Təbii qaz, su və elektrik enerjisi təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlər təkmilləşdiriləcək.
Bu, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

Sənədə əsasən, bu il Nazirlər Kabineti, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunvericilikdə təbii qaz, su və elektrik enerjisi təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlərin, eləcə də qüvvədə olan digər texniki norma və tələblərin müasir standartlara uyğunlaşdırılması, müvafiq infrastrukturun yenidən qurulmasına görə ödənişlərin hesablanması və müvafiq işlərin görülməsinin ümumi dəyərinin müəyyən edilməsi ilə bağlı müddəalar təkmilləşdirilməlidir. /APA
İpoteka və Kredit Zəmanət Fondu bildirir ki, “Elektron ipoteka və kredit zəmanət sistemi”nin (EİKZS) kirayə mənzil modulu elektron kabinetin yaradılması və elektron müraciətin formalaşdırılması üçün vətəndaşların istifadəsinə açıqdır.

Elektron müraciətlərin qəbulu və baxılması aşağıdakı mərhələlər üzrə həyata keçirilir:

– Vətəndaşlar ilkin mərhələdə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən EİKZS-də elektron kabinet yaradır və elektron müraciətini formalaşdırır.

– EİKZS-də elektron kabinetə malik olan və müraciətini formalaşdıran vətəndaşların elektron kabinetində müraciətlərin qəbuluna başlanması vaxtı barədə bildiriş yerləşdirililir və SMS məlumat verilir.

– Elektron kabinetdə bildiriş yerləşdirildikdən sonra vətəndaşlar eyni elektron kabinetdə müəyyən olunmuş vaxtda elektron müraciəti göndərir. Elektron müraciət avtomatik qeydə alınır və onlara növbə təyin edilir.

– Növbəlilik əsasında vətəndaşa EİKZS vasitəsi ilə sənədlərin qəbulu tarixi təyin edilir. Qeyd edək ki, sənədlərin qəbulu prosesi 2 saylı Bakı “ASAN Kommunal” və Sumqayıt “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcəkdir.

Vətəndaşların nəzərinə çatdırırıq ki, EİKZS vasitəsi ilə yaşayış sahəsini seçmək imkanı yalnız Fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra yaranır.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər. /Cebhe.info/
Koronavirusla bağlı mühüm açıqlama
TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı koronavirusla bağlı danışıb.

 TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı REAL TV-yə eksklüziv müsahibə verib.

O bildirib ki, panika üçün heç bir əsas yoxdur. TƏBİB-in idarə heyətinin sədri əlavə edib ki, dövlətimiz bütün işləri görüb.
Ramin Bayramlının sözlərinə görə, sağlam adamların maskadan istifadə etməsinə ehtiyac yoxdur.

 TƏBİB-in idarə heyətinin sədri təhsil müəssisələrində təhlükə olmadığını açıqlayıb:

“Şəxsi gigiyena qaydalarına əməl etməkdən başqa heç nəyə ehtiyac qalmır. Xəstəli əlamətləri hiss edən şəxslər evdə qoruyucu maskadan istifadə etsinlər. Təcili yardım ünvana gələnə kimi ailə üzvləri ilə təmasda olmasınlar. Həmin şəxslər özləri tibb ocaqlarına gəlməsinlər.

103 və 113 xidmətinə zəng etsinlər. İcazə verin onu biz həyata keçirək. Çünki biz tibb işçilərimizi də qorumalıyıq. Bizim tibb işçilərimiz xüsusi geyimlərlə təchiz olunub. Zəng edərkən xüsusi riskli bölgədən gəldiklərini söyləməlidirlər ki, bizim tibb işçiləri əvvəldən hazırlıqlı olsun". 

Türkiyədən Naxçıvana uçuşlar dayandırıldı


Türkiyədən Naxçıvana uçuşlar dayandırıldı
“Türk Hava Yolları” Naxçıvana uçuşların dayandırdığını açıqlayıb.

