|
Mərkəzi Bankdan verilən məlumata görə, bu gün ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1.8432 manat, 1 türk lirəsi 0.2438 manat, 1 rus rublu 0.0228 manat, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi isə 0.5287 manatdır.
"Ötən il Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun adından yayılan telefonoqramda qeyd edilmişdi ki, hər il mayın 1-dən noyabrın 15-dək respublikanın iqlim şəraiti nəzərə alınaraq nəqliyyat vasitələrinin arxa və yan şüşələrində sənaye üsulu ilə hazırlanan avtomobillərdə jalüzlərindən istifadəyə icazə verilib.
R. Zeynalovun qərarında göstərilirdi ki, bu barədə qanunvericiliyə əlavə və dəyişikliklər baxılma ərəfəsindədir və qanunda dəyişikliklər edilənədək sürücülər cərimə olunmayacaq.
Artıq 3 gündən sonra növbəti mövsüm başlayır. Lakin bu müddət ərzində qanunvericiliyə bununla bağlı hər hansı bir dəyişiklik edilmədi. Bəs bu il yol polisi bu məsələdə necə davranacaq?
DYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, yay rejimində də jalüzlərdən istifadəyə icazə veriləcək: "Burada söhbət "plyonka"dan yox, jalüzlərdən gedir. Mayın 1-dən noyabrın 15-dək "plyonka" yox, jalüzlərdən istifadəyə icazə verilir. Əvvəlki qanunvericilik qüvvədədir, heç bir dəyişiklik olmayıb".
K. Əliyev "Əks təqdirdə, sürücülər barəsində inzibati tənbeh tədbiri görüləcəkmi?" sualına "Görülə bilər" deyə cavab verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması üçün işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə son günlərdə əlavə olaraq 18 min nəfər ödənişli ictimai işlərə cəlb olunmaqla, bu işlərdə çalışanların sayı 55 minə çatdırılıb.
Eyni zamanda, dövlət başçısının göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, proqramın əhatə etdiyi aztəminatlı şəxslərin sayı 200 mindən 600 minə çatdırılıb.
Bu günədək onlardan 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq.
Ümumilikdə isə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb.
Daxil olmuş müraciətlərin emalı prosesi isə davam edir. Birdəfəlik ödəmələrin təyinatında ünvanlılıq prinsipi üstün tutulur. Xüsusilə aprelin 1-dək işsiz kimi qeydə alınan, çalışdığı qeyri-formal iş yerini xüsusi karantin dövründə itirən, ailə gəlirlərinin daha aşağı səviyyədə olduğu (e-informasiya bazalarının məlumatları əsasında) müəyyən edilən şəxslər diqqətdə saxlanır.
Bununla belə, aztəminatlı işsiz şəxslərlə bağlı bir çox istiqamətlərdə sosial dəstək tədbirləri davam edir:
Həmin şəxslərin işlə təminatı, bunun üçün onlara vakansiyalar, habelə ödənişli ictimai iş yerləri təklif olunur.
İş tapmaqda çətinlik çəkənlərin peşə hazırlığına cəlb edilməsi işləri aparılır.
Kiçik ailə təsərrüfatlarını qurmaq üçün maddi imkanları olmayanlara özünüməşğulluq proqramı çərçivəsində dəstək göstərilir. Bu il minimum 12 min ailə üçün belə təsərrüfatlar qurulur, onlara gəlir əldə etmək imkanları yaradılır.
Qeyri-rəsmi çalışanların müəyyən edilməsi və onların əməyinin rəsmiləşdirilməsi üçün tədbirlər görülür.
Mövcud vəziyyətdə maddi çətinlikləri olan ailələr hazırda ölkədə geniş miqyas alan sosial dəstək aksiyalarından yararlanır. Təkcə aprel ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və sosial tərəfdaşlarla birgə belə ailələrə 28 min ərzaq payı verilib. Daha 30 min ərzaq payının verilməsi nəzərdə tutulub.
