|
"Problemli kəsişmədən çıxdıqdan sonra bəzi sürücülər aqressivləşərək sürət həddini aşır".
Yol-xeber.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında yol-nəqliyyat eksperti Rauf Ağamirzəyev problemli kəsişmələrdə yaranan tıxaclarla bağlı danışarkən deyib. Ekspert bildirib ki, paytaxt yollarının hazırkı quruluşu sürücləri sürəti artırmağa stimullaşdırır:
“Tıxaclara səbəb olan amillərdən biri də yol infrastrukturu ilə bağlıdır. Bəzi yolların həddən artıq geniş olmasına baxmayaraq, yenə də tıxac yaranır. Bu da "butulka effekti"dir. Yəni geniş yol sonda nəqliyyatın axınına təsir edir. Geniş yoldan dar küçələrə keçdikdə sürət azalır və tıxac yaranır. Tıxacda qalan sürücülər isə təbii olaraq aqressiv olur. Yollarımızn dizaynını bir az dəyişdirmək, dünya təcrübəsində olan nümunələri tətbiq etmək, geniş yollarda təhlükəsizlik adacıqlarının quraşdırılması bu aqressiyanın qarşısını alacaq”.
Ekspertin fikrincə, problemli kəsişmələrdə qəzaların qarşısını almaq üçün mərkəzi yerlərdə sürət həddi aşağı endirilməldir:
“Şəhər daxilində yerləşən küçələrdə sürət məhdudiyyəti 50 km/saat-a, insanların daha çox hərəkət etdiyi yerlərdə isə 30 km/saat-a salınmasını təklif edərdim. Sürətin çox olması sonda avtomobil qəzalarının baş verməsinə səbəb ola bilir”.
R.Ağamirzəyev Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən bir sıra yol kəsişmələrində tətbiq olunan sarı tor mexanizmindən də bəhs edib:
“BNA-nın sözügedən layihəsi artıq 15 yolda tətbiq olunub və hesab edirəm ki, öz effektiv təsirini göstərib. Sarı kəsişmə torunun mahiyyəti sürücüləri məhz belə tıxanma riski olan kəsişmədə daha diqqətli olmağa və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlamağa sövq etməkdir”.
Bakı şəhərində fəaliyyət göstərən avtobuslarda müxtəlif vaxtlarda sürücü və sərnişinlər arasında konfliktlərə rast gəlinir. Bəzən avtobus sürücüləri xoşagəlməz davranışlar etdikdə sərnişinlər bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etmir və məsələni sosial şəbəkələrdə ictimailəşdirməklə kifayətlənirlər.
Yol-xeber.az-ın məlumatına görə nəqliyyat üzrə ekspert Yasin Mustafayev Qaynarinfo saytına verdiyi açıqlamada bildirib ki, hər iki addım sürücülərin cəzalandırılması üçün təsirli olsa da, rəsmi müraciət daha məqsədəuyğundur:
"Sərnişin və sürücü arasında gərginliklər tez-tez baş verir. Bu hadisələrdə hər iki tərəfdə günah olur. Belə olan halda tərəflər bir-birini qarşılıqlı ittiham edirlər. Bu cür vəziyyətlərin aradan qaldırılması üçün məsələni rəsmi şəkildə həll etsək daha doğru olar. Yanlış davranışlara yol verən sürücülərin BNA tərəfindən cəzalandırılması həyata keçirilir. Amma bu işdə sosial şəbəkələrin gücünü də qeyd etmək istəyirəm. Sosial şəbəkələrin son zamanlar təsiri çoxdur. Sosial şəbəkələrdə bir məsələ ictimailəşəndə, o, aidiyyatı qurumlara da gedib çatır. Onlar da tez bir zamanda reaskiya verir, tədbir görürlər. Odur ki, sosial şəbəkələrin də rolun yox saymaq olmaz. Amma rəsmi müraciət olunarsa, həmin vəziyyətin video və ya fotosunu çəkərək bir neçə şahidin iştirakı ilə bir akt tərtib edilərsə, təbii ki, bu barədə tədbir görüləcək. Biz bunun müxtəlif vaxtlarda şahidi oluruq ki, BNA tərəfindən sürücülərin cəzalandırılması və digər tədbirlər həyata keçirilir. Düşünürəm ki, hər iki hal tətbiq oluna bilər. Yəni həm sürücülərin etdiyi xoşagəlməz davranış və ya qayda pozuntuları barədə sosial şəbəkələrdə paylaşım etməklə, həm də bu barədə BNA-a müraciət etməklə onların cəzalandırılmasına nail olmaq mümkündür. Bunların iksini də həyata keçirmək lazımdır ki, yaranan problemlərin qarşısı alınsın".
