![]() |
|
Paytaxtın Abbasqulu Abbaszadə küçəsində aparılan təmir işləri, həmin ərazidə yaşayan sakinlərin və sürücülərin narazılığına səbəb olub. Yol-xeber.az xəbər verir ki, A.Abbaszadə küçəsində asflat örtüyünün və səki daşlarının yenidən qurulması layihəsi Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanıb və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunur. Bu layihədə görülən işlər nəticəsində yolun hərəkət hissəsi daraldığı üçün, Bakı şəhər Dövlət Yol Polisi idarəsi təmir işlərinin dayandırılması ilə bağlı göstəriş verib.
Bir neçə gün öncə Bakı şəhər DYP idarəsinin, AAY Dövlət Agentliyinin və Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi həmin ərazini müayinə edərək yolun hərəkət hissəsinin daraldılmasını məqbul hesab etməyiblər.
Çünki yolun kənarında avtomobillər park edilən zaman tıxaclara səbəb olacaq.
Onu da qeyd edək ki, ötən il sözügedən küçədə bütün səki daşları bahalı materiallarla dəyişdirilmişdi.
Ucar Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin təşkilatçılığı ilə Dövlət Bayrağı Günü münasibəti ilə “Hər sürücüyə bir bayraq” aksiyası keçirilib. Aksiyada, Yol Polisi ilə yanaşı, rayonun digər dövlət qurumlarının əməkdaşları da iştirak edib.
Yol polisi əməkdaşları sürücüləri bu əlamətdar bayramla əlaqədar təbrik edərək, onlara üçrəngli bayrağımızı hədiyyə ediblər. Aksiya sürücülər tərəfindən də maraqla qarşılanıb və onlar DYP əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
Yol-xeber.az saytı olaraq yol polislərinin bu cür nümunəvi xidmətini alqışlayır və xidmətlərində uğurlar arzu edirik.
Bu gündən Bakı kəndləri və ətraf qəsəbələrdən “Koroğlu” istiqamətində işləyən marşrut avtobuslarının dayanacağı dəyişib.
Səhər saatlarından etibarən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə verilib.
Bundan sonra sözügedən avtobuslar Qara Qarayev metrosu istiqamətindən yox, birbaşa Atletlər kəndi yaxınlığından hərəkət edərək yeni qurulan mərkəzdə dayanacaqlar.
Mərdəkan- Buzovna yolunda avtomobillərin hərəkəti qismən məhdudlaşacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Yol-xeber.az-a xəbər verib. Anar Nəcəfli bildirib ki, buna səbəb piyada keçidinin aşırım quruluşunun montajıdır.
Məhdudlaşma müddəti gecə 02:00-dən səhər 06:00-dəkdir.
Bir həftədən sonra avtomobillərdə pərdə və plyonkaya verilən icazə müddəti başa çatacaq. Yol-xeber.az xəbər verir ki, son günlər sürücüləri ən çox düşündürən suallardan biri pərdə və plyonkaya bu il icazənin verilib-verilməməsidir. Çünki ötən illərlə müqayisədə bu il sürücülər avtomobilin arxa yan şüşəsi üçün pərdədən çox, plyonkadan istifadə ediblər. Bəs noyabrn 15-dən sonra həmin plyonkalar söküləcəkmi?
Sürücücülər təklif edirlər ki, pərdə və plyonkadan istifadə qadağası ləğv edilsin.
Elə millət vəkili Çingiz Qənizadə də avtomobillərin arxa yan şüşələrinə ilin bütün aylarında pərdə vurulmasına icazə verilməsini təklif edib. Deputat deyib ki, keçmiş Standartlaşdırma, Metreologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi müvafiq qərar ləğv edilməldir. Çünki bu qərarın heç bir əhəmiyyəti qalmayıb. Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 43 saylı qaydasında qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılır.
Millət vəkili deyib ki, digər ölkələrdə də bu məsələ sürücünün öz öhdəliyinə buraxılıb. Əgər bu, yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı, öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi.
Çingiz Qənizadə bildirib ki, məsələ yaxın günlərdə komitə iclasında müzakirə ediləcək.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev isə bildirib ki, qanun hazırda qüvvədədir. Sürücülərin cərimələnib-cərimələnməməsi məsələsi gələn həftə müəyyən ediləcək.