Bakıda bu yol nişanı və radar sürücüləri çətinliyə salıb - VİDEO
Nişandan cəmi 20 metr sonra radar quraşdırılıb

Pirallahı rayonu ərazisində quraşdırılan yol nişanı sürücüləri çətinliyə salır. Yol-xeber.az xəbər verir ki, bu barədə sürücülərdən biri şikayət ünvanlayıb. Belə ki, sürət həddi 100 olan yolda dərhal sonra 40 nişanı qoyulub. Nişandan cəmi 20 metr sonra isə radar quraşdırılıb. Bu əraziyə ilk dəfə gələn sürücülər 100-lə gəldikləri yolda sürəti 40-a salmalıdır. Bu isə çox zaman çətinlik yaradır.

 

Bu küçədə kommunikasiya xətlərini yenilənir - XƏRİTƏ
İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur

Noyabrın 10-dan etibarən Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində aparılan yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin yenilənməsi işlərinə başlanılır. Kommunikasiya xətlərini yenilənməsi aidiyyəti qurumlar tərəfindən sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq. Kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlardan AAYDA-nə verilən məlumata görə, işlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur. Yol-xeber.az xəbər verir ki, işlərin aparıldığı müddət ərzində Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

Emin

 

 
Hava limanının terminalı 20 dəqiqəlik bağlandı
Hava limanının ərazisində şübhəli çantası olan bir nəfər saxlanılıb

İtaliyanın Milan şəhərinin Malpensa hava limanının terminalı 20 dəqiqəlik bağlanıb. Yol-xeber.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, hava limanının balanmasına səbəb ərazidə partlayıcı qurğunun olması barədə daxil olan məlumat olub.

 

Bildirilir ki, hava limanının ərazisində şübhəli çantası olan bir nəfər saxlanılıb. İnsidentdən 20 dəqiqə sonra hava limanı ştat rejimində işini davam etdirib.

Polisə aid sualı olanlara DİN-dən MÜRACİƏT
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər

Daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov tərəfindən 2019-cu il noyabr ayının 23-də Göyçay Rayon Polis Şöbəsində Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub. Yol-xeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Vilayət Eyvazov İsmail Çataklını qəbul edib
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Daxili İşlər nazirinin müavini İsmail Çataklını qəbul edib.

Qonağı salamlayan nazir V.Eyvazov dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdiyini məmnunluqla vurğulayıb.

Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, ölkəmizdə təhlükəsizlik sferasının da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov bu gün Azərbaycan Polisinin, Daxili Qoşunların yüksək peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə aparıcı hüquq mühafizə orqanı kimi öz yerini tutduğunu xüsusi qeyd edib, qazanılmış uğurlarda Türkiyə Jandarm Qüvvələrinin, Türkiyə Polisinin də danılmaz rolunun, xidmətinin olmasına diqqət çəkib. Buna görə Türkiyə Daxili İşlər Nazirlyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə və bütün mənsublarına təşəkkürünü bildirən Daxili İşlər naziri V.Eyvazov Türkiyə Respublikasının Daxili İşlər naziri cənab Süleyman Soyluya salamlarını catdırmağı nazir müavinindən xahiş edib.

 

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Türkiyənin Daxili İşlər nazirinin müavini İsmail Çataklı respublikamıza ikinci gəlişindən, ölkəmizin sürətli inkişafından, sabitlikdən, əmin-amanlıqdan, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu diqqətə çatdırıb, qarşılıqlı faydalı işbirliyinin daha da genişlənməsinə bundan sonra da səy göstərəcəyini ifadə edib .

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Bakı polisi: "Təhlükəsiz şəhər" xidmətinin operatorları tərəfindən 3877 hadisə aşkarlanıb
Neqativ hallara qarşı mübarizənin effektivliyini artırır

"Bakı şəhərində profilaktik tədbirlərin gücləndiriliməsi, mərkəzi küçə və prospektlərlə yanaşı, məhəllədaxili yerlərdə də müşahidə kameralarının quraşdırılması diqqət mərkəzindədir".

Bunu "Report"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. 

Onun sözlərinə görə, ictimai qaydanın etibarlı təminatında müasir dövrün çağırış və təhdidlərinə uyğun olaraq, paytaxtda qabaqcıl texnologiyaların dairəsinin genişlənməsi sosial neqativ hallara qarşı mübarizənin effektivliyini artırır.

