|
Paytaxtda və bölgələrdə hava temperaturu ilə bağlı ciddi dəyişiklik gözlənilmir. Lakin bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunacaq.
Bu sözləri Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Rusiyanın Xabarovsk əyalətindəki mənfi 50 dərəcə ilə ölçülən rekord soyuqlara səbəb olan siklonun ölkəmizə daxil olma ehtimalına münasibət bildirərkən deyib. O bildirib ki, bu gün müşahidə olunan küləkli hava şəraiti sabah da davam edəcək:
“Sabah paytaxtda şimal-qərb küləyi güclənəcək. Sonrakı günlərdə isə hava şəraitində ciddi dəyişiklik olmayacaq. Mülayim cənub şərq-küləyi müşahidə olunacaq. Havanın temperaturu fevralın 9-u və 10-da 7-9 dərəcə arasında dəyişəcək. Bölgələrdə isə 8-i axşamdan birinci ongünlüyün sonunadək havanın qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv xarakter olacağı ehtimal olunur”.
Qeyd edək ki, Rusiyanın Xabarovsk əyalətinin Verxnebureinsk rayonunda bu gecə 50 dərəcə, Komsomolsk-Amurda isə 43 dərəcə şaxta qeydə alınıb. Xabarovsk hidrometeoroloji bürosu temperaturun iqlim normasından 10 dərəcəyə qədər aşağı olduğunu və bunun sözügedən əyalət üçün xarakterik olmadığını bildirib.
İsrailin artilleriya birləşmələri Qəzzada HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl Qəssam briqadasına aid mövqelərə zərdə endirib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, hücum zamanı Əl-Fəhhari bölgəsində yerləşən müşahidə məntəqəsi vurulub.
Fələstinin Səhiyyə Nazirliyi hücum nəticəsində ölən və yaralılar barədə məlumat yaymayıb.
Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Bakıda səfərdə olan Nigeriyanın Hərbi Hava Qüvvələrinin komandanı aviasiya marşalı Sadiq Baba Abubakarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycanın və Nigeriyanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Nigeriyanın nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazasında da olub. Qonaqlara aviabazanın fəaliyyəti barədə ətraflı məlumat verilib.
Fevralın 6-dan 7-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 22 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 44 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində 1 nəfər (sürücü) suya düşüb.
Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Axtarış işləri barədə əlavə məlumat veriləcək.
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ötən ilin yekunlarına və qarşıda duran məsələlərlə bağlı müşavirə keçirilib.
İdarədən Axar.az-a verilən məlumata görə, toplantıda QMİ Mərkəzi Aparatının struktur bölmələrinin rəhbərləri, Qazılar Şurasının üzvləri və səlahiyyətli nümayəndələr iştirak edib.
QMİ sədrinin birinci müavini, müfti Salman Musayev müşavirəni açaraq Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin din xadimlərinə maddi yardım göstərilməsi ilə bağlı sərəncamını yüksək dəyərləndirib, din-dövlət münasibətlərinin daha da inkişaf etdirilməsi üçün məscidlərdə çalışan din xadimlərinə tövsiyələrini verib. Müfti daimi diqqət və qayğıya görə dindarlar adından dövlət başçısına minnətdarlıq edib.
Ötən il həm Azərbaycanda, həm də müxtəlif xarici ölkələrdə QMİ-nin təşəbbüsü ilə beynəlxalq konfranslar keçirildiyini, həmin tədbirlərdə dünyanın nüfuzlu din xadimlərinin və alimlərinin iştirak etdiyini diqqətə çatdıran natiq bildirib ki, belə konfranslar ölkəmizdəki multikultural və tolerantlıq mühitinin dünya üçün bir nümunə olduğunu bir daha nümayiş etdirib. Sədrin birinci müavini qeyd edib ki, QMİ bu il dövlət qurumları ilə birgə ölkə daxilində və xaricdə bir neçə beynəlxalq konfrans keçirməyi planlaşdırır.
QMİ-nin Aparat rəhbəri Simran Həsənov şeyxülislam Allahşükür Paşazadənin dini mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi ilə bağlı verdiyi əmr və tövsiyələrini müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Aparat rəhbəri bildirib ki, idarə sədrinin tapşırığına əsasən, dini icmaların fəaliyyətini gücləndirmək, problemləri və təklifləri öyrənmək üçün yerlərdə müntəzəm görüşlər keçiriləcək.
Müşavirənin sonunda Qazılar Şurası üzvlərinin, səlahiyyətli nümayəndələrin təklifləri dinlənilib, müzakirə aparılıb və tapşırıqlar verilib.
Abşeron rayonunda intihara cəhd olub.
Dünən baş verən zəlzələ əsasən Bakının Xətai, Nəsimi, Yasamal rayonlarında hiss olunub. Paytaxtın bəzi ərazilərində hiss olunub, bəzilərində hiss olunmamasının səbəbi həmin ərazilərin seysmik aktivliyi ilə bağlıdır.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında ötən gecə baş vermiş zəlzələ barədə məlumat verərkən deyib.
Q.Yetirmişli bildirib ki, Bakıda bəzi ərazidə eyni binada zəlzələyə davamlılıq fərqlidir.
“Bəzi binaların bir qolunun yerləşdiyi ərazidə maksiumum 8, digər hissəsində 9 bal gücündə zəlzələ qeydə alına bilər. Ona görə də tikinti aparılarkən hər bir ərazinin seysmikliyi dəqiqləşdirilməlidir. Bəzən eyni yerdə seysmik aktivlik fərqli ola bilir”.
Bakıda şadlıq sarayı sahibi tərəfindən satılması üçün hərraca təqdim edilib.
Axar.az xəbər verir ki, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Aydınlıq” şadlıq evi auksiona çıxarılıb. Şadlıq sarayının satılması üçün hərrac 5 mart tarixində keçiriləcək.
Şadlıq sarayının hazırda bir işçisi var və elə hərraca da işçi ilə birgə təqdim edilib.
Əmlak üçün müəyyən edilən ilkin satış qiyməti 89.500 manatdır.