildə təmin etmək üçün səylə çalışırlar.
- COVID 19-un neqativ təsirini azaltmaq üçün hansı tədbirlər görülür və gələcəkdə avtomobil nəqliyyatı sahəsinin necə inkişaf edəcəyi gözlənilir?
Bildiyiniz kimi, koronavirus (COVID-19) pandemiyasının iqtisadiyyata neqativ təsirinin minimuma endirilməsi, təsirə məruz qalan sahibkarlıq subyektlərinin və əhali qrupunun dəstəklənməsi ölkə başçısının xüsusi diqqət mərkəzindədir və bu istiqamətdə kompleks tədbirlər görülür. Buna bariz nümunə kimi, ölkə başçısı tərəfindən martın 19-da koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncamı xüsusilə qeyd etmək lazımdır. Bu Sərəncamdan irəli gələrək biz də öz növbəmizdə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsi üzrə pandemiya nəticəsində zərər çəkən sahibkarlıq subyektlərinə dövlət dəstəyi tədbirlərinin görülməsi və məşğulluqla bağlı yaranan problemlərin aradan qaldırılması məqsədilə aidiyyəti dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində işləyərək müvafiq təkliflər hazırlamış və aidiyyəti üzrə təqdim etmişik.
Avtomobil nəqliyyatı sahəsinin gələcək inkişaf perspektivləri ilə bağlı isə qeyd etmək istərdim ki, cari ilin əvvəlində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən avtomobil nəqliyyatı sahəsinin inkişaf istiqamətləri ilə bağlı ölkə rəhbərliyi tərəfindən nazirliyimizə konkret tapşırıqlar verilib. Həmin tapşırıqlara uyğun olaraq, tərəfimizdən təhlillər aparılıb, müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədilə təkliflər hazırlanıb. Təkliflər avtomobil nəqliyyatı sahəsində tənzimləmə normalarına müasir İKT həllərinin tətbiqi vasitəsilə yenilik gətirilməsini, avtonəqliyyat vasitələri parkının yenilənməsi ilə bağlı mexanizmləri özündə əks etdirir. Pandemiya dövründə də bu istiqamətdə tədbirlərin görülməsinin nə qədər vacib olduğunun bir daha şahidi olduq və həmin təkliflərin həyata keçirilməsinin sürətləndiriliməsi istiqamətində öz səlahiyyətlərimiz çərçivəsində zəruri tədbirlərin görülməsini təmin edəcəyik.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Kamilə Əliyeva bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən yumşalma rejiminə keçib:
"Bilirsiniz ki, Azərbaycanda koronavirusa yoluxanların sayı azalma dinamikası ilə davam edir. Gün ərzində sağalanların sayı yoluxanlardan çox olur. Hazırda xəstəxanda 500-dən az koronavirus xəstəmiz qalır. Ölüm faktı isə demək olar ki, olmur. Əlbəttə, bütün bu müsbət nəticə cənab prezidentin zamanında verdiyi tapşırıqların və göstərişlərin sayəsindədir. Məhz əldə edilən müsbət nəticəyə görə Operativ Qərargah karantin rejimini yumşaldaraq bəzi iş yerlərinin açılmasına icazə verdi. Əlbəttə, bu o demək deyil ki, insanlar bundan sevincək olaraq qoyulan qayda və tələbləri pozsunlar. İkinci dalğa gələrək koronavirusa yoluxanların sayı arta bilər. Ona görə də Operativ Qərargahın qoyduğu qərar və tapşırıqları yerinə yetirməliyik ki, yoluxanların sayı yenidən yüksəlməsin. Toy və yas mərasimlərinə yenidən icazə verilməsinə hələki çox tezdir. Çünki toy və yas mərasimlərində insanlar kütləvi olaraq bir yerə yığışırlar. Mayın 4-nə kimi karantin rejim qüvvədədir. Hələ mayın 4-dən sonra vəziyyətə baxılacaq. Cənab prezident qeyd etdi ki, mayın 4-dən sonra yoluxanların sayı çoxalarsa, karantin rejim yenidən sərtləşdirilə bilər. Ona görə də hələ də yas və toy mərasimlərin keçirilməsinə icazə vermək çox tezdir. Mayın 4-də karantin rejim götürülsə belə biz risk etməməliyik. İnsanlarımızı və özümüzü risk altına atmamalıyıq. Yas və toy mərasimlərinə keçirilməsinə yol verməməliyik. Çünki dünyada xəstəlik davam edir. Koronaviriusla bağlı bizi nə gözlədiyi bilinmir. Kütləvi şəkildə insanların bir yerə yığışması qəti qadağan olunmalıdır. Düzdür, bəzi iş yerləri açılıb. İnsanlar yenə də maskalardan istifadə edəcəklər. Düşünürəm ki, hissə-hissə karantin rejimi yumaşaldılmalıdır. Ona görə də hesab etmirəm ki, tezliklə yas və toy mərasimlərin keçirilməsinə icazə verək".