Gəlirləri ehtiyac meyarından aşağı olan ailələrin ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunması işləri aparılır. Proqramın şərtləri də yumşaldılır ki, bu da sosial yardım alanların sayının artmasına imkan verib. Təkcə aprel ayında əlavə olaraq 12 min (50 min ailə üzvü) ünvanlı yardım təyin olub və bu yardımı alanların sayı 82 minə (340 min ailə üzvü) çatıb.
Beləliklə, dəstəyə ehtiyacı olan şəxslər müəyyən edilməklə onlarla bağlı bütün istiqamətlərdə sosial müdafiə tədbirləri həyata keçirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına bildirilir ki, aprelin 27-dən bəzi fəaliyyət sahələrinə dair məhdudiyyətlər aradan qaldırıldığından 8103 nömrəsinə icazə almaq üçün aşağıdakı hallarda müraciət olunacaq:
1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
2 rəqəmi - hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir);
3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.
Xezerxeber.az xəbər verir ki, bunu bir müddət əvvəl Azərbaycana gələn Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Turanə Rəsulova deyib.
Onun sözlərinə görə, nəinki Azərbaycanda, eləcə də bütün dünyada koronavirus yenidən daha pis formada baş qaldıra bilər.
Odur ki, insanlar mütləq qaydada qoyulan bütün tələblərə əməl etməlidir.
Ümumdünya Səhiyyə Təşkilatının üzvü həmçinin bildirib ki, artıq xəstəliklə bağlı 2 vaksin üzərində araşdırma aparılır və yaxın vaxtlarda sınağa buraxılacaq.
Turanə Rəsulova həmçinin əlavə edib ki, Bakıdakı yoxlama işləri yüksək səviyyədə gedir.
ÜST-ün nümayəndələri yaxın vaxtlarda bölgələrə də səfər edərək oradakı vəziyyəti yerində araşdıracaqlar.
Daxili İşlər Nazirliyi “ASAN könüllüləri” və “Azərsun”dan polislərə təşəkkür aksiyasını yüksək qiymətləndirir.
Daxili İşlər Nazirliyi “ASAN könüllüləri” və “Azərsun” -a öz təşəkkürünü bildirib. Təşəkkürdə bildirilir ki, " Paytaxt ərazisində stasionar postlarda xidmət aparan polis əməkdaşlarına ASAN könüllüləri tərəfindən "Azərsun" məhsullarının hədiyyəsi maraqla qarşılanmaqla sosial şəbəkələrdə cəmiyyət tərəfindən dəstəklənir. Nəcib təşəbbüs cəmiyyətin ümumi məsələlərə münasibətini əks etdirir.
#VAROLUN sosial çağırışı ilə həyata keçirilən layihə çərçivəsində DİN əməkdaşlarına vətəndaşlarımızın təşəkkür mesajları çatdırılır. Bu dəstək, bizə güc verir, xüsusi karantin rejimində fasiləsiz xidmətə cəlb olunan daxili işlər orqanlarının hər bir əməkdaşında həvəs yaradır, böyük məsuliyyət və fədakarlıqla “Biz birlikdə güclüyük” şüarına sadiq qalaraq, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə ruhlandırır.
Bu nəcib təşəbüsün təşkilatçılarına minnətdarlığımızı bildirir, “ASAN Könüllüləri" Təşkilatı "Azərsun" Holdinqin xüsusi karantin rejimi dövründəki sosial təşəbbüsünü alqışlayaraq təşəkkür edirik.
VAROLUN!"
Ölkədə tətbiq olunan karantin rejimi müddətində ciddi nəzarət altında fəaliyyət göstərən və əhalinin təhlükəsizlik və rahatlığının təmin edilməsi istiqamətində üzərinə əsas yük düşən sektorlardan biri də ictimai nəqliyyat sektorudur. 31 mart 2020-ci il saat 22:00-dan Bakı metrosunun fəaliyyətinin dayandırılması isə sərnişindaşıma sahəsində səlahiyyətli qurumlardan biri kimi Bakı Nəqliyyat Agentliyinin (BNA) məsuliyyətini daha da artırıb. Üstəgəl 18 aprel 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılıb.