 

"Eləcə də paytaxt sakinlərinin yaşayış binalarının ətrafına kameraların quraşdırılması ilə bağlı daxil olan müracətlərinə tərəfimizdən çevik reaksiya verilir və onların bu təşəbbüslərini dəstəkləyirik. Bununla belə paytaxtda cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqi sayəsində cari ilin doqquz ayında Bakı şəhər BPİ-nin və ərazi polis orqanlarının "Təhlükəsiz şəhər" xidmətinin operatorları tərəfindən 3877 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 219 bağlı cinayətin açılması təmin olunub", - deyə E.Hacıyev vurğulayıb.

Bakıda polislərdən növbəti qayğıkeş addım - FOTO
Sosial şəbəkələrdə maraqlı fotolar yayılıb

Sosial şəbəkələrdə yayılan fotolar insanlar tərəfindən çox böyük maraqla qarşılanıb. Yol-xeber.az xəbər verir ki, Səbail RPİ-nin əməkdaşları tərəfindən vətəndaşa qayğını və həssas münasibəti əks etdirən görüntülər əks olunub.

Həmin fotoları təqdim edirik:

 

 

Image may contain: 4 people, people sitting, table and indoor

Mingəçevirdə sözə-sənətə dəyər verən insanların xeyir-duaları ilə görkəmli şair-publisist, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Adil Cəmilin anadan olmasının 65 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.


Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin,Şəhər İcra Hakimiyyətinin və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Biliyinin dəstəyi ilə Mingəçevir Dövlət Dram Teatrında düzənlənən tədbirin aparıcısı-AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə sözlü-nəğməli gecəyə qatılan ədəbiyyat sevərlərə xitabən demişdir:

Bir həzin nəğmədir Araz da, Kür də
Heç vaxt geri dönməz bu çağlar bir də.
A dostlar, bu axşam Mingəçevirdə
Nə çəmənə, nə də bağa gəlmişik.

Bitib tükənməzdir sevgisi elin,
Səsi-sorağı var hər ötən ilin.
Şairlər şairi Adil Cəmilin
Sənətindən söz açmağa gəlmişik –
Misra-misra saflaşmağa gəlmişik.
İlk öncə“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov,Kəlbəcər rayonunun millət vəkili Cavid Qurbanovun və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri Qənbər Qurbanovun yubiliyara ünvanlanmış təbrik məktubunu oxuyandan sonra özünün də xoş arzularını dilə gətirdi.
Yubiley gecəsinə qonaq qismində qatılan tanınmış şair Mirsəyyaf Zamanlı Adil Cəmili çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri kimi dəyərləndirib, çıxışını bir şeirini söyləməklə tamamladı.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Elşən Əzim yubiliyarın vətən sevgisi, Qarabağ göynərtisi və əzəli-əbədi məhəbbətdən bəhs edən şeirləri barədə danışandan sonra, rəhbərlik etdiyi 35 saylı Kəlbəcər rayon köçkün orta məktəbin bir neçə şagirdi Adil Cəmilin düşmən tapdağı altda qalan torpaqlarımızın harayını əks etdirən şeirlərini əzbər söylədilər.
Yubiliyarla birlikdə paytaxt Bakıdan gəlib yubiley şənliyinə qatılan məşhur ədəbiyyatşünas alim, professor Şirindil Alışanlı Adil Cəmilin ədəbi yaradıcılığından bəhs edən çıxışı ilə hamıya unudulmaz anlar bəxş etdi.
Tədbirin ayrı-ayrı məqamlarında yubiliyar şairin “O gün”, “Duz həqiqəti” və “Qürbət qiyaməti” adlı şeirlərini obrazlı şəkildə canlandıran MDDT-nın aktyorları-respublikanın xalq artisti Ella Yaqubova, Nargilə Abdullayeva, Hüseyn Mustafayev, Vüsalə Quliyeva, Paşa Salmanov, Turqut Məsimli və musiqi hissə müdiri Elnur Rəsulov tamaşaçıların alqışlarına layiq görüldülər.
Bölgədə və onun hüdudlarından uzaqlarda tanınan Aşıq Dumanın ifasının ardınca yerli İcra Hakimiyyətinin rəsmisi Sahib Əliyev şəhər rəhbəri İlham İsmayılovun təbrik və xeyir-dualarından söz açandan sonra AYB Mingəçevir bölməsinin hədiyyələrini-fəxri fərman və şairin mingəçevirli rəssam Abdulla ---- tərəfindən çəkilmiş portretini yubiliyara təqdim etdi.
İndiki günlərdə ulu aşıq sənətinin görkəmli nümayəndəsi Ədalət Dəlidağlı isə alqışlara layiq görülən bənzərsiz ifaları ilə sözlü-nəğməli yubiley gecəsinə sözün əsl mənasında öz “damğasını” vurdu.
Şairin illər öncəsi məzunu olduğu şəhər 9 saylı məktəbin və 11 saylı tədris ocağının şagirdləri Adil müəllimin insanlara, o cümlədən gənc nəslə vətən sevgisi aşılayan şeirlərindən nümunələr söyləyəndən sonra, Azərbaycan Yazıçılar Birliyi Ağdaş bölməsinin sədri-şair Fəxrəddin Əsəd istedadlı həmkarının söz sənətinin yüksək dəyər kəsb etdiyini vurğulamaqla, ona yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Vaxtıyla Adil Cəmillə birlikdə şəhərin 9 saylı orta məktəbində oxuduğunu fərəh hissiylə bildirən Rizvan Mikayıllı, yerli yazarlardan AYB üzvləri Nəsib Bayramoğlu, Zümrüd Rəhimova və Mingəçevir Turizm Kollecinin istedlı qələm sahibi kimi tanınan müəllimi Əşrəf Əsgərov da çıxış edərkən yubiliyar sənətkarın bəşəri və milli-mənəvi dəyərlərə söykənməklə insanlara nəcib hisslər aşılayan poeziyasının təsir gücündən və ona yönəlik oxucu sevgisindən söz açdılar. İstedadlı gənc şair, Prezident mükafatçısı Səxavət Kəlbəcərli isə özünün qələmə aldığı yeni şeirlərindən birini söyləməklə hamını məmnun etdi.
Mingəçevir Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Flora Namazova Adill Cəmillə eyni gündə və eyni məkanda çeşidli mövzularda müdafiə etdikləri elmi işlərlə alim titulu qazandıqlarını fərəh hissiylə dilə gətirib, türk dilli xalqlardan olan qırğızlara məxsus “Manas” dastanının ölkəmizdə ilk tərcüməçisi və tədqiqatçısı olan həmkarını həm peşəkar qələm sahibi, həm də istedadlı alim kimi dəyərləndirdi.
Mingəçevirdə hamının saz havalarının mahir ifaçıları kimi tanıdığı Aşıq Qoşqarın və Aşıq Hikmətin balabançı Fərəcin müşaiyəti ilə Adil Cəmilin şeirləri əsasında təqdim etdikləri mahnılardan sonra, yubiliyar şairin qohumları adından çıxış edən Hacı Sərdar Xankişiyev sevinc hissini hamı ilə bölüşdü.

