|
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, elektron məlumat tablolarında “duman” işarəsi qoyulub.
Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsziliyini təmin etməkdir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Koronavirus (COVİD - 19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir. Nazirliyin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiya kompleksində beynəlxalq və ölkədaxili sərnişindaşımanı həyata keçirən daşıyıcılarla birlikdə avtonəqliyyat vasitələrinin, eləcə də avtovağzal ərazisinin, gözləmə zalının, xidmət otaqlarının, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələrin gündəlik dezinfeksiya edilməsi təmin olunur.
Gecə reysləri üzrə avtonəqliyyat vasitələrində dezinfeksiya işləri səhər saat 06:00-dan, digər reyslər üzrə gecə saatlarında aparılır.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tapşırığına uyğun olaraq, bu gün Bakı Beynəlxalq Avtovağzal Kompleksində zəruri tədbirlər və dezinfeksiya işləri avtonəqliyyat vasitələrinin salonunda, perronlarda, kassalarda gözləmə zallarında, məlumat mərkəzində, sanitar qovşaqlarında nəqliyyat qovşağında və orada yerləşən ictimai-iaşə obyektləri, hostel, otel, yanacaqdoldurma məntəqəsi, texniki müayinə otaqları, tibb otağı və “Şəbəkə”də həyata keçirilib. Koronavirusla bağlı olaraq təxirə düşən reyslər və sərnişinlərdə yarana biləcək digər suallarla bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (012) 406-01-58/59 nömrəli Məlumat mərkəzi 24 saat ərzində xidmət göstərir. Son 14 gün ərzində İran İslam Respublikasında olan vətəndaşlar Azərbaycan-Gürcüstan sərhədindən buraxılmayacaq. Bu məlumat həm kassaların üzərində, həm də saytda yerləşdirilib. Həm şəhərlərarası, həm də beynəlxalq istiqamətlər üzrə hərəkət edən avtobuslarda 3 gündən bir aparılan dezinfeksiya işləri yaranan vəziyyətlə bağlı hər gün yerinə yetirilir. Mövcud təhlükəsizlik tədbirlərini nəzərə alaraq sərnişinlərdən müntəzəm marşrut xətləri üzrə xidmətdə olan avtobuslarla səfər etmələri, avtovağzal ərazisindən çıxmayan nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyə edilir. Həmçinin “Bakı Taksi Xidməti” MMC-nin paytaxtda xidmət göstərən avtomobillərində də hər gün dezinfeksiya işləri aparılır. Sürücülər virusdan qorunmaq üçün lazımi vasitələrlə təmin olunur. “Azərpoçt” MMC tərəfindən də müvafiq tədbirlər həyata keçirilir. Poçt Daşıma, “Şəbəkə” xidmət mərkəzləri, Poçt filial və şöbələrində dezinfeksiya işləri aparılır. Poçt Daşıma Mərkəzi, “Azərekspresspoçt” Rabitə Müəssisəsi, Astara, Biləsuvar, Qazax, Balakən, Xaçmaz, Qusar, Ağstafa poçt filialları maska, əlcək, spirtlə təmin olunub. Əhali ilə birbaşa təmasda olan əməkdaşlarla Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq koronavirusla bağlı maarifləndirmə işləri aparılıb. “Aztelekom” MMC-nin mərkəzi inzibati binasında işçi otaqların, sanitar qovşaqların, dəhlizin, liftlərin içərisinin, pilləkənlər və pilləkən qəfəslərindəki tutacaqların, MMC-yə giriş hissədə quraşdırılmış turniketlərin və qapı cəftələrinin hər gün 4 (dörd) dəfə olmaqla dezinfeksiyası aparılır. Bundan başqa “Aztelekom” MMC-nin tabeliyində olan 57 Telekommunikasiya Qovşağında istifadə edilməsi üçün virusdan qorunmaq məqsədilə zəruri vasitələrin alınması planlaşdırılır. “Bakı Telefon Rabitəsi” MMC və nəzdində fəaliyyət göstərən rabitə xidmətləri mərkəzləri, ATS-lər, “AzEvroTel” telekommunikasiya operatoru, “Azərrabitəlayihə” MMC-də yeni növ koronavirusun (2019-nCoV) profilaktikası üzrə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilir. Koronavirus barəsində məlumat xarakterli məqalə hazırlanaraq maarifləndirmə məqsədilə “Baktelecom”un nəzdində fəaliyyət göstərən xidmət mərkəzlərinə təqdim edilib. "Qaynar xətt" (598 38 99 və 598 46 99) yaradılaraq 24/7 formatında fəaliyyəti təmin olunub. "Qaynar xətt" işçiləri virus infeksiyası barəsində təlimatlandırılıb. “Baktelecom”a aid xidmət mərkəzləri, qurum və bölmələrdə gücləndirilmiş qaydada dezinfeksiya işlərinin təşkilinə başlanılıb.
Məlumatın dəqiq və vaxtında toplanması məqsədilə tənəffüs xəstəlikləri ilə xəstəxanaya daxil olan əməkdaşlar barəsində, eləcə də qaynar xəttə koronavirusla bağlı daxil olan müraciətlərin hər gün 9:20-dək dispetçer mərkəzinə bildirilməsi tapşırılıb.
Koronavirusun qarşısının alınması üçün təbliğat-təşviqat işlərinin gücləndirilməsi üçün “Baktelecom”un İnzibati binası, xidmət mərkəzləri, qurum və bölmələrində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış məlumatların Azərbaycan dilində tərtib edilərək yerləşdirilməsinə başlanılıb.
Əməkdaşlar arasında fərdi və kollektiv gigiyena qaydalarını yüksəltmək məqsədilə antiseptik məhlullar, duru sabun, tibbi əlcək və maskalar, qapaqlı tullantılar və s. kimi profilaktik vasitələr tədarük edilib.
Həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində, eləcə də digər telekommunikasiya xidmətlərinin təminatı zamanı əhali ilə təmasda olan əməkdaşların təlimatlandırılması, onların ilkin qoruyucu vasitələrlə (tibbi əlcək, tibbi və N95 tipli maskalar və spirt tərkibli daşınan sanitayzerlər) təmin edilməsinə göstəriş verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin və yoluxma hallarının qarşısının alınması məqsədilə mart ayında keçirilməsi nəzərdə tutulan bir sıra kütləvi tədbirləri müvəqqəti olaraq təxirə salıb. Belə ki, regionlarda keçirilməsi planlaşdırılan “İ2B – İdeyadan Biznesə” startap turları, ll Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu və digər tədbirlərin vaxtı dəyişdirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayan Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.
Sonda ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib və onlarla çay süfrəsi arxasında söhbət aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.
Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi sahəsində son illərdə görülən işlər göz qabağındadır. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət proqramları müstəsna rol oynayıb. Bu proqramlar dövlət tərəfindən maliyyələşdirilib və ölkə üzrə bütün tibb müəssisələrinin yenidən qurulmasını əhatə edib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan sosialyönümlü siyasətin mühüm tərkib hissəsi kimi ölkədəki tibb ocaqlarında xidmətin pulsuz həyata keçirilməsi, əhalinin icbari tibbi sığortasının təşkil olunması və icrası uğurla davam edir. Ölkədəki səhiyyə islahatlarının əsas qayəsi həm də aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların pulsuz dərmanlarla təmin olunmasına və müalicəsinə yönəlib.
Dövlətimizin başçısına məlumat verildi ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının binası 1969-cu ildə yataqxana kimi istifadəyə verilmişdi və uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina yararsız vəziyyətə düşmüşdü. Yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri ötən ilin sentyabrında yekunlaşıb. Üç hektarlıq ərazidə 145 çarpayılıq müasir tibb müəssisəsi inşa olunub. Xaricdə istehsal olunan avadanlıqla təchiz edilən xəstəxana binasının ümumi sahəsi 22 min kvadratmetrdir. Burada doğum, terapiya, cərrahiyyə, uşaq xəstəlikləri, anesteziologiya-reanimasiya, poliklinika, şüa-diaqnostika, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxana binasında qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, yoluxucu xəstəliklər korpusu, Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərəcək.
Prezident İlham Əliyevə icbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət xəstəxanalarında tibbi fəaliyyətin təşkilindəki əsas dəyişikliklər barədə məlumat verildi. Bildirildi ki, təcili və təxirəsalınmaz tibbi yardım bölməsi həftənin 7 günü 24 saat fəaliyyət göstərərək müraciət edən xəstələrin çeşidlənməsini, stasionar şöbələrə yerləşdirilməmişdən əvvəl həkim nəzarəti altında müayinə və müalicələrinin həyata keçirilməsini təmin edir. Xəstələr bu bölmənin fəaliyyəti nəticəsində müşahidə altında saxlanılır, hər şey qaydasında olarsa, ambulator müalicə üçün evə yazılır, nəticədə stasionar şöbələrə düşən yükün həcmi kəskin azalır. Steril şəraitin təmin edilməsi üçün laboratoriya şöbələri xəstələrin birbaşa daxil ola biləcəyi ərazilərdən kənarda yerləşdirilib, qan və digər nümunələrin alınması üçün xüsusi otaqlar yaradılıb, zəruri avadanlıqla təmin edilib. Ambulator tibbi xidmətin göstərilməsi üçün xəstəxana binalarının birinci mərtəbələrində poliklinikalar yaradılıb. Bütün həkimlər ambulator xəstə qəbulunu poliklinikalarda həyata keçirirlər.
Bu fikirləri Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının kolllektivi ilə görüşdə çıxışı zamanı bildirib:
“Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir.
Ona görə bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri – Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar”.
Koronavirusla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) əks-epidemik profilaktik tədbirləri davam etdirir. Yol-xeber.az xəbər verir ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq bugün ASCO-ya məxsus Azərbaycan Dövlət Dəniz Akademiyasında, Akademiyanın tələbə yataqxanasında və Azərbaycan Dənizçilər Kollecində dezinfeksiya işləri aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.
ASCO rəhbərliyinin qərarına əsasən, şirkətdə mütəmadi olaraq aparılan dezinfeksiya işlərinə nəzarət gücləndirilib. Tapşrığa uyğun olaraq dezinfeksiya tədbirləri xüsusi qrafiklə gəmilərdə ayda bir dəfə, sahildə yerləşən strukturların inzibati binaları və ərazilərində isə iki dəfə yerinə yetirilir. Səlahiyyətli qurumların göstəriş və təlimatlarına müvafiq olaraq sanitar-gigiyenik tədbirlərin təkrarlanması da diqqətdə saxlanılır.
Dezinfeksiya işləri ilə paralel ASCO-nun struktur idarələrində əməkdaşlar arasında maarifləndirmə tədbirləri də davam etdirilir. “Dənizçilər poliklinikası” MMC-nin həkimləri mütəmadi olaraq virusun əlamətləri və virusdan qorunma yolları barədə əməkdaşlara məlumat verirlər.
Koronavirus ilə bağlı ASCO-da vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə rəhbər şəxslərdən ibarət qərargah və (050) 274 30 82 nömrəli “qaynar xətt” də fəaliyyət göstərir.
Binəqədi rayonu Sulutəpə qəsəbəsinin sakinləri yol və kanalizasiya problemindən əziyyət çəkirlər. Yol-xeber.az istinadən bu barədə Oxu.Az-a qəsəbə sakinləri məlumat verib. Onların sözlərinə görə, aidiyyəti qurumlara müraciət etsələr də, qəsəbənin problemləri həll olunmur: “Biz Aşağı Sulutəpə deyilən ərazidə Ruslan Allahverdiyev küçəsində yaşayırıq. Yollarımız bərbad vəziyyətdədir. Kanalizasiya borularının əksəriyyəti çürüyüb. Kanalizasiya suları daşaraq küçəyə axır və yaşayış evlərinin həyətinə, zirzəmisinə dolur. Bu, xəstəlik mənbəyidir.
Uşaqlar məktəbə gedə bilmirlər. Laçın rayon 10 nömrəli tam orta məktəb evimizin yaxınlığında yerləşir. Sakinlər problemləri ilə əlaqədar ərazi üzrə bələdiyyəyə, həm də İcra Hakimiyyətinə müraciət ediblər. Bu şəraitdə piyadalar və avtomobillər çətinliklə hərəkət edirlər. Yağış yağanda isə vəziyyət daha ağır olur. Kanalizasiyadan daşan çirkab suyun üfunət qoxusundan evlərdə oturmaq olmur. Xahiş edirik, kömək edəsiniz”.
“Azərbaycan Hava Yolları” QSC Çində yayılmış koronavirusunun Azərbaycanda yayılması ehtimalını nəzərə alaraq dezinfeksiya işlərinə başlayıb.
Yol-xeber.az “Report”-a istinadən xəbər verir ki, proses Heydər Əliyev Beynəlxalq Aeroportunu, eləcə də AZAL-ın sərnişin təyyarələrini əhatə edir.
Bakıda tıxac yaradan və tıxacdan sui-istifadə edən sürücülərin videosu kameraya düşüb. Yol-xeber.az xəbər verir ki, fevralın 26-ı paytaxtın A.M.Şərifzadə küçəsi ilə Nazim Hikmət küçəsinin kəsişməsində tıxac yaranıb. Tıxac sürücülərin səriştəsizliyi və qanunauyğun şəkildə hərəkət etməməsindən yaranıb. Videodan da aydın şəkildə görünür ki, yolayrıcında tıxac yaranmasına baxmayaraq sürücülər hərəkət edərək yolarıcında hərəkəti daha da çətinləşdirilər. Bu vəziyyətdən istifadə edən 10-PF-936 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü svetoforun qadağanedici işığında hərəkət edərək geriyə dönüb.
Bu cür vəziyyət yaranan zaman yolayrıcına girmək qadağandır. Yol Hərəkəti Haqqında Qanunda da qeyd olunub ki, "əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır". Tıxac yarandığını görən sürücülər onlar üçün yaşıl işığın yandığını görsələr belə yolayrıcına girməməlidirlər. Hamı stop xətt qarşısında dayanarsa, yolayrıcı boşalaraq bütün sürücülər üçün rahat keçid şəraiti yaradacaq.
Tıxac zamanı yolayrıcına və yaxud kəsişməyə daxil olan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2- ci maddəsi ilə 3 bal 60 manat məbləğində cərimə oluna bilər.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası sərhədi arasında məhdudiyyət tətbiq edildikdən sonra bir çox strukturlarda dezinfeksiya və təmizlənmə işləri aparılıb. Eyni zamanda cənub bölgəsində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının yerləşdiyi stasionar postunda da dezinfeksiya işləri aparılıb. Baş Dövlət Yol Polisi İdarəsindən Yol-xeber.az-a verilən məlumata əsasən dezinfeksiya işləri Masallı rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirirlib. Qeyd etdiyimiz stasionar postun komandiri polis mayoru Hikmət Qafarovun təşəbbüsü ilə dezinfeksiya işlərindən sonra bütün əməkdaşlara qoruyucu vasitələr təqdim edilib.