Yollarda problem:                                           "Bəzi küçə və prospektlərdə binalar, obyektlər yola çox yaxındır"
Bəs Bakıda xüsusi avtobus zolaqlarının yaradılması üçün infrastruktur nə dərədəcə əlverişlidir?

Marşrut xətləri üzrə avtobusların fasiləsiz hərəkətini təmin etmək və tıxacların qarşısını almaqla ictimai nəqliyyatı sərnişinlər üçün daha cəlbedici vəziyyətə gətirmək önəmli məsələlərdən biridir. Bu isə xüsusi avtobus zolaqlarının yaradılması məsələsini aktual edir.

Karantin dövründə aparılan müşahidələr isə avtobuslar üçün xüsusi xətlərin yaradılmasının əhəmiyyətini bir daha sübut etdi. Belə ki, avtomobillərin yoxlanılması üçün yaradılan postlar bir sıra yollarda sıxlıqlar yaratmaqla avtobusların hərəkət cədvəlinin pozulmasına səbəb olurdu.

Bəs Bakıda xüsusi avtobus zolaqlarının yaradılması üçün infrastruktur nə dərədəcə əlverişlidir?

 

Yol-xeber.az-ın məlumatına görə məsələ ilə bağlı "MediaPost"a açıqlama verən nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirdi ki,son zamanlar tıxacların aradan qaldırılması üçün bütün variantlar nəzərdən keçirilir:

"Xüsusilə də, avtobusların tıxaca düşməməsi ilə bağlı araşdırmalar aparılır. Bu araşdırmalardan və dünya təcrübəsindən yola çıxaraq deyə bilərik ki, avtobuslara xüsusi zolaq ayırmaqla onların dayanmadan hərəkətinin davam etməsini təmin etmək mümkündür. Bakı Nəqliyyat Agentliyi (BNA) bununla bağlı bir sıra araşdırmalar aparır".

Ekspert xüsusi zolaqların tətbiqinin reallığına nəzər saldıqda bir sıra problemlərin ortaya çıxdığına diqqət çəkir:

"Bəzi küçələrdə zolaqların tətbiqinin demək olar ki, mümkün olmadığını görürük. Çünki bəzi küçə və prospektlərdə yaşayış binaları, tikililər və obyektlər yola çox yaxın olduğu üçün orada əlavə zolaq artırmağa imkan yoxdur. Burada avtobuslar üçün əlavə zolaq yaradıldığı halda, avtomobillər və digər nəqliyyat vasitələri üçün zolaqların sayını azaltmaq məcburiyyətində qalırıq. Zolaqların yaradılması üçün həmin küçələrdə müəyyən söküntü və genişləndirilmələr aparıla bilər ki, bu da iqtisadi cəhətdən o qədər də səmərəli deyil. Bu səbəbdən də, avtobuslar üçün əlavə zolaq yaratmaq hər yerdə mümkün olmur. Yeni yaradılan küçələrdə isə bu məsələni nəzərə almaq vacibdir".

Y. Mustafayevin sözlərinə görə, Türkiyənin və digər ölkələrin böyük şəhərlərdə belə təcrübə mövcuddur:

"Məsələn, İstanbulda metrobus adlanan hərəkət sistemi var. Burada çoxtutumlu avtobuslar üçün xüsusi hasarlanmış zolaqlar mövcuddur ki, burada reysə istənilən sayda avtobuslar buraxmaq mümkün olur. Hətta avtobuslar metro kimi 1-3 dəqiqə interval ilə zolağa daxil ola bilər. Yəni, bu nəqliyyat vasitəsi sərnişindaşımada kifayət qədər böyük həcmə malikdir və effektiv sistemdir".

Azərbaycan polisinin ağır iş rejimi; nəzarət və xidmət - VİDEO
Vaqif Əsədov: "Yoluxmanın hər gün azalması həm də polisin xidmətinin nəticəsidir"

Xüsusi karantin günlərində iş rejimini daha da gücləndirən sahələrdən biri də hüquq-mühafizə orqanlarıdır.
Polislərin pik saatlarda işi daha çətin olur. Çünki onlar karantin postlarında bütün avtomobilləri və sərnişinləri yoxlamalı olurlar. Yol polisi həm də hərəkətin təşkili və təhlükəsizliyi kimi agır funksiyanı yerinə yetirməli olurlar. Belə olan halda DYP əməkdaşları daha çox əziyyət çəkir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Yol-xeber.az-a bildirib ki, karantin tələblərinin yerinə yetirilməsi virusa yoxulma sayının azaldılmasına imkan verir. Bu sahədə yol polisinin, ümumiyyətlə, polisin üzərinə böyük iş düşür. Yoluxmanın hər gün azalması həm də polisin xidmətinin nəticəsidir."
Yol polisi əməkdaşı Emil Cavadov bildirib ki, polis gün ərzində ayaqüstə dayanaraq xidmət aparır, qayda pozuntu aşkar etdikdə qanunun tələblərinə əsasən birmənalı şəkildə cərimə tərtib olunur".

 

 
Ağdam polisi “Evdə qal” aksiyasına qoşulub - FOTO
Asayiş keşikçiləri maddi imkanı zəif olan sakinlərə sovqatlar paylayıblar

Polis əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət etməklə yanaşı, vaxtaşırı olaraq “Evdə qal” aksiyası çərçivəsində evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrə yardım tədbirləri keçirirlər. Daxili İşlər Nazirliyini Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, bu istiqamətdə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları da mütəmadi olaraq tədbirləri davam etdirirlər. Bu tədbirlər çərçivəsində rayonun cəbhəboyu kəndlərində yaşayan maddi imkanı zəif olan sakinlərə və tənha yaşayan yaşlılara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar verilib. Həmçinin polis əməkdaşları hər bir sakinlə ayrı-ayrılıqda profilaktiki söhbətlər aparıb, onlara evdə qalmaqlarının vacibliyini izah ediblər.