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması, həmçinin komandirlər, qərargahlar və şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsidir.
Üç mərhələdə baş tutacaq təlimə 20-dən artıq gəmi və kater, 2 helikopter, o cümlədən 700 nəfərədək şəxsi heyət cəlb olunub.
“Əgər koronavirus infeksiyasına yoluxanların sayının azalma tendensiyası belə davam edərsə karantin rejimi ilə bağlı yumşaldılmalar daha da genişləndirilə bilər.Mayın ortalarından etibarən cəmiyyət normal məcrasına dönə bilər”.
Bunu “Ölkə.Az”a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, proses belə davam edərsə və azalma olarsa mayın 4-dən etibarən bir az da yumşaldılma ola bilər: “Mayın ikinci yarısında isə karantin rejimindən tamamilə çıxa bilərik”.
İkinci dalğanın olamasına gəldikdə isə C. İsayev bildirib ki, bu proses daha çox insanlarımızdan asılıdır. “Krantin rejimin yumşaldılması prosesi gedir. Amma bu demək deyil ki, qaydalara, tövsiyyələrə əməl etməyim, buna yol vermək olmaz. Tövsiyyə və qaydalara ciddi əməl olunmalıdır. Bacardığımız qədər özümüzü qorumalıyıq. Nəinki özümüzü başqalarını da... İndi necə hərəkət ediriksə, onda da elə hərəkət etməliyik. İnsanların çox olduğu yerlərə getməkdən, təmaslardan maksimum çəkinməliyik. Bu zaman qaydalara ciddi əməl olunmalıdır.Mayın 11-dək virus gəzdirən xəstələrimizin müddəti artıq qurtarır. Mayin ikinci ongünlüyündən etibarən təhlükə azalmağa başlayacaq. Virus epidemiyasının sönmə prosesi başlayır. Amma bununla belə cəmiyyətdə virus saxlana bilər və ona görə də biz ehtiyat tədbirlərimizi əldən verməməliyik” -C. İsayev bildirib.
Qonşu və digər dövlətlərlə sərhədlərin açılması məsələsinə gəldikdə baş infeksionist bildirib ki, bu məsələdə bir az ehtiyatlı olmalıyıq: “Sərhəd açılacaq ölkələrdəki vəziyyət öyrənilməlidir”.
"Qafqazinfo” məlumatına görə, Aydanın ona verilən əmək haqqı ilə qane olmadığı üçün belə addım atdığı iddia olunub.
Axundovanı yanvar ayından Space TV ilə yollarını ayıran aparıcı Mehin Hümbətova əvəzləyib. Artıq onun ilk çəkilişi baş tutub.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yeni aparıcı ilə bağlı məlumatı "Qafqazinfo”ya təsdiqləyib. Qeyd olunub ki, aparıcı şərtlərlə razılaşmadığı üçün kanalla yollarını ayırıb:
"Kanalda aparıcıların əvəzlənməsi normal prosesdir. Bir şeyi qeyd edək, aparıcılıq da vəzifə deyil ki, ora təyinat olsun. Sadəcə aparıcılıq etdi, şərtlər ürəyincə olmadı və qarşılıqlı razılıq əsasında verilişi tərk etdi.”
Qeyd edək ki, layihənin ilk aparıcısı Hüsniyə Məhərrəmova olub. O, xarici bir şirkətlə əməkdaşlığa başladığı üçün işdən ayrıldığını açıqlayıb.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinin iki yeni xidmət - psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri istifadəyə verilib.
