![]() |
|
Paytaxtın avtobus parkının yenilənməsi məqsədi ilə alınan 300 ədəd avtobusu idarə edəcək sürücülərin komplektləşdirilməsi işləri davam edir.
“Yol-xeber.az” xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi “BakuBus” MMC sürücü vəzifəsinə işə qəbulla bağlı elan edir.
İşə qəbul üçün “D” kateqoriyalı sürücülük vəsiqəsi və ictimai nəqliyyatda sərnişindaşıma sahəsində təcrübəsi olan sürücülər “BakuBus” MMC-yə müraciət edə bilərlər.
Məlumat üçün qeyd edək ki, müraciət edən namizədlər üçün Sürücü Təlim Mərkəzində təlimlər keçirilir. Hazırda da davam etməkdə olan təlimlərdə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair nəzəri və praktiki təlimlər keçirilir. Praktiki təlimlər yeni alınan BMC Procity 12 metrə CNG avtobusları cəlb edilib.
Paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən “Yol-xeber.az” a verilən məlumata görə, son illər dövlət başçısının tapşırığı ilə sərnişindaşımada yaradılan düzgün və şəffaf iş sistemi nəticəsində daşıyıcılar tərəfindən də avtobus parkının yenilənməsi istiqamətində işlər görülür. Bu sektorda çalışan sahibkarlar onlar üçün yaradılan əlverişli biznes mühitinin imkanlarından istifadə edərək ötən dövrdə paytaxtımıza 200 -dən artıq müasir avtobus gətirərək istismara verib. Gətirilən avtobusların Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunan tələblərə uyğun olması mütləqdir.
Oktyabrın 29-dan 38 nömrəli müntəzəm marşrut üzrə də istismarda olan avtobusların bir qismi yenilənəcək. Xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “General Avto Kompani” firması tərəfindən 10 ədəd yeni “İsuzu Citibus” markalı avtobus gətirilib.
“Avro 5” standartlarına cavab verən bu avtobuslar, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan əlilliyi olan şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.
Musavat.com
Sürücülər bir çox hallarda dəmiryol keçidlərinin keçmə qaydasına əməl etmir. Dəmiryol keçidi təhlükəli yol sahəsi olmasına baxmayaraq sürücülər keçiddən necə keçməli olduqlarını da bilmir. Yol-xeber.az təqdim etdiyi görüntüdə qaydaları pozan 90-PR-394 qeydiyyat nişanlı avtomobilin sürücüsü, gəldiyi sürətlə əks istiqamətə çıxaraq dəmiryol keçidini keçir.
"Yol hərəkəti haqqında" Qanunun 44-cü maddəsinin III hissəsində 6-cı bəndində qeyd olunub ki, "qarşıdan hərəkət zolağına girməklə, keçid qarşısında dayanmış nəqliyyat vasitələrinin yanından keçib getmək qadağandır".
Qeyd etdiyimiz sürücü dəmiryol keçidinə yaxınlaşdığını görən zaman sürətini azaltmalı, 2.5 stop nişanında dayanıb yaxınlaşmaqda olan qatarın gəlmədiyini yəqin etdikdən sonra hərəkətə başlamalı idi. Bu qayda pozuntusuna görə həmin sürücü 80 manat və 4 cərimə balı ilə məsuliyyətə cəlb oluna bilər.
Daxili İşlər Nazirliyi Gəncədə baş verən ağır qəza ilə bağlı məlumat yayıb. Nazirliyin Mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, oktyabrın 29-da saat 2 radələrində Nizami (Gəncə) rayonunun İ.Qayıbov küçəsində şəhər sakini Z.Məmmədov idarə etdiyi “Priora” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişinləri - Saatlı rayon sakini Eldar Məmmədov və Tərtər rayon sakini İkram Bayramlı hadisə yerində ölüblər.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.
Azərbaycanda nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısı təsdiq ediləcək. Yol-xeber.az xəbər verir ki, “Sputnik Azərbaycan”a bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, bu, məsələ "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün" Dövlət Proqramında yer alıb. Proqramda qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısı hazırlanmalıdır. Məsələnin həlli istiqamətində müvafiq işlərin görülməsi üçün digər məsul qurumlar Daxili İşlər, Nəqliyyyat, Rabitə və Yüksək Texnologiyalar, Fövqəladə Hallar nazirlikləri, eləcə də Bakı Nəqliyyat Agentliyidir.
