![]() |
|
Noyabrın 16-dan avtomobildə jalüz və pərdələrə icazə başa çatır. İsti hava şəraiti nəzərə alınaraq, avtomobillərdə yalnız standart pərdə və jalüzlərin istifadəsinə mayın 1-dən noyabrın 15-ə qədər icazə verilir. Noyabr ayının 16-dan isə bu müddət başa çatır.
Qeyd edək ki, noyabr ayının 15-dən sonra sürücülər jalüz və “ştorka”ların yığışdırılmaması halına görə 150 manat cərimə nəzərdə tutulub.
13-15 noyabr 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində nəqliyyat və logistika şirkətləri arasında nüfuz qazanan “Logistrans – 2019” adlı beynəlxalq nəqliyyat və logistika sərgisi keçırılir. Tədbirdə iştirak edən, 20-dən artıq ölkədən şirkət təmsilçiləri nəqliyyat sahəsində tətbiq edilən yeni texnologiyalar, daşıma mexanizmləri, dəmir yolu infrastrukturu, tikinti və yeni logistika istiqamətləri təqdim edirlər.
Sərgidə Azərbaycan dəmiryolçuları da iştirak edirlər. “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Express” MMC və “ADY Container” MMC şirkətləri, birgə təmsil olunduğu stenddə ilk növbədə Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi uğurlar, ölkəmizin tranzit potensialı və yeni layihələr haqqında məlumatlarla ziyarətçilərlə bölüşürlər. Azərbaycan təmsilçiləri, Bakı-Tbilisi-Qars, Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri haqqında sərgi iştirakçılarına geniş məlumatlar təqdim edərək, yük sahibləri və logistika sahəsində fəaliyyət göstərən iri Türkiyə və Beynəlxalq şirkətlərlə danışıqlar aparırlar. Danışıqlarda, Azərbaycan ərazisindən keçən beynəlxalq tranzit marşrutlardan istifadə etməklə, yüklərin nəqli məsələləri diqqət mərkəzindədir. Azərbaycan dəmiryolçuşalırının nümayəndə heyəti, öz innovativ məhsullarını, xidmətlərini və imkanlarını təqdim edərək beynəlxalq şirkətlərinin nümayəndələrini, yükdaşımalar sahəsində təklif elədikləri geniş çeşid xidmətlərdən yararlanmağa dəvət ediblər.
Qeyd edək ki, sərgi çərçivəsində, dünyanın tanınmış və nüfuzlu şirkətləri ilə çoxsaylı görüşlər keçirilir və danışıqlar aparılır. Logitrans-2019 sərgisi nəqliyyat va logistika sektorunun bütün prosesləri ilə tanış olmağa imkani verir. Burada Türkiyə və dünyanın bir çox ölkələrindən qatılan iştirakçılara, eyni zamanda geniş əhatəli konfrans proqramlar təklif edilir və məlumat mübadiləsi uçun platformalar yaradılır. Sərgi bir daha Azərbaycan dəmir yollarının dəyərini göstərməklə, Avrasiya məkanında qlobal yükdaşımalar sistemində üstünlüyünü bir daha nümayiş etdirdi və Azərbaycan dəmir yollarının təqdim etdiyi yeni logistika məhsullarına yükdaşımalar bazarında böyük marağın olduğunu göstərdi.