Yol-xeber.az-ın məlumatına görə nəqliyyat üzrə ekspert Azər Allahverənov “Report”a açıqlamasında bildirib ki, karantin müddətinin uzadılması ictimai nəqliyyatda birbaşa olaraq çox da ciddi problemə səbəb olmayıb:
“Bu gün ictimai nəqliyyat sektoru insanların təhlükəsiz şəkildə və hər hansı ləngimə olmadan bir məntəqədən digərinə daşınılması funksiyasını üzərinə götürüb. Metro xətlərinin də bağlı olması səbəbilə sərnişinlərin böyük qismi avtobuslardan istifadə edir. BNA-nın əsas məqsədi xəttə buraxılan avtobusların sayını artırmaq, xüsusilə də iritutumlu avtobusların istifadəyə verilməsidir ki, insanların rahat şəkildə daşınması həyata keçirilsin. İkinci prioritet isə təhlükəsizliyin təmin edilməsidir. Əsasən də, koronavirus şəraitində təhlükəsiz daşınma olduqca vacib məsələdir. Bu istiqamətdə avtobusların içində sosial məsafə tətbiq edilir, salonda sıxlıq yaşanmasın deyə sürücülər nisbətən az sayda sərnişin götürməyə məcbur olur. Bu kimi tədbirlərin həyata keçirilməsi ictimai nəqliyyatdan istifadə edənlərin təhlükəsiz şəkildə daşınmasına xidmət edir. Karantin rejiminin tətbiq edildiyi ilk vaxtlarda bu sahədə müəyyən problemlər var idi. Xüsusən, günün pik saatlarında dayanacaqlarda çox saylı insanların toplaşması, sərnişinlərin avtobuslarda sosial məsafə gözləməməsi, qoruyucu maska və ya əlcəklərdən istifadə etməməsi müşahidə olunurdu. Sonrakı mərhələdə isə maarifləndirmə işlərinin aparılması, əlavə avtobusların xəttə buraxılması və digər tədbirlər bu problemləri qismən aradan qaldırdı”.
Ekspert qeyd edib ki, sərnişinlər arasında da avtobusların fəaliyyəti ilə bağlı ciddi narazılıqlar müşahidə edilmir:
“Faktiki olaraq bu gün hərəkətdə olan sərnişinlər karantin rejiminin qaydalarına uyğunlaşıb və elə də gözəçaracaq dərəcədə problemlər yaşanmır. İctimaiyyətin ümumi gedişata reaksiyası və ya sosial şəbəkədə gedən müzakirələrdən də görürük ki, bu gün ictimai nəqliyyat sektorunda ciddi problemlər yaşanmır. Kifayət qədər sayda avtobusların xəttə buraxılması, iritutumlu avtobusların istifadəyə verilməsi, yollarda tıxacın olmaması avtobusların hərəkətində intensivliyin qorunmasına xidmət edir. Əvvəllər insanlar dayanacaqda hansısa avtobusu uzun müddət gözləməli olduqlarından şikayət edirdilər. Bunun səbəblərindən biri də yollarda yaşanan tıxac idi. Nəticədə avtobuslar bəzən müəyyən olunmuş vaxtda dayanacağa çatmırdı. Bu kimi məsələlər mövcud karantin rejimində öz həllini tapıb. Fəal müdaxilələr nəticəsində bu məsələlərlə bağlı çox ciddi problemlər yaşanmır. Sərnişinlərin də narazılığına səbəb olacaq ciddi məsələlər yoxdur. Hansısa xırda problemlər varsa, o da zaman keçdikcə həllini tapacaq”.
"Metronun açılması məsələsi müzakirə olunur".
Bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. O bildirib ki, karantin dövründə yerüstü nəqliyyata üstünlük verilməlidir:"Karantinin yumşaldılması prosesində metronun açılması da müzakirə olunur".
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, ictimai nəqliyyatda davranış qaydaları da hazırlanır.