Qeyd edək ki, "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında" Təlimatın təsdiq edilməsi barədə qərarda bununla bağlı müvafiq bənd var. Həmin bənddə qeyd edilir ki, siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan şəxslər imtahanlara buraxılmır.
Çeçenistanda toy kortejlərində olan avtomobillərin sayının azaldılması təklif edilib. Yol-xeber.az xəbər verir ki, buna səbəb isə digər hərəkət iştirakçıları üçün yaranan təhlükədir.
Bu barədə Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin rəisi İdris Çerxiqov bildirib.
Onun sözlərinə görə, “Toy tədbirində iştirak edən avtomobillərin sayının azaldılması məsələsinə baxılır”.
Qeydə edək ki, oktyabrın 21-də Kurçaloevskom rayonunda toy kortejində olan avtomobillərdən birinin əks yol çıxaraq ağır yol-nəqliyyat hadisəsinə səbəb olmuşdu. Nəticədə 6 aylıq körpə və 39 yaşlı qadın dünyalarını dəyişmişdi, daha 7 nəfər isə xəsarət almışdı.
Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli avtomobillərə tətbiq edilən plyonka qadağasının aradan qaldırılmasını təklif edir. T.Kərimli “Report”a açıqlamasında deyib ki, plyonkaya görə cərimələrin yazılması vətəndaşları narazı salır. Deputat qeyd edib ki, qanunvericiliyə dəyişikliklər edilməli, qadağa götürülməlidir: “Bu qadağanın tətbiq edilməsi absurddur. Beynəlxalq qanunvericiliyə əsasən, avtomobilin ön şüşələri istisna olmaqla, arxa şüşələrə plyonka və ya digər vasitələr vurula bilər. Belə bir qadağa yoxdur. Tutaq ki, biri ailəsinin gizliliyini təmin etmək istəyir, digəri görünmək istəmir, yəni bu, insanların seçim hüququdur. İnsanlar var ki, günəş şüasına qarşı allergiyası var, onlar nə etməlidir? Azərbaycanda milyonlarla insan avtomobilində ilin 6 ayında plyonkadan istifadə edir, digər 6 ayında isə plyonkanı sökür. Bu, həddindən artıq xərc tələb edir.
Dövlət qurumlarından xahiş edirik ki, bu absurd qərarı aradan qaldırsınlar. Dövlət Yol Polisi İdarəsinin əməkdaşları avtomobilləri saxlayırlar, plyonkaları sökürlər, sonra da cərimə yazırlar. Bu, biabırçı səhnədir. Müavinlərimdən birinin avtomobilinin pylonkasını sökərkən şüşəni tərləməkdən qoruyan texniki vasitəni də söküblər... Belə olmaz axı. Ölkəyə xarici vətəndaşlar gəlir, onların da avtomobillərinin plyonkasını sökürlər. Bir absurd qərar beynəlxalq münasibətlərdə də narazılıq yaradır. Bilmirəm, bəlkə də kimsə plyonka biznesi ilə məşğuldur, ona görə bu cür hallara yol verilir...”.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.
Yol polisi əməkdaşları bu günlərdə sürücülük vəsiqəsi olmadan icarə avtomobil götürən şəxsi saxlayıb. Onun narkotik maddənin təsiri altında olduğu məlum olub, hətta avtomobilin yük hissəsindən marixuana da tapılıb. Məsələnin əsas tərəfi isə sürücülük vəsiqəsi olmayan şəxslərə avtomobil icarə şirkətlərinin maşın verməsidir. Müştərilərə icarə avtomobil verilmə prosesi qanunlarla necə tənzimlənir? Sürücülük vəsiqəsi olmayan şəxslərə maşın verən şirkətləri hansı cəzalar gözləyir?
Mövzu ilə bağlı yol-nəqliyyat eksperti Ərşad Hüseynov Lent.az -a danışıb. Ekspert şirkətlərin sürücülük vəsiqəsi tələbinin vacibliyini vurğulayıb: "İcarə avtomobil verən bütün fiziki və hüquqi şəxslər öz avtomobillərini yalnız sürücülük vəsiqəsi olan şəxslərə verə bilərlər. Yəni, kiminsə sürücülük hüququ və ya vəsiqəsi yoxdursa, ona icarə avtomobil verilə bilməz. Əks halda, bu həmin şirkətlərin özləri üçün böyük məsuliyyət yarada bilər. Onlar bilərəkdən avtomobili sürücülük vəsiqəsi olmayan şəxslərə versələr, həm inzibati məsuliyyətə cəlb olunarlar, həm də sığorta hadisəsi baş versə, heç bir sığorta təminatı olmayacaq. Proses belədir: icarə avtomobil götürmək istəyən şəxs sürücülük vəsiqəsini və tələb olunduğu təqdirdə şəxsiyyət vəsiqəsini təqdim etməlidir”.
