|
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik.
Musavat.com-un əməkdaşları paytaxtın mobil telefon mağazalarına baxış keçirərkən Çin istehsalı olan malların həm qiymətlərinin bahalaşdığını, həm defisit yarandığını görüb.
Hazırda şəhərin əksər tanınmış elektronika satılan mağazalar şəbəkələrində Çin malı olan "Xiaomi" və "Huawey" modellərinin qiymətlərində dəyişiklik müşahidə olunur.
Xüsusən də "Xiaomi" mobil telefonlarının "Redmi Note 7" və "Redmi Note 8" seriyalarına tələbat artıb. Ona görə də mağazalarda bu model telefonlar demək olar ki, qalmayıb.
Bakının Bülbül prospektində yerləşən tanınmış mobil telefon mağazalarında, o cümlədən şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən şəbəkələrdə apardığımız kiçik reyd zamanı məlum oldu ki, yuxarıda adını çəkdiyimiz modellər ya bir-iki ədəd qalıb, ya da heç yoxuydu.
Satıcların sözlərinə görə, Çin malı olan "Xiaomi"nin sözügedən seriyaları artıq idxal edilmir, bu da qiymətlərin qalxmasına səbəb olub.
Öyrəndik ki, "Redmi Note 7" seriyasının 32 giqabayt həcmdə olanların nağd qiyməti 360-380 manatdır.
İntəhası, bir tərəfdən bu gücə malik telefonlar elə də keyfiyyətli olmur, donmalar yaranır, yüklənir, digər tərəfdən isə mağazalarda artıq tapmaq mümkün deyil.
Odur ki, müştərilər daha çox "Redmi Note 7" seriyasının 64 giqabayt potensiala malik modellərini axtarırlar. Bu məhsullar isə demək olar ki, defisitdir.
Mağazada çalışanlar deyirlər ki, Çindən artıq həmin telefonlar gəlmir, onların istehsalı bitir, tələbat isə çoxalıb. Nəticədə qiymətlərə təsir edir.
Bu telefonların "Redmi Note 8" modellərinin isə 32 giqabayt olanları 450 manatdan başlayırdı, 64 giqabaytlıqlar 500 manatdan aşağı tapılmırdı, o da tapılsa...
Satıcılar deyirlər ki, depolarda az sayda həmin model telefonlardan qalıb. Proqnozlara görə, ayın sonuna kimi Bakıda bu seriyaları tapmaq mümkün olmayacaq.
"Xəzər Xəbər"xəbər verir ki, mövcud 170 mənzildən 130-a qədəri “Azəriqaz” İstehsalat Birliyinin xəbəri olmadan 2020-ci il yanvarın 6-dan mavi yanacaqdan istifadə edir.
Halbuki Mənzil Tikinti Koperativi ilə müqavilə əsasında qazlaşmanı həyata keçirən podratçı təşkilat açılış üçün məktubla rəsmi olaraq “Azəriqaz”a müraciət etməli idi. Sayğaclar möhürlənib, təhlükəsizlik qaydaları nəzərdən keçirildikdən sonra hər bir sakinlə abonent müqaviləsi bağlanılmalı və onlar kartlarını alaraq qazdan istifadə etməli idi.
Lakin bu tələblər podratçı tərəfindən gözlənilməyib, baş verə biləcək təhlükələrə göz yumulub. Sayğacların klapanlarına müdaxilə edilərək qaz açılıb. Bütün sayğaclar hər hansı ödəniş edilmədiyindən 2 aya yaxındır ki, mənfiyə işləməkdədir. Sayğaclar üzərində ən azı 400-800 kubmetr dəyəri ödənilməyən sərfiyyat mövcuddur.
Daha sonra sakinlərlə görüşə gələn podratşı təşkilatın Hüseyn adlı nümayəndəsi günahkar olduqlarını etiraf edib və sayğaclarda bundan sonra hansısa qüsur baş verərsə bunu aradan qaldıracaqlarına söz verib.
Qeyd edək ki, müdaxilə olunan sayğacların “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində yoxlanılmasına ehtiyac yaranıb. Narazı sakinləri isə martın 2-də "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev qəbul edərək, podratçının yaratdığı problemlərlə maraqlanacaq.
"Ölkə.Az" "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, mövcud 170 mənzildən 130-a qədəri “Azəriqaz” İstehsalat Birliyinin xəbəri olmadan 2020-ci il yanvarın 6-dan mavi yanacaqdan istifadə edir.
Halbuki Mənzil Tikinti Koperativi ilə müqavilə əsasında qazlaşmanı həyata keçirən podratçı təşkilat açılış üçün məktubla rəsmi olaraq “Azəriqaz”a müraciət etməli idi. Sayğaclar möhürlənib, təhlükəsizlik qaydaları nəzərdən keçirildikdən sonra hər bir sakinlə abonent müqaviləsi bağlanılmalı və onlar kartlarını alaraq qazdan istifadə etməli idi.
Lakin bu tələblər podratçı tərəfindən gözlənilməyib, baş verə biləcək təhlükələrə göz yumulub. Sayğacların klapanlarına müdaxilə edilərək qaz açılıb. Bütün sayğaclar hər hansı ödəniş edilmədiyindən 2 aya yaxındır ki, mənfiyə işləməkdədir. Sayğaclar üzərində ən azı 400-800 kubmetr dəyəri ödənilməyən sərfiyyat mövcuddur.