Bakı Dövlət Universitetində Universitetin 100 illik Yubiley tədbirləri silsiləsindən ustad sənətkar Aşıq Şəmşirin yaradıcılığına həsr olunmuş “Ozan sənəti – milli sərvətimizdir” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Azərbaycan xalqının yaradıcılıq istiqamətlərindən biri də çoxəsrlik aşıq musiqisində özünü biruzə verir. O bildirib ki, kökləri eposlarımıza, dastanlarımıza gedib çıxan aşıq sənəti Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Ələsgər kimi böyük sənətkarların yaradıcılığı ilə daha da zənginləşmişdir. XX əsr aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin də bu sənətin inkişafına böyük töhfələr verdiyini qeyd edən rektor tələbələrə milli ruhun aşılanmasında bu cür tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra BDU-nun dosenti Ələmdar Cabbarlı Aşıq Şəmşirin yaradıcılığı haqqında məruzə edib. O, bildirib ki, Dədə Şəmşir yaradıcı aşıq olmuş, qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl, müxəmməs və s. şeir formalarında əsərlər yazmış, eyni zamanda bir neçə dastan yaratmışdır. Görkəmli sənətkarın irsi tədqiqatçılar tərəfindən araşdırılmış, haqqında dissertasiya və monoqrafiyalar yazılmışdır. Ə.Cabbarlı xüsusi vurğulamışdır ki, Aşıq Şəmşir sovet dövründə yaşayıb-yaratsa da heç bir partiya və hökumət rəhbərinə əsər həsr etməmişdir. Yalnız ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin ölkədə apardığı quruculuq işlərini görən Aşıq Şəmşir Heydər Əliyevə silsilə şeirlər həsr etmiş, əsərlərində xalqımızın böyük oğlunun obrazını yaratmışdır.
Daha sonra tədbir bədii kompozisiya ilə davam etdirilib. Bədii hissədə Əməkdar artist Babək Niftəliyev, aşıqlardan əməkdar Mədəniyyət işçisi Ədalət Dəlidağlı, Əli Zeynalabdinov, Gözəl Kəlbəcərli, Sahil Qurbanov və Mehrac Kəlbəcərlinin ifasında Aşıq Şəmşirin şeirləri səsləndirilib. Aşıq Şəmşir adına Mədəniyyət Evinin folklor ansamblı tərəfindən Azərbaycanın qədim xalq oyunları “Kilimarası” və “Maraloyunu” nümayiş etdirilib.
Tədbirin sonunda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək iştirakçıları İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Şəmşiroğlununun adından salamlayıb, Universitetin professor-müəllim heyətini və tələbələri 100 illik yubiley münasibətilə təbrik edib.
Mərasim “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən Bakı Dövlət Universitetinə 100 illik Yubileylə bağlı “Fəxri Fərman”ın təqdim edilməsi ilə başa çatıb.
Noyabrın 15-dən avtomobillərdə pərdə və plyonkaya verilən icazə müddəti başa çatır. Son günlər sürücüləri ən çox düşündürən suallardan biri pərdə və plyonkaya bu il icazənin verilib-verilməməsidir.
Ötən illərlə müqayisədə bu il sürücülər avtomobilin arxa yan şüşəsi üçün pərdədən çox, plyonkadan istifadə ediblər.
Yol-xeber.az-ın əldə etdiyi məlumata görə, bu il əvvəlki illərdən fərqli olacağı ehtimal edilir. Belə ki, sürücülərin pərdə və plyonkadan istifadə qadağasının tətbiq edilməyəcəyi bildirilir. Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcəyi gözlənilir. Amma bunun nə vaxt baş verəcəyi dəqiq məlum deyil. Odur ki, qaydalar dəyişənədək mövcud qanunu üstün tutmağı tövsiyə edirik.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Gəndov kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Polis polkovniki M.İbrahimov daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı aparılan tədbirlərdən, belə hadisələrin qarşısının qətiyyətlə alınmasından danışıb. Gənclərə pis vərdişlərdən və ətraflarındakı “ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarının zəruriliyini bildirib. Erkən nigaha daxilolma mövzusuna toxunan polis rəisi, yeniyetmə vaxtlarında qızların ailə qurmasını onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək, şagirdlərin əsasən təhsilə maraq göstərmələrinin və gələcəyin yüksək ixtisaslı mütəxəssislər kimi yetişmələrinin vacibliyindən danışıb.
