Astarada polis əməkdaşları ağacəkmə aksiyasında fəal iştirak etdilər
100-dən çox dekorativ və meyvə ağacları əkilib

DİN Mətbuat Xidmətinin Lənkəran rayonunda regional qrupundan verilən məlumata görə, böyük şair İmadəddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədini daşıyan ağacəkmə aksiyası bütün respublika ərazisində olduğu kimi Astara şəhərində də baş tutub.
Tədbirdə Astara Rayon Polis Şöbəsinin əməkdaşları böyük fəallıq nümayiş etidiriblər. Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirovun və şəxsi heyətin qatıldığı aksiya zamanı 100-dən çox dekorativ və meyvə ağacları əkilib. Eyni zamanda əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.
Cəlilabadda polis əməkdaşları bir gündə 250-dən artıq ağac əkdi
Mübariz Quliyev və şöbənin bütün şəxsi heyəti fəal şəkildə qoşulub

DİN Mətbuat Xidmətinin Lənkəran rayonunda regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, böyük şair İmadəddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Respublika ərazisində keçirilən ağacəkmə aksiyasına Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev və şöbənin bütün şəxsi heyəti fəal şəkildə qoşulub.
Polis əməkdaşları rayonun iqlim şəraitinə daha uyğun və dözümlü olan 250-dən artıq dekorativ və meyvə ağacları əkiblər. Aksiya çərçivəsində əkilən ağaclar suvarılıb və küləkdən qorunması üçün dirəklər basdırılıb.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildiriblər
Bakıda tramvay nəqliyyatı bərpa oluna bilər - BNA danışıqlara başlayıb - VİDEO
Türkiyənin təcrübəsindən istifadə olunacaq

Azərbaycan Türkiyənin meqapolisi olan İstanbuldakı nəqliyyat idarəetmə təcrübəsini Bakıda tətbiq etmək istəyir. Bu məqsədlə Bakı Nəqliyyat Agentlyinin rəsmiləri bu şəhərdəki nəqliyyat idarəetməsi ilə yerində tanış olublar.

İstanbul Böyükşəhər Bələdiyyəsinin İdarəetmə Mərkəzində keçirilən görüşdə ictimai nəqliyyatın idarə olunması prosesi haqda məlumat verilib. Görüş zamanı ictimai nəqliyyatda sərnişinlərin təhlükəsiz və rahat şəkildə məzil başına çatması üçün Avropa ölkələrində tətbiq olunan son texnologiyalardan faydalanıldığı bildirilib.

İstanbul Elektrik Tramvay Tunel Nəqliyyat İdarəsinin rəhbəri Hasan Çelik bildirib ki, nəqliyyat idarəetmə ilə bağlı bütün təcrübəni Azərbaycanla paylaşmağa hazırdırlar.

 

Qeyd edək ki, Bakı şəhərində ictimai nəqliyyatının idarə olunması üçün yaradılacaq vahid dispetçer xidmətinin formalaşdırılması üçün məhz Türkiyənin təcrübəsindən istifadə olunacaq.

Nəticədə Bakıda tramvay nəqliyyatı yenidən canlanacaq və metrobus nəqliyyatının tətbiqi üçün layihələrin reallaşması nəzərdə tutulur.

Avtosfer.az Xezerxeber.az-ın  mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 
Zaqatalada da polis ağacəkmə aksiyasında fəal iştirak edib
100-dən çox ağac əkilərək, onlara qulluq olunub

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Zaqatalada da keçirilən ağacəkmə aksiyasında Rayon Polis Şöbəsinin rəhbərliyi, eləcə də şəxsi heyət fəal iştirak edib. Aksiya çərçivəsində RPŞ-nin əməkdaşları tərəfindən 100-dən çox ağac əkilərək, onlara qulluq olunub.
Bərdədə polislər ağacəkmə kompaniyasında fəal iştirak edib - FOTO
120 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Bərdə rayonunda ağacəkmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin rəisi, polis polkovniki Muradəli Babayev və şöbənin bütün şəxsi heyəti iştirak edib.
Polis əməkdaşları iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı şam ağacları əkiblər. Aksiya çərçivəsində isə 100-dən çox ağaca aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, ərazidə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 120 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər.