Daha sonra sakinlərlə görüşə gələn podratşı təşkilatın Hüseyn adlı nümayəndəsi günahkar olduqlarını etiraf edib və sayğaclarda bundan sonra hansısa qüsur baş verərsə bunu aradan qaldıracaqlarına söz verib.
Qeyd edək ki, müdaxilə olunan sayğacların “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində yoxlanılmasına ehtiyac yaranıb. Narazı sakinləri isə martın 2-də "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev qəbul edərək, podratçının yaratdığı problemlərlə maraqlanacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisə olan “ADY Express” MMC-nin nəzdindəki Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasının ərazisində yerləşən Təlim və İnkişaf Mərkəzində növbəti təlim keçirilib.
Bu barədə "Report"a şirkətdən bildirilib.
İndiki təlim 1 mart - Mülki Müdafiə Günü ilə əlaqəli olub və “İlk tibbi yardım” mövzusuna həsr olunub. Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasının əməkdaşları üçün təşkil edilən təlim 2 saylı Bakı dəmir yolu poliklinikasının həkim-təlimçiləri tərəfindən aparılıb.
“İlk tibbi yardım” təlimləri ilk həkiməqədər yardıma həsr olunub. Təlimlərdə məqsəd fövqəladə vəziyyətlərdə yarana biləcək həyati təhlükəni aradan qaldırmaq, insanın həyatı funksiyaların davam etdirilməsini təmin etmək və həkimlərin gəlişinə qədər onun vəziyyətinin pisləşməsini önləməkdən ibarətdir.
Dünən Bakıda elektrik enerjisinin kəsilməsi ilə əlaqədar bəzi yollarda işıqforların fəaliyyətində fasilə yarandı. Fasilə yaranan zaman Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi (DYP) əməkdaşları dərhal müdaxilə edərək sürücülərə yolayrıcını keçməkdə köməklik göstəriblər. Yol-xeber.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Elməddin Muradlı sözügedən hadisə ilə bağlı Qaynarinfo-ya münasibət bildirərkən DYP və BNA işçilərinə operativ müdaxiləyə görə təşəkkürünü ünvanlayıb:
"Belə hallar sürücülər və piyadalar üçün bir az çətinlik yaradır. Əslində belə bir çətinlik yaratmamalıdır. Çünki yol hərəkəti iştirakçıları işıqfor işləyib-işləmədikdə nə kimi addım atmalı olduqlarını bilməlidirlər. Hər bir yol hərəkəti iştirakçısı işıqforla nizamlanan yollarda necə hərəkət edildiyini, işıqfor işləmədikdə sürücünün nə etməli olduğunu, hansı tərəfin digərinə yol verməli olduğunu bilməlidir. Amma təəssüf ki, bizdə bəzi sürüclərin bu məsələdən tam anlayışı olmadığına görə, işıqforlar işləməyəndə dərhal yollarda xaotik vəziyyət yaranır. Yaxşı ki, BNA, eləcə də Dövlət Yol Polisi (DYP) dərhal məsələyə müdaxilə elədi. Bununla bağlı yayılan videogörüntülərdən də gördük ki, onlar elə əliyalın da olsa, yolayrıclarında xidmət apardılar, insanlara yol göstərdilər, sürücülərin əziyyət çəkməməsi üçün əllərindən gələni etdilər. Bu, yaxşı bir haldır. Eyni zamanda yol polisinin də bu istiqamətdə fəaliyyətini qeyd etmək lazımdır. Bu qurumların birgə işləməsi çox gözəldir. Belə olduqda çox yaxşı nəticə əldə olunur. Dünən gördük ki, heç bir narazılıq olmadı, yol nəqliyyat hadisəsi baş vermədi, saatlarla tıxac yaranmadı, avtobuslar yollarda qalmadı və hər iki qurum gözəl bir nəticə ortaya qoydu. Mən hər iki qurumun əməkdaşlarına təşəkkür edirəm ki, hadisəyə dərhal reaksiya verdilər və belə bir operativlik göstərdilər”.
"Düşünürəm ki, gələcəkdə bu işıqforların iş rejimi ilə bağlı hansısa bir baza formalaşdırılmalıdır ki, işıq sönəndə işıqforlar avtomatik həmin ehtiyat bazaya keçsin və hər hansı problem yaşanmasın. Əsas elektrik xəttindən əlavə köməkçi bir xətt və ya cihazlar olmalıdır. Çünki işıq sönməsi çox qısa müddətdə baş verir və işıq sönüb-yanarkən o qısa qapanma nəticəsində bəzi işıqforların iş rejimi pozulur. Ona görə də əlavə bir köməkçi sistem tətbiq olunsa işıqforlar heç vaxt sönməz və yolayrıclarında da problemlər yaşanmaz”, - deyə E.Muradlı əlavə edib.
"Koronavirusunun yayılmasının qarşısının alınması ilə bağlı yaşayış evlərinə naməlum şəxslərin daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılıb".
Yol-xeber.az xəbər verir ki, bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, yayılan məlumatlar təsdiqini tapmayıb.
Xidmət rəisi əlavə edib ki, bu və ya digər formada paytaxtın polis orqanlarına hər şəhər sakinləri tərəfindən hansı müracət daxil olmayıb.