Ekspert qeyd edib ki, bəzən sərnişinlər də sürücüyə güzəştə getmirlər:
"Sərnişinlər də bəzən lazım olmayan yerlərdə avtobusun dayandırılması və digər yersiz tələblər irəli sürürlər ki, bunlar da qəbuledilməzdir. Sürücü bir nəfərdir və təyin olunmuş yerdə avtobusu dayandırmalıdır. Bu məsələlərə məhəl qoymayan sərnişinlərə qarşı da tədbirlər görülməlidir. Belə halları da sosial şəbəkədə paylaşmaq ictimai qınaq yaradır. Amma bu zaman cəmiyyətdə sürücülərə qarşı bir antipatiya da yaranır və sərnişin-sürücü gərginliyi bir qədər də çoxalır. Bununla belə, bir daha qeyd edirəm ki, sosial şəbəkələrin də rolunu tam kənarlaşdırmaq lazım deyil. Çünki orda paylaşılan videoda baş verənlər tam şəffaflıqla görünür və kimin təqsirkar olduğunu təyin etmək mümkün olur. Qeyd edim ki, BNA da hər hansı bir addım atarkən, layihə icra edərkən mütləq yerli vəziyyəti və yerli sakinlərin fikrini nəzərə almalıdır”.
Koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində ölkəmizdə bir sıra sahələr kimi ictimai nəqliyyat sahəsi də nəzarətdə saxlanılır. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən marşrut xətləri üzrə avtobuslarda dezinfeksiya işləri həyata keçirilir.
Həkim-terapevt Afət Zeynalova Avtosfer.az-a verdiyi açıqlamada bu kimi qabaqlayıcı tədbirlərin lazımlı olduğunu qeyd edib: “Bu virus təmasla keçir. Həm havadan damcı yolu ilə, həm də müxtəlif əşyaların üzərində olan tüpürcək vasitəsilə insanlar bu virusa yoluxa bilər. İctimai nəqliyyatda əl tutacaqları və digər hissələr dezinfeksiya edilir ki, virusun keçiricilik faizi azaldılsın. Bu məqsədlə müxtəlif qurumlar dövlət tərəfindən lazımı dezinfeksiya edici maddələrlə təchiz olunub və onlara müəyyən tapşırıqlar verilib. Eyni zamanda avtobuslarda da dezinfeksiya işləri aparılır. Bu, çox müsbət addımdır və belə də olmalıdır. Bakıda hələ ki, karantin olmadığına görə, genişmiqyaslı işlər aparılmır. Sadəcə qabaqlayıcı tədbir kimi bu dezinfeksiya işləri həyata keçirilir. Əgər karantin olsa işlər daha genişmiqyasda aparılar”.
Nəqliyyat üzrə ekspert Rəşad Quliyev qeyd edib ki, bu kimi dezinfeksiya işləri hər gün aparılmalıdır: “Corona virus adı ilə tanınan COVİD-19a qarşı bütün dünyada mübarizə aparıldığı kimi Azərbaycanda onlardan geri qalmır. Əhalinin sıx olan yerlərində qoruyucu maskalardan istifadə və ictimai nəqliyyatda aparılan dezinfiksiya işləri əlbəttə ki, təqdirəlayiqdir. Hazırda bu virus Avropa ölkələrində də yayılıb. Məsələn, Almaniyada 16 böyük vilayətdən artıq 10-da, bu virusa yoluxmuş insanlarda adı çəkilən xəstəlik müəyyən edilib. Lakin Almaniyada ajotaj və panika Azərbaycandakı qədər yüksək deyil. İctimai nəqliyyatda dezinfeksiya işləri ölkədə hər hansı xəstəlik olmasa da belə aparılır. Çünki adından göründüyü kimi ictimai nəqliyyat məhz ictimaiyyətin istifadəsi üçün olduğundan hər gün işə başlamamışdan öncə parkdan çıxan avtobus, tramvay və ya qatarlarda bakteriyalara qarşı profilaktik tədbirlər görülərək dezinfiksiya işləri aparılır”.