Ərşad Hüseynov avtomobil icarə şirkətlərinin hər hansı sənəd tələb etmədiyi və sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verdiyi halda ziyanın daha çox şirkətə dəyəcəyini bildirib. Ekspert hətta sənəd tələb olunandan sonra da baş verə biləcək bəzi qanunsuz hərəkətlərdən də söz açıb: "Məndə olan məlumata görə, avtomobil icarəyə verən şirkətlər bu qaydalara riayət edirlər. Çünki bu onların özü üçün maraqlıdır. Hər müraciət edənə maşın versələr, sonra bir sıra problemlərlə üzləşəcəklər. Ola bilər ki, kimsə tələb olunan qaydalara riayət edərək maşın götürür, ancaq sürmək üçün dostuna verir. Əksər "Rent a car”lar da bunu nəzərə alaraq müştərilərinə şifahi xəbərdarlıq edərək baş verəcək xoşagəlməz hallardan özlərini sığortalayırlar”.
Ərşad Hüseynov bundan əlavə icarəyə maşın verən şirkətlərin müştəriyə etibarnamə verdiklərini də deyib. Ekspert bunun əslində etibarnamə yox, icarə müqaviləsi olmasını qeyd edib. Onun sözlərinə görə, etibarnamə verilən adamın sürücülük vəsiqəsi olmasa, Dövlət Yol Polisi protokol tərtib edərək məhkəməyə göndərir. Bununla da icarə şirkəti 2000 manat cərimələnir.
Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə mayın 1-dən noyabrın 15-nə kimi qanunla icazə verilib. Lakin arxa yan şüşələrə plyonka vuran sürücülərə də yol polisi cərimə tətbiq etmir. Sürücülər redaksiyamıza çoxsaylı müraciətlər edərək noyabrın 15-dən sonra plyonkaya icazə verilib-verilməyəcəyini də soruşurlar.
Yol-xeber.az saytı millət vəkili Çingiz Qənizadənin fikrini öyrənməyə çalışıb.
O, açıqlamasında bir daha bildirib ki, "avtomobillərin arxa yan şüşələrinə ilin bütün aylarında pərdə vurulmasına icazə verilməlidir. İndi demək olar ki, əksər avtomobillərin arxa yan şüşələrində plyonkadan istifadə edilir. Təcrübə də göstərir ki, burada heç bir təhlükə yoxdur. Arxa yan şüşəyə vurulan plyonka sürücüyə heç bir təhlükə yaratmadığı üçün ilin bütün fəsillərində istifadəsinə icazə verilməlidir". Millət vəkili bir daha bildirib ki, keçmiş Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi məlum qərar ləğv edilməldir: “Çünki bu qərarın heç bir əhəmiyyəti qalmayıb. Ölkəmizin qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 43 saylı qaydalarında qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılır. Yəni qabaq yan şüşələrdən başqa digər arxada qalan yan şüşələri sürücü istədiyi faizdə tündləşdirə bilər.
Alın şüşəyə və qabaq yan şüşələrə plyonka vurulması birmənalı qadağandır və çox təhlükəlidir. Qabaq yan şüşələrə vurulan plyonkadan bayırı görmək çox çətin olur. Gecə vaxtı demək olar ki, heç nə görünmür. Bu isə bir başa qəzalara və ölümlərə yol aça bilər. Ona görə də alın şüşəyə və qabaq yan şüşələrə plyonka və pərdədən istifadə edən sürücülər güzəştsiz məsuliyyətə cəlb edilməlidir.
Millət vəkili xatırladıb ki, digər qonşu ölkələrdə də sürücünün arxasında qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılıb: “Əgər qeyd olunan şüşələrin tündləşdirilməsi yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi. Mən bu məsələni parlamentdə də gündəmə gətirəcəm. Düşünürəm ki, Avropa İqtisadi Komissiyasının 43 saylı qərarını Azərbaycanda tətbiq etmək mümkündür. Buna, Konstitusiyasımız, “Yol hərəkəti haqqında” qanun və ötən ilin dekabrında Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Yol hərəkətinin təhlükəsizliyinə dair” 2019-2023-cü illər üzrə Dövlət Proqramı da imkan verir”