Psixoloji dəstək xətti üç istiqamətdə fəaliyyət göstərəcək:
- Tibbi heyət üçün psixoloji dəstək (COVID-19 xəstələri ilə çalışan tibbi heyət üçün onlayn psixoloji dəstəyin təmin edilməsi, böhran anında onlayn qısa terapiya xidməti);
- İctimaiyyət üçün psixoloji dəstək;
- Xəstələr üçün psixoloji dəstək.
Bildirilib ki, hazırda ölkədə xüsusi karantin rejiminin elan olunduğunu nəzərə alaraq, əhaliyə ehtiyac olmadıqca evdən çıxmamaq tövsiyə olunub. Ölkə ərazisində koronavirus epidemiyasının yayılmasının qarşısını almaq və karantin dövründə tətbiq edilən məhdudiyyətlərə əməl etmək məqsədilə vətəndaşların evdən çıxmadan lazımi poliklinika xidmətləri almaları poliklinik xidmətlərlə bağlı dəstək xətti vasitəsilə mümkündür.
Belə ki, vətəndaşlar səhhətlərində yaranan narahatlığın səbəbi barədə məlumat almaq üçün Agentliyin “1542” Çağrı mərkəzinin poliklinik xidmətlərlə bağlı dəstək xəttinə zəng edə bilərlər. Zəng edən şəxslərin müraciətləri həkim-məsləhətçilər tərəfindən cavablandırılacaq. Müraciətçi ilə söhbət zamanı ehtiyac olarsa, həkim-məsləhətçi Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına və ya onun müalicə həkiminə müraciət etməyi tövsiyə edə bilər.
Xatırladaq ki, Agentliyin Çağrı mərkəzi vasitəsilə koronavirus epidemiyası, icbari tibbi sığorta sistemi, sığorta haqları, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələri, Xidmətlər Zərfi, işə qəbul və s. barədə məlumat almaq da mümkündür.
Vətəndaşlar Çağrı mərkəzinə stasionar və mobil telefonlardan “1542” nömrəsini yığmaqla zəng edə bilərlər.
Vətəndaşlar Çağrı mərkəzinə müraciət etdikdə:
- koronavirus epidemiyası ilə bağlı məlumat almaq üçün - 1542-0
- icbari tibbi sığorta və digər məsələlərlə bağlı məlumat almaq üçün - 1542-1
- psixoloji dəstək üçün - 1542-2
- poliklinik xidmətlərlə bağlı dəstək üçün isə 1542-3 düymələrini seçməlidirlər.
Çağrı mərkəzinin koronavirusla bağlı 1542-0 xətti yeddi gün 24 saat, psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri həftə içi 08:00-dan 22:00-dək, həftə sonu 09:00-dan 21:00-dək, icbari tibbi sığorta ilə bağlı xətti isə iş günlərində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, Agentlik tərəfindən vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, əhaliyə göstərilən xidmətlərin effektivliyinin artırılması, qurumun səlahiyyətinə aid olan məsələlərə operativ baxılması məqsədilə “1542” Çağrı mərkəzi fevral ayından etibarən fəaliyyət göstərir.
“Karantin rejiminin yimşaldılması, hansı obyektlərin fəaliyyətə başlaması araşdırmalar, hesablamalar, təhlükələr nəzərə alınmaqla həyata keçirilir. Əgər ilk etapda bərbərxana və salonlar açılmayıbsa, deməli təhlükə ola biləcəyi ehtimalındandır”.
Bunu modern.az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev karantin rejiminin yumşalması ilə bağlı fikirlərini bölüşərkən deyib.
C.İsayev qeyd edib ki, bərbərxana və qadın salonların açılması növbəti etapda müşahidə edilə bilər:
“Bərbərxana və salonlarda insanların yaxın təması olur. Bu təhlükə səbəbindən həmin obyektlər açılmadı. Buna Operativ Qərargahdakı mütəxəssislər qərar verir. Təhlükə var ki, açmayıblar, olmasaydı, açardılar”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operatv Qərargahın qərarı ilə bu gündən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb. Bir sıra iş yerləri və xidmət sahələrinin fəaliyyətinə icazə verilib.
Koroğlu metrosundan üzü şəhərə gedən yolda yaranan tıxac artıq bir saatdır ki, davam edir. Maşınların hərəkəti demək olar tamamilə dayanıb.
Minik avtomobili, avtobus və taksilər yollarda qalıb.