“Həftənin son iki günündə karantin qaydalarının tətbiqi…”
Həftə sonunda tətbiq edilən sərt karantin qaydalarının nəticəsini bu həftənin əvvəlində müşahidə etməyəcəyik.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, COVİD-19 virusunun inkubasiya dövrü 7-10 gündür:

"Biz iki gün ərzində insanların təmasını minimuma endirdik. Həftənin son iki günündə karantin qaydalarının tətbiqi onunla əlaqədardır ki, həmin günlərdə iş aktivliyi onsuz da aşağı idi. Əsas məqsəd də o idi ki, biz qaydalara əməl edərək təması minimuma endirək. Biz bu həftə buna nail olduq”.

R.Bayramlı qeyd edib ki, 1-2 həftə sonra aparılacaq təhlillər həftə sonunda tətbiq edilən karantinin əhəmiyyətini göstərəcək: "Ona görə də planlaşdırılır ki, bu, qarşıdakı həftələrdə və bayram günlərdə də tətbiq edilsin. Amma insanlarımız işləməyə icazənin verildiyi 1-5-ci günlər ərzində də lazımi qaydalara əməl etməlidirlər”. (trend.az)

DİN-dən “cəzalanacaqlar” açıqlaması
"İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcək".

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.  

- Sosial şəbəkələrdə sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə daxili işlər orqanları tərəfindən görülmüş işlər barədə məlumatlar yayımlanmışdır.\

- Bir daha vətəndaşlarımıza sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə çağırışlarımızı anlayışla qarşıladıqlarına görə təşəkkürümüzü bildirirəm. Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd hallara yol verilib.

- Sosial şəbəkələrdə bu cür qanun pozuntularına dair, həmçinin polislə də bağlı videogörüntülər yer alıb. Bununla əlaqədar hansısa tədbir görülürmü?

- Sözsüz ki, həmin görüntülərlə bağlı araşdırmalar aparılır. İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcəkdir. Sfera.az 

Azərbaycanda kişilərə ŞAD XƏBƏR

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək məzuniyyətləri ilə bağlı yeni təkliflər əksini tapır. 

Qurumdan verilən məlumata görə, təkliflərdən biri - Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməklə, hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsidir. 

Təcrübədə bəzi hallarda işçilər əmək məzuniyyətindən istifadə etmir. Bu da uzun illər yığılmış istifadə edilməmiş məzuniyyətlərə görə sonralar kompensasiyanın ödənilməsində işəgötürən üçün iqtisadi çətinlik yaranmasına səbəb olur.

Ona görə də Məcəlləyə daha bir təklifdə işçilərin əmək məzuniyyətinin əsas hissəsindən iş ili ərzində mütləq istifadə etmələri tələbi yer alıb.

Bu həftəsonu 3 gün küçəyə çıxmaq qadağası ilə bağlı RƏSMİ AÇIQLAMA ...

İyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydalarının tətbiq edilməsi barədə Baş nazir Əli Əsədovun adından yayılan məlumat həqiqətə uyğun deyil.

Bunu Trend-ə açıqlamasında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O qeyd edib ki, bu barədə bəzi saytlarda yayılan məlumat həqiqəti əks etdirmir: "Baş nazir bu barədə heç bir yerdə açıqlama verməyib, bu, cəfəngiyyatdır. Bəziləri bu barədə yalan məlumatlar yayıblar".

İ.Məmmədov bildirib ki, Baş nazirin bu həftənin sonu karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı heç bir qərarı yoxdur:

"Bu barədə heç bir qərar yoxdur. Əgər hansısa müzakirə aparılarsa və ya qərar qəbul edilərsə, bununla bağlı ictimaiyyətə rəsmi məlumat veriləcək. Amma bu günə bu barədə belə bir qərar yoxdur".

Xatırladaq ki, bəzi saytlarda Baş nazir Əli Əsədovun adından məlumatlar yayılıb. Məlumatda bildirilir ki, guya ölkədə koronavirus infeksiyası kəskin yayıldığı üçün iyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydaları tətbiq ediləcək

Sumqayıtdan şok görüntülər gəldi
Sumqayıtda dəfn mərasimi zamanı karantin qaydaları pozulub. Belə ki, sosial mediada yayılan görüntülər zamanı məlum olub ki, mərasimdə 100-dən çox insan iştirak edib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılır. Baş verənlərəhüquqi qiymət veriləcək.

Qeyd edək ki, bir neçə gün öncə Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Polisin araşdırması nəticəsində məlum olub ki, Namiq Rəhimov iyunun 6-da saat 20 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən parkda şəxsi münasibətlər zəminində aralarında mübahisə baş verib. Bu zaman Namiz Rəhimov üzərində gəzdirdiyi bıçaqla Tofiq Qasımovun kürək nahiyəsinə, sonuncunun qardaşı Zöhrabın isə ağ ciyərinə nüfuz edən deşilmiş-kəsilmiş xəsarətlər yetirib. Zöhrab isə öz növbəsində gəzdirdiyi bıçaqla Namiqin ürək nahiyəsinə bir bıçaq zərbəsi endirib.

