Həftənin şənbə və bazar günləri işləyən şəxslər və jurnalistlərlə bağlı DİNDƏN AÇIQLAMA
“İcazəsi olan şəxslər qeyri-iş günlərində evdən çıxmaq üçün digər vətəndaşlar kimi 8103 qısa SMS xidmətindən istifadə etməlidirlər”.

Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

E. Zahidovun sözlərinə görə, həmin şəxslərə icazə yalnız işə gedib-gəlmək üçün verilib, istirahət günü onlar da digər şəxslərlə eyni hüquqa malik olurlar.

O bildirib ki, həftənin bütün günü işləyən şəxslər, o cümlədən jurnalistlər polislər tərəfindən nəzərə alınacaq.

Qeyd edək ki, DİN mətbuat xidmətinin yaydığı məlumatda ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslərin yalnız həftənin iş günlərində icazə almadan hərəkət edə biləcəyi açıqlanıb.

Sabah qar yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Aprelin 24-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 3-6, gündüz 0-3 dərəcə şaxta olacaq.

Bu  yollarda sürət həddi endirildi
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

"Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir", - qurum bəyan edib. 

190 manata görə SMS almayanların nəzərinə!
Hazırda işsiz statusunun verilməsi və işsiz vətəndaşlara birdəfəlik müavinətin ödənilməsi ilə bağlı fəaliyyət göstərən sistemdə heç bir yüklənmə yoxdur.

 Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

İşsiz statusunun verilməsi və vətəndaşlara müavinət almaqdan ötrü daha çox e-sosial.az portalı vasitəsilə qeydiyyatdan keçməyi tövsiyə edən B.Hüseynov qeyd edib ki, müraciət edən vətəndaşa işsiz statusu bir gün ərzində verilir.

Bəzi vətəndaşlara müraciətləri ilə bağlı SMS-in gec gəlməsi və ya gəlməməsi məsələsində də münasibət bildirən B.Hüseynov qeyd edib ki, SMS-in göndərilməsi ilə bağlı xüsusi bir tarix müəyyən edilməyib:

“Vətəndaşa SMS elektron bazaya daxil olan məlumat əsasında göndərilir. Vətəndaşlar “Azərpoçt”un rəsmi intrenet ünvanından ödəniş alıb-almadıqları, vəsaitin köçürülüb-köçürülmədiyi barədə informasiya ala bilərlər. Bunun çox asan yolu var. Vətəndaş sayta daxil olduqda elə ilk interfeysdə sorğu bölməsi açılır.

Orada şəxsiyyət vəsiqəsinin FİN kodunu qeyd edib “mən robot deyiləm” düyməsini seçirlər. Bundan sonra onlara məlumat təqdim edilir və burada qeyd edilir ki, sizə ödəniş verilib, gedib ala bilərsiniz, yaxud sizin haqqınızda heç bir məlumat tapılmadı. Əgər “heç bir məlumat tapılmadı” infromasiyası verilirsə, deməli, hələ onun müraciətinə baxılmayıb.

Ər və arvadın müraciəti 4-5 elektron baza əsasında araşdırılır. Araşdırma zamanı müraciətlə bağlı hansısa dövlət qurumunun bazasından məlumat daha tez üzə çıxır. Bu halda, həmin vətəndaşa da SMS daha tez göndərilir".

Bu işsizlərə 250 manat veriləcək
Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd ödənişi davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərini də əhatə edir.

Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın günlərdə həmin şəxslərə fasilə yaranmış dövr üzrə təqaüdlərinin ödənişi təmin olunacaq.

Bu sosial müdafiə tədbiri 500-dən çox müdavimi əhatə edəcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilirlər. Bu da onların əmək bazarına çıxışına və məşğulluğunun təminatına imkan yaradır. Peşə hazırlığına cəlb olunanlara hər ay minimum əmək haqqı qədər (250 manat) təqaüd verilir.

Karantin rejiminin pozan 1208 sürücü cərimələndi
Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 22.04.2020-ci il saat 00:00-dan 23.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat açıqlanıb.

DYP-dən  verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 22.04.2020-ci il saat 00:00-dan 23.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 208 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 36 364 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bakıda aptekə silahlı basqın
Bakıda aptekə basqın edilib.