Sonda yubiliyarın özü çıxış edərək sazlı-sözlü gecənin təşkilatçısı olan AYB-nin Mingəçevir bölməsinə, şəhər İcra Hakimiyyəti və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin rəhbərliklərinə minnətdarlığını bildirməklə, tədbirə qatılan və ünvanına xoş sözlər deyən hər bir kəsə təşəkkür edib, bir neçə şerini oxudu. Və tədbir öncəsi sərgidə nümayiş etdirilən kitablarını avtoqrafla oxuculara bağışlayıb, onlarla birlikdə xatirə şəkilləri çəkdirdi.

Yaxın-uzaq ellərdə görkəmli şair-publisist, tərcüməçi və məhsuldar alim kimi tanınan Adil Cəmilin sənətini yüksək dəyərləndirən sənətsevərlərin qəlbində yubiley geçəsi al-əlvan çalarları ilə şirin xatirələrə çevrilib, yaddaşlarda iz saldı.

Cabir QƏDİMOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Image may contain: 1 person, standing
Image may contain: 1 person, standing
Image may contain: 1 person, suit
Image may contain: 4 people, people sitting, table and indoor
Image may contain: one or more people, people sitting, table and indoor
İki marşrutun hərəkət istiqamətləri dəyişdirilir
Bakının Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, dəyişiklik aşağıdakı kimi olacaq:

3 nömrəli marşrut:
Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.

31 nömrəli marşrut:
“İçərişəhər” metro stansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.

Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə.

Sərnişinlərin nəzərinə!
3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək

Bakıda iki marşrut avtobusun hərəkət istiqamətləri dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyindən (BNA) Yol-xeber.az-a verilən məlumata görə, Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.

3 nömrəli marşrut: Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.

31 nömrəli marşrut: “İçərişəhər” metro stansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.

 

Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə.

 

Xəbər lenti