“Forma 4” arayışının elektronlaşdırılması Daxili İşlər Nazirliyinin göstərişi ilə olub - Ekspert
“forma 4” arayışı sürücülər üçün bir kabusa çevrilmişdi

Bildiyiniz kimi ötən ilin oktyabr ayından Baş Dövlət Yol Polisi İdarəsinin sistemi icbari sığorta bürosunun elektron sisteminə inteqrasiya edilib və qəzadan sonra yol polisi ''forma-4'' arayışını elektron qaydada sığorta şirkətlərinə göndərir. Bir neçə gün əvvəl İcbari Sığorta Bürosu, Baş Dövlət Yol Polisi İdarəsi və sığorta şirkətlərinin əməkdaşları sözügedən elektron arayışla bağlı bəzi müzakirələr aparıblar. Müzakirələrdə bildirilib ki, qəzadan sonra yol polisinin sığorta şirkətinə göndərdiyi elektron ''forma-4'' arayışı təkmilləşidirilir. Avtosfer.az-ın məlumatına görə sözügedən arayışın üstünlüklərindən danışan ekspert Elməddin Muradlı abc.az-a bildirib ki, sığorta ödənişlərinin gecikməsi, sürücülərin süründürülməsi uzun illəridr əzab əziyyətə çevrilmişdi. Onun sözlərinə görə, xüsusən “forma 4” arayışı sürücülər üçün bir kabusa çevrilmişdi. E.Muradlı qeyd edib ki, onda olan məlumata görə sözügedən elektron sistemin tətbiqi Daxili İşlər nazirliyinin təşəbüsü ilə olub və nazirliyin rəhbərliyinin göstərişi əsasında belə bir sistem hazırlınıb: “Bu çox mükəmməl sistemdir. Sürücülər, sığorta işciləri üçün faydalı bir sistem olacaq. Yəni sürücü “forma 4” arayışı üçün heç yerə getmir, tutaq ki yol nəqliyyat hadisəsi baş verib, sığorta və yol polisi də hadisə yerinə gəlib. Avtomobillərə az zərər dəyibsə sürücülər hərəsi öz avtomobilini götürüb gedir və yaxud da hərəsi bir evakuatr çağrıb ustaya  aparırlar. Bütün qeydiyyat işlərini də yol polisi həll edir. Sürücü yenə də vaxt itirmədən sabahısı  gün sığorta sirkəti ilə əlaqə saxlayır və məlum olurki bəli artıq “forma 4” arayışı gəlib. Yol polisi arayışını göndərib, sürücü də elektron formada gedib o ödənişini alır. Yəni 2 və ya 3 həftə arayışı gözləmir. Qapılarda gözləmir, bürokratik əngəllərlə, qanunsuz tələblərlə üzləşmir”.
Image may contain: 3 people, suit and indoor
21 fevral 2020-ci il tarixində Quba Heydər Əliyev Mərkəzində Quba Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları və könüllülər ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin görüşü keçirilmişdir.
Quba rayon İcra Hakimiyyətinin başçısı cənab Z.Əliyev gənclərlə keçirilən səmimi görüşdən sonra Mərkəzə 100-dən çox kitab bağışlamışdır.

Image may contain: 10 people, people standing, suit, wedding and indoorImage may contain: 15 people, people smiling, people standing and indoor
Yol polisinin daha bir videosu: təcili yardım maşınından çəkilib - VİDEO
Yolu boşaldaraq xəstənin vaxtında çatdırılmasına kömək edib

Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi tağımının əməkdaşlarının videosu çəkilib. Bu barədə Yol-xeber.az-a Təcili Yardım avtomobili idarə edən sürücü görüntülər təqdim edib. Sürücü bildirib ki, maşında ağır xəstə olub və təcili olaraq çatdırmaq lazım imiş. Bu zaman Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi tağımının əməkdaşlarının idarə etdiyi 99 YP 746 dövlət nömrə nişanlı patrul avtomobili ilə yolu açır. Qarşıda gedən YPX maşını xəbərdarlıq siqnalı və səsgücləndirici ilə təhlükəsizliyi təmin edir. Nəticədə xəstə vaxtında xəstəxanaya çatdırılır və həyatını xilas etmək mümkün olur. 

Videonu təqdim edirik:

 

BNA nümayəndələri beynəlxalq sərgi-konfransında iştirak edib - FOTO
Mütəmadi olaraq bu istiqamətdə layihələr həyata keçirilir.

Ukraynanın paytaxtı Kiyev şəhərində “Smart Building 2020” beynəlxalq ixtisaslaşmış sərgi-konfransı keçirilib. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, sayca 4-cü olan sərgi-konfransda Bakı Nəqliyyat Agentliyinin nümayəndələri də iştirak edib. İki gün davam edən sərgi-konfransda "ağıllı şəhər" sistemləri və avtomatlaşdırma eləcə də, ağıllı həllər sahəsində əldə olunan son nailiyyətlər təqdim olunub. 
Sərgi çərçivəsində, keçirilən görüşlərdə əsas diqqət şəhər yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılmasına imkan verən texnologiyalara yönəldilib. Eyni zamanda, ukraynalı mütəxəssislərə Bakı şəhərinin nəqliyyat sisteminin modernləşdirilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilib. Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. 
Qeyd edək ki, şəhər yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Mütəmadi olaraq bu istiqamətdə layihələr həyata keçirilir. Eyni səviyyəli piyada keçidlərinin əlavə işıq effektlərindən istifadə olunmaqla işıqlandırılması bu sahədə icra olunan ən son layihələrdəndir.

 

 
Sürücü ona aid olmayan avtomobillərlə radara düşdü:  Şikayət - FOTO
Sürücü həmin qərarların ləğv edilməsini xahiş edir

Sürücü Ağamalıyev Tural fevralın 3-də Hacıqabul-Horadiz yolunda hərəkətdə olarkən xüsusi texniki vasitə ilə onun barəsində elektron qərarlar tərtib olunub. Sürücü tərtib edilmiş qərarların qanunsuz olduğunu iddia edir. Sürücü Avtosfer.a-a açıqlamasında bildirib ki, fevralın 3-ü idarə etdiyi “Mercedes” markalı 99-GN-197 qeydiyyat nişanlı avtomobillə İmişli rayonu istiqamətində  hərəkətdə olarkən qaydaları pozmadığı halda barəsində elektron qərarlar tərtib edilib. Lakin tərtib olunmuş qərarlarda ona aid olmayan 99-UG-586 qeydiyyat nişanlı “Vaz  2107” markalı və 30-BG-660 qeydiyyat nişanlı “Kamaz” markalı avtomobillərin fotosu və qeydiyyat nişanları əks olunub.

Sürücü Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən həmin qərarların ləğv edilməsini xahiş edir.

 

Koronavirusun yayılması təhlükəsi ilə əlaqədar Bakı şəhərindəki apteklərdə qoruyucu maska iki dəfədən artıq bahalaşıb.

Bu gün Cebhe.info əməkdaşları bir neçə aptekdə monitorinq aparıb. Məlum olub ki, qiyməti 10 qəpik olan qoruyucu maskalar ən azı 25 qəpiyə təklif olunur. “Nizami” metrostansiyası ətrafındakı apteklərdən bildiriblər ki, bu, ən ucuz qiymətdir. Çünki şəhərin mərkəzin digər apteklər maskanı 50 qəpiyə satır.

Qeyd edək ki, söhbət qoruyucu funksiyası yüksək olmayan adi tibbi maskalardan gedir. Qoruyucu funksiyası yüksək olan tibbi maskaların qiyməti 20 manatdan başlanır. Bəzi apteklərdə ümumiyyətlə satışda qoruyucu maskanın olmadığı bildirilib.

Koronavirus təhlükəsi ilə əlaqədar bir çox məktəblərdə uşaqlara çantalarında tibbi maska və spirt gəzdirmələri tapşırılıb.

Tapşırıq uşaqlara sinif müəllimləri tərəfindən verilib. Bildirilib ki, təmizlik və yayılmış epidemiya, respirator virus təhlükələrinə qarşı önləyici tədbirlər görülməlidir. Bu məqsədlə bir çox müəllim uşaqlara məktəb otağına girərkən əllərini spirt və ya nəm solfetlərlə silməyi tapşırıb. Qrip, respirator viruslardan qorunmaq üçün yolda, kütləvi yerlərdə, ictimai nəqliyyatda tibbi maskalardan istifadə etmək tapşırıb.

Ayrı-ayrı müəllimlər tərəfindən tapşırılan bu tapşırıq valideynlərin də ürəyincə olub.

Bakıda apteklərdən birinin satıcısı Zemfira Abdullayeva bildirib ki, gün ərzində tibbi maska alanların sayı çoxalıb. Həmçinin ötən gün özəl məktəblərdən biri üçün 900 manatlıq tibbi maska alınıb.   /Axar.az/

Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb  - FOTO
Yaranan tıxaca səbəb yolun genişləndirməsi istiqamətində aparılan təmir işləri ilə əlaqədardır

Bakı-Sumqayıt yolunda paytaxt istiqamətində tıxac yaranıb.

Yol-xeber.az Oxu.Az-a istinadən xəbər verir ki, Abşeron rayonu Masazır dairəsi keçən hissəsindən başlayan sıxlıq 20 Yanvar dairəsinə qədər davam edir. Sıxlıq səbəbindən yolda nəqliyyat vasitələrinin hərəkəti iflic olub.

Yaranan tıxaca səbəb yolun genişləndirməsi istiqamətində aparılan təmir işləri ilə əlaqədardır.

 

 

Səhiyyə Nazirliyindən koronavirusla bağlı
"Azərbaycanda hazırda koronavirusla bağlı vəziyyət stabildir. Heç bir şübhəli hal yoxdur".

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib.

Onun sözlərinə görə, ölkədə epidemioloji durum tam nəzarət altındadır: "Şayiələr yayılsa da, bununla bağlı rəsmi açıqlama verilib. Əgər belə bir hal baş verərsə, rəsmi orqan məlumat yayar. Amma indi heç bir şübhəli hal yoxdur"

Hərbçimizin ölümündən əvvəl çəkilən son — FOTOSU


Xəbər verdiyimiz kimi, yanvarın 16-da Tovuz rayonunun Ağdam kəndi istiqamətində itkin düşən hərbçimiz Abbasov Akif Elşən oğlu bu gün torpağa tapşırılıb.
"Qafqazinfo" Akif Abbasovun ölümündən əvvəl çəkilən son fotosunu əldə edib. Fotoda onun anası da yer alıb.
Xatırladaq ki, hərbçimiz Akif Elşən oğlu Abbasov yanvar ayında itkin düşmüşdü. Onun meyiti bir neçə gün əvvəl sərhədin neytral ərazisində tapılmışdı. O, bu gün doğulduğu Ağcabədi rayonundakı Şəhidlər xiyabanında dəfn edilib.

Xəbər lenti