 

 
Kürdəmirdə polislər ağacəkmə aksiyasında fəal iştirak ediblər
100 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Kürdəmir rayonunda da ağacəkmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin rəisi, polis polkovniki Sultan Zeynalov və şöbənin bütün şəxsi heyəti iştirak edib.
Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində polis əməkdaşları tərəfindən 100 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib. Bundan əlavə, kənd ərazisində aksiya çərçivəsində 100-dən çox ağaca aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər.
Yol polisi "protiv" gedən sürücünü cərimələdi - 90 FM 700 - VİDEO
1.1 xəttinin tələblərini kobud şəkildə pozaraq əks istiqamətə çıxıb

Bakıda qaydaları kobud şəkildə pozan avtomobilin sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Xəzər rayonu, Almas İldırım küçəsində qeydə alınıb. 90 FM 700 dövlət nömrə nişanlı, "Mercedes S class" markalı avtomobilin sürücüsü 1.1 xəttinin tələblərini kobud şəkildə pozaraq əks istiqamətə çıxıb. Bununla da qarşıdan gələn nəqliyyat vasitələrinə təhlükə yaradıb. Sürücü eyni qayda pozuntusunu bir neçə dəfə təkrarlayıb. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, sürücü aşkar edilib və İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə görə 100 manat və 4 bal cərimə edilib. Videonu təqdim edirik:

 

Xızı polisi ağacəkmə aksiyasında iştirak edib - FOTO
Xızı RPŞ-nin əməkdaşları hər zaman aktiv mövqe sərgiləyiblər

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Xızı rayonunda ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Xızı Rayon Polis Şöbəsinin əməkdaşları da fəal iştirak ediblər.
Nəcib tədbirdə zamanı polis şöbəsinin əməkdaşları rayonun iqlim şəraitinə uyğun və dözümlü, eləcə də dekorativ cəhətdən yaraşıqlı olan 100 ədəd Eldar şamları və zeytun ağacları əkiblər. Həmçinin tədbir keçirilən ərazidə alaq otlarını və tullantıları təmizləyən polislər, yeni əkilmiş ağaclara qulluq göstərərək, suvarma işləri aparıblar.
Qeyd edək ki, təbiətin mühafizəsi və bərpası istiqamətində görülən işlər çərçivəsində Xızı RPŞ-nin əməkdaşları hər zaman aktiv mövqe sərgiləyiblər. Belə ki, cari ilin oktyabr ayında da polislər tərəfindən rayon ərazisində 100 ədəd iqlim şəraitinə uyğun və dözümlü ağaclar əkilərək, aqrotexniki qaydada qulluq göstərilib.

 

Gültən

 
Polislərimiz bu gün 11.400 ağac əkdi - FOTO
Daxili İşlər Naziriyinin və onun yerli qurumlarının şəxsi heyəti də fəal iştirak ediblər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində keçirilən ağacəkmə kampaniyasında Daxili İşlər Naziriyinin və onun yerli qurumlarının şəxsi heyəti də fəal iştirak ediblər.

 

Belə ki, dekabrın 6-da Respublikanın daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən paytaxt Bakı da daxil olmaqla ölkəmizin digər şəhər və rayonlarında ümumilikdə 11.400 ədəd şam və küknar ağacı əkilib. Polis əməkdaşları tərəfindən əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.

 
Şirvanda polislər ağac əkdilər - FOTO
110 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şirvan şəhərində ağacəkmə tədbiri keçirilib. Tədbirdə ŞPŞ-nin rəisi, polis polkovniki Hikmət Quliyev və şöbənin bütün şəxsi heyəti iştirak edib.
Polis əməkdaşları iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı şam ağacları əkiblər. Aksiya çərçivəsində isə 100-dən çox ağaca aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, ərazidə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 110 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər.

 

 

Xəbər lenti