Sonra çıxış edən Şabran RPŞ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Valeh Sadıqov narkomaniyaya düçar olmuş şəxslərin bu bəladan qurtula bilmədiklərini, narkotik vasitələrin təsiri altında olanların bir çox cinayətləri törətdiklərini bildirib. Sonu olmayan, insanı günü-gündən daha da alçaldan vərdişdən uzaq durmağı məsləhət görən V.Sadıqov, narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərər, insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verərək hər bir gənci bu pis vərdişlərdən uzaq durmaqa çağırıb.
Görüşün sonunda məktəblilərə narkotik vasitələrin insan sağlamlığına mənfi təsiri ilə bağlı videoçarx nümayiş olunub.
Azərbaycanda tətbiqinə başlanan yeni sürücülük vəsiqələrinə yerləşdirilən çiplər vəsiqə itdiyi zaman onun yerini müəyyənləşdirməyə imkan verir. Həmçinin əgər vəsiqə vətəndaşın üzərindədirsə, vətəndaş itkin düşübsə və ya başına hər hansı bədbəxt hadisə gəlibsə, onun yerini müəyyən etmək mümkün olacaq.
Yol-xeber.az xəbər verir ki, bu sözləri Sputnik Azərbaycan-a baş nazirin sürücülük vəsiqəsi ilə bağlı yeni qərarını şərh edən ekspert Elməddin Muradlı deyib.
Qeyd edək ki, Azərbaycanın baş naziri "Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında" qərarda dəyişikliklər edib. Bu dəyişikliklərə əsasən, sürücülük vəsiqələrinin forması dəyişdiriləcək. Bundan sonra veriləcək vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdiriləcək.
Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcı vasitəsilə eyniləşdiriləcək. Elektron daşıyıcıya məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürüləcək.
Sözügedən qərarı Sputnik Azərbaycan-a şərh edən ekspertlər, yeni sürücülük vəsiqələrinin hansı üstünlüklərə malik olduğana, bunun sürücülərə hansı imkanları verəcəyinə aydınlıq gətiriblər.
"Ölü" ixtisaslar: Yaxud tranzit ölkəyik, amma maşın sürən sürücülərimiz yoxdur
Sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı qərarın bu ilin aprel ayında qəbul edildiyini xatırladan nəqliyyat eksperti Eldəniz Cəfər bildirib ki, yeni dəyişiklik sürücülük vəsiqəsində olan məlumatların vəsiqədə olan çipə də yerləşdirilməsi barədədir. Bu dəyişiklik Azərbaycan Respublikası sürücülük vəsiqələrinin beynəlxalq statuslu olmasına əsas verir. Yəni bundan sonra dünyanın müxtəlif ingilis dilli ölkələrində Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqələri oxuna biləcək.
Digər nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə bildirib ki, bütün sürücülərin məlumatları Mərkəzi Məlumat sistemində olur və çip vasitəsilə həmin məlumatları izləmək mümkündür. Son zamanlar verilən sürücülük vəsiqələrinə artıq belə çiplər yerləşdirilib. "Bunun üstün cəhətlərindən biri odur ki, sürücülük vəsiqəsi itdiyi zaman onun yerini müəyyənləşdirmək mümkün olur. Eyni zamanda, əgər vəsiqə vətəndaşın üzərindədirsə və həmin vətəndaş itkin düşərsə, yaxud başına hansısa bədbəxt hadisə gələrsə, onda vəsiqədəki çipin köməyi ilə onun yerini müəyyən etmək mümkün olacaq", - deyə Muradlı bildirib.
Onun sözlərinə görə, çipli sürücülük vəsiqələri plastik kart kimi verilir. Gələcəkdə bu vəsiqələdən bank əməliyyatlarının həayata keçirilməsi məqsədilə də istifadə edilə bilər. Bunun üçün isə Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında müqavilə olmalıdır. "Gələcəkdə pullu yollarda, pullu parkinqlərdə ödənişləri həmin kartlarla etmək mümkün ola bilər. Bu, dünyanın bir çox ölkələrində tətbiq edilib. Hesab edirəm ki, düzgün şəkildə tətbiq edilsə, həmin vəsiqənin bütün funksiyalardan istifadə etmək mümkün olacaq", - deyə Elməddin Muradlı əlavə edib.