 

Azərbaycanda koronavirus yenidən alovlana bilər
“Azərbaycanda koronavirus bitməyib. Əgər karantin tamamilə aradan qaldırılsa, xəstəlik yenidən alovlana bilər”.

Oxu.az xəbər verir ki, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. 

Onun sözlərinə görə, insanların gigiyenik qaydalara əməl etmələri ən azı bu ilin sonuna qədər vacibdir:

“Azərbaycanda aparılan izolyasiya tədbirləri xəstəlik sayında azalmalara səbəb olub. Xəstəliyin sürətlə artmadığını görürük. Növbəti dalğaya hazır olmaq üçün sistemlərin gücləndirilməsinə ehtiyac var”.

190 manatı almaq istəyənlərin nəzərinə
Hələ də 190 manat birdəfəlik ödəmənin təyini ilə bağlı xəbərdarlıq sms-ni almayanlar var. Bu, o zaman baş verir ki, vətəndaş qeydiyyatdan keçən zaman mobil nömrənin rəqəmlərindən birini və ya bir neçəsini səhv yazır. Nəticədə, xəbərdarlıq SMS-i başqa şəxsin telefonuna göndərilir.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Hələ də 190 manat birdəfəlik ödəmənin təyini ilə bağlı xəbərdarlıq sms-ni almayanlar var. Bu, o zaman baş verir ki, vətəndaş qeydiyyatdan keçən zaman mobil nömrənin rəqəmlərindən birini və ya bir neçəsini səhv yazır. Nəticədə, xəbərdarlıq SMS-i başqa şəxsin telefonuna göndərilir.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Pay torpağı olan kəndçilərə 190 manat verilsin
“Kəndlərdə adına kiçik pay torpağı olan insanlara da 190 manat birdəfəlik yardım şamil edilməlidir”

Belə bir təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli çııxş edib.

Ə. Məsimli deyib ki, yerli icra strukturları kəndlərdə məhəllə-məhəllə hansı ailələrin yardıma ehtiyacı olduğu barədə siyahılar hazırlayıb: “Bu məlumatlar da sosial yardımlar üçün istifadə edilməlidir. Ümumiyyətlə, sosial yardım sistemi təkmilləşdirilməlidir”.

 Deputat Aydın Mirzəzadə də pay torpaqlarından istifadə edə bilməyən kəndçilərə 190 manatlıq yardım verilməsini təklif edib. A.Mirzəzadənin sözlərinə görə, Əmək  və Əhalinin sosial müdafiəsini nazirliynin yerli şöbələri bu istiqamətdə məsələni araşdıraraq müvafiq addımlar atmalıdır ki, həmin insanlar da dövlətin yarıdmından faydlansın.

Sabah Ramazan ayı başlayır
Sabah Azərbaycanda Ramazan ayı başlayır.

Bu il ölkə ərazisinin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edib.

Ramazan ayının builki təqviminə görə Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir. Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək. Həmin gün Fitr (Ramazan) bayramıdır. Niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür.

Ramazan ayının başlanması ilə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının yaydığı fətvaya görə, xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimizə söykənən dini mərasimlərin (ehsan, mövlud və s.) keçirilməməsi tövsiyə edilir. Şəri baxımdan vacib olan dəfn mərasimləri şəriət qaydalarına əməl edilməsi şərti ilə karantin dövründə məhdud çərçivədə həyata keçirilməlidir. İftar süfrəsinin də hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırılıb. Bildirilib ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır.

Ramazan ayında insanlar oruc tutmalı, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər.

Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.

Digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir. 

“Şəhidlər həftəsi” elan olunsun
Deputat Azərbaycanda “Şəhidlər həftəsi”nin elan olunmasını təkilf edib.

Belə bir təkliflə deputat Məlahət İbrahimqızı çıxış edib.

Onun sözlərinə görə, bu gün dünyanın bir sıra ölkələrində ildə şəhidlər həftəsi keçirilir. “Təklif edərdim ki, Azərbaycanda ildə  bir dəfə “Şəhidlər həftəsi” elan olunsun. Düzdür, biz ilin bütün günlərində şəhidlərin xatirəsini hər gün yad edirik və onların qarşısında baş əyirik. Amma buna baxmayaraq  digər ölkələrdə olduğu kimi Azərbaycanda da “Şəhidlər həftəsi”elan olunsun”- M. İbrahimqızı bildirib.

 Bununla belə deputat Azərbaycanda ildə bir dəfə “Könüllülər həftəsi” elan olunmasını təklif edib.

Qış geri qayıdır
Azərbaycanın dağlıq rayonlarına qar yağıb.

Bəzi ərazilərə yağan qarın hündürlüyü 10 sm-dən çox olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Azərbaycanın rayonlarında isə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər duman olacaq, mülayim qərb küləyi əsəcək.

Quba və Gədəbəy rayonlarından çəkilmiş fotoları təqdim edirik.Azərbaycana qar yağdı   - FOTOLARAzərbaycana qar yağdı   - FOTOLARAzərbaycana qar yağdı   - FOTOLAR

Xəbər lenti