 APA xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisindəki "Vita" aptekdə qeydə alınıb.

Naməlum şəxs əlində silahəbənzər əşya ilə aptekə daxil olaraq, orada çalışan şəhər sakini, 1988-ci il təvəllüdlü Esmira İbadovanı hədələyib, kassadan 700 manatı götürüb və hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci(quldurluq) maddəsilə cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin tapılması barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİQQƏT: Bunu edən xəbər saytı rəhbərləri həbs edilə bilər
“Azərbaycanda saytların oxunma sayı ilə bağlı dəqiq rəqəm demək mümkün deyil. Saytlarda sayğaclar var və onu sadəcə inzibatçılar görə bilir. Süni rəqəm yaratmaq investorları və reklamçıları aldatmaq deməkdir. Bunun nəticəsi həbsdir. Ən yaxşı halda investor layihədən çıxa, yaxud inzibatçını kənarlaşdıra bilər. İnvestorlar və reklamçıların bu cür insanları məhkəməyə verməsi də mümkündür".

Bu sözləriredaktor.az-a danışarkən İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov deyib. O bilidirib ki, Azərbaycan internet sistemində kibercinayətkarlıq, hüquq pozuntularının qarşısının alınması ilə bağlı cəzalandırma o qədər də tətbiq olunmayıb:

"Saytların oxunma sayının şişirdilməsi onunla əlaqədardır ki, hər bir saytın arxasında investor durur. Buna görə də onlar müəyyən mənada reklama maraqlıdırlar. Bəzən də reklamçılara bağlı olurlar. Bu qlobal problemdir və hər yerdə bu cür məsələlər var. Sayt rəhbərləri, inzibatçıları müəyyən mənada istifadəçilərin sayını artırmaqla, reklamçılar üçün saytları daha cəlb edici edirlər. Lakin ABŞ, eləcədə Avropa ölkələrində real olaraq bu cür əməllər cinayət xarakteri daşıyır. Qanunvericiliyi pozmuş şəxslərə qarşı müxtəlif formalarda cəzalar tətbiq olunur".

Xəbərlər.az

İKT mütəxəssisi qeyd edib ki, belə saxtakarlığı aşkar etməyin yolları da var:

"Adətən investorlar internetdən uzaq insanlar olurlar. Çünki, bu işlə məşğul olmaq üçün texniki biliyə ehtiyac var. Buna görə onlara mütəxəssislər kömək edə bilərlər. Müəyyən proqramlar, tətbiqlər var ki, onların köməyi ilə oxunma sayını müəyyənləşdirmək mümkündür. Bəzi qlobal resurslar var ki, bu proqramlara istədiyimiz saytın URL ünvanını daxil edərək, təxmini sayı öyrənmək olar".

Qaz, işıq və suya borcu olanlara VACİB XƏBƏR VAR
Xüsusi karantin rejimində evdən çıxmayan vətəndaşlar kommunal xidmətlərdən daha çox istifadə edir. Belə olan halda, vətəndaşların bu istiqamətdə xərcləri artır. Bəs bu günlərdə borca görə, vətəndaşın qazı, suyu və işığı kəsilə bilərmi? Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyir ki, COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər çərçivəsində bu günlərdə borca görə heç kimin suyu kəsilə bilməz.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Daha ətraflə videodan izləyin:

Bu şəxslərə karantindən sonra ev veriləcək
Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə keçirdiyi iclasda dövlət başçısının sosial sahə ilə bağlı tapşırıqlarının icrası istiqamətində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində videobağlantı formasında kollegiya iclası keçirilib.

 Nazirlikdən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il həssas qruplarla bağlı nəzərdə tutulan bütün sosial proqramlar, eləcə də sosial müdafiə və aktiv məşğuluq proqramlarının genişləndirilməsi ilə bağlı planlar tam icra olunacaq.

Xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni alınan mənzillərin verilməsinə başlanacaq, bu il onlara 1500 mənzil verilməlidir, həmçinin müharibə əlillərinə avtomobillərin verilməsi işləri də davam edəcək.

Xəbər lenti