Kürdəmir, Ağdam, Zərdab və Ağcabədi rayonlarını birləşdirən Kürdəmir-Zərdab avtomobil yolu keçilməz hala düşüb. Bu da mütəmadi olaraq həmin yoldan istifadə edən sakinləri narahat edir. Yerli sakinlərin verdiyi məlumata görə, vaxtilə keçmiş Nəqliyyat Nazirliyinin balansında olan bu yol 3 il bundan əvvəl nazirlik tərəfindən əsaslı təmir olunub: "Tələm-tələsik təmirdən çıxan yol nişansız, işarəsiz istifadəyə verildi. Üstündən bir neçə ay keçməmiş yolda nə təmirdən, nə də asfaltdan əsər-əlamət qalmadı. Yol tamamilə sıradan çıxaraq əvvəlki yararsız vəziyyətini aldı. Bu yolun bərbad vəziyyətdə olması səbəbi ilə ötən il "təcili yardım" avtomobilə ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasından (RMX) Kürdəmir RMX-ə gətirilən xəstə yolda ölüb. Bundan başqa burada tez-tez yol-nəqliyyat hadisələri baş verir".
Qeyd edək ki, yolun uzunluğu 60 kilometr, eni isə 6 metrdir.
"Report" Yuxarı Şirvan bürosunun müxbiri Aqil Əsədovun hazırladığı videoreportajı təqdim edir.
Noyabrın 12-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb.
Tədbiri Akademiyanın rəisi Qulu Novruzov açaraq Konstitusiya gününün qeyd olunmasının tarixindən danışıb. Qulu Novruzov bildirib ki, 1991-ci ildə Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub və 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk milli Konstitusiyanın hazırlanması ilə bağlı xüsusi komissiya yaradılıb. Azərbaycan xalqının keçdiyi keşməkeşli tarixi-siyasi yola ekskurs edən Qulu Novruzov Ulu öndərin Azərbaycan xalqının təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin dinamik inkişaf etdiyini, sabitliyin əldə olunduğunu bildirib.
Qulu Novruzov, dövlətin institusional təsisatlarının yaradılması, o cümlədən Konstitusiyanın formalaşdırılmasında Heydər Əliyevin rolundan danışıb və Ulu öndərin siyasi iradəsi ilə ölkədə sabitliyin bərqərar olduğunu diqqətə çatdırıb. Akademiya rəisibu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi və rəhbərliyi ilə ölkəmizin yüksək inkişaf dinamikasına malik olduğunu vurğulayıb.
Qulu Novruzov 12 noyabr 1995-ci ildə ilk milli Konstitusiyanın referendum yolu ilə Azərbaycan xalqı tərəfindən qəbul edildiyini və Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən mütərəqqi konstitusiyalarından biri olduğunu, burada bütün ali hüquqların qorunduğunu qeyd edib. Qulu Novruzov bu günün əhəmiyyətindən bəhs edərək, dövlət atributlarına hörmətin vacibliyini vurğulayıb. O, gənclərə Konstitusiyanı dərindən öyrənməyi və mənimsəməyi tövsiyə edib.
Tədbirdə Konstitusiya gününə həsr olunmuş video süjet nümayiş olunub.
Daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Sübhan Əliyev Azərbaycan Konstitusiyasının inkişaf tarixindən danışıb və bu günün əhəmiyyətindən söz açıb.
Tədbirdə Akademiyanın "Hüquqşünaslıq" ixtisasının 2-ci kurs tələbəsi Cəbrayıl Məmmədzadə "Konstitusiya gününün qanunverici tarixi və onun əhəmiyyəti", "Hüquqşünaslıq" ixtisasının 3-cü kurs tələbəsi Uğur Tərlanlı "Konstitusiyanın hüquq yaradıcılığında rolu və əhəmiyyəti" mövzusunda təqdimatlarla çıxış ediblər.