![]() |
|
DİN Mətbuat Xidmətinin Lənkəran rayonunda regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Lənkəran rayonunda da ağacəkmə aksiyası keçirilib. Tədbirdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları da fəal iştirak ediblər.
Polis əməkdaşları iqlim şəraitinə uyğun və dözümlü, eləcə də dekorativ cəhətdən gözəl görünən 100-dən artıq şam ağacı əkiblər. Yeni əkilmiş ağaclara qulluq göstərilib, suvarma işləri aparılıb.
Lənkəran ŞRPŞ-nin əməkdaşları bundan sonra da ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması işində fəallığı davam etdirəcəklərini bildiriblər
Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında eyni anda ağac əkilməsinə start verilib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, bu nəcib aksiyaya Saatlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Tağıyev və şöbənin bütün şəxsi heyəti qoşulublar.
Saatlı Rayon Mərkəzi Xəstəxanasının ərazisində aksiya çərçivəsində 100-dən çox ağaca aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, ərazidə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 251 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər.
Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında olduğu kimi Quba rayonunda da ağacəkmə aksiyası keçirilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətov və şöbənin bütün şəxsi heyəti iştirak ediblər.
Tədbirin əvvəlində polis əməkdaşları tərəfindən ərazi təmizlənib, əkin üçün lazım olan quyular qazılıb. Daha sonra polislər rayonun iqlim şəraitinə daha uyğun və dözümlü olan şam ağacları əkiblər. Aksiya çərçivəsində RPŞ-nin şəxsi heyəti ümumilikdə 150 ağac əkərək, onlara aqrotexniki qaydada qulluq göstəriblər.
Bundan əlavə, ərazidə abadlıq və təmizləmə işləri görülüb, həmçinin ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.
İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, böyük şairin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyan bu təşəbbüsə Hacıqabul Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Məmməd Hüseynov və şöbənin bütün şəxsi heyəti qoşulublar.
Polis əməkdaşları Hacıqabul-Muğan yolunun ətrafında iqlim şəraitinə daha uyğun və dözümlü şam ağacları əkiblər. Aksiya çərçivəsində ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, ərazidə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 100 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər.
Bakının Səbail rayonunun Abbasqulu Abbaszadə küçəsinin Badamdar şossesi ilə orta məktəb arasında yerləşən hissəsində, aparılan təmir işləri ilə əlaqədar bu gecədən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidən (AAYDA) xəbər verilir.
Məlumata görə, məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq.
"Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyyə olunur. AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir", - deyə qurum bəyan edib
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi vakant post-patrul xidmətinin polis nəfəri (kiçik rəis heyəti) vəzifələrində xidmətə
qəbulla əlaqədar müsabiqə elan edir
Daxili İşlər Nazirliyindən Yol-xeber.az-a verilən məlumata görə 2019-cu il dekabr ayının 27-də saat 08.30-da, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Abşeron, Salyan, İsmayıllı, Ucar, Kürdəmir, Şabran, Siyəzən, Xızı, Masallı, Şəmkir, Lənkəran şəhər, rayon polis orqanlarında və Bakı şəhər Baş Polis İdarəsinin ərazi polis qurumlarında vakant post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçiriləcəkdir. Sıra baxışında yalnız qeyd olunan rayonlarda və Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər:
- Ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Sıra baxışına gələnlər şəxsi sənədlərini (şəxsiyyət vəsiqəsi və hərbi bilet) təqdim etməlidirlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloci gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır.
Kompyuter avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən vətəndaşlara üstünlük veriləcəkdir.
Əlavə olaraq nəzərə çatdırılır ki, boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışına iştiraka buraxılmayacaqlar.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012)-590-94-12; (012)-590-93-45.
(012)-590-92-37; (012)-590-97-52;
Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır. Qurumun mətbuat katibi Mais Ağayev Avtosfer.az-a bildirib ki, həmin marşrut xətti üzrə daşıyıcı - “Menloqq” MMC-nin direktoru Hikmət Bağırov Agentliyə çağırılıb.
Hadisə ilə bağlı onda izahat tələb olunub.
M.Ağayev qeyd edib ki, bu kimi hadisələrin olması yolverilməzdir. Təbii hadisənin əsl səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.
Eyni zamanda qeyd edim ki, bu xətt üzrə sərnişindaşımanın vəziyyəti ürək açan deyil. Vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olur. Daşıyıcıya da xəbərdarlıq edilib ki, təsirli tədbirlər görməzsə onunla bağlanan müqaviləyə xitam veriləcək.
Daxili işlər orqanlarında yeni təyinat olub. Yol-xeber.az “Report”a istinadən xəbər verir ki, Quba Regional Pasport Qeydiyyat İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Hidayət Babayev vəzifəsindən azad edilərək Qusar Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, H.Babayev 2017-ci ilə qədər Qusar Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
Bəzən sürücülər köməkçi yoldan əsas yola çıxan zaman diqqətsiz olurlar. Bu da çox zaman qəzalara səbəb olur. Odur ki, yola çıxan zaman hərəkət istiqamətindən gələn nəqliyyat vasitələrini buraxmaq, yolun tam boş olduğuna əmin olduqdan sonra hərəkətə başlamaq lazımdır. Yaxud da nəqliyyat vasitəsi o qədər uzaq məsafədə olmalıdır ki, yola çıxmaq, zolaq üzrə hərəkət sürətini almaq üçün zaman olsun. Avtosfer.az-ın təqdim etdiyi videoda VAZ 2107 markalı avtomobilin sürücüsü digər nəqliyyat vasitəsinin gəldiyini gördüyü halda yola çıxır.
Təbii ki, sürücünün əyləci basmasına səbəb olur. Bu halda digər sürücü ya zolağı dəyişməli, ya da əyləci basmalıdır. Hər iki halda isə müvafiq olaraq soldan və arxadan gələn avtomobillər ilə toqquşma baş verə bilər.
Odur ki, sürücülərə tövsiyə olunur ki, belə hallarda diqqətli olsunlar. Çünki digər avtomobil sizi hətta arxadan vursa belə günah sizdə olacaq.