Bakıda 17 marşrutun yolu dəyişir

17 marşrut üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, paytaxtda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar yollarda hərəkətin məhdudlaşdırıldığı günlərdə müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin ediləcək.

Sərnişinlərin rahat və maneəsiz daşınması üçün Bakı şəhər halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 22.04.2019 tarixindən etibarən tətbiq ediləcək və tədbir tam başa çatanadək qüvvədə olacaq.

 

 

 

Daxili İşlər Nazirliyi (DİN) körpəsini boğub öldürən ana ilə bağlı məlumat yayıb.

DİN-dən Axar.az-a verilən məlumata görə, aprelin 16-da Ağdam rayonunun Qərvənd kəndində yaşayan G.İsmayılova evində ailə-məişət münaqişəsi zəminində körpə qızını boğub. G.İsmayılova könüllü olaraq Ağdam RPŞ-yə gələrək təslim olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bu ayın ikinci ongünlüyün sonuna kimi davam edəcək.

Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bu müddət ərzində şimşək çaxacaq, fasilələrlə yağış yağacaq:

“Bəzi yerlərdə isə intensiv xarakterli olacağı gözlənilir. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək”.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sifarışınə əsasən, Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyasının hazırlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Report-un xəbərinə görə, bildirilib ki, həyata keçirilən işlər çərçivəsində BŞİH tərəfindən Monitorinq Mərkəzi yaradılıb.

Qeyd olunub ki, hazırda ölkəyə 1 540 ədəd plastik konteyner gətirilib. Konteynerlər Bakının 4 rayonunda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) qoyulub, daha 3 rayona (Binəqədi, Nizami və Xətai) bu konteynerlərin verilməsinə başlanılıb. Bu, mərhələli şəkildə həyata keçirilir.

Məlumata görə, bir ədəd konteynerin qiyməti 153 avrodur.

Açıq məhkəmə iclaslarını jurnalistlər sərbəst şəkildə izləyib baxa bilər. Bakı Hərbi Məhkəməsi jurnalistləri belə proseslərə buraxmırsa, düz etmirlər.

Axar.az xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

O, bununla bağlı həmin məhkəmə sədrləri ilə danışacağını bildirib.

“Məhkəmələr açıq keçirilir, heç kimə problem yaradıla bilməz. Qapalı iclas olmur. Yalnız dövlət təhlükəsizliyi ilə bağlı işlər qapalı keçirilir".

Ölkədə bu məhsullar ucuzlaşdı

+
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
 
Trend-in məlumatına görə, aprelin 16-da qızılın qiyməti aprelin 15-i ilə müqayisədə 7,6585 manat azalaraq 1 unsiya üçün 2184,313 manat təşkil edib.
 
Gümüş 0,0179 manat ucuzlaşaraq 1 unsiya üçün 25,4289 manata bərabər olub.
 
Trend-ə görə, platinin qiyməti 6,7915 manat azalaraq 1506,608 manat, palladiumun qiyməti isə 5,5165 manat azalaraq 2324,4695 manat təşkil edib.
 
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Gömrükçülər maşında 3000 ədəd siqaret aşkarladı

 
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21074" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.
 
Dövlət Gömrük Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunda və yük yerində gizlədilən 3000 ədəd "King" markalı siqaret aşkar olunub.
 
Faktla bağlı araşdırma aparılır.
Alimdən Azərbaycanda vulkan xəbərdarlığı

 
"Bu il Azərbaycanda biri güclü olmaqla üç vulkan püskürməsi ehtimal olunur”. 
 
Qaynarinfo xəbər verir ki, bunu "Report”a AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
 
O bildirib ki, vulkanların püskürəcəyi ərazi Abşeron yarımdası və Ələt zonasını əhatə edəcək: "Bu il Abşeron rayonunda Bozdağ-Qobu, Ələt zonasında Bahar və Qobustanda da Şıxzahırlı vulkanlarının püskürəcəyini ehtimal edirəm. Həmin vulkanların bu ilin sonuna qədər püskürəcəyi gözlənilir. Bunların arasında Bozdağ-Qobu vulkanı güclü püskürür. Azərbaycanda mövcud olan vulkanların hamısının ayrıca fəaliyyət xüsusiyyəti var. Elə vulkanlar var ki, 10, 20 və ya 30 ildən bir il püskürür. Vulkanların püskürməsində standart zaman müddəti yoxdur”
Dövlət satınalmaları ilə bağlı əsasnamə təsdiqləndi

Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, fərmanda deyilir:

1. “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Dövlət satınalmalarının vahid internet portalının (bundan sonra - portal) operatoru Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə:

4.1. portalın fəaliyyətinin təşkili, saxlanması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

4.2. portalın saxlanması xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına və dövlət-özəl tərəfdaşlığı prinsipinə uyğun olaraq maliyyələşdirilməsi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi portalın “Elektron Hökumət” İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Nardaran sakinindən silah götürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, polis əməkdaşlarının apardıqları əməliyyat və profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.Xudaverdiyev “İJ-26” markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə təhvil verib.

Xəbər lenti