Tofiq Qasımov və Namiq Rəhimov Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsalar da, həkimlərin səyinə baxmayaraq, sonuncunun həyatını xilas etmək mümkün olmayıb. 

İddialara görə, karantin qaydalarının pozulduğu dəfn mərasimi bu hadisə zamanı həyatını itirən şəxslərdən biri üçün təşkil olunub.

Bu rayonlarda güzəştli pensiya alanların nəzərinə! - Dəyişikliklər var

Pensiyaçılara xidmətin keyfiyyətinin artırılması və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.

Nazirlikdən "Ölkə.Az"a verilən məlumata görə, dəyişikliklə bağlı olaraq, Nəsimi, Nizami və Suraxanı rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada pensiya təyin edilmiş və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla pensiya təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-nin həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilib.

Bununla əlaqədar həmin şəxslərə pensiyalarının da 2020-ci ilin iyun ayından etibarən hər ayın 14-16-sı aralığında ödənilməsi təmin olunacaq.

Eyni zamanda, Nəsimi, Nizami və Suraxanı rayonları üzrə qeyd edilən pensiyaçılar (güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslər), habelə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunacaq şəxslər əlavə sualları olduğu təqdirdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə aşağıdakı telefonlardan hər hansı biri vasitəsilə müraciət edə bilərlər: (012) 563-55-46; (012) 563-55-47

Qabiliyyət imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya 44 və 70 saylı qəbul proqramlarına aid ixtisaslaşmaları seçmək istəyən bakalavrlara müraciət edib.

Mərkəzdən bildirilib ki, jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarına və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının 70 saylı proqrama aid ixtisaslaşmalarına qəbul olmaq istəyən və cari ilin qəbul imtahanındakı nəticələri müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl, 8 iyun saat 23:59-dək Dövlət İmtahan mərkəzinin internet saytında qeydiyyatdan keçməli və qabiliyyət imtahanı verməlidirlər.

Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin “Hesab”ından çıxılır.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

Müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 2020-ci il 8 iyun saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçməli, 2020-ci il iyunun 10-da “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və 2020-ci il iyunun 11-dən 16-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. İmtahanın onlayn formada keçirilməsi nəzərdə tutulur.

Daha ətraflı DİM-in saytından əldə etmək mümkündür.

BAKIDA TIXAC

Paytaxtin əksər yollarinda dəhşətli tıxac müşahidə olunur.

Axar.az xəbər verir ki, Qələbə dairəsi, Salamzadə küçəsində şəhər istiqamətində hərəkət dayanıb. Həmçinin Hava Limanından "Əzizbəyov" stansiyasına, şəhər istiqamətində də sıxlıq var. Ziya Bünyadov prospekti boyunca da avtomobil sıxlığı yaşanır.

Sıxlıq müşahidə edilə yollarda yol polisi hərəkəti tənzimləməyə çalışır.

Ev tikmek ucun rusum ve icazeye ehtiyac yoxdur - Hər kəsin bilməsi ...
Yerli icra hakimiyyətlərinin tikinti sahəsində nöqsanları və özbaşınalıqları Azərbaycan Respublikasında yaşayan hər bir insana məlumdur.

Bunların qarşısı alınmaz dərəcədə mövcud qanunların pozulmasına yönəldilmiş hərəkətlərinə rəvac verən orqanlarla yanaşı elə sadə vətəndaşların özləridir.

Vətəndaşların öz hüquqlarını və qanunu bilməməsi tikinti ilə bağlı icra hakimiyyətinin qeyri-qanuni cinayətkar tələblərinin normaya çevrilməsinə səbəb olub. Son zamanlar isə Şəhərsalma və Tikinti Məcəlləsinə edilmiş dəyişiliklər, dövlət başçısının müvafiq sərəncamları və tapşırıqları tikinti sahəsində qanunsuzluqların qarşısını almağa hədəflənib.

Bu sahədə çoxlu sualların olduğunu nəzərə alaraq qeyd etmək istəyirik ki, hal hazırda qüvvədə olan qanun tələblərinə görə fərdi mənzil tikintisi üçün icazə proseduru xeyli asanlaşdırılıb. 2015-ci il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi rayon və ya şəhər icra hakimiyyətlərindən icazə alması tələb olunmur, sadəcə yerli icra hakimiyyəti orqanını özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır.

Yəni, faktiki olaraq icazə "məlumatlandırma icraatı” ilə əvəz olunub.Təbii ki, "məlumatlandırma icraatı” üçün bir sıra şərtlər müəyyən edilib. Göstərilən tələblər daxilində yəni, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatının həyata keçirilməsi üçün tələb olunan sənədlər:

- ərizə,

- şəxsiyyət vəsiqəsinin surəti,

- torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (notariat qaydasında təsdiqlənmiş surəti),

- torpaq sahəsinin planı və ölçüsü (notariat qaydasında təsdiqlənmiş surəti).

Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmış memarlıq-planlaşdırma bölməsi (3 nüsxədə rəngli) icra hakimiyyətinə tikinti barədə yazılı xəbərdarlıq göndərərkən, memarlıq-planlaşdırma sənədləri də məktuba əlavə olunmalıdır. Yəni, tikiləcək evin fasadı və onun mərtəbələrinin quruluşunu əks etdirən plan-çertyoj (lahiyə) çəkilməlidir.Belə lahiyələr lisenziya əsasında fəaliyyət göstərən memarlar və ya tikinti-layihə işləri ilə məşğul olan müəsisələr tərəfindən müəyyən pul müqabilində hazırlanır. Qanuna əsasən, 15 gün ərzində həmin plan-çertyoja (layihəyə) yerli icra hakimiyyətindən irad tutulmazsa, tikintiyə başlanıla bilər.

Qeyd etmək lazımdır ki, çertyoj-plana yerli icra hakimiyyəti orqanları yalnız bir dəfə irad tuta bilər.Əgər planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olarsa, vətəndaş bu iradları aradan qaldırıb tikintiyə başlaya bilər.Umumiyyətlə, qanunda plan-çertyojun (lahiyənin) peşəkarlar tərəfindən hazırlanmışı haqda tələbin qoyulmasını məntiqə uyğundur.Əks halda, infrastrukturun təşkilində, planlaşdırmada, ümumi standartlaşmada anlaşılmazlıqlar yarana bilər.

Tikinti ilə bağlı hər hansı bir mübahisəni 2016-si ildən fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Apelyasiya Şurasına müraciət etməklə həll etmək mümkündür. Tikilmiş evin sökülməsi barədə hədələrə gəlincə, yerli icra hakimiyyətinin tələbinə əsasən, çertyoj-plana qanuni düzəlişlər edilmədən tikintiyə başlanılması vətəndaş üçün inzibati məsuliyyətə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 195-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla evlərin tikilməsinə görə fiziki şəxslər yerli icra hakimiyyəti tərəfindən ancaq və ancaq 300-600 manatadək cərimə oluna bilərlər.

Konkret olaraq icra hakimiyyətləri tikilinin sökülməsinə sərəncam verə bilməz.

Bu hüquq Məhkəmə Hakimiyyətinə məxsusdur.

Müəyyən icra hakimiyyətləri məsuliyyətdən yayınmaq məqsədi ilə ərazi üzrə tikinti işlərinə nəzarət etmək üçün işə müqaviləsiz yəni ştatdankənar işçiləri xidmətə cəlb edirlər.Vətəndaşla ünsiyyətdə olan özünü müəyyən orqanın işçisi kimi təqdim edənlərin şəxsiyətini və vəzifəsini müəyyənləşdirmək vətəndaşın haqqıdır.Bu gələcəkdə müəyyən problemlərin qarşısını almaq üçün vacibdir.Belə hallarda həmin işçilər tikinti aparan şəxslərə özlərini və müvafiq sənədlərini təqdim etmədən icra hakimiyyətinin nümayəndələri kimi qələmə verərək ancaq və ancaq tikintini dayandırmağı tələb etməklə tikinti aparan şəxsi icra hakimiyyətinin müvafiq idarəsinə şəxsən gəlmələrini tələb edirlər.

Əks halda, tikilini sökəcəkləri ilə hədələyirlər. Vətəndalardan icra hakimiyyətinin müvafiq inzibati binasında səsyazma və video çəkiliş qabiliyyəti olan və olmayan bütün mobil telefonlar alındıqdan sonra total yoxlama keçərək qəbula buraxılırlar və qeyri qanuni tələblər isə oradaca məcburi qanuni tələblərə çevrilir.

Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə "Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz”.//atv.az

“Epidemiya arzuolunmaz istiqamətdə inkişaf edərsə, o zaman qısa müddətli qapanmaların bayramlarla birləşdirmək şəklində tətbiqi, həmçinin uzunmüddətli qapanmalar da müzakirə oluna bilər”.

Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı səsləndirib.

O bildirib ki, dünya bazarında neftin qiymətinin hər kəs şahididir. Eləcə də, ölkəmizin bütün iqtisadi əlaqələrinə vurduğu zərbə məlumdur. Ancaq vətəndaşın sağlamlığı daha önəmlidir. Ölkə rəhbərliyi də əhalinin sağlamlığının təhlükəsizliyi naminə digər bütün məsələləri ikinci plana keçirib. Ölkəmiz çox az sayda dövlətlərdəndir ki, bütün resurslarını özü səfərbər edərək, vətəndaşlarını tam şəkildə pandemiya ilə mübarizədə hər hansı bir maddi zərərə uğratmadan tibbi və digər zəruri məsələlərlə, qayğı ilə əhatə edib. Bu diqqət və qayğı bizi vadar edəcək ki, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədi ilə dahaciddi qərarları qəbul edək”. /“MediaPost”/

Xəbər lenti