Qeyd edək ki, Koronavirus (Covid-19) xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyində qərargah yaradılıb. Bununla yanaşı, Bakı Nəqliyyat Agentliyinin (012) 404-79-95 nömrəli "Qaynar xətt"i fəaliyyətə başlayıb. Eyni zamanda, paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma xətlərində fəaliyyət göstərən avtobuslar dezinfeksiya edilir. Son bir neçə gündə 1500-ə yaxın avtobusda dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla görüş keçirilib və müvafiq tapşırıqlar verilib. Həmçinin, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya tədbirlərinin sayı artırılıb.
Xaliq Faiqoğlu” şirkəti istismarında olan müntəzəm marşrut xətləri üzrə xidmət göstərən avtobusların təmizliyinə xüsusi diqqət yetirir. Yol-xeber.az xəbər verir ki, bu məqsədlə əvvəlcədən tərtib edilmiş proqram çərçivəsində nəqliyyat vasitələrinin kimyəvi təmizlənməsi və dezinfeksiyası həyata keçirilib. Belə ki, şirkət tərəfindən son günlərdə dünyada kəskin respirator virusun yayılması səbəbindən qabaqlayıcı tədbirlərə diqqət daha da artırılıb. Avtobusların dezinfeksiya edilməsi intervalı azaldılıb və ixtisaslaşmış şirkət tərəfindən xüsusi məhlullardan istifadə olunmaqla nəqliyyat vasitələri həftənin şənbə və bazar günləri qaraj şəraitində dezinfeksiya olunub. Ümumilikdə şirkətin istismarında olan 14 marşrut xətti üzrə 300-ə yaxın avtobus həm təmas, həm də hava-damcı yolu ilə yoluxan infeksion xəstəliklərə qarşı dezinfeksiya edilib.
Bundan başqa şirkət tərəfindən ixtisaslaşmış mütəxəssislərdən ibarət mobil qruplar yaradılıb. Həmin şəxslər kəskin respirator virus təhlükəsinin mövcud olduğu müddət ərzində günün müxtəlif saatlarında avtobuslara daxil olaraq əl tutacaqlarını, oturacaqların təmas hissələrini, avtobusun salon turbalarını və sair hissələrini insan sağlamlığına ziyanlı olmayan dezinfeksiya vasitələri ilə siləcəklər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Martın 6-dək davam edəcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq.
AZAL xəbər verir ki, planlaşdırılmamış eniş texniki səbəblər üzündən baş verib.
Təyyarə saat 10:44-də Bakının aeroportunda uğurlu eniş edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncamla dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Baku.ws xəbər verir ki, Dərnəgüldən Həzi Aslanov istiqamətində gedən qatar "Əcəmi" stansiyasında təxminən 20 dəqiqə dayanıb.
9.24-də dayanan qatar 9.40-da yolda düşüb. Bu müddət ərzində sərnişinlər təxliyə edilib.
"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, maşinist texniki səbəblərdən qatara baxış keçirmək üçün Memar Əcəmidə sərnişinləri düşürüb. Qatar stansiya dalanına verilib və əvəzinə depodan qatar verilib.
Həmin vaxt Əcəmidən Nərimanova qədər 1 qatar xətdə olmadığı üçün 2 qatar arasında interval iki dəfə artıq olub.
BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, hazırda əsən güclü külək ağacların aşma ehtimalını artırır:
"Güclü külək hətta sağlam ağacları da aşıra bilər. Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür".