![]() |
|
Bənd-bənd yazdıqlarım Azərbaycan polisi haqqında çoxlarının son 3 ayda düşüncələrini əks etdirir. Və mən düşündüm ki, polisə olan mənəvi borcumu bu yazıyla ödəyim.
Bu gün onlar dövlət tərəfindən hər şeylə təmin olunub. Amma mənəvi dəstəyə hər zaman ehtiyac var. Koronavirusla mübarizədə bütün dünya ciddi mübarizə aparır, döyüşür. Azərbaycanda da bu mübarizəni və döyüşü həkimlərlə yanaşı polisimiz aparır. Odur ki, rəisindən tutmuş sıravi əməkdaşının da ön sırada olduğu polis haqqında düşüncələrimi qeyd etməyi vacib sayıram. Bu gün Azərbaycan polisi insanları qorumaq üçün; - post qurub bizə keşik çəkir - 24 saat küçə və yollarda xidmət aparır.
- insanları maarifləndirir
- onlara pulsuz tibbi maska, əlcək paylayır
- metroda, avtobusda insanları qorumaq üçün nəzarət tədbirlərini həyata keçirir
- insanları qoruyarkən özləri virusa yoluxur
- imkansız ailələrə yardımlar aparır
- karantin qaydasını pozanlarla əvvəlcə təbliğat xarakterli söhbət aparır
- daha sonra qayda pozanları cəzalandırır
- yolda qalanlara kömək edir
- yanğın baş verəndə yanğınsöndürən olur
- ağır yaralı və ya xəstə olanda təcili yardım sürücüsü kimi onu xəstəxanaya aparır.
Bütün bunlarla yanaşı gündəlik işlərini də davam etdirirlər;
- cinayətkarlığa qarşı mübarizə aparır
- narkotiklərə qarşı mübarizədə amansızdır
- yollarda qəzaların baş verməməsi, qayda pozanların çoxalmaması üçün gərgin iş görür
- bu gərgin dövrdə vətəndaş müraciətlərinə dərhal baxılır
- sosial şəbəkələrdə, mediada yayılan istənilən xəbərə dərhal reaksiya verir
- TV-də, sosial şəbəkələrdə, mediada insanları dayanmadan informasiya ilə təmin edir
- hara baxsaq polisi görürük
- ən gərgin nöqtələrdə hamıdan öndədir
- bu qədər gəgin iş rejimində vətəndaşlarla xoş davranır
- səbrli, təmkinli və cəsarətli davranır.
Bizi qorumaq üçün daha nələr etmirlərki?
Bütün bunlar əsas verir ki, biz birlikdə güclü olaq və deyək:
Yaşasın Azərbaycan polisi
Var olsun Azərbaycan polisi
Səninlə qürur duyuram bizim polis...
Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində işini itirmiş şəxslərə hökumət 190 manat birdəfəlik yardım təyin edib. Prezident İlham Əliyevin tapşırığı ilə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, birdəfəlik ödəmə verilənlərin sayı 200 mindən 600 min nəfərə çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aprelin 9-dan ödəniş prosesi həyata keçirməyə başlayıb.
Lakin bəzi insanlar bildirirlər ki, xəbərləri olmadığı halda onların adına yardım ayrılıb, amma heç bir bildiriş göndərilməyib. Belə olan halda təyin olunmuş yardım kimə çatıb? Bu məsələlər nə qədər realdır?
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bildirib ki, bu cür problemlə üzləşən vətəndaşlar ƏƏSMN-ə müraciət edə bilərlər:
“Biz də sosial şəbəkələrdə bəzi vətəndaşların guya xəbərləri olmadan adlarına yardım təyin edilməsi və onlara heç bir bildiriş getmədiyi barədə məlumatları oxuyuruq və bu məsələləri araşdırırıq. Bütün hallarda vətəndaşın yaxın ailə üzvləri tərəfindən müraciət olunduğu müəyyən olunur. İkinci halda isə onlar 2020-ci il aprelin 1-dək işsiz kimi məşğulluq mərkəzində qeydiyyata alınmış şəxslərdir. Onların işsiz statusu qüvvədə olduğundan, avtomatik olaraq yardım təyin edilib. Təbii ki, 600 minlik siyahının açıqlanmasında da məqsəd nazirlik tərəfindən ictimai açıqlığı təmin etməkdir. Əgər vətəndaşların məlumatsızlığı nəticəsində onlara vəsaitin təyin edilmə halları varsa, bizə müraciət edə bilərlər. Amma indiyə qədər edilən bütün müraciətlər nəticəsində bu kimi faktlar öz təsdiqini tapmayıb”. /redaktor.az/
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir.
Nazirlikdən verilən məlumata görə, FHN-dən bildiriblər ki, 2020-ci ilin çimərlik mövsümü ərzində vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dövlət dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqəyə qatılmaq istəyən şəxslər ərizə ilə müraciət edərək şəxsiyyət vəsiqəsini, əmək kitabçasını (olanlar üçün), tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənədi, sağlamlıq haqqında arayışı (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən), və 3×4 ölçüdə qırmızı fonda çəkilmiş iki fotoşəkli şəxsən təqdim etməlidirlər.
Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaq.
Sənədlər 2020-ci il mayın 14-dən etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri Xətai rayonu Nəcəfqulu Rəfiyev 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir. Əlaqə telefonları: (012) 512-17-35 və 512-17-09.
(baku.ws)
Son iki gündə karantin rejiminə görə qurulan postların və küçədə polislərin, Daxili Qoşunların əsgərlərinin sayı azaldılıb. Sosial şəbəkədə mayın 31-də karantin rejiminin bitəcəyini, toylar və yaslara icazə veriləcəyi ilə bağlı iddialar yayılıb.
Sonxeber.az xəbər verir ki, bununla bağlı məlumat verən deputat Fazil Mustafa bildirib ki, məsələ ilə bağlı qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir:
“Operativ Qərargah ölkəmizdə real vəziyyəti, yoluxanların sayı və dünyadakı mövcud vəziyyəti analiz etdikdən sonra yumşalma ilə bağlı qərarlar verir. Bizim söylədiklərimiz, sadəcə, ehtimal ola bilər. Düşünürəm ki, yoluxmaların sayı azalma dinamikası ilə davam etsə, mayın 31-də növbəti yumşalma ola bilər. Bilirsiniz ki, dünən yoluxanların sayı son bir neçə gündəkindən az olub. Əgər yoluxanların sayı azalma dinamikası ilə davam etsə, növbəti yumşalma ola bilər. Amma karantin rejiminin bitməsini, toylar və yasların keçirilməsinə icazə veriləcəyi real görünmür. Çünki bizdə toylar və yas mərasimləri koronavirusun yayılma mənbəyi ola bilərdi. Əlbəttə, tezliklə normal vəziyyətimizə qayıtmağımız insanlarımızın məsuliyyətli olmasından və Operativ Qərargahın qoyduğu qaydalara əməl etməklərindən asılıdır”.
Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov məsələ ilə bağlı bildirib ki, bu barədə hələlik bir söz demək mümkün deyil:
“Çünki bu barədə konkret qərar yoxdur. Hər şey yoluxanların sayının artma-azalma dinamikasından asılıdır”.
Bu il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər məntiqdən imtahan verməyəcəklər.
Bunu Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.
Onun sözlərinə görə, bu il müəllim işləmək istəyənlər yalnız ixtisas fənni, metodika və pedaqogikadan imtahan verəcəklər:
“Müəllimlərin ixtisas fənlərini dərindən bilməsi çox yaxşı haldır. Amma bu, onların məktəbdə yaxşı müəllim kimi fəaliyyət göstərməsi üçün kifayət deyil. Əsas məsələ şagirdlərlə necə davranmaq, şagird auditoriyasını idarəetmək, tədrisi və qiymətləndirmələri səmərəli şəkildə təşkil etməkdir. Bütün bunlar onların ciddi şəkildə metodik yanaşmalara yiyələnməsini tələb edir. Buna görə də bu il sualların əksəriyyətinin daha çox məlumat xarakterli deyil, həmin məlumatları müvafiq situasiyada tətbiq etməklə bağlı olması planlaşdırılır. Bu, müəllimlərin həmin şəraitə düşərkən özlərini necə aparacaqlarını göstərən vasitə olacaq”. (trend)
Keçmiş deputat Rafael Cəbrayılovdan yeni Baş prokuror Kamran Əliyevə şikayət ediləcək.
Yenisabah.az-a daxil olan məlumata görə, Rafael Cəbrayılovun borclu olduğu şəxslər artıq keçmiş deputatla bağlı qəti tədbirlər görülməsinə nail olmaq üçün yaxın günlərdə hərəkətə keçməyi planlaşdırırlar.
Məlumatda bildirilir ki, onların sayı 8 nəfərdir. Həmin şəxslərin adlarını və keçmiş deputatın onların hər birinə olan borcunun məbləğini təqdim edirik:
Məlahət Qurbanova – 580 000 dollar
Təranə Fətəliyeva – 300 000 dollar
Xatirə Nəcəfova – 200 000 dollar
Yusif Orucov – 200 000 dollar
Aynur Kazımova -100 000 dollar
Şəfa Məmmədova – 80 000 dollar
Bəşir Məmmədov – 60 000 dollar
Allahverdi Səfərəliyev – 30 000
Beləliklə, Rafael Cəbrayılovun bu şəxslərə toplam olaraq 1 350 000 dollar borcu var. Bu Azərbaycan valyutası ilə 2 295 000 manat edir.
Bildirlir ki, borclular dəfələrlə keçmiş deputatdan pullarını tələb etsələr də, hər dəfə şirin vədlərlə aldadılıblar. Hətta Rafael Cəbrayılov borcluların müvafiq qurumlara şükayət etməməsi üçün villasını satışına çıxardığını deyərək, kirayə ev tutub. Lakin sonradan bəlli olub ki, keçmiş deputat onları aldadıb.
Borclular məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Müraciətdən sonra Rafael Cəbrayılov idarəyə çağırılıb. Keçmiş deputat orada əlində pul və əmlak olmadığını desə də, borcunu qaytaracağını vəd edib. İdarədən isə şikayətçilərə məsələnin hərtərəfli araşdırılacağı və müvafiq tədbir görüləcəyi bildirilsə də, koronavirus pandemyası məsələni arxa plana keçirib. Borclular artıq səbr etmək fikrində deyillər.
Xatırladaq ki, Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə onun borclu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.
Keçirilən təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.
Təlimin niyyətinə əsasən düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur.
Müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri yoxlanılacaq.
Xəzər TV xəbər verir ki, aliment alan və verən şəxslər də ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olacaqlar. Bundan başqa, ailənin əmək qabiliyyətli üzvü birinci dərəcə əlilliyi olan şəxsə baxırsa, bu zaman o da ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edə biləcək. Bütün bu yeniliklər ''Ünvanlı dövlət sosial yardımı haqqında'' qanuna təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev deyir ki, qanuna təklif edilən dəyişikliklər vətəndaşların dövlətin bu yardımına əlçatanlığını təmin etmək məqsədi daşıyır.
Qüvvədə olan qanunvericiliyə görə, vətəndaşlar dövlətin bu qayğısından yararlanmaq üçün mütləq qeydiyyatda olduqları ərazi üzrə müraciət etməlidirlər. Musa Quliyevin sözlərinə görə, bu şərt də aradan qaldırılacaq.
Bütün bu dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilib və plenar iclasa tövsiyə olunub.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərov may ayının 12-də İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, bir müddət əvvəl özünə məxsus “MLS 2121” markalı tüfəngin naməlum şəraitdə itməsi barədə məlumat verib.
Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar davam etdirilir.
"Xəzər" TV bu barədə reportaj hazırlayıb.
Reportajda bildirilir ki, avtomobilə baxmaq üçün isə öncədən alıcılardan beh adı ilə pul alırlar. Pulu aldıqdan sonra isə yoxa çıxırlar. Son günlər bu dələduzların sayı o qədər artıb ki, elan saytlarında demək olar ki, iki maşını kəskin qiymət fərqi ilə tapmaq mümkündür.
Eyni avtomobilin bir elanda qiyməti 14 900, digərində isə cəmi 3 500 manatdır.
Başqa bir elanda 2009-cu ilin avtomobili 1 500 manata satılır. Halbuki avtomobilin faktiki bazar qiyməti bundan bir neçə dəfə bahadır.
Son zamanlar bəzi dələduzlar başqalarının avtomobillərinin şəkillərini paylaşmaqla pul qazanırlar.
Adətən bu elanlardakı maşınlar bazar qiymətindən qat-qat ucuz olur və təcili satıldığı qeyd edilir. Elanı görənlər isə ucuz avtomobil üçün zəng etdikdə avtomobilin "sahibi" onlardan beh istəyir. Pulu aldıqdan sonra isə yoxa çıxırlar.
Belə hadisələrdən biri də Fərid Piriyevin başına gəlib. O deyir ki, tanımadığı adam ona zəng edərək avtomobilinin elan saytlarının birində 10 800 manata satışa qoyulduğunu deyib.
Fərid Piriyev deyir ki, bir müddət müxtəlif elan saytlarında avtomobilinin ucuz qiymətə satışa qoyulduğunu görüb. Sonradan öyrənə bilib ki, əslində bir qrup şəxs onun kimi bir neçə adamın maşınlarının şəkillərini paylaşaraq insanlardan beh alır.
Artıq şikayətçilərin bəziləri məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət ediblər.
Mütəxəssislər isə deyirlər ki, avtomobilin, dəyərindən qat-qat ucuz təklif edilməsi əslində alıcıda dələduzluq faktına dair şübhələr yaratmalıdır. Bu hallarla qarşılaşanlar diqqətli olmalıdırlar.