“Ölkə.Az” türkiyə mediasına istinadən xəbər verir ki, bunu barədə şirkətin idarə heyətinin sədri İlker Aycı bildirib.
“Naxçıvan reysləri dayandırıldı. Seul reysləri isə azaldıldı”, - deyə o, qeyd edib.
O, ləğv edilmiş reyslərdə biletlərin qaytarılması qaydasını asanlaşdırdıqlarını da vurğulayıb.
Azərbaycandan İtaliyaya hava reysləri təxirə salındı — RƏSMİ


Azərbaycan ərazisindən İtaliyaya hava reysləri müvəqqəti dayandırılıb.
Bu barədə baku.ws-ə “Azərbaycan Hava Yolları” QSC-dən məlumat daxil olub.
Bildirilib ki, tələbatın aşağı olması səbəbindən “Azərbaycan Hava Yolları” hər ilin fevral ayında Bakı-Milan-Bakı istiqaməti də daxil olmaqla, bir sıra beynəlxalq istiqamət üzrə reyslər yerinə yetirmir: "Uçuşlarda fasilə, həmçinin aviaşirkətə hava gəmiləri donanmasının əsaslı təmirini həyata keçirməyə imkan verir.

Bu il Milana uçuşlar martın 17-dən bərpa olunacaq. Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı olmaq ilə yerinə yetiriləcək".
Yol polislərindən piyadalara ÇAĞIRIŞ - VİDEO
Yol hərəkətində piyadavurmaların sayının azaldılmasına hesablanıb

Son vaxtlar piyada səhlənkarlığı ucbatından baş verən qəzaların sayı artıb. Yol-xeber.az xəbər verir ki, ümumi yol-nəqliyyat hadisələrinin 60 faizindən çoxu piyadavurmaların payına düşür. Bununla bağlı maarifləndirici tədbirlər görülür. Lakin təəssüflə qeyd etmək lazımdır ki, lazım olan nəticələr tam əldə olunmayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, mütəmadi olaraq maarifləndirmə işləri aparılır. "Bura həm reydlər, həm müxtəlif görüşlər, həm də sosial çarxlar daxildir. Dəfələrlə müraciətlər olunur, piyadaların hüquq və vəzifələri izah edilir. Təqdim olunan videoçarxda da piyadaların yolun hansı hissələrindən keçməsi, eyni zamanda keçidlərdən istifadə qaydaları izah edilir. Bundan əlavə tanınmış insanlar da müraciət edərək insanları maarifləndirir. Bütün bunlar yol hərəkətində piyadavurmaların sayının azaldılmasına hesablanıb."

 

Vətəndaşlar yol polisindəki yenilikləri təqdir edir
Bütün bunlarda tətbiq olunan yeniliklərin xüsusi payı var

Son aylarda Daxili İşlər Nazirliyində, xüsusilə Dövlət Yol Polisi sistemində aparılan islahatlar öz müsbət nəticəsini verib. İstər kadr islahatları, də istərsə də yol polisinin fəaliyyəti insanlar tərəfindən xoş qarşılanır. Avtosfer.az-ın apardığı araşdırma buna əyani misaldır. Xüsusilə yollarda tıxaclar azalması vətəndaş məmnunluğuna səbəb olub. Eyni zamanda cərimə yazmaqdan daha çox maarifləndirmə işləri görən yol polisi rəğbətlə qarşılanır.

Vətəndaşlardan da bu vəziyyətdə öz üzərində məsuliyyət hiss edərək qayda pozmur, əksinə qayda pozanlara qarşı mübarizə apararaq yol polisinin ictimai köməkçilərinə çevrilib. 
Daha çox təqdir olunan hal isə çətinlikdə olan vətəndaşın yanına ilk çatan və ona öz yardım əlini uzadan yol polisinin fəaliyyətidir. Dəfələrlə yolda qalan sürücülərin yanacağını almaqdan tutmuş nasaz avtomobilin təmiri, təkərlərin dəyişməsinə qədər işləri görən, eyni zamanda vəziyyəti pisləşən şəxsləri xəstəxanaya çatdıran yol polislərinə rast gəlinib. Bir müddət əvvəl hətta asfalt örtüyündə yaranan çalanı əlinə bel alaraq dolduran yol polisi insanların xoş sözləri ilə təqdir olunmuşdu. 

 


AvtosferTV-nin YouTube kanalında yol polisinin fəaliyyəti ilə bağlı yerləşdirilən videolara gələn şərhlər də buna əyani misaldır. Əvvəllər hər hansı bir videoya 10 şərhin 7-i mənfi, 3-ü müsbət olurdusa, artıq bu rəqəm əksinə dəyişib. Eyni zamanda vətəndaşlar özləri də neqativ şərhlər yazanlara etiraz edirlər. 


Bakı şəhər Dövlət Yol Polisi İdarəsində aparılan islahatlar isə öz təsirini xüsusilə göstərir. Belə ki, əvvəllər insanların hər gün saatlarla tıxacda qaldığı ərazilərdə artıq bu problemlər demək olar ki, yoxdur. Dayanma-durma qaydalarının pozulmasına görə, Bakı Nəqliyyat Agentliyi ilə birgə fəaliyyət göstərən yol polisləri tıxacların yaranmasına səbəb olan maneələri aradan qaldırır. 


Qeyd etmək lazımdır ki, paytaxtın ən sıx ərazilərində günün bütün saatlarında yol polislərinin xidmət apardığını şahidi oluruq. İstər tanınmış insanlar, istərsə də sıravi vətəndaşlar bu gün yol polisinin işindən razılıq edir. Təbii ki, bütün bunlarda tətbiq olunan yeniliklərin xüsusi payı var. Düşünürük ki, bu cür start götürən sistem yaxın gələcəkdə ən yüksək səviyyədə fəaliyyət göstərəcək. 

 

“Hərəkətin təhlükəsizliyi bütün dövrlərdə aktual olub" - Vaqif Əsədov
Hərəkətin təhlükəsizliyi diqqət mərkəzindədir

“Hərəkətin təhlükəsizliyi bütün dövrlərdə aktual olub. Tərəfimizdən kompleks profilaktik tədbirlərin həyata keçirilməsi üçün bütün mümkün vasitə və imkanlardan istifadə olunmaqla icraya yönəldilir.” Bu barədə Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Yol-xeber.az-a bildirib ki, ötən illərin təcrübəsi, dövrün çağırış və təhdidlərinə paralel olaraq, hərəkətin təhlükəsizliyi diqqət mərkəzindədir. Hər bir hərəkət iştirakçısı diqqətli məsuliyyətli olmalı, digərlərinin həyat və sağlamlığına, əmlakına münasibətdə həssaslıq nümayiş etdirməlidir. Mütəxəssislərin araşdırmaları və yol-qəza hadisələrinin aşağı səviyyədə olduğu xarici ölkələrin təcrübəsi də onu deməyə əsas verir ki, yol qəza hadisələrinin sayını azalda biləcək əsas amil sürücü və piyada intizamının möhkəmlənməsidir.

Polis polkovniki əlavə edib ki, hər bir insanın ən böyük amalı təhlükəsiz və sağlam yaşamaqdır: "Ancaq necə yaşamaq – ehtiyatla, yoxsa ehtiyatsızlıqla? Hər bir halda təkcə qanunun tələbi deyil, bu düşüncə tərzidir. Ehtiyatla davranmayanda, səhlənkərlıq edəndə nəticə ağır olur.

Keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi vurulan Dilarə Bəhmənovanın müalicəsi ilə bağlı məsələlər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fondun dəstəyi ilə həyata keçirilir.

 D.Bəhmənovanın anası Elmira Zeynalova Qafqazinfo-ya açıqlamasında bildirib ki, təxminən bir həftə əvvəl Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ona zəng edərək, qızının səhhəti ilə maraqlanıb:

“Anar müəllim dedi ki, Mehriban xanım qızım Dilarənin başına gələn hadisə barədə məlumatlıdır və onun müalicəsi üçün lazım olan bütün tədbirlərin görülməsini tapşırıb. Ondan sonra hər gün bir neçə yüksək ixtisaslı həkimlər Dilarənin müalicə aldığı xəstəxanaya gəlib baş çəkirlər.

Həkimlər onu müayinə edib, müalicənin növbəti addımlarını qərarlaşdırırlar. Dilarə ilk olaraq “Semaşko”da əməliyyat edilmişdi, amma həkimlər yenidən əməliyyat olunmasını tövsiyə etdi. Bütün bunlara görə Mehriban xanıma təşəkkür edirəm. O da anadır, onun da iki qızı var, məni başa düşüb. Biz onlara çox minnətdarıq. Müalicə ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb və bu, bizim ailə üçün böyük dəstəkdir”.

Qeyd edək ki, D.Bəhmənova fevralın 1-də 15 yaşlı qızını həkimə aparanda keçmiş əri Ceyhun Bəhmənovun hücumuna məruz qalıb. C.Bəhmənov iki bıçaqla ona 16 bıçaq zərbəsi vurub.

C.Bəhmənov Şuşa şəhərinin keçmiş icra başçısı Nizami Bəhmənovun oğludur.

Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, C.Bəhmənov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.

Baş nazirdən dərsliklərlə bağlı QƏRAR
Nazirlər Kabineti “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nı təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Bu Qayda “Ümumi təhsil haqqında” qanunun 4.0.12-ci maddəsinə uyğun olaraq hazırlanıb.

Qayda ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin, digər tədris-metodik vasitələrin hazırlanması, təsdiqlənməsi və nəşri qaydasını müəyyənləşdirir.

Qanunun adıçəkilən maddəsinə görə, ümumi təhsil müəssisələri üçün dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydalar əsasında hazırlanır.

Qərarda dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi məsələləri də öz əksini tapıb.

Bu vasitələrin tərtibi fiziki və hüquqi şəxsin təşəbbüsü ilə həyata keçirilə bilər.

Qaydada müvafiq vasitələrin tərtibi zamanı ümumi tələblərin nəzərə alınmasının vacibliyi də vurğulanıb.

Belə ki, materialların elmi etibarlılığı, dəqiqliyi, inkişaf yönümlülüyü, dəyər yönümlülüyü, tərbiyə yönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu nəzərə alınmalıdır.

Həmçinin, pedaqoji və metodiki yanaşmalar qabaqcıl nəzəriyyələrə uyğunlaşdırılmalıdır.

Dizayn və tərtibat məntiqli, estetik, müasir olmalıdır.

Təhsil Nazirliyi bütün fənlər üzrə açıq tədris-metodik vasitələri kimi dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibini sifariş edir.

Qaydada ümumi təhsil müəssisələrində dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin təsdiqlənməsi məsələləri də öz əksini tapıb.

Dərsliyə qrif verilməsi ümumi təhsil müəssisəsinin müraciəti və ya Təhsil Nazirliyinin təşəbbüsü əsasında həyata keçirilir.

Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə Nazirlik tərəfindən müvafiq sahədə 10 ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı üç mütəxəssis cəlb edilir.

Bu mümkün olmadıqda, dərsliyin qiymətləndirilməsinə daha az sayda mütəxəssis cəlb edilə bilər.

Dərsliyə qrif verilməsi üçün müraciətə iki ay ərzində baxılır.

Nazirlər Kabinetinin qərarında müvafiq vasitələrin nəşri ilə bağlı maddələr də var.

Bildirilir ki, özəl ümumi təhsil müəssisələri üçün vasitələrin nəşri həmin təhsil müəssisələrinin öz vəsaitləri hesabına həyata keçirilir.

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün isə dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına müəyyənləşir.

Həmçinin, “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq, təşkil edilən satınalma yolu ilə həyata keçirilir